Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası


Çeçen və İnquşetiya Respublikaları



Yüklə 166,34 Kb.
səhifə19/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Çeçen və İnquşetiya Respublikaları.
Uzun illər Çeçn-İnquşetiya vahid muxtar respublika şəklində olmuşdur. 1992-1993-cu illərdə əvvəlcə Çeçen, sonra isə İnquşetiya respublikaları yaradılmışdır. Bubyeni respublikaların ayrılıqda iqtisadi coğrafi səciyyəsinə aid heç bir ədəbiyyta yoxdur, statistik məlumatlar isə hələlik əldə edilməyib. İndiyə qədər yazılmış kitablarda isə həmin respublikalrın birgə səciyyəsi verilir. Deyilənləri nəzərə alaraq bu iki müstəqil respublikanın səciyyəsini birgə verməyə məcbur oluruq.
Əsasən Terek-Kumek ovalığında Sunjenek dağətəyi düzənlikdə və Baş Qafqaz dağlarında yerləşir.
Bu respublikaların bütün çayalrı Assa, Fortakqo, Martan, Valorin, Arqun, Xunxula dağlarından öz mənbələrini götürür. Sunja və Terek çaylarına tökülürlər. Bir çox çaylar çox halarda daşqınlar mövcududr.
Düzənlikdə iqlim mülayimdir. Yayı mülayim isti olur. Orta iyul temperaturu 20.70-24.00 olur. Yağıntıların miqdarı 440-la 600mm arasında dəyişir. Rütubət çatışmır düzən rayonlarında suvarmaya ehtiyac yaranır. Dağlıq hissələr 4400 metrə qədər yüksəlir dərin dərələrlə kəsilmişdir. Ən dərin dərəsi Arqun çayı əmələ gətiri.
Dağətəyi rayonlar enli yarpaqlı meşələrlə, dağlıq ərazilər isə alp çəmənliklərlə örtülmüşdür.Meşələrin bu respublikalar üçün böyük əhəmiyyəti vardır.
Sunjen və Terek aqrar dağlıq hissələri zəif səthi axara malikdir. Bu dağların ayamacları çöl bitkiləri ilə örtülmüşlər ki bununla böyük əhəmiyyəti vardır. Çeçen və İnquş respublikalarının ucqar şimalı geniş sahədə qumlu yarımsəhralarla örtülmüşdür. Bu rspublikaların ərazisində geniş münbt qara torpaqlar və subasarlar yayılmışdır ki, bunlarında əkinçiliyin inkişaf etdrilməsində böyük əhəmiyyəti vardır.
Qədimdən çeçenlər Qrozmı və Vedenek inquşlar isə Nazran dairələrində yaşayırdılar. Ukraynalılar və ruslar əhalisini xeyli hissəsini təşkil edirdilər.
Əhalisini orta sıxlığı hər km2 56.9 nəfərdir. Şimali Qafqazın sıx əhalisi olan respublikalarıdır. Düzənlik rayonlarında əhali daha sıxdır, iri kəndlər üstünlük təşkil edir. Bu respubliklarda əhalinin 45.8 %-i şəhərlərdə, 54.2%-i isə kəndlərdə yaşayır. İri şəhərləri aşağıdakılardır: Qroznı, Malqobek,Qudermes,Arqun, Nazrandır.
Çeçen və İnquş respublikalarının təsərrüfat komplekslərinin əsasını neft, qaz, kimya və aqrar-sənaye kompleksləri təşkil edirlər. Neft-qaz kimya kompleksi aparıcı rola malikdir. Ümumi sənaye məhsullarının 53%-ni verir. Başlıca sərvəti neft və qazdır. Neft sənayesi Qroznı rayonunda hələ 1893-cü ildən başalanmışdır. Bakıdan sonra Qroznı Rusiyanın ikinci böyük neft rayonu hesab olunurdu.
İri neft yataqları Qroznı ilə yanaşı Malçobekdə, Qoraqorskda, Qudermisdə yerləşir. Son onilliklərdə Qarabulaq , Daşqala,Aqalur kimi yeni neft yataqları tapılmışdır. Neft hasilatının artması neft emalı və neft kimya sənayesinin, neft avadanlıqlarıistehsalının inkişafına güclü təkan verdi. Qroznıda neft, Qarabulaqda qaz-benzin zavodları fəaliyyət göstərir. Neft-kimya Qroznıda və Qudermesdə yerləşib polietilen, fenol, asitelen, sintetik spirt və s. yarımfabrikatlar istehsal olunur. Neft sənayesi məhsullarının boyük əksəriyyəti hazırda Çeçen və İnquş respublikalarının xalqların tələbatınıln ödənilməsinə yönəldilib. Qroznıda güclü neft avadanlıqları zavodu yerləşir .
İstilik elektrik stansiyaları fəaliyyət göstərir. İldə 2.8 milyard kvt/saat elektrik enerjisi istehsal olunur.
Bu rspublikalarda ağac emalı sənayesi, Tikinti materialları sənayesi , yüngül və yeyinti sənaye sahələri də inkişaf etdirilir. İldə 81 min m3 ağac materialı tədarük olunur.
Müxtəlif konservlər, xüsusuilə ət-süd məhsulları, ayaqqabı mebel, trikotaj məmulatları istehsal olunur.
Çeçen və İnquş respublikalarında sənaye ilə yanaşı aqrar-sənaye kompleksi də güclü inkişaf etdirilib.
Respublikada əkin yerləri 410 min ha olmuşdur. Bu əkinlərin böyük əksəriyyəti Terek vadisində və Çeçen Mapli düzənliyində yerləşib.Əkin yerlərinin yarıya qədərini dənli bitkilər tutur, buğda qarğıdalı və çəltik əkilir. Burada geniş sahədə yaşıl fasol becərilir.
Texniki bitkilərdən günəbaxan, şəkər çuğundur və tütün əkilir. Tərəvəz və bostan bitkilərinə xeyli torpaq sahələri ayrılır. Bağlar və üzümlüklər bütün dağ əməyi əraziləri tutur.
Quraqlıq olduqdan suvarmanın böyük əhəmiyyəti vardır. Suvarma Terek-Kulin kanalının və onun qolları olan Naur Şelkofsk, Bruppay hesabına aparılır.
Kənd təsərrüfatı məhsullarının emal edən sənaye sahələri yaradılmışdır.
Qeyd etdik ki , 1992-ci ildən Ççen Respublikası özünü müstəqil elan etmişdir. Əlbəttə bu bir sıra çətinliklər də törədir. Lakin hələlik bu respublika öz müstəqilliyini saxlayır. Çeçen Resoublikasının paytaxtı Qroznı şəhəridir. Şəhərdə 400 min nəfər əhali yaşayır. Şəhər Bakı-Rastov və Qroznı-Həştərxan dəmir yolları üzərində əlverişli coğrafi mövqe tutur. Şəhərdə güclü neft qaz-kimya kompleksi formalaşıb. İri mədəniyyət və elm mərkəzidir.
Qeyd etdik ki Yeni yaradılmış gənc İnquşetiya Respublikasının paytaxtı Nazran şəhəridir. Bu kiçik əyalət şəhəridir. Bakı Rastov Magistral dəmir və şosse yolları üzərində yerləşir.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə