Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə13/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Qafqazın daxili bölgüləri.
Qeyd etdiyimiz kimi təbii şəraitinə görə ümumi oxşarlıq olan Qafqaz regionu , iqtisadi,siyasi-inzibati quruluşana görə fərqli cəhətləri də çoxdur.
Şimali Qafqaz RF tərkibinə daxildir. İki böyük diyardan (Krasnadar və Stavropol) və yeddi milli respublikadan ibarətdir. Cənubi Qafqaz uzun əsrlərdən bəri Rusiya və SSRİ tərkibində asılı vəziyyətdə qalan Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarından ibarət olmuşdur.
Keçən əsrin 90-ci illərindən sonra burada üç müstəqil dövlət yaranmışdır.-Azərbaycan Respublikası, Gürcüstan Respublikasıvə Ermənistan Respublikası. Bu respublikalar 1991-ci ildə yaranmış Müstəqil Dövlətlər birliyinə daxil olmuşdur. 2008-ci ildə Rusiyanın təcavüzü ilə əlaqədar olaraq Gürcüstan bu birlikdən çıxmışdır. Hazırda Azərbaycan və Ermənistan MDB tərkibinə daxildirlər. Azərbaycan bu birliyinin yalnız mədəni, iqtisadi və digər sahələrində iştirak edir . Ermənistan isə onun bir sıra hərbi birliklərində fəal iştirak edir .


Şimali Qafqaz
Bu subregion bütövlükdə Rusiya Federasiyasi tərkibindədir. Onun ayrı-ayrı bölgələrinin səciyyəsi
Krasnadar diyarı.Şimali Qafqazın qərb hissəsində yerləşir. Qara və Azov dənizlərinə çıxışı var . Gürcüstan respublikası, Rastov və Stavropol bölgələri ilə həmsərhəddir. Sahəsi 76 min kv. Kilometrdir. Əhalisi 5.1 mln nəfərdir. Əhalisinin təbii artımı olmur.Əhalisi əsasən Qafqazın müharibə zonalarından qaçqınların axımı nəticəsində artmışdır. Ruslar 805-dən çoxu təşkil edirlər. Digər xalqlardan ukraynalılar, ermənilər, azırbaycanlılar , türklər və d. yaşayır. Burada ermənilər şoxdur. Həmdə bu ərazilərə iddia irəli sürürlər. Yerli ruslar kazak kökənlidirlər. Kuban kazakları Qafqaz xalqlarına qarşı durmaq üçün burada yerləşdirilmişdir. Diyarın ərazisi qərbi Qafqaz dağları və inların ətəyində yerləşən düzənliklərdən təşkil olunmuşdur. Dağlar yay otlaqları, turizm ehtiyatlarını, düzənliklər isə münbit qaratorpaqlara malikdir. Qara dəniz sahilləri isə subtropik iqlim malikdir. Bu Soçi rayonu adlanır. Mülayim iqlimə malik olan ərazisi k/t –nın və turizm üçün əlverişlidir. Dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Neft, qaz və tikinti materialları ehtiyatına malikdir. Sənayesi yeyinti, maşınqayırma, tikinti materialları və b. ibarətdir. Çoxlu miqdarda şəkər tozu, bitki yağı, konservlər istehsal olunur. Şəkər tozu və bitki yağı istehsalına görə RF tayı bərabəri yoxdur.
Sənaye Krasnadarda , Novorossirskdə və k/t rayonlarında yerləşir. Qara dəniz sahillərində iri kurort şəhərləri yerləşir.Krasnadar taxıl istehsalına görə Rusiyanın əsas ərzaq diyarı hesab olunur. Burada buğda, çəltik, qarğıdalı əkinləri geniş yayılmışdır. Şəkər çuğunduru, günəbaxan, tərəvəz istehsalına görə Rusiyada birinci yerdə durur. Az miqdarda subtropik təsərrüfat –çayçılıq, meyvəçilik inkişaf etdirildi. Kuban diyarında iri südlük ətlik, qoyunçuluq, donuzçuluq, quşçuluq sahələrinə malikdir.
Nəqliyyatı : yaxşı inkişaf etmiş Novorossirsk,Tuapse kimi iri limanları vardır.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə