Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası


Təbii şərait və təbii ehtiyyatları



Yüklə 166,34 Kb.
səhifə3/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   2   3   4   5   6   7   8   9   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Təbii şərait və təbii ehtiyyatları
Qafqazın təbiəti çox rəngarəngdir . Təbiətinə görə Alp və Balkanlara oxşayır . Qafqaz dağ silsiləsi qərbdə Taman yarımadasından Abşeron yarımadasına qədər silsilə şəklində uzanır. Hündür zirvələri Elbrus, Kazbek, Bazardüzü, Şahdağ. Zəngin mineral sular rekreasiya-turizm ehtiyatlarına malikdir . Dağlar Cənubi Qafqazı soyuq havalardan qoruyur . Şimala və cənuba axan çayları qidalandırır. Qafqaz şimal doğru Ön Qafqaza və Kuma-Manıç çökəkliyinə doğru geniş düzənliklər əmələ gətirir. Burada Kuban, Azov sahili ovalıqıar , Stavropol çölləri yerləşir .
C.Qafqazda Kiçik Qafqaz və Ermənistan yaylası , Kolxida , Kür-Araz ovalıqları yerləşir. Düzən ərazilər əkinçilikdə geniş istifadə olunur .
Faydalı qazıntılar: neft, qaz, kömür, dəmir filizi, əlvan metallar, müalicə suları
İqlimi Mülayim və subtropik enliklırin təsiri altında formalaşır. Qafqazın qərb hissəsi çox yağıntı alır . Ən çox yağıntı Qafqazın Qara dənizə baxan yamacları alır. Batumi,Quqarın ən çox yağıntı alan ərazilərdir . Qafqazın qərb və ən az isə şərq bölgələri alır.
Çaylar Qafqaz xalqlarının həyatında əhəmiyyətli rol oynayır . Onlardan gəmiçilik, suvarma və balıq ovu üçün istifadə edilib . Hazırda həm də elektrik enerjisi, su anbarları yaratmaqla tənzim olunur .
Sual: 1) Qafqazın hansı çayları üzərində əhəmiyyətli SESləri tap. 2) Qafqazın ən mühüm çaylarını tap və onların hansı dəniz hövzəsinə aid olduğunu göstər 3)Hansı süni su anbarlarını taniyirisiz ?
Bitki örtüyü Qafqazın orta dağlıqnərazisi 200-500m hündürlükdə enliyarpaq və iynəyarpaq meşələr üstünlük təşkil edir . Azərbaycanda onlar bütün meşələrin 98%-ni , Ermənistanda 93%, Gürcüstanda 83% təşkil edir . Azərbaycanın Göygöl ətrafında şam meşəliklərinə rast gelinir . Qafqazda torpaqlar şaquli zonalar üzrə yerləşir . Düzənlik ərazilər boz torpaqlarla örtülmüşdü. Qafqazın düzən əraziləri Kolxida ovalığı istisna olmaqla quru subtropik bitkilər yayılmışdır. Çöl və yarımsəhralarında (Şərqi Qafqazın düzənlikləri) qış otlaqları kimi istifadə olunur . Buralarda qoyunçuluq inkişaf etmişdir . Rütubətli subtropik zonalara Kolxida və Lənkəran ovalıqları daxildir . Burada sarı torpaqlar yayılmış, çayçılıq və subtropik meyvəçilik inkişaf etdirilir .
Qara dəniz Qafqaz regionunun qərbində yerləşir , dünya okeanı ilə Bosfor bogazı vasitəsilə birləşir . Sahəsi 422min km2 , sahil xəttlərini uzunluğu 4340km-dır. Qafqazın iki ölkəsi Gürcüstan və Rusiyanın cənubu Qara dənizə çıxışı vardır . Qara dənizdə Gürcüstanın Batumi , Poti və Suxumi limanalrı yerləşir . ( bu limanlar hazırda Rusiyanın nəzarəti altındadır .) Gürcüstanın Qara dəniz sahillərində Azərbaycanın Kulevo neft terminalı fəaliyyət göstərir. Rusiyanın Qara dəniz sahillərində ən böyük limanı Novorossirskdır. Azərbaycan bu limanla neft ixrac edir (Bakı-Novorossirsk neft kəməri). Hazırda Qara dəniz sahili ölkələrini əhatə edən Qara dəniz birliyi yaradılmışıdır. Azərbaycan da bu birliyin tərkibinə daxildir . Birlik ölkələri dənizin ekologiyasını qoruyur , ticarət əlaqlərinin həyata keçirirlər . Dənizin sahillərində su heç vaxt donmur. Çimərlik və kurort turizmdə geniş istifadə olunur . Qara dəniz TRASEKA magistral nəqliyyatının Avropaya çıxışını təmin edir .
Xəzər dənizi Asiyanın qərbində yerləşir və Qafqazı Qazaxıstan və Mərkəzi Asiyadan ayırır. O , nəhəng axarsız göldür . Xəzər dənizinin adı Qafqazın şərqində yaşamış və “Xəzərlər” adlanan qədim tayfanın adından götürülmüşdür .
Xəzər dənizi 374 min km2 , sahil xəttinin uzunluğu 7 min km- dir. İqlimi sərt kontinentaldır. Qışda şimal hissəsi 2-3 aya donur . Xəzərin ərtafında 5 dövlət-Azərbaycan, RF, İran, Türkmənistan və Qazaxıstan . Xəzərin bölgüsü başa çatdırılmayıb. Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında dənizin dibi ilə keçirilən sərhədlərini müəyyənləşdiriblər . Lakin Türkmənistan və İranla Azərbaycan arasında dənizin bölgüsü həyata keçiriliməyibdir.Bu da müəyyən ziddiyyətlər yaradır, xüsusilə neft yataqlarının istismarında.
Xəzər dənizinin Azərbaycan sahillərinin uzunluğu 825 km təşkil edir . Xəzər dənizi qiymətli ağ balıq növləri ilə zəngindir – nərə balığı, kütüm, qızıl balıq. Xəzər dənizi qara kürü, qurubalıq istehsalı və balıq konservlırinə görə dünyada məşhurdur .
Xəzər dənizi xüsusilə neft-qaz ehtiyatları ilə zəngindir . Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın sahil zonaları özünün neftli qazlı olması fərqlənirlər . Xəzər dəniz nəqliyatı inkişaf edib .Azərbaycan Xəzər, Volqa-Don kanalı vasitəsilə dünya okeanına şıxır. Azərbaycanın Xəzərdə ən böyük limanı Bakıdır. Türkmənistanın Türkmənbaşı, Bektaş, Qazaxıstanın Aktau, Rusiyanın-Həştərxan, Mahaçqala, İranın-Ənzəli limanları
Xəzər dənizi qarşisinda duran əsas məsələlər:
1)səviyyəsi tez-tez tərəddüd edir , çətinlik yaradır 2)ekoloji problemi isə neft-qaz çıxarılması və çaylar vasitəsilə Rusiyadan çoxlu çirkli suların axıdılmasıdır.
1)Qafqazın ekoloji vəziyyətinin qorunması . Kürün və Araz çaylarının çox çirklənməsi
2) Təbii fəlakət hadisələrinin geniş yayılması , zəlzələr, daşqınlar, sürüçmələr, doluvurma



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə