Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə15/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Adıgey Respublikası
Adıgey respublikasının sahəsi 7.6 min km2 , əhalisis 449 min nəfərdir . Paytaxtı Maykopdur. Maykopda 168 min nəfər əhali yaşayır. Etnik tərkibi adıgeylər 22.1%, ruslar 6.8%, ukraynalılar 3.2%, ermənilər 2.4%. Respublikanın ərazisi xəritədə boyuk göbələk şəklinin xatırladır. Ərazisi Kuban və onun qolu olan Laba çayları ilə şimaldan və şimal-şərqdən əhatələnir . Onun ərazisi əsasən düzəmlik və qisməndə Baş Qafqaz dağlarına doğru yüksələn dağətəui və dağlıq hissələrdən ibarətdir. Respublikanın şimalı mülayim isti və rütubətlidir .Maykopda illik yağıntının miqdarı 100 mm təşkil edir.
Adıgeyin ərazisinin 40%-i meşələr təşkil edir. Kuban vadisindən kiçik palıd, söyüd. Ağcaqayın meşələri yayılıb. Yüksəkliklərə getdikcə iynəyarpaqlı meşələr rast gəlinir.
Adıgey Respublikasının ərazisində bir çox faydalı qazıntı yataqları aşkar edilmişdir. Maykop rayonunda neft, qaz yataqları, mineral bulaqlar yayılmışdır. Adıgeylər qeyd etdiyimiz kimi Qafqaz ailəsinin abxaz-adıgey dil qrupuna aid olan adıgey dilində danışırlar. Dinləri islam dinidir.
Hazırda Adıgeyin əhalisi 449 min nəfərdir , orta sıxlığı hər km 2 60 nəfərdir. Əhalisinin 54%-i şəhərlərdə 46%-i kəndlərdə yaşayır.
Adıgey Respublikası aqrar-sənaye ölkəsidir. Burada müxtəlif dağ-mədən, meşə sənayesi, yeyinti və yüngül sənaye əassaən yerli faydalı qazıntılar, meşə materialları və kənd təsərrüfatı məhsulları əsasında yaradılmışdır. Adıgey, Xoytunay, Xapsk və Maykop iri şəhərləridir. Meyvə-tərəvəz konserv zavodları və ət-süd kombinatları fəaliyyət göstəriri.
Adigey Respublikasının sənaye müəssisələrinin yarıya qədəri onun paytaxtı olan Maykop şəhərində cəmlənib. Hazırda bu şəhərdə 168 min nəfər əhali yaşayır. Maykop meşə sənaye kombinatı, mebel-kibrit, şərab üçün çəllək və digər məhsullar istehsal olunur. Bu şəhərdə agac emal edən dəzgahlar, damkratlar və soba üçün prokatlar istehsal olunur. Şəhərdə 4 maşınqayırma zavodu, ət və süd kombinatı, konserv, şərab kombinatı və b. müəssisələr yerləşir.
Adıgey Respublikasının əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əsasən düzənlik Kuban çayı boyunca və dağlıq hissədə yerləşir.
400min ha yəni, bütün yararlı torpaqların yarısına qədərini əkin yerləri otlaqlar, örüşlər, üzümlüklər və bağlar tutur.
Respublikada aşağıdakı kənd təsərrüfatı məhsulları istehsal olunur: taxıl , şəkər çuğunduru, günəbaxan, tərəvəz, meyvə, giləmeyvə. Respublikada 100min baş iri buynuzlu malqara , 100min baş qoyun, keçi , xeyli quş və donuz var. Çoxlu heyvandarlıq məhsulları istesal olunur. Quşçuluq donuzçuluq inkişaf etdirilib.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə