Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə16/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Dağıstan Respublikası
Dağıstan resoublikasının sahəsi 50.3 min km2, əhalisi 2 mln nəfərdir. Şimal qonşumuzdur, 1390 km məsafədə bizim respublika ilə həmsərhəddir. Dağıstan adından göründüyü kimi dağlar diyarıdır, sonralar onun tərkibinə Naqay düzünün qatılması düzənliklərində sahəsini artırdı. Respublikanın ərazisinin cəmi 56%-ni dağlar tutur.
Respublikanın cənub rayonları Baş Qafqaz dağlarının şimal yamaclarında yerləşir. Dağlar respublikanın qərbində Andiyak, Salatay, Şamxaldağ, Meşəlidağlar və s. təşkil olunub. Dərin dərələr, sıldırımlı yamaclar və coşqun dağ çayları əmələ gətirirlər.
Dağıstanın təbiəti Şimali Qafqazın digər yerlərinin təbiətindən özünün daha kontinental olması ilə fərqlənir. Xüsusilə dağlıq və düzənlik ərazilər arasında iqlim təzadları çox böyükdür. Düzənliklərdə yanvarın orta temperaturu +10-dən -30 dərəcəyə qədər dağlarda isə -50-110 arasında dəyişir. Şimalın düzənliklərinə 200-300mm , dağlıq rayonlara isə 600-800mm yağıntı düşür. Dağlıq hissədə çay şəbəkəsi sıx, düzənliklərdə isə seyrəkdir. İri çayları Koysu, Sulak,Terek, Samur və onların qollarıdır. Dağlarda yay, düzənliklərdə qış otlaqları geniş yayılmışdır.
Dağıstanın ərazisində 2 mln nəfər əhali yaşayır. Əvvəlki bölmələrdə qeyd etdik ki, bu respublika dünyanın ən mürəkkəb etnik tərkibli respublikadır. 29 dil və 71 dil ailəsi və ləhçə mövcudur. Dağıstanda ən çox Qafqaz və qisməndə türk dil qruplarına aid olan xalqlar və etnik qruplar yaşayır. Respublika əhaıisinin 27.5%-ni avarlar, 15.6%-ni dargilər, 12.9%-ni kumıklar, 11.3%-ni jəzgilər, laklar 5.1% təşkil edir.
DƏrbənd və onun ətrafında yahudilər və azərbaycanlılar yaşayır. Ruslarında xüsusi çəkisi böyükdür.Əhalinin 44%-i şəhərlərdə, 56%-i kəndlərdə yaşayır. Onun çoxmillətli xalqaların həmrəyliyində şəhərləri müstəsna rol oynayır. Dağıstanın 9 şəhəri vardır. Ən iriləri Mahaçqala , Dərbənd və b.
Kəndləri elə dağlıq ərazidə də çoxluq təşkil edir. Onun dağlıq hissəsində əhalinin sıxlığı, ümumi respublika sıxlığından çoxdur. Hər km2-də 40nəfərdir. Bu Şimali Qafqazın dağlıq rayonları üçün ən böyük sıxlıqdır.
Dağıstan sənaye-aqrar ölkəsidir. Təsərrüfat komplekslərində yeyinti , yüngül və maşınqayırma sənaye sahələri aparıcı rol oynayır. Ümumi sənaye məhsulunda bu sahələrin xüsusi çəkisi 83% təşkil edir. Dağıstan ərazisində müxtəlif faydalı qazıntı yataqları aşkar Naft qaz ehtiyatları İzberbaşda, Terek-Kumekda aşkar edilimişdir. Özünün neft emalı zavodu olmadığından çıxardığı nefti Qroznı zavoduna verir. Respublikada 0.5 ton neft və 800 m3 qaz hasil edilmişdir.
Coşqun dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Ümumi hidroenerji ehtiyatları 4.5 mln kv.m hesab olunur. Şimali Qafqazın ümumi ehtiyatlarının 40% təşkil edir. Karanoysu,Sulan və b. çaylar üzərində Qeribil Çiryurd və Çirkay su elektrik stansiyaları tikilib. İldə 4.7 milyadr kvt saat elektrik enerjisi istehsal olunur. Dağıstan geotermal sulardan da istifadə edir.
Maşınqayırma və metal emalı zavodları gəmi müəssisələri , müxtəlif cihazlar, neft avadanlıqları istehsal olunur. Dağıstanın Oqni şəhəri yaxınlığında kvars qumları və elə oradaca təbii qazın olması güclü pəncərə şüşəsi istehsalını təşkil etməyə imkan vermişdir. Burada həmçinin konserv bankaları istehsal olunur.
Dağistanin təsərrüfat həyatında Xəzər dənizi müstəsna rol oynayır.Dənizdən qiymətli ağ balıq və başqa növləri ovlanır. Mahaçqala və Dərbəndə balıq emalı müəssisələri yerləşir. Mahaçqala iri limanlardan biridir. Respublika güclü meyvə-tərəvəz konserv və şərab sənaye istehsalına malikdir. Dağıstanda sənətkarlıq da güclü inkişaf etmişdir.(Qubaçi kəndi məşhurdur) Respuiblikanın təbii şəraitinin müxtəlifliyi kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
Dağ rayonlarında qoyunçuluq güclü inkişaf etdirilmişdir. Yerli qış və yaya otlaqlarından istifadə olunur.
Dağlıq rayonlarda torpaqların azlıq təşkil etməsi əhalinin bir qismini düzənliklərə köçürülməsinə səbəb olmuşdur.Əkinçilik Dağıstanın xüsusilə düzənlik hissəsində başlıca rol oynayır. Burada əkinçilik əsasən suvarmaya əsaslanır.Sulak və Terek çaylarının aşağı axarlarında suvarma sistemləri yaradılıb. Ən geniş üzümlüklər Dərbənd və Kizaloy rayonlarındadır.
Respublikanın ən iri sənaye mərkəzi onun paytaxtı olan Mahaçqaladır. Şəhərin 340 min nəfər əhalisi vardır. Maşınqayırma yüngün və yeyinti sənayesi inkişaf etmişdir. İri nəqliyyat mərkəzidir. İkinci böyük şəhər Dərbənddir. Əhalisi 82 min nəfərdir. İri şərabçılıq mərkəzidir.Dərbən qədim Azərbaycan şəhəridir. Bunu onun adı da sübüt edir.



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə