Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə12/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Dəniz nəqliyyatı. Dəniz nəqliyyatı Qafqazı dünyanın bir çox ölkələri ilə ticarət aparmağa imkan verir.
Qeyd etdiyiniz kimi Qara dənizin əsas limanları Poti,Batumi, Supsa,Novorossiysk,Tuapsedir. Gürcüstanın Poti və Batumi limanları lap qədimdən fəaliyyət göstərir. İpək yolunun Avropaya davamında rol oynayır. Bu limanların inkişafını Bakı nefti güclü təsir göstərmişdir. Həmin limanlarla neft xarici bazarlara çıxarılırdı. Hazırda bu limanlar neft kəmərləri ilə Bakıya birləşdirilir. Qara dəniz sahillərində Azərbaycanın özünün də neft göndərən limanı vardır.(Kuleva) Novorossirsk də Bakı neftini göndərir. Xəzər dənizinin ən böyük limanı Bakıdır. Bakı limanı Xəzərin bütün limanları ilə əlaqədədir. Digər limanlar Türkmənbaşı və Bekdaş ( hər ikis Türkmənistanda) , Aktau ( Qazaxıstan), Mahaşqala və Həştərxan ( Rusiya) İranın Xəzərdə Ənzəli, Rəşt və b. limanları fəaliyyət göstərir. Ən intensiv yük daşımaları , xüsusilə Türkmənbaşı, Bekdaş, Aktau və Bakı arasında həyata keçirilir. Bakı ilə Türkmənbaşı arasında TRASEKA yükləri daşınır. Göstərilən limanlar arasında gəmi-bərə fəaliyyət göstərir. Gəmi-bərə həm yüklü vaqonları (15-ə dək) , həm də quru yükləri, sərnişinləri daşıyır. Xəzərdə hazırda ən çox neft yükləri daşınır. Bakı-Həştərxan-Volqa çayı Volqa-Don kanalı vasitəsilə Xəzərdən Qara dəniz və dünya okeanına cıxışı vardır.
Boru-kəmər nəqliyyatı. Borular vasitəsilə əsasən neft-qaz məhsulları daşınır. Qafqazda boru kəmərlərinin çəkilməsi Bakı neftinin hasilatı ilə başlanmışdır. Dünyada ilk dəfə boru kəməri Sabunçu ilə Bakı arasında çəkilmişdir. Daha sonra , yəni XX əsrin əvvəllərində Bakı Batumi neft kəməri çəkilmişdir. Bu kəmər vasitəsilə Bakı nefti dünya bazarına çıxarıldı. Keçən əsrin 60-cı illərində Şimali Qafqazdan Bakıya neft və qaz kəmərləri çəkilir. Həmin illərdə Bakı-Ağstafa –Tbilisi və Vladıqafqaz Tbilisi qaz kəmərləri çəkilir. Çox iri neft və qaz kəmərləri Şimali Qafqazda çəkilir. Stavropol diyarını Moskva ilə birləşdirən qaz kəməri işə salınır.
Boru kəmər nəqliyyatının Qafqazda çox sürətlə inkişaf 90-cı illərdə sonra başlanır. “Əsrin müqaviləsi” əsasında xarici şirkətlər Xəzərdəki iri neft və qaz yataqlarının istismarına başalyırlar. Hasil olunan iri həcmli nefti xarici bazra çıxarmaq üçün əvvəlcə Bakı-Novorossirsk və Bakı-Supsa neft kəmərləri şəkilir. 2006-cı ildə Xəzər neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilir. Həmin kəmərin uzunluğu 11min km. Çoxdur. Bu əsas neft kəməri adlanır və ən çox neft daşınır. Son illər Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilmişdir. Azərbaycanın bütün rayon və şəhərləri qaz kəmərləri ilə təmin olunmuşdur.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə