Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   ...   6   7   8   9   10   11   12   13   14

Sovet hökuməti vəziyyəti real qiymətləndirmədi. «1988-1995-ci illərdə Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək
tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq
aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha
da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva Dağlıq Qarabağ
Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir
addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi
haqqında» qərar qəbul etdi. Məqsəd, Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış
Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini
təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi
nəticəsində noyabrın 28- də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində
yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə
edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında
antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan SSR tərəfindən Azərbaycan SSR-in
ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu
kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə
M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir
cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları
qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış
iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda
qanlı qırğın törətdi. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi,
əksinə, respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da
gücləndirdi. Xalqımızın böyük oğlu Heydər Əliyev 20 Yanvar qırğınının səhəri günü
Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Sovet rəhbərliyinin cinayət əməllərini
qətiyyətlə ifşa etdi.


25. Dağlıq Qarabağın və ətraf 7 rayonun 
Ermənistanın hərbi qüvvələri 
tərəfindən işğalı
1991- ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa
edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi
haqqında Konstitusiya aktı qəbul olundu. Yuxan (Dağlıq) Qarabağın erməni
separatçılan da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam
etdirirdilər. Onlar 1991-ci ilin sentyabırında «Dağlıq Qarabağ Respublikası» adlanan
qondarma qurumun yaradıldığını elan etdilər.
1992- ci ildə isə erməni silahlı qüvvələri Yuxarı Qarabağda irimiqyaslı hərbi
əməliyyatlara başladı. Erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətdilər.
1992-ci ilin əvvəllərində Kərkicahan, Malıbəyli, Quşçular və Qaradağlı kəndlərini viran
etdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiya
Federasiyasının Stepanakertdə (Xankəndidə) yerləşən silahlı qüvvələrinin 366-cı
alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhaliyə qarşı xüsusi
qəddarlıqla soyqırımı həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə
yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. 150 nəfər itkin düşmüş,
1165 nəfər girovluqdan azad edilmişdir.
Xocalıda 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülmüşdür. 8 ailə tamamilə
məhv edilmişdir. 56 nəfər insan qəddarlıqla öldürülmüşdür. 27 ailənin yalnız bir üzvü
qalmışdır, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini, 230 ailə öz
başçısını itirmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu
ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: «Bu amansız və
qəddar soyqırımı aktı,


insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu».
Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının 20%-dən artıq
ərazisini işğal etdi.
Dağlıq Qarabağ ərazisindəki yaşayış məntəqələri işğal olundu.
Bunlar aşağıdakılardır: 
O cümlədən:
Azərbaycan Respublikasmm Qarabağ regionunun digər 7 rayonu işğal edildi:
 
Ermənistan dövlətinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 25 mindən
artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar,
uşaqlar, qocalar vardı. Bir milyondan artıq insan qaçqın və məcburi köçkünə
çevrilmişdir. Azərbaycan mədəniyyətinin nadir inciləri məhv edilmişdir.
Xankəndi (Stepanakert)
26.12.1991- ci il
Əsgəran
19.10.1991- ci il
Xocavənd (Hadrut)
19.11.1991- ci il
Xocalı
26.02.1992-ci il
Xocavənd (Martuni)
02.10.1992- ci il
Ağdərə (Mardakert)
07.07.1993- cü il
Şuşa-Pənahabad
08. 05.1992-ci il
Laçın
- 18.05.1992-ci il
Kəlbəcər
- 02.04.1993-cü il
Ağdam
- 23.07.1993-cü il
Füzuli
- 23.08.1993-cü il
Cəbrayıl
- 23.08.1993-cü il
Qubadlı
- 31.08.1993-cü il
Zəngilan
- 29.10.1993-cü il



26. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin beynəlxalq problemə çevrilməsi
1991- 1993-cü ilin birinci yarısında Azərbaycan Respublikasının xarici siyasətində,
səriştəsizlikdən və laqeydlikdən, başlica istiqamətlər dürüst müəyyənləşdirilmədi.
Azərbaycan Respublikasının xarici siyasətində 1993-cü ilə qədər yeridilən siyasi xətt
nəinki özünü doğrultmadı, əksinə, yeni qurulmaqda olan dövlətin imicinə ağır zərbə
vurdu. Yalnız 1993-cü ilin ortalarından - Ümummilli lider Heydər Əliyevin siyasi
hakimiyyətə gəlməsindən sonra xarici siyasət sahəsində fəaliyyət müsbət məcraya
yönəldi. Buraxılmış səhvlərin nəticələri tədricən və ardıcıl şəkildə aradan qaldırılmağa
başlandı.
1992- ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in
(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu yaradılmışdır.
Ən nüfuzlu beynəlxal təşkilatlardan biri olan BMT Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmışdır. BMT Təhlükəsizlik Şurası
tərəfindən dörd qətnamə qəbul edilmişdir.
Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra BMT- nin Təhlükəsizlik Şurası 30
aprel 1993-cü il tarixində özünün 822 saylı qətnaməsini, Ağdam rayonunun işğalından
sonra 29 iyul 1993-cü il tarixində 853 saylı qətnaməsini, Cəbrayıl, Füzuli və Qubadlı
rayonlarının işğalından sonra 14 oktyabr 1993-cü il tarixində 874 saylı qətnaməsini,
Zəngilan rayonunun işğalından sonra isə 12 noyabr 1993-cü il tarixində 884 saylı
qətnaməsini qəbul etdi. Qətnamələrin hər birində Azərbaycan Respublikasının ərazi
bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazilərin zor gücünə zəbt
edilməsinin yolverilməzliyi təsdiq olunur, erməni hərbi birləşmələrinin işğal etdikləri
ərazilərdən qeyd-şərtsiz çıxmalan birmənalı şəkildə tələb olunurdu.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər
çərçivəsində həlli üçün ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il
İstanbul sammitləri keçirilmişdir.


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə