Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   14

19. Qarabağda erməni separatizminə 
qarşı mübarizə
Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə
fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc
dövlət başqa sahələrdə olduğu kimi ölkənin ərazi bütövlüyünün qorunması sahəsində
də əhəmiyyətli işlər gördü.
Erməni millətçiləri AXC yarandıqdan sonra uydurma «Böyük Ermənistan» ideyasını
həyata keçirmək üçün yenidən fəaliyyətə başladılar. Onların məqsədi ilk növbədə
Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz
mövqeyi onların planlarını pozdu.
Şuşanın ermənilər tərəfindən işğal edilmiş qala hissəsi çətin bir mübarizədən sonra ələ
keçirilərək, bu bölgədəki erməni hücumları təhlükəsinin qarşısı alındı.
Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü və Yuxarı Qarabağda erməni
separatizmini ləğv etmək üçün qətiyyətli fəaliyyət göstərmiş və buna nail olmuşdur.
Bununla bərabər Yuxarı Qarabağ erməniləri öz təşəbbüsləri ilə qurultay çağıraraq,
Azərbaycan Respublikasını tanımaq haqqında qərar qəbul etmişdir. Bununla da erməni
separatizminə son qoyulmuşdu. Bu dövrdə hərbçi generallar Səməd bəy
Mehmandarovun, Adil bəy Səlimovun xüsusi xidmətləri olmuşdur. 1920-ci il aprelin 2-
də general Adil bəy Səlimovun rəhbərliyi altında AXC Milli Ordu hissələri əks hücuma
keçərək Dəli Qazarın qoşunlarını məğlub etdi.
Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər 1920-ci il aprelin 28-də
Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Xalqın
narazı olacağından qorxan bolşeviklər öz işğalçılıq siyasətini pərdələmək üçün
Azərbaycanı Sovet Sosialist Respublikası (Azərbaycan SSR) elan etsələr də, əslində
aprel çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi.


1920-ci il mayın 3-də 11 -ci işğalçı ordunun silahlı dəstələri Azərbaycanın içərilərinə
soxuldu. Ruslar Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi
ilə AXC-nin yaratdığı Qarabağ general-qubematorluğunu ləğv etdi.
Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən X. Sultanov özünün dediyi
kimi, vətənpərvərlik hisslərindən çıxış edərək istefa verdi.
Sultan bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə Nuru Paşanın
rəhbərliyi ilə Qafqaz İslam odusu 1920-ci il iyun ayının əvvəllərində Şuşa-Pənahabadı
XI Ordunun silahlı dəstələrindən təmizləyə bildi. Lakin Dağlıq Qarabağa erməni
separatçılarına kömək məqsədi ilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də
Şuşada da Sovet hökumətini bərpa etdi.


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920-ci illər)


20. Azərbaycan SSR-in tərkibində 
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər 1920-ci il aprelin 28-də
Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Doğrudur,
Azərbaycanı «müstəqil» Sovet Sosialist Respublikası elan etsələr də, əslində aprel
çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi.
Bununla yanaşı Qırmızı Ordu hissələrinin işğalçılıq niyyətləri, kütləvi qarətlər, əhalinin
milli adət-ənənəsinə, dininə qarşı təhqiramiz tədbirlər və s. Qarabağda xalq üsyanına
səbəb oldu. Lakin erməni-rus birləşmiş ordusu 1920-ci il iyunun 15-də hücum edib
Qarabağın xalq üsyanını yatırdı.
Cənubi Qafqazda çar Rusiyasının ənənəsini davam etdirən Sovet Rusiyası Azərbaycanın
Qarabağ bölgəsinin dağlıq hissəsini inzibati ərazi vahidinə çevirdi. DQMV yaratdı və
xalqımızı tarixi problem qarşısında qoydu. Belə ki, 1923-cü il iyunun 30- da Rusiya
Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq
Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi. 1923-cü il
7 iyulda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi DQMV- nin yaradılması haqqında
dekret verdi. Dekretdə Vilayətin mərkəzi Xankəndi göstərildi.
DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. Bununla bağlı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir fikri olduqca
maraqlıdır: “Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur. Bir daha
demək istəyirəm, uzağa getməyək, elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə
baxmaq kifayətdir görək ki, xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib.
Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. “Stepanakert” sözü bolşevik
Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız
adamlann qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqınmı törətmişdir.”



AZƏRBAYCANA QARŞI XARİCİ-HƏRBİ MÜDAXİLƏ AZƏRBAYCAN SSR-in YARADILMASI


21. Qarabağ 1941-1945-ci illərdə
İkinci dünya müharibəsi bir sıra dünya xalqları kimi Azərbaycan xalqının da tarixində
çox ağrılı izlər qoymuşdur. 1941- 1945-ci illərdə bütün Azərbaycan xalqı kimi Qarabağ
əhalisi də SSRİ tərəfindən faşizmə qarşı mübarizədə iştirak etmişdir. Qarabağdan 200
min nəfər cəbhəyə getmiş, onların çoxu döyüşlərdə həlak olmuşdular. Qarabağda
anadan olmuş minlərlə döyüşçü müxtəlif orden və medallarla təltif edilmişdir. Faşizm
üzərində qələbənin əldə edilməsində Qarabağ əhalisinin ön cəbhədə olduğu kimi arxa
cəbhədə də xidmətləri olmuşdur. Ümumiyyətlə, 1941-1945-ci illərdə Qarabağ
regionunda xalq təsərrüfatının bütün sahələri və sosial-ictimai həyat hərbin tələblərinə
uyğun qurulmuşdu. Qarabağ əhalisi ön və arxa cəbhənin strateji mallarla təmin
olunmasında öz köməyini göstərmişdir.
1941-1945-ci il müharibəsi cəbhələrində faşizmə qarşı mərdlik və şücaət göstərərək,
qələbəyə böyük töhfə vermiş qarabağlı azərbaycanlı sərkərdə, komandirlər və
döyüşçülərdən N.Kərimovun, H.Aslanovun, D.Nəcəfovun, S.Qəniyevin, B.Mehdiyevin,
M.Əbilovun, A.Qazızadənin, H. Hüseynovun, A.Vəzirovun, A.Abdullayevin,
T.Əliyarbəyovun, Y.Abdullayevin, Q.Zeynalovun, A.Abasovun, M.Mahmudovun,
Y.Quliyevin, Ə.Hacıyevin, Ş.Nuriyevin, M.Abbasovun və digərlərinin adlarını fəxrlə
çəkmək olar. Onlann döyüş rəşadəti, vətənpərvərliyi xalqımız üçün bir örnəkdir.
1941-1945-ci illər müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. Qələbənin əldə
edilməsində bütün Azərbaycan xalqının, o cümlədən Qarabağ əhalisinin böyük
xidmətləri olmuşdur.
Təəsüflər olsun ki, ermənilər Azərbaycana qarşı əsassız ərazi iddialarını müharibə
dövründə də davam etdirdilər. 1945-ci ilin payızında DQMV-nin Ermənistan SSR-ə
verilməsi haqqında ermənilərin Sovet rəhbərliyi qarşısında növbəti dəfə qaldırdıqları
məsələ rədd edildi.


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə