Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə11/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   ...   5   6   7   8   9   10   11   12   13

Con hiss eləmədi əlində qədəh var. O, əlin sıxdı, yumruğa döndərdi.Gözlərin podpolkovnikə dikib, ona bütün ruhu ilə yalvardı ki, dediyin sözü götür, de ki, bu yalandı, bunu səni sınamaq üçün zarafat etdik. Mənim həyatıma, dünyama belə tez qəsd etmə. Mənə yazığın gəlsin. Mən bütün Amerika qadınları ilə yanaşı Luiranı da xoşbəxt etmək istəyirdim. İstəyiridim ki, bu dünya zülmündə Luira bircə dəfə ürəydən gülsün. Podpolkovnik dillənməsə də baxışları ilə ona deyirdi: Con bu dediklərim doğrudur. Səninlə heç kim belə zarafat edə bilməz. Bir zalım insafsız fələkdən başqa. Con qan içində olan əlin mizə dirəy edib həyətə çıxdı. O, indi dediyi o sözlərin üstündən nə hayqıra bilər, nə də haray çəkib, allah niyə belə etdin. Luira niyə məni bu cür pərt etdin, deyə-fəryad edə bilməzdi. O, öz sözləri ilə özün zəncirləmişdi.

İki dustaq balta ilə böyük kötükləri doğrayırdılar. Con yaxınlaşıb baltanı onlardan alıb, içərisində nərə çəkə-çəkə kötükləri zamanın zalımları qismində vurub doğramağa başladı. Sanki bu dəhşətli mənzərəyə tamaşa edirdi. Heç kim cəsarət edib Cona yaxınlaşa bilmirdi. Birdən balaca beş yaşlı Anna qışqırıb, hönkürə-hönkürə Cona tərəf qaçıb əmi bəsdi, əmi bəsdi. Əmi mən çox pis qorxdum. Məni qucağına götür, öp məni. Anna ürəyi ağzından çıxacaq kimi əmi deyib Conun ayaqlarına sarmaşdı. Annanın səsinə yuxudan ayılan kimi olub, götürüb bağrına basıb, sonra onu başının üzərinə qaldırıb, sizin gələcəyiniz naminə şəxsi həyatımızı qurban verməyə borcluyuq. Mənim balam, dedi.

Milen Conun qoluna girib onu içəri apadı.

Şam yandırıb o gecə Luiranın xatirəsini yad etdilər.

Elə bil öyrədilmiş, ancaq öz istəyləri ilə Con əmi birdə hirslənib, göz yaşı axıda-axıda elə balta çalmasın, deyə- Anna Conun qucağından yerə düşmürdü. Elə bil onun əhvalın yoxlamaq üçün başın qaldırıb diqqətlə onun gözlərinə baxırdı. Bu vaxt bu qızcığazın ona nə demək istədiyin, ondan nə tələb etdiyin başa düşən Con qızı qucaqlayıb bağrına basmaqdan özün saxlaya bilmədi. Yeddi yaşlı Stiv də onun ətrafında dolanıb ona sıxılr, ona xidmət etməyə çalışırdı. Vəziyyətin belə olmasından, uşaqların Cona bu qədər məhəbbət göstərməsindən, həm də bu anda bu uşaqlara baxıb, Conun öz uşaqlarını xatırlamasının mümkün olmadığını düşünən Stefan Adams

Münasib şərait yarandığını hiss edib, qalxıb gedib Conun və Klaranın uşaqlarının şəkilləri olan qəzeti gətirib Conun qarşısına qoydu. Şəkillər qəzetin bütöv bir səhifəsini tutduğuna görə dərhal öz uşaqlarını bu görkəmdə, bu işıqda görəndə öz gözü ilə gördüyünə inana bilməyən Con Stefan Adamsa bu nə deməkdi sualı ilə baxdı.

Stefan Adams, Con allah aldığının yerin heç vaxt boş qoymur. Luiranın bu dünyada qalan həm fiziki, həm də mənəvi varlığı, məhəbbəti Klaranın timsalında yaşayır. Gördüyün şəkil həqiqtdi, qurama deyil. Bu halın bir hissəsinin mən özüm şahidi olmuşam.mən sizdə gördüklərimi, sənin sürgün xəbərini eşidən kimi Luiranın iflic olması, Klaranın uşaqları qarışıqköçüb sizə gəlməyə məcbur olması və nəhayət Luiranın müalicəsi üçün hər şeyin edildiyi, onun çox surətlə yaxşılaşması, ancaq bu son hadisəyə dözə bilməməsi, bütün bunlar haqqında bu gecə səhərə kimi sənə danışacam. Ancaq indi bir anı demək istəyirəm ki, Klara çox gözəl paltar tikməyi bilirmiş, o qəzetdə də oxxuyacaqsan. O, birinci paltarı uşaqlara tikib və onlar hamısı bu paltarla Mister Ceksonu qarşılayıblar. Qoca sevindiyindən azz qalırmış ki, dəli olsun. O, bu qəzetin muxbirin tapıb bu uşaqların şəkillərin dərc etməyi ondan xahiş edib. O da bunu, bu qəzetin nə vaxtsa sənin əlinə düşə biləcəyi ümidi ilə elətdirib.

İki dağ-kədərlə, sevinc Conun başın araya alıb, elə sıxırdı ki, o, bu halı heç vaxt özündə hiss etməmişdi. Luiranın itgisi olmasaydı o, uşaqlarının bu vəziyyətinə dözə bilməyib sevincindən sarsıla bilərdi. Ancaq dərhal o, özünü ələ almağa başladı. Podpolkovnikin mən uşaq deyiləm. Nə etdiyimi, məni hansı təhlükələrin gözlədiyini və bir anda canım qədər istədiyim arvadımı da, bir hissəm olan uşaqlarımı da itirməyə gözünün qabağında olub, səninlə bu yola çıxmışam, sözlərin fikirləşib, elə bil düşündüklərindən utandı. Bir də ............ karvansarasında qanlarına qəltan olmuş Luira yaşlı andan da cavan və yaşlı qadınları və körpəsini sinəsinə sıxmış döşündən ona qan əmizdirən ölmüş ana balanı gözünün qabağına gətirib, görəsən Yançunun anası öldü, qaldı-deyə, fikirləşib yerindən qalxıb, öncə podpolkovnikin üstünə gedib, onu qucaqlayıb, sağ ol, Erikson, sənə söz verirəm, mən də bundan sonra hər hadisəyə hazır olacam. Sonra Stefan Adamsı qucaqlayıb, sağ olun, yaxşı ki, sizin kimi insanlar var. Mən bu gün onlarlayam, deyib-keçib yerində oturdu. Anna Cona baxıb, əmi mən də bu paltardan geyinib, onların yanında olmaq istəyirəm-dedi.

Con Dunanı yuxarı qaldırıb, ayaq üstə dizlərinin üstündə saxlayıb, Anna bizim də arzumuz bütün uşaqlara o paltardan geyindirib, hamısını, ağını da, qarasını da bir yerə cəmləyib onları xoşbəxt görməkdir. Elə Lohana da, Klara da, sən də, sənin ana da, xalan da bunu istəyirlər.

O gecə səhərə qədər Stefan Adams Con gildə gördüklərin və Luiranın müalicəsi barədə və onun özünün necə işıqlı qadın olması haqqında təəssüratlarını Cona danışdı.



XXX

Mərkəzi Amerikanın ictimai, iqtisadi və siyasi bataqlıqdan çıxmaq üçün çobaladığı vir dövrdə Kansarla Kolarado ştatlarının sanki heç birinə aid olmayan böyük dağ silsilələrinin geniş, yamyaşıl meşə və düz vadilərinin kiçik çay qollarının ağıla gəlməz, göz oxşayan bu mərkəzində yaşadıqlarının otuz birinci günü Con səhərə qədər yata bilmədi. Əvvvəlllər hamı kimi onun da xoşuna gələn bu gözəllik indi onu təqib etməyə, sorğu-suala tutmağa başlamışdı. Od-alov tökülən yatacağında tez-tez o tərəf, bu tərəfə çevrilirdi. Hər çevriləndə də bir səs, bir haray eşidirdi. Tonikada yaratdıqları bütün Amerikanın siyasi, iqtisadi və milli azadlığına yönələn “ Əsil Amerika”təşkilatının bütün üzvləri hamısı bir səslə Con harda gizlənmisən, deyə bağırıb çağırırdılar. Karvansaranın bütün qadınları, hər kəs əlində süpürgə, maşa, çömçə, sank daraq və qapaqla qışqıra-qışqıra onu döyüb deyirdilər ki, sən bizə belə söz vermişdinmi? Sən bizə deməmişdinmi ki, nə qədər bu dünyada varsan bizi yiyəsiz qoyub heç yerə getməyəcəksən? Bəs nə oldu sənə? Lessi nə qədər çalışırdı, Conu qadınların əlindən ala bilimirdi. Arda o da Cona baxıb yaxşı eliyirlər. Mənim də ürəyimnəndi. Sən hamıdan çox məni pis vəziyyətə qoydun. Qabaq heç olmasa varlığından rahat idim. İndi olmağının əziyyətini çəkirəm. Verdiyin xeyri min dəfə artıqlaması ilə burnumdan tökdülər. Kürəyimə, açıq sinəmə qamçı çəkib, hanı deyirlər arxayın olduğun Con. Kişiliyi var gəlsin çıxsın qarşımıza səni müdafiə eləsin. Con var gücü ilə bağırıb, Lessil bəsdi, deyib, o biri tərəfə çevrilən kimi Kamboranın küçələri dolurdu. Ac, yalavac, uşaq, qoca, cavan qız, gəlinlərlə. Onların arasında Yançu bir dəri, bir sümük qalmış anası ona göstərib, bəs nə oldu Con əmi. Elə bildin bir qarın çörəyə bizi xilas edəcəksən? Kaş sən olmayaydın, o çörəyi də alıb mənə verməyəydin. İndi çoxdan anamla ölüb gedib bu məşəqqətdən, bu halda bir-birimizə baxmaq zülmündən azad olmuşuq. Zavod fəhlələrinin arvadları, uşaqları əllərin açıb Con əmi , bu ovcumuza bir sıxma arpa tök ki, səhərə çıxaq. Ən dəhşətlisi, faciəlisi isə Dikin onu dindirməməsi idi. Balaca qızı Cona deyirdi ki, nə qədər Dik səni dindirməyib, mən də səni danışdırmayacağam. Anamız da öldü sən gəlmədin. Conun həyatın tamamilə heç edən də o olurdu ki, Klara başın qaldırıb ona baxmırdı. O, istəmişdi ki, Mister Ceksona şikayət edib, desin ki, Klara mənə baxmır. Mister Cekson da hirslənibonun köynəyini çıxarıb kürəyinə qırmanc vura-vura bütün şəhərin küçələrin gəzdirib, camaata bağıra-bağıra demişdi ki, buna baxın ay camaat mən buna nə tapşırmışam, bu gedib cənnətdə gizlənib. Bu sizi də aldadıb, məni də. İndi mən bunu bağlayaram rüsvayçılıq vəziyyətinə qoy hamı baxıb ibrət götürsün. Heç vaxt bunun kimi camaata yalan vəd verməsinlər. Heç nə eləməyə-eləməyə özlərin yalançı pəhləvan kimi göstərməsinlər. Con yerindən qalxıb Stefan Adamsı da çağırıb, durğuzubhəyətdəki beş metrlik dirəklər üzərində dikilmiş qarovul çardağındakı dustağa xəbərdarlıq edib, atları minib uzaqlaşdılar. Con yolda Stefana dedi ki, gedək Lohana deyən ağaca qırmızı bağlayaq ki, o düşərgəyə gəlsin. Bu da bir saatlıq yol idi. Stefan hiss edirdi ki, Con nədənsə həddən artıq nədənsə gərgindi. O da bu gərginliyin səbəbin təxmin hiss edirdi. Ancaq Condan heç nə soruşmurdu. Bilirdi ki, mühüm bir məsələdirsə Con onlarla onsuz da məsləhətləşəcək. Ancaq Lohana ağaca bağlanmış işarədən sonra onların gəlməsin bir gündən üç hün müddətinə qədər çəkə biləcəyin demişdi.

XXX


Dünyada heç vaxt heç kimə Lohana ilə Vinçentin məhəbbətin yaşamaq qismət olmayıb. Başı göylərə dirənən dağlar, dərya, meşələr, dəniz yaradan çayların əhatəsində səma qədər gül, çiçəkli çöllərdə təkbətək iki nəfər, iki sevgili başqa bir bəşərin olmadığı təklikdə ancaq gecə-gündüzün hər saniyəsin bir yerdə iki can bir nəfəslə yaşamaqda ikən dünyanı bir anda alt-üst edəcək tufan kimi məhəbbəti qəlbin içindəki alovlu ocaqda əsir saxlamağı ancaq Lohana ilə Vinçent bacarırdı. Yalnız onlar buna layiq görülmüşdülər. Başqa heç kim. Çünki onlar bu dünyanın ən böyük əzabın yaşamışdılar. Bu əzabın zülmət qaranlığını yarıb işığa çıxmışdılar.biri məhv olan tərəfin əzabın, fəryadın, əsirlərin, ata-ananın, bacı-qardaşın amansızlıqla fəryadlar içərisində məhv olduqları anları yaşamışdı. O biri də məhv edən tərəfin bəşər övladının öz adını oğlu, qardaşı tərəfindən öldürüldüyünün dəhşətlərin hiss edib, onun niyəsinin cəhənnəm əzabın yaşamışdı. Bu əzab və itgilər onlara məhəbbətin mövcudluğuna ehtiyac bəxş etmişdi. Məhəbbətdən kənar allahın ala bilməyəcəyin, insanın qəlbinin işıqsız, günəşsiz qalacağın anlatmışdı. Lohana Vinçentin əlindən tutub onu ən uca dağların zirvəsinə tərəf dartır, onu ən dərin dərələrə yuvarlayır, zirvələrdən çaylara, göllərə uçurdub, havada onun əlin axtarıb tapır, suyun dərinliyindən nəfəsi kəsilən Vinçenti qolları arasında suyun üzünə çıxardır. Ancaq onlar əl-ələ, bel-belə, nəfəs-nəfəsə olanlamüqəddəs məhəbbətlərin içərilərində yanan alovun oduna qatırlar. Onun üzə çıxmasın harayla bağırırdılar. Məhəbbətin üdrəti onlara sıldırım qayaların qılıncı ilə quş olub uçanda da qanadlarının məsumluğundan bir tük belə düşmürdü. Bu iki gənc məsumluqlarını qoruyub saxlamaqla, sanki ilahi bir varlığa çevrilmişdilər. Onlar qərar vermişdilər ki, onların böyük məhəbbəti Con atanın niyyətindəki qələbəyə qədər gedib çıxmalı, onun xeyir-duası ilə tamamlanmalı idi. Başqa heç kim.

Lohana suyun dibində Vinçentin əlindən tutanda səksəndi. Vinçent də qorxdu. Elə bildi ki, Lohananın qəlbində yanan ocaqdan çınqı sıçradı. Lohana onu surətlə suyun səthinə çəkdi. Suyun üzünə çıxıb nəfəs alıb dedi ki, üç gündən yarım gün az vaxtımız qalıb. Biz heç vaxt getmədiyimiz bir surətlə getməliyik ki, nişan ağacına vaxtında çataq.

XXX

Ağaca işarə parçası bağlayandan bir gün sonra Con çox pis darıxmağa başladı. O, tək qalıb fikrindəki suallardan sonra nəynənsə başın qatmaq istəyirdi. O, podpolkovnikin ondan əl çəkməyən, göz götürməyən qızı Annanı və onunla birlikdə qardaşı Stivi hündür ağacdan asdığı yelləncəkdə yorulana qədəronları yellədi. O, fikrin və əsəbin ovda qalanla üzləşmədə onu fəndlərlə yorub tutmaqda bir də maralları toqquşub bir-birlərinə gəlib hansının-hansını geri itələyəcəyi döyüşü xoşlayırdı. Qabanları hirsləndirmək çox qorxulu idi. Ancaq onların hirslənməyindən o, çox xoşlanırdı. Qabanlar hirslərin toplayıb özlərindən çıxıb ona ölümcül zərbəyə hazırlaşıb onun üstünə cumanda Con bu halı hiss edib qaban ona çatanda göyə sıçrayırdı. Qaban hazırladığı zərbə boşa çıxanda o, qabada çevrilib Cona çox qəzəbli baxıb, döyüşün qaydası pozulduğuna görə fınxırıb başın bulayıb, çıxıb gedirdi. Heyvanın bundan qəzəblənib bu hala düşməsi bu döyüşdən ağlının bir şey kəsmədiyinə görə çıxıb getməsi Cona çox xoş gəlirdi. O, heyvanın dalınca qorxaq deyib, gülməkdən özün saxlaya bilmirdi.



Con marallarla başqa cür döyüşürdü. O, kənardan dişi maralın üstünə dikəlirdi. Bunu görən erkək maral onun yolunu kəsib yerindən tərpənmirdi. Con ona iki-üç metrə qalmışa qədər yaxınlaşıb, üzbəüz dayanıb, xeyli bir-birlərinə düşmək kimi yox, xoş baxışlarla ................

Elə bil bir müddət keçəndən sonra maral bu haldan yorulub ona qarşı mələyib, hə yaxşı mən səni başa düşdüm. İndi son sözünü de, hərəkətini elə görüm nəyə gəlmisən-deyirdi. Con isə gülümsəyərək əllərini yuxarı qaldırırdı. Bu marala gəl döyüşək işarəsi idi. Maral da ətrafında onu müşahidə edən marallara baxıb yavaş-yavaş Cona yaxınlaşırdı. Əgər əlini yuxarı qaldırmasan, bir gün də belə dursan maral səninlə döyüşməyəcək. Çünki o səndə onun döyüş alətinə olan olan buynuzuna uyğun bir şey görə bilmədiyinə görə səni özünə rəqib bilmir. Buna görə də səninlə döyüşə girməyi özünə layiq bilmirdi. Maralların çoxu Conu geri hesləyirdi. Onlar bunu bir neçə dəfə edəndən sonra qalib kimi çevrilib baxıb gedirdilər.con marallarla oynamaq, onlara fənd işlətmək üsulun tapdı. O, marallarla elə yerdə üzləşirdi ki, yer onun xeyrinə olsun. Özü hündürdə, maral aşağıda yarpaqlı, çınğıllı yerdə olsun ki, onun ayağı sürüşsün. Beləliklə Con onları bu yolla hirsləndirib, daha cəld döyüşməyə şövq edirdi. O bu vaxt ağac seçib tamam ona yaxın cəlb edib, maral onun üstünə hirslə gələndə o qəfil yana çəkilib maralın buynuzu ilə ağacı üzbəüz qoyurdu. Gözləmədiyi halda buynuzu ağaca çırpılan maral heç nə başa düşməyib, Cona baxıb aldığı zərbənin ağrısından, ya da Conun ona belə kələk gəlməsindən başın bulayıb, bir ağız mələyib, küsüb çıxıb gedirdi. Con özün saxlaya bilməyib, uğunub gülürdü. Elə olurdu ki, düşərdəkilər hamısı Conun bu hərəkətinə xəlvət yerdən tamaşa edirdilər. Onlar belə olanda hamısı əl çalırdılar. Maral da nə baş verdiyin onlara başa salmaq üçün onlara tərəf baxıb, bir-iki dəfə mələyib nəsə deyirdi.

Burda yaşadıqlarının iyirmi günün sanki Con yuxuda olmuşdu. O, bu iyirmi gündə Amerikanın harasında olduqların, bura niyə gəlib çıxdıqların, onun özünün hardan gəlib, hara getdiyin, bu yolla nə istədiyin elə bil tam yadından çıxartmışdı. O, bu iyirmi gündən sonra yatdığı yuxudan oyanmağa başlamışdı. Həmən üç gün bundan qabaq yata bilmədiyi həmən gecədə özünə baxa bilmiş, özünün həm həyata, həm də dünyanın bu coğrafiyasına niyə gəlib çıxdığın başa düşmüşdü. Bu aydınlıqdan sonra o neçənci dəfəsə anadan olub, həyata təzədən gəlmişdi. İndi o, Lohananın vasitəçiliyi ilə onu gözləyən adamlara hayqırıb demək istəyirdi ki, gəlirəm. Gəlmək üçün Lohananı gözləyirəm. Lohana gecikirdi. Gəlib çıxmaq bilmirdi.

Con ikinci günün son dəqiqələrində daxilində nərə çəkib, hirsin gücün boşaltmaq üçün meşəyə vəhşilərlə döyüşməyə, dikələndə düşərgəyə girən yol tərəfdən ilahi bir haray səsi eşitdi. Döndü baxdı ki, Lohana ilə Vinçentin yerlə inanılması mümkün olmayan bir uçuşla gəldiklərini gördü və geri döndü. İlk dəfə atlarla birlikdə onların yiyənlərində tər suyunun içində olduqların görübbu gecikmənin elə belə olmadığın başa düşdü. Lohana yaxınlaşıb onun qarşısında bir ruh timsalında dayanıb ata keç bizim taqsırımızdan. Bu gecikməyimiz sizin böyüklüyünüzə olan arxayınçılıqdan irəli gəlib.

Con hər iki gənci qucaqlayıb dedi ki, mən bilirəm ki, bülbüllə qartalı qəfəsə salmaq dünyanın ən ağır günahlarından biridir. Ancaq nə qədər ağır olsa da siz mənim və bizim bir gecəlik qonağımız olacaqsınız. Gedin birinci alaçığa, orada sizin üçün dəyişəcək qoyulub. Bulaqda yuyunun, çiçəklikdə geyinin qayıdın. Sizi gözləyirəm. Bu otuz dörd gündə ilk dəfə düşərgə bütövlükdə iki qonaqla hamı bir yerdə, bir süfrədə şam elədilər və səhəri bir yerdə açdılar. Anna Lohananın, Stiv isə Vinçentin qucaqlarından ayrılmadılar.

Səhər açılıb günəş dan yerindən qopduğu yerdə baxmaq istəyəndə Con Lohana ilə Vinçentə dedi ki, quş kimiuçun Tonikaya, Fredi tapın və bu sözləri ona deyin və neçə nəfərlə gələ bilirsə onlarla birlikdə qayıdın düşərgəyə. Siz burdan yola düşəndən mən gözümü sizin yolunuza dikib gözləyəcəyəm. Ən böyük arzuları Condan tapşırıq almaq olan bu, bir canda iki eşq ilahəsi elə məlaikə timsalında da uçub atların üstünə enib, burdakılardan indiyə qədər eşitmədikləri bir qiyə ilə bu göz qırpımında gözdən itdilər. Hələ dünya yaranandan heç kim, heç bir bəşər övladı yola saldıqların belə ruhla, sevin, fərəhlə, heykələ dönərək bu qədər müddətə gözlərin onların getdikləri yola dikib qalmamışdılar.



XXX

Con və onun dostları üçün əzablı bir ömrə bərabər olan bu səfər on gün çəkdi. Lohana və Vinçentlə yanaşıüç atlı da onların yaşadığı talaya gətirdilər. Con üç yüz nəfərlik nəsafədən onlardan birinin Fred olduğunu yəqinləşdirdi. Tamilla özün Cona çatdırıb atdan sıçrayıb quş kimi özün Cona çatdırınb Conun boynuna sarılıb, onun əlindən öpmək istəyəndə Con buna imkan verməyib onun o vaxtkı kimi alnından öpdü. Tamilla ondan aralandı. Fred Conla görüşüb, onun tanımadığı oğlanı təqdim edib təşkilatın kəşfiyyat işləri üzrə sizin köməyçiniz Nehru. Görüş başa çatıb nahar ediləndən sonra Con dedi ki, bir saata bizim otağımıza yığılın. Lohana Cona baxdı. Con onun nə demək istədiyini başa düşüb, Lohana artıq asudə vaxtların zamanı bitdi. Sən də Vinçent də söhbətdə iştirak edib, qərarın nədən ibarət olacağın bilməlisiz. Bu gün, bundan sonrakı hərəkətlərinizin nədən ibarət olacağını müəyyənləşdirməliyik. Con Freddən tələb etdi ki, Tonikada, ümumiyyətləştatda və ətrafda hökumətin hərəkəti barədə bildiyin qədər məlumat ver.

Fred Tonikada müəyyənləşmiş fəaliyyətdə olan nə şəhəri, nə də ştatı idarə edəcək hakimiyyətin camaat tərəfindən qanuni seçilmiş nümayəndələr şürasının olmadığını dedi və davam etdi ki, Con, sizin ayrıldığınız bu qısa müddətdə Tonikada üç dəfə məclis seçilib, üçü də üç gün keçməyib ki, hansı qüvvəsə tərəfindənsə dağıdılıb. Mən bilmək istəyirəm ki, artıq Tonikada, ümumilikdə Konras ştatında vətəndaş müharibəsi başlayıb. Təhkimçiliyin, quldarlığın, qulların, sahibkarların şəxsi mülkiyyətləri olması tərəfdarları ilə bu işin azad buraxılmasını istəyənlər azad Amerika görmək istəyən fermerlər, fəhlələr və sənətkarlar arasında qızfın çırpışma gedir. Bunların, yəmi azad, demokratik fikirli adamların arxasında şimal və hakimiyyətin qanunla idarə olunmasını istəyən mütərəqqe qüvvələr dayanır. Bu qüvvələr şimaldan Kanrasa çoxlu sayda azad adamlar göndərirlər. Məqsəd Kanrasda əhali çoxluğunu demokratiyanın və seçkilər yolu ilə azad təhkimçiliyin hüquqi bazasını əldə etməkdi. Ancaq Missuriya plantatorları bütün qüvvələri ilə ardı-arası kəsilməyən silahlı quldur dəstələri göndərməklə bunun qarşısını çox göbudluqla, ağır rəftarla alırlar. Onlar seçki məntəqələrini açıq-açığına silahlı mühasirəyə alırlar. İnsanlar zor tətbiq edib, özlərininki olmayanlara mənəvi və fiziki işgəncə verirlər. Tonika başdan ayağa ğzbaşına bir vəziyyətdədi. Burda təşkilat sizdən sonra iki dəfə toplantı keçirib və bu vəziyyətə qarşı toplanmaq, silahlanmaq və necə olursa olsun Tonikada nizami hüquqi hakimiyyətə nail olmaq vəzifəsin qarşıya qoyub. Birinci qərardan sonra biz səksən nəfərlik silahlı dəstə ilə, iki yüz əlli nəfərlik Missuri silahlılarını məğlub etdik. Şüranın binasın ələ keçirib yeni seçkilərin günün müəyyən etdik. Ancaq üç gün sonra Missuriya banditlərinin birləşmiş yüz əlli nəfərlik silahlı dəstəsi qarşısında tab gətirə bilməyib məğlub olduq. Bu döyüşdə on bir nəfər itgi verdik.yenə məcbur olub gizli fəaliyyətə keçdik. Onlar bizdən heyf çıxmaq üçün Lessil bizə rəğbətinə görə bəllilərin karvansarasın darmadağın etdilər. Üstəlik Lessili də həbs etdilər. Ancaq atasının işə qoyulmasından sonra onu azad etdilər. Lessilin atası onların tərəfində olduğuna görə Lessil karvansaranı yenidən bərpa edə bildi. Cənab sədr, bu inqilabda əsas amil hansı tərəfin çox pulu olmasındadı. Plantatorların Missuri təhkimçi kölə sahiblərinin pulları çoxdu. Demokratik düşərgənin Azad Amerika tərəfdarlarının isə pulu, vəsaiti yoxdur. O cümlədən də bizim təşkilat maliyyə sarıdan əziyyət çəkir və daimi fəaliyyət üçün pul korluğu ilə üzləşir. Bizim sizinlə birlikdə maliyyə təminatına dair çıxartdığımız qərarın yerinə yetirilməsi üçün iki dəfə cəhd elədi. Biri baş tutdu. Biz bir miqdar pul əldə edə bildik. Ancaq sonrakı əməliyyatlarımız baş tutmadı. Qazancımız o oldu ki, ələ keçmədik.

“Əsil Amerikalı” təşkilatı sizin azadlığınıza çox sevinir və təşkilatın qısa müddətdə güclənib fəaliyyətə başlayacağına əminlik ifadə edir. Əfsanəvi Lohananın, onun dostu qoçaq Vinçentin gəlişi münasibəti ilə təşkilatın gizli toplantısın keçirtdik və onlar ya sizin özünüzü, ya da hər hansı bir əmrinizi gözləyirlər.

Fredin çıxışından sonra xeyli sükut baş verdi. Əslində podpolkovnik Eriksonla Stefan Adams Conun dərindəki planını, onun nə eləmək istədiyini və bu eləmək istədiyini də haradan, necə başlamaq niyyətini bilmirdilər. Ona görə onlar hələ yaxşı ayrıd edə bilmədikləri məqsədə fikir söyləyə bilməzdilər. Bu fikri Con özü aydınlaşdırmalı, öz təklifini irəli sürməli, bunun da ətrafında müzakirəyə yol açmalı idi. Con özü də bunu bilirdi. Ona görə də özü sözə başladı. O dedi ki, Mərkəzi Amerika hakimiyyəti ştatlarda idarə etməni itirib. O, yaratdığı kanstitusiyanın ştatlarda tətbiqinə cavabdehlik edə bilmir. Demokratik bir ölkə antidemokratik qüvvələrin başqısı altında inildəyirsə ona kömək lazımdır. Ancaq necə? Hakimiyyətin belə bir vəziyyətində, onun həlledici kömək edə bilməyəcəyi şəraitdə ayrı-ayrı dağınıq qüvvələr, gizli və ya açıq təşkilatlar ölkələrin həyatında əhəmiyyətli dəyişiklik edə bilməz. Biz Konrasda lap iki və onunla birlikdə olan ştatlarda baş verən inqilab qalib gəlməsi ilə gəlməməsi arasında çox az fərq olacaq. Bəlkə də heç bir qaliblik baş tutmayacaq. Çünki qalib gələcək ədalətin arxasında ona dayaq ola biləcək hakimiyyət yoxdu, onun qanunları cansız haldadı.

O, bir az fikrə gedib, ancaq bütün bunlar o demək deyil ki, biz əlimizi bağlayıb oturmalıyıq, heç nə etməli deyilik. Amerikanın bütövlükdə hər tərəfli azadlığa çıxması üçün damla-damla yıxılanlardan nəticə əldə etmək olunmalıdı. Bir də nəyin bahasına olursa-olsun bu damladan biri olmalıyıq. Bu damlaya da çevrilməyin mayəsində pul olmalıdı. Bu işdə də cənab Vəkil Stefan Adams, Lohana və bir də bizim “Əsil Amerikalı” təşkilatının məxfi işlərinin sahibi cənab Henri öz fikirlərini bildirəcəklər. Və onlar hansı varlı plantatorların malikainəsinə girmək,hansı bangı qarət edib, hansı xəzinə aparan post furqonlarını və qatarları soymaq təklif edəcəklər. Bu təklifdə hər biriniz üçün gözlənilməz, hətta ağıla gəlıməz də olsa bizim başqa yolumuz yoxdu. Biz də bu işdə əsas onu nəzərə almaq lazımdır ki, biz quldurluq etmirik, nə də bu məqsədimiz yoxdu. Biz Amerikanı səhv istiqamətə aparan o yola xərclənən o pulu dələduzların əlindən alıb, onu Amerikanın xoşbəxt gələcəyinə və Əsil Amerika vətəndaşının cəmiyyəti üçün sərf edəcəyik. Ancaq bu işdə pulun əlindən almalı olacaq bangın sahibkarı kim olduğu mütləq aydınlaşmalıdı ki, bir səhvə yol verib vətən vicdanlı insanları qarət etməyək. Vəkil Stefan Adams dedi ki, mən bu yaxım ştatlarda xeyli müqdarda zəngin, insafsız, əsas hissəsi rüşvətlə toplanmış seriflər, məhkəmələr və prokurorlar tanıyıram ki, onların pulu halaldı. Lohana da dedi ki, bu ətrafda nə qədər zalım plantatorlar var hamısının ünvanı və əmlaklarının yerləşməsə xəritəsi məndə var. Ancaq mən adam öldürməyəcəyimə görə həmən əməliyyatlarda iştirak etməsəm də sizə bu işi çox yaxşı bacaran adamlar verə bilərəm. Con dedi ki, Lohana görəsən sənin kimi bir məlaikə, mahiyyətli bir gözəl qızımızı belə bir işə cəlb edən bir insan tapılarmı? Lohana Conun bu sözündən sonra fikrini tələsik deməsinə peşiman olub. Con, müqəddəs Yançunun atası mənə bağışla dedi. Təşkilatın məxfi işlər üzrə Conun köməkçisi Henri dedi ki, cənab Con sizin bu barədə ilkin qərarınıza əsasən xeyli miqdarda bu tipli qarət olunmağa layiq, həm də xeyli kapitalı olan yerlər müəyyənləşdirmişik və onların barəsində təhlil aparmışıq.

Con dedi ki, mənim də çox uzaq və ağıla gəlməz olsa da Kamborada bir neçə məkan müəyyənləşdirmişəm. Mənə elə gəlir ki, ilkin işləri uzaqdan başlamaq lazımdır. Bunun iki üstün cəhəti var. Birincisi bu qədər məsafədən oğurluq etmək heç kimin ağlına gəlməz. İkinci də bu Kanrasda baş verməyəcəyinə görə heç kim bunu inqilabla əlaqələndirə bilməyəcək. Biz bu gün burda axtaracağımız qərarla podpolkovnik Erikson bu balaca məntəqəmizin qubernatorunu seçirikvə onun özünə rəhbərlik edəcəyi ərazidən kənara çıxmağın qadağan edirik. Biz buranı tərk etdiyimiz zamanlarda ona özünün seçib götürəcəyi üç nəfər yardımçı ayırırıq. Bir də bu gündən hər birimizin təklifi ilə on-on beş nəfərdən ibarət mühafizədə daxil olmaqla Bank təsisatı dəstəsi yaradırıq ki, o dəstə


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə