Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə20/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Şimali-Osetiya Respublikası.
Şimali Osetiya Baş Qafqaz dağlarının şimal yamaclarını Vladiqafqaz çökəkliyini və dağ ətəyi düzənliyi tutur.
Sahəsi 84 min km2, əhalisi 664 min nəfərdir. Şimali Osetiyanın ərazisində dağlıq relyef üstünlük təşkil edir.
Şimali Osetiya ərazisində Baş Qafqaz dağlarını keçən iki yol salınıb:
1)Terek və Daryal çaylarının vadilərindən Xaç aşırımından keçən və uzunluğu 152 km olan Hərbi Gürcüstan yolu , 2) Rok-Sxin-Qori-Tibilisi yoludur. Əvvəllər bu yolların sərnişin daşıması turist marşurutları üçün əhəmiyyəti böyük idi. Son illər cənubi Osetiya ilə Gürcüstan arasında olan ziddiyyətlər bu yolların əhəmiyyətini azaldır. Mürəkkəb relyefi Şimali Osatiyanın iqliminin dəyişkən etmişdir. Qışı mülayım soyuqdur. Yanvarın orta temperaturu -40-dir. Dağlarda iqlim çox sərtdir. Tez-tez qar uçqunları baş verir.
Dağlarında geniş buzlaqlar vardır ki, bunlar da çayların yayda qidalanmasında mühüm rol oynayırlar . Çayların böyük hodroenerji əhəmiyyəti vardır.
Şimali Osetiyanın dağlarının bəzəyi onun məşələridir. Onun ərazisinin 25%-i 200 min ha-ı meşələrlə örtülmüşdür. Dağlarında alp çəmənləri yayılır.
Şimali Osetiyanın ərazisi sıx məskunlaşmışdır, bu rayonun bütün respublikaları içərisində birinci yeri tutur, hər km2 828 nəfər düşür. Düzənlik əraziləri çox sıx dağlıq ərazilər seyrək məskunlaşıb. İri şəhərləri Vladiqafqaz,Mazdok, Beslan, Diqora və Ardondur. Əhalisinin 53%-ni osetinlər təşkil edir. İkinci yerdə ruslar durur.Çoxlu digər xalaqların nümayəndələri yaşayır.
Qeyd etdiyimiz kimi muxtar respublika şəklində 1936-cı ildə təşkil olunub. Şimali Osetiyanın təsərrüfat kompleksində aparıcı sahəni agır sənaye təşkil edir. Ümumi məhsulun 3/4 hissəsini əlvan metallurgiya, dağ mədən sənayesi və maşınqayırma verir.
Yan silsilələrdən qurğuşun-sink filizləri çıxarılır, iri yataqları Sadon, Zida və Burobdur. Çıxarılan filiz, kanal yollarla Muzursk saflaşdırılma fabrikasına daxil olur. Saflaşdırılmış sink-qurğuşun filizlər Vladiqafqazın elektrosink zavodunda mis, sink, qurğuşun kadmey və sulfat turşusu alınır.
Maşınqayrıma ümumi sənaye məhsullarının 30%-ni veriri və qaz aparatları, elektrik lampaları , elelktrik avadanlıqları istehsal olunur.
Respublikanın elektrik enerjisininə olan tələbatın 20-25%-ni özünün elektrik stansiyaları istehsal edir. Buradakı dağ çayları üzərində Tizeldon, Vladıqafqaz, Diqorsk SES-ləri elektrometalurgiyyanın burada inkişafına təkan vermişdir. Respublika özünün hidroenerji ehtiyatlarınanın cəmi 5%-ni istifadə edir. Burada kənardan təbii qaz verilir.
Dağlarda ağac tədarükü və emalı aparılır. İldə 300 min m3 taxta materialı hazırlanır.
Əkinçilik üçün şimal rayonları əlverişlidir. Cəmi 200 min ha əkin yeri vardır və əsasən qarğıdalı, buğda, şəkər çuğunduru və s. ilə tutulmuşdur. Xeyli sahələr bağlar , üzümlüklər və tərəvəz bitkilərilə örtülüb. Suvarma sahələri Terek çayı boyunca yerləşir.
Respublika ərazisində 135 min ha otlaq və örüş vardır. Yayda mal-qara və qoyun keçi alp çəmənliklərində, qışda Terek-Kutsk ovalığında otarılır. Heyvandarlıq və bitkiçilik əsasında güclü yeyinti sənayesi yaradılmışdır.
Şimali Osetiyanın paytaxtı Vladiqafqaz ( yaxınlara qədər Orjonikidze) şəhəridir. Əhalisi 3087 min nəfərdir. 1784-cü ildə Dqaudjikay osetin kəndi yerində Terek çayı vadisilə keçən Hərbi Gürcüstan yolunu qorumaq üçün qala kimi yaradılmışdır. 1803-cü ildən Terek vilayətinin mərkəzi olur. Sonralar Şimali Osetiya respublikasının paytaxtı elan olunur.
Hazırda iri sənaye və mədəniyyət mərkəzidir. Şəhər çox yaraşıqlıdır və çoxlu turistlər cəlb edir.
Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə