Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə18/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Qaraçay-Çərkəz Respublikası.
Rusiya Federasiyasnın Şimali Qafqaz rayonunda olan Qaraçay-Çərkəz Respublikasının sahəsi 14.1 min km2, əhalisi 436 min nəfərdir. Respublika əvvəllər Stavropol diyarının tərkibində götürülürdü, yeni konstitusiyaya görə müstəqil götürülür.
Böyük Qafqazın dağlarının şimal yamaclarında yerləşir. Onun cənub sərhəddi Baş Qafqazın Yan silsiləsi boyunca uzanır.
Qaraçay-Çərkəz ərazisində müasir buzlaqlar var . Onun çayları dağ çaylarıdır. Ən böyük və əsas çayı olan Kubanın qidalanması Böyük Qafqaz yüksək dağ zonasının və buzlaqlarında əriyən suları ilə bağlıdır. Kuban qərb istiqamətində Azov dənizinə tökülür. Respublikanın digər çayları Trebda, Böyük Zelenquk və Kiçik Zelenquk Kuban çayının qollarıdır. Bu çayları üzərində onlarca hidroelektrik stansiyaları tikilmişdir. Burada çayların sularından suvarmada istifadə olunur . Faydalı qazıntılarından kömür, qurğuşun, sink, mis, sürmə , əhəngdaşı, mərmər və s. çıxarılır.
Qaraçay-Çərkəz respublikasının əhalisi çox millətlidir. Əhalisinin böyük hissəsini ruslar təşkil edir. (təxminən 48%) Yerli əhalidən ən çox yayılan qaraçaylılardır (29%), çərkəzlər isə əhalisinin 10%-ni təşkil edir. Burada digər xalqalrdan abazlar, naqoylar, ukraynalılar, osetinlər, yunanlar və b. yaşayırlar. Əhalinin orta sıxlığı hər km2-də 30.7 nəfərdir. Əhali ərazi üzrə qeyri bərabər paylanmışdır. Əhalinin ən sıx məskunlaşdığı ərazi onun şimal hissəsidir.Şəhər və kənd əhalisinin sayı təxminən bərabərdir. Respublikanın 4 şəhəri və 12 şəhər tipli qəsəbəsi var .Qaraçay-Çərkəz respublikası aqrar ölkəsidir. Təsrrüfatının əsas kimya və neft kimya , yeyinti və yüngül sənaye sahələri təşkil edir. Bununla yanaşı Qaraçay-Çərkəz respublikasında maşınqayırma və metal emalı ( o cümlədən elekrotexnika, radiotexnika) tikinti materialları, agaç emalı, kömür və dağ mədən sənayesi inkişaf etmişdir. Onun energetikası Kuban çayının hidroenerji ehtiyatlarına əsaslanır. Sənayesi əsaən Çerkesk şəhərində mərkəzləşmişdir. Ən iri müəssisələri texniki rezin məmulatları, alçaq gərginlikli aparatlar, soyuducular istehsal edən müəssisələr kimya, sement, süd zavodları , mebel, ayaqqabı, tikiş fabrikləri , ət kombinatlarıdır. Əkinçilik və heyvandarlıq Qaraçay-Çərkəz respublikasının kənd təsərrüfatının aparıcı sahələridir. Dənli bitkilər (buğda, qarğıdalı), texniki bitkilərdən (günəbaxan, şəkər çuğundur) kartof, tərəvəz və yem bitkiləri əkilir.
KubanKalauz suvarma sistemi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Dağ rayonlarında kənd təsərrüfatının əsasənə iri buynuzlu mal-qara saxlanması və qoyunçuluq təşkiil edir. Bununla yanaşı burada quşçuluq və arıçılıq da inkişaf etmişdir. Nəqliyyatın inkişafı üçün dağlar böyük maneələr törədir. Ona görə də yollar adətən çay vadiləri boyu uzanır. Nəqliyyat hövzələrindən ən inkişaf etmiş avtomobil nəqliyyatıdır. Dəmir yollarının uzunluğu 70 km- ə qədərdir.
Qaraçay-Çərkəz respublikasının dağlıq olması təbiətinin füsünkar olması, burada turizm və istirahət zonalrının inkişafına əlverişli şərait yaradır. Teberdə və Dombay beynəlxalq əhəmiyyətli kurort şəhəridir.
Qaraçay-Çərkəz resppublikasının inzibatı mərkəzi Çərkəsek şəhəridir. Burada 20-dən çox sənaye müəssisəsi, elimi-tədqiqat institiutları fəaliyyət göstərir.
Respublika iqtisadi əlaqələrinin tərkibinə daxil olduğu Şimali Qafqaz iqtisadi rayonunun respublikaları və vilayətləri ilə həyata keçirir.



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə