Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə12/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   ...   5   6   7   8   9   10   11   12   13

Bank təsisatı dəstəsi yaradırıq ki, o dəstəyə də rəhbərliyi mənə həvalə etməyinizi xahiş edirəm. Bu işlərə başlamaq üçün hazırlıq müddəti iki həftə elan olundu. Burdakıların hər biri çox çalışdı ki, Conu bu o qədər də ürək açmayan, həm də çox təhlükəli olan işdən ayırsınlar. Fredlə Henzi necə olursa olsunbu əmaliyyatlara Conun kənardan rəhbərlik edəcəyi halada işlərin uğurlu keçəcəyinə onu arxayın sala bilmədilər. O, dedi ki, bu çox vacib işdən kənarda qala bilməz. bu işdə........ tayfadan və digər vasitələrdən istifadə olunmuş, olunması nəzərdə tutulan yalnız atdan istifadə oluna bilərdi. Bunun üçün də elə uzun hazırlığa ehtiyac yox idi. Biz qarət ediləcək malikanələrdən bank və başqa məntəqələrin müsaidə edilməsindən başqa.

Con az qala iki aya yaxın müddətdə onsuz da buna qədər yaxşı tanıdığı və dost kimi qəbul etdiyi kameradakı hörmətli Eqdarla yanaşı dörd nəfərin kimliyini araşdırmağa ehtiyac hiss etməsə də o biri dustaqlardan onlara qoşulacaq beş nəfəri durmadan izləyirdi. Bunların arasında iyirmi yeddi-iyirmi səkkiz yaşlarında görkəmcə yaraşıqlı, kənardan nöqsan tutlması mümkün olmayanVilson adlı gənc podpolkovnikin baldızıRosemariya ilə yaxınlıq edir, qıza olan münasibətini heç kimdən gizlətmək istəmirdi. Oxşayır Rosemaniyanın da bu oğlandan accığı gəlmədiyinə görə onu qarabaqara izləməsinə etiraz etmirdi. Oğlan bu nəzarətin heç bir nəzakətsizliyə bağlanmadığına görə bu işdən ərtafında acığı gəlmirdi. Con dostu hörmətli Eqdara dedi ki, Vilson adlı bu oğlanla maraqlan, onun kimliyi haqqında məlumat ver. Bir neçə gündən sonra Eqdar Cona dedi ki, oğlanı mən onsuz da çox savadlı və qabiliyyətli adam kimi tanıyırdım. Con desəm ki, on nəfərin içərisində ən nəzakətli və yüksək düşüncəli adamdı buna inanmaq olar. O, dəmir yolu üzrə ali təhsiz alıb və körpü tikintisində çalışırmış. Oğlan qabaqkı mühəndisin yol verdiyi texniki qüsura görə körpüdə əngəl yaranıb. O mühəndiz şirkət sahibinin kürəkəni olduğuna görə nahaqdan günahı atıblar bunun üstünə. Ona beş il həbs veriblər. Con bu xəbərdən çox sevindi. Podpolkovnikin ailəsi üçün bu şəraitdə bu hal təsəlli ola bilərdi.

Con Vilsonun çox ciddi inadına baxmayaraq ona tövsiyyə etdi ki, sən podpolkovniklə qal, ona səmimi ol. Onlara sədaqətli ol ki, onların ürəkləri bir az açılsın. Rosemariyanın tam məhəbbətini qazanmayana qədər səni bu düşərgədə cənnət həbsxanasında saxlayacaq. Vilson Conun nəyə işarə etdiyini başa düşüb qızarıb başını saldı aşağı.

XXX

On iki gün müddətinə on beş nəfərlik dəstə bütün vasitələrlə təmin olunub hazır idi. Bunların arasında bələdçi hər cürə şəraitdəgecə yol seçmə qabiliyyəti olanlar, xəzinələri açmağı bacaranlar, güclü və səssiz-səmirsiz döyüş bacaran üç nəfər hindulu, iki nəfər zənci var idi. On beş nəfərin səkkiz nəfəri mühafizə dəstəsi idi. Bunlar həm qabaqda, həm arxada müşahidə aparırdılar. Səfər ancaq Missuriyaya idi. Konrasda nə varlı bang, nə də sahibkar qalmamışdı. Koloradonun şəhərləri həm onlardan çox uzaqlarda, həm də onlar o yerlərə nabələd idilər. Çox böyük məsafə keçməli olacaqlar. Burada nə ağır iş səbr edib, bu zamanı yaşayıb, mənzil başına çatmaq idi.



Xxx

Bu on beş nəfərin tək iki nəfərindən bir peşəkar oğru seyf açandan, bir də bu işdə hədsiz görmə qabiliyyəti olan Edisondan başqa oğurluq bu adamların hamısına yabançı qəbul olunmuş bir hərəkət idi. Bu peşənin ruhunu qəbul etmək bu adamlara həddindən artıq ağır gəlirdi. Ancaq onların hamısı bu qərarın hansı zərurətdən irəli gəldiyini anlayırdılar. Hər kəs özlüyündə getdikləri bu işə ağ-qara demədən çalışırdılar ki, necə ağır olsa da bunu qəbul etsinlər. Con bu hisləri çoxdan yaşayırdı. O, bir xeyli bundan öncə hələ Tonikaya sürgün olmasından şahid olduğu ədalətsizlikləri aradan qaldırmaq üçün böyük inqilaba və ən aşağısısiyasi mübarizəyə ehtiyac olduğunu hiss edirdi və bunun da pulsuz mümkün olmayacağını qəbul etmirdi. O qeyri-qanuni yollarla əldə edilmiş pulların, sərvətlərin həmən adamların əlindən alınmasını ədalətli hesab edirdi. Ancaq bu şərtlə o pul yenə də qayıdıb ədalətsizliyə xidmət etməsin. Onlar Kombora şəhəri və onun ətrafında dörd ..............edəcəkdilər. bu müəyyənləşmiş yerlərdən ikisi Conun təklifi idi. Onlardan biri Conun əlindən pul kisəsini qapıbqaçdığı Melson adlı sahibkarın çox zəngin bangı və on ildən artıq bu sənətə səriklik edən o vaxtkı mayor, indiki podpolkovnik Maykl Vilsonun evindəki puluvə ziynət əşyaları bundan əlavə iki plantatorun şəxsimalikanələrində yerləşən bang xəzinələri.

Koloradonun mərkəzindən mənbəy alıb şərqə tərəf irəliləyən Arikanras çayını özlərinə istiqamət götürən dəstə artıq on gün idi ki, hərəkət edirdi. Artıq on gün idi ki, Con üçün doğma vətən sayılan Missuri torpağı ilə irəliləyirdilər. Onun üçün çox əziz olan bu torpağın indiki niyyətinə doğru hər addım atdıqca onun həyəcanı artırdı. Mister Cekson ona başqa vəzifələr tapşırmışdı. Ondan istər balaca vətənləri Missurinin istərsə də böyük vətənləri Amerikanın azadlığı uğrunda mübarizə gözləyirdi. Ancaq Con balaca vətəninə onun böyüdüb boya-başa çatdıran torpağı Kamleroya oğurluğa, quldurluğa gedirdi. Ən pisi də bu idi ki, o elə bil toya, bayrama gedirdi. Con nə qədər çalışırdısa ki, bu dövrdə indi irəliləməkdə olduğu məqsədi barədə düşünməsin. Bu pis işlərdən yəni oğurluq, quldurluqlardan sonrakı həyat barədə aparılacaq mübarizə barədə fikirləşsin. Ancaq müümkün olmurdu. Onun bütün .......... bildiyi adamlar ona deyirdilər ki, sən hazır deyilsən. Biz səndən nə gözləyirik sən nəyin arxasınca düşmüsən. Onun yadına Tonika küçələrində oxunan mahnılar düşdü.

Amerika hamilədi azadlığa,

Hələ mamaçalar məktəbə gedir.

Şair necə də şəraitin nəbzini olduğu kimi tutub. Konras bizdən azadlıq istəyir. Biz hələ azadlığa gedirik.

Necə də bu hərəkətə dəli olana qədər uğunub gülmək, səfalətin sinəsi üstə qol götürüb doyunca oynamaq istəyir adam.

Tonika qan içində xoşbəxtdi bu gün,

Burda qan gölündə boğuldu körpə.

O hadisədən sonra allahın səbri qurtarmalı və yer-göy dağılmalı idi. Qiyamət enməli idi yer üzünə. Bir tərəfdə səfalət, nalə, göz yaşları, o biri tərəfdə qılınc sərvət, hakimiyyət. Nədi bu ilahi bölgü. Həmişəmi həyat belə olacaq.

O süd əmib, qan qusan körpəni,

Yenidən dirildib verəcək bizə!

El naləsi bu tələbi Konrasdan, onun övladlarından, bizlərdən istəyir. O, körpənin, ananın haqqını almadan mənim yaşamaq haqqımı deməyə heç kimin cəsarəti çatmaz.

Özünün zülmün axıtdığı qan gölünün üstündəki çıxışı yadına düşdü. Ey ölənlərin ruhu- sizə söz verirəm. Heç bir sədd, zindan, sürgün qarşımı kəsə bilməyəcək. Mənim mübarizə yolum bu gündən, bu andan gün kimi müəyyənləşdi. O, bu fikirləri toplayıb içərisində hayqırdı. Bayaqdan onunla paralel at sürən, ancaq bütün diqqəti Conda olan vəkil Stefan Adams Conun sərikləndiyini gördü. Conun altındakı at kişnədi. Vəkil Conun atının onun bu siriklənməsindən həyəcanlanıb kişnədiyini anladı və son günlər dostunun həddən artıq fikir etdiyinə narahatçılıq keçirirdi. Məqsəd yerinə çatdıqları bir anda isə böyük zərər vura biləcəyin nəzərə alıb, Con bilirsənmi insanları qəhrəman edən onların hansı xüsusiyyətləridir deyə Conun qarşısını kəsmiş Stefan Adams bu sualı dostuna məhkəmə zalında əqli tamamilə başında olmayan ən qatı cinayətkarı düşdüyü çıxılmaz fikirdən ayırmaq üçün səsləndiyi bir güclü ifadə ilə vermişdi. Con vəkilin sualından həqiqətən fikirdən ayıldı və bu sualla vəkilin ona nə demək istədiyini anladı. Vəkil onu elə deyəsən oğurluq üstə tutmuşdu. İndi isə vəziyyətdən çıxmaq lazızm idi. İnsanı qəhrəman edən xü3susiyyət nədi? Nə bilim nədi. Bunun üçün min səbəb ola bilər. Dostum, deyə Con vəziyyətdən çıxmaq üçün sən bu sualı qəhrəman olmaq istəyən adamlara ver ki, onlar nəsə tapıb cavab verə bilsinlər. Con qarşıya məqsəd qoyub qəhrəmanlıq etmədən ölkəmizi indiki hüquqsuzluqdan azad etmək mümkün deyildi. Qəzetlərdə belə şüar səslənir” Con bütün azadlıq sevərləri birləşdirəcək” mənə elə gəlir ki, ona da Stefan Adams yox, Conu səsləyirlər. Con bilirəm qəhrəman olmağın şərtləri çoxdu. Ancaq mənə görə bunlardan ən başlıcası qəhrəmanlıq etmək istəyən adamın birinci xüsusiyyəti görəcəyi işi, atacağı addımları üzərində çox götür-qoy etməsidi. Müzakirə ehtiyatlılıq əlamətidir. Qəhrəmanlıq isə ehtiyatlılıq sevmir. Sənin bu qədər fikirli olmağın başqalarına yaxşı təsir etməz. dostum sağ ol. Sən mənə lazım olanı vaxtında dedin. Ancaq hərdən məni az da olsa fikirdə görsən bil ki, böyük işimizi götür-qoy etmirəm. Balaca Cek və Cerli haqda düşünürəm.



Xxx

Kambola şəhərinin ətrafına yaxşı bələd olan Con izinə düşülməsi çətin olacaq münasib yol seçdi. Bu yer ən azı şəhərdən iki verst aralıda yerləşirdi. Onlar burada Kambolada edəcəkləri soyğunçuluq əməliyyatlarını başa vurana qədər məskunlaşdıqları daimi yerləri alacaqdı. Bundan əlavə onların xırda dəstələri üçün də hər hansı bir işi görmələri üçün qısa müddətə lazım olacaq sığınacaqlar lazım idi ki, Con bu yerləri də müəyyənləşdirdi. Düşdükləri birinci sığınacaqda bir günlük istirahətdən sonra Con əməliyyat aparılacaq yerlərin təxmini xəritəsini cızdı. Onların kimə aid olmaları, şəhərin hansı yerində yerləşəcəklərini və müdafiə imkanlarının vəziyyətini imkan daxilində açıqladı. Əməliyyatı aparmaq üçün birinci, yəni odunluq yerinə girənlər, ikinci əməliyyat yerinin hər ehtimala qarşı mühasirəyə alanlar və üçüncü müəyyən məsafədə ehtiyatda güdük çəkənlər müəyyənləşdi. Hər bir əməliyyat üçün üç gün vaxt ayrıldı. İki gün gecə-gündüz müşahidə, üçüncü gün son iş. Con özünü birinci quruppaya salıb, həm müşahidə, həm də çapçınçılığın özündə iştirak etmək qərarını verdi. Con adamlar qarşısında belə bir vəzifə qoydu. O bu vəzifəyə əməl edilməsinin əhəmiyyətini, onların dəlxək işlərində böyük əhəmiyyəti olacağını söyləyib dedi ki, bizim ........... etməməyimizdə məqsədimiz əldə edəcəyimiz sərmayəni Amerika xalqının az bir hissəsinin də olsa azadlığına yatırtmaq məqsədi daşıyır. Əgər biz bu əməliyyatlarda səhvə yol verib adam öldürməli alacağıqsa, bu qanla əldə edilmiş pula əldə ediləcək heç bir humanizm üzərində qurulacaq azadlıqdan söhbət gedə bilməz. biz nə boyda azadlıq əldə etmiş olsaq da, gələcək tarix bizim əldə edə biləcəyimiz mənəvi və maddi qurtuluşumuzun möhürünüün bir tərəfinə rəğbət, o biri tərəfinə ləhmət damğası vurmalı olacaqlar. Biz girdiyimiz evlərdə öz canımızın bahasına da almış olsan, orda kimsəsiz insanlara əzab verməliyik. Ancaq bir halda çöldə, həmin yerlərin mühafizə dəstəsinin hər hansı bie üzvü bizim üçün çıxılmaz vəziyyət yaradarsa biz onu aradan götürməyə məcbur olarıq.

Con birinci oğurluğun Kamboranın tarixi qədər ata bacısı sahibkar olan, özünün əsas səhmlərinin sahibi olduğu böyük bangı olan, Cemin pul çantasını əlindən qapıb qaçmaq istədiyi baş səhmdar kimi ad çıxarmış Xantonun həm mənzilinə, həm də yaşadığı mənzilin birinci mərtəbəsində yerləşən əsas bangına girməklə başlaması qərarını verirdi. Şəhərin mərkəzində, adamların gedişli-gəlişli yerində yerləşən bangın küçə qapısında cəmi iki qarovulçu var idi. Az qala uzunluğu əlli-altmış metrə çatan binanın sakinləri mənzillərinə arxa həyətdən girib çıxırdılar. Arxa tərəfdə Xantona məxsus olan binanın arxa hissəsinin giriş qapısında bir nəfər qarovulçu dayanırdı. Aparılan müşahidə onu göstərirdi ki, həyət qapısının qarovulçusu Bangın qarovulçuları mala rəhbərlik edir. Çünki vaxt qarovulçularını o dəyişir. Silahı o alıb verir.bangın həm pulları, həm də açarları ona təhvil verilirdi. Onun üstündə, əlində gəzdirdiyi açarların çoxluğundan hiss olunurdu ki, bütün seyflərin açarları da onda olur. Gündüzlər səhər açılandan gecə bang bağlanana qədər ona başqa bir nəfər silahlı da kömək edir, onun tapşırıqlarını yerinə yetirib, ora bura göndərilirdi. Üçüncü günün axşamı Banga və mənzilə giriləcək axşamıbirinci qruppanın iki döyüşkən uşaqlarından Neil Cona dedi ki, tək mənə icazə ver, mən bu baş qarovulçunun köməkçisini evlərinə qədər müşagidə edim, onu bir əlverişli məqamda yaxalayım və ondan ev, bang, onun giriş-çıxışı, açarlarının harda, kimdə olması və ziynət şeylərinin yerini, bang haqqında hər şeyi öyrənim. Onu elə yerə bağlayacağam ki, səhərə kimi tapılmayacaq.

Con bir az fikirləşib bu təklifin xeyrini, şərini ölçüb biçib, qorxan gözə çöp düşər deyə yaxşı get ancaq hər ehtimala qarşı tək yox. Bu işi səssiz, səmirsiz, zərərsiz görmək üçün bir nəfər azdı. Josephi də özünlə götür. Əgər bu iş baş tutsa bunun çox böyük əhəmiyyət ola bilər.

Neillə Joseph nəzərdə tutulan vaxtdan çox tez qayıdıb gəldilər. Onlar qarovulçunun dediklərindən əlavə onun üstünü gəzərkən evdə və Bangda olan pul və ziynət şeylərinin saxlanma yerlərinin çəkilmiş və yazılmış planı tapıldı. O dedi ki, Bang və evdəki şeyləri aparmaq üçün biz özümüz hazırlaşırdıq. Siz baş qarovulçu Zachavu öldürməyin. O, çox qorxaqdı. Bıçağı ya da revalveri yalandan söykəyin böyrünə hər şeyi özü açıb nə var hamısını sizə təhvil verəcək. Ancaq işi qurtarandan sonra imkanınız olsa məni də unutmayın, yolunuzu bizdən salıb mən də beş-on qızıl verin. Onun babasından qalma bir yüz kiloluq sandığıağzına qədər qızıl, brilyantla doludu. Az qala onun yüz..... dəyəri var. Mənə inansaydınız çox yüngül sizə kömək edərdim. Meil onun sözünü kəsib, oxşayır sənin qismətin səhərə qədər bu ağaca sarıqlı, dilsiz, ağızsısqalmaq imiş. Ancaq işimiz sən deyən kimi uöurlu alınsa sənə baş çəkib, beş on qızıl verməyə söz verirəm.

Neillə Joseph çox aydın şəkildə işlənmiş ev və bangda olan pul və ziynət şeylərinin saxlanıldığı yerləri əks etydirən kağızı Cona verib, əldə etdikləri məlumatları danışıb, birlikdə müzakirə etdilər. Evin və Bangın planına etibar olunmasını qarovulçuların özlərinin qoşulduğu quldur dəstəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan, özü də çox yaxın vaxtlarda baş verəcək qarət təsdiq edildi. Neilgil hər ehtimala qarşı bu Abraham adlı qarovulçunun üst paltarını soyundurub ona geyindirmişdilər. Bu Abraham həm də onlara demişdi ki, gecə yarıdan keçənə kimi baş qarovulçu mənzilin içindəki qapıya yaxın otağa girib, başını atıb yatsın. Qapının arxasının çox güclü siyirmələrini vurmaq nadir hallarda onun yadından çıxır. Qapının arxası bağlı sizin mənzilə girməyiniz çox çətin olacaq. Siz Bangın da açarlarını əldə etmək üçün gərək Ereksona adlı baş qarovulçunu ələ keçirəsiniz. Ona görə məni öldürməsəniz sizə elə işarə deyərəm ki, siz onu deyən kimi o sizin kimliyinizi soruşmadan qapını açıb çölə çıxar. Bu işarə mənimlə onun qoşulduğumuz və Xantonun bang və evin birlikdə qarət edəcəyimiz dəstənin çox qorxulu başçısı Ervinin qoyduğu məxfi işarədir. Neil Abrahama demişdi ki, onsuz da biz səni öldürməyəcəyik. Evidə Bangı da necə olursa olsun aparacağıq. Ancaq sənin bizə köməyin nə şəkildəsə sənin işinə yarıya bilər. Özün bil istəyirsən de, istəyirsən demə.

Abrahama onlara demişdi ki, bu işarə “İti vaxtında yedizdirmək lazımdır”sözlərindən ibarətdir. Üstündən də tez, tələsik qeyd etmişdi ki, hamı da bilir ki, bu işarəyə əhəmiyyət verməmək nə deməkdir. Quldur başçısı Gnvin cəmi bir dəfə onun itinin yeməyini gecikdirən xidmətçini acından ölənə qədər öz itinin yerinə bağlatdırmışdı. Ona görə bu az müddətdə ölümdən yaxa qurtarmaq üçün çox danışan qarovulçunun sözünü kəsən Joseph; hərə bir şeyə görə özünü məhv edir, sən də həddən çox danışırsan. Dediklərinin biri doğru çıxmasa elə bu ağacda sarıqlı can verəcəksən. Mən bunu bilirəm. Ona görə də yalan danışmaq imkanım yoxdur. İstəyirsiz özünüz aparın, elə birinci səhvimdə məni öldürün demişdi.

Con məlumatları yekunlaşdırıb müşahidədən əldə olunmuşlarla birləşdirib hərəkətin qəti planın açdılar. Əldə olunan məlumata əsasən ziynət şeylərinin çox olduğunu nəzərə alıb arxadakı müşahidə ............. kömək çağırmalı oldular.

Gecə saat ikidə başlayan əməliyyatBangın qarşısında küçə tərəfdə Abrahamanın paltarında qarovulçulara yaxınlaşmaqla onların gicgahından vurulan zərbəilə uydurulub kənara ağaclığa sürüdüldü və onların paltarı və tüfəngləri ilə əvəz olundular. Əsas iş isə açarların əldə olunması idi.

Həyətdən Xantonun malikanəsinin qapısı döyüldü. Baş qarovulçu Enekson heç vaxt rastlaşmadığı gecə bu vaxtın zənginə təəccüb etsə də ürəyinə belə qorxulu bir şey gəlmədi. Evdən çöldə də heç kim qalmamışdı ki, ........ bir də qalan olanda o heç vaxt uzanıb yuxuya getmir və gələn adamın fatonunun səs-küyü aləmi götürür. Çox laqeyd halla o, kimdi soruşdu. Tanış olmayan bir səsdən “İti vaxtında yedizdirmək lazımdı” sözlərini eşitcək heç cürə indi bu tezliklə gözləmədiyi bu işarədən onun bədəni lərzəyə düşdü. Axı ən azı on- on beş gün bu qərar verilməli deyildi. Hələ ona çatacaq pay da düz əməlli müəyyənləşdirilməmişdi. Bəs bu necə ola bilər. Axı nəyə görə adam göndərib. Bəlkə məni çağıtdırır. Elə bir vacib işi var ki, sabaha qoymaq olmaz. Nə olursa olsun mənim qapımı açmaqdan başqaəlacım yoxdu. Yoxsa vaxtından çox qabaq başımı vermiş olaram. O, qapını açıb çöldə beş-altı nəfərin yaraqlı hücuma hazır kimi dayanmalarını görüb, bu qədər adamın yanında bu işarənin verilməsi elə də xeyirli deyil dedi. O, gözlərini adamların qarşısında səhra quldurları qiyafəsində dayanmış adama dikib qaldı. Bu adam da çox sərt səslə ona qabağa gəl əmrini verdi. Erekson heç nə başa düşmədən, ancaq qorxu içində irəliləyib bu adama bir-iki metr qalmış dayandı. Con ona dedi ki, Envin qəsdən qarətin vaxtı qabağa çəkilib. Adamlar da dəyişdirilib. Ev və bangın bütün xəzinəsi bir saat müddətinə sizinlə birlikdə Envinin bizi gözlədiyi məqamda olmalıdı. Sonra o dedi ki, bu vaxt dəyişmənin səbəbi Abrahama tərəfindən buraxılan səhv səbəb olub. Ona görə də o bu axşam aradan götürüldü. Sonra da onun axırıncı iki sözünü sizə deyirəm. Evdə, Bangda heç kimin burnu qanamayacaq. Əgər hər hansı bir itgi olsa onun əvəzini özün ödəməli olacaqsan. Sonra da bütün işlərə Envinin yanına qədər nəzarəti mən edəcəm. Artıq Conun adamlarının yarısı mənzilə girmişdilər. Con əlindəki bangın və evin pul və xəzinə planını Ceksona göstərib Envin də bunu mənə verdi ki, yaddan çıxıb heç nə qalmasın. Mənim sənə ilk tövsiyyəm budur. Evdəkiləri evə gözlənilən hücumda qorxut, onların salamat qalması anı ilə onları küçəyə pəncərəsi olmayan bir otağa yığ. Yada da bu adamlardan hər adam olan bir silahlı qoy ki, onlara hay küy salmağa imkan verməsinlər. Bu elə də rahat çıxış yolu deyil. Ən yaxşısı silah gücünə də olsa onları otağa toplamaq lazımdı və ziynət şeylərini əldə etdiklərinə görə sevinsələr də həm yorğun, həm də quldurluq, çapçınçılıqla əlaqələri olmayan bu adamların bir neçə nəfərindən savayı bu işi görüb bu adı üzərlərinə götürdüklərinə görə qəlblərinin dərinliyində bir pərtliy keçirirdilər. Ancaq bu əməli törətməkdə məqsədlərinin nə olduğunu yada salıb bu pərtliklərini aradan qaldırmağa çalışırdılar.

Bir az dincələndən sonra məlum oldu ki, Bangdan əlli iki min dollar pul, Xantonun mənzilindən isə o dolu sandıqdan əlavə az qala on kiloqrama yaxın qiymətli daş-qaş qarət etdilər. Hamının ürəyindən keçirdi ki, bu xəzinə ilə bir ordu qoşun, bir şəhəri bir neçə il saxlamaq olar. Elə bununla da kifayətlənib qayıdıb getmək lazımdır. Con özü də vəkil Stefan Adams və az-çox quldurluq görmüş Eqdar da bu qədər sərvətin çoxluğundan çaşıb qalmışdılar. Nə də onların heç biri bu qədər pula, qızıla nə etmək olar,qədərini müəyyənləşdirə bilmirdilər. Birinci əməliyyatı müzakirə edib, uğur və buraxılmış nöqsanların yerini müəyyənləşdirəndən sonra Con dedi ki, bu birinci əməliyyatda taleh bizə yaxından əl uzatdı. Və biz demək olar ki. Heç bir çətinliklə üzləşmədik. Bu da Nellə Josephinin həm cəsarətli, həm də çox ağıllı tədbirlərinin nəticəsində baş verdi.

Həm də bir az təsadüflük karımıza gəldi. Məsələn: əgər Ervinin soyğunçuluq planı və Abrahamın da bu dəstənin iştirakçılığı olmasaydı biz bu işi bu qədər asanlıqla başa vura bilməzdik. Ancaq bu uğur bizi arxayın salmamalıdır. Şübhəsiz ki, bu hadisə bütün Kanbola varlılarını öz az-çox xəzinələrinin müdafiyəsini gücləndirməyə məcbur edəcək. Conun məsləhəti ilə Fredin rəhbərliyi iləəldə olunmuşsərvəti biz gecə-gündüz yol getməklə qayıdacaqları, yol boyu aparıb etibarlı yerdə gizləyib qayıtsınlar ki, burada baş verə biləcək hər hansı bir hadisə əldə etdikləri sərvətə təhlükə törətməsin. Buna görə onlar qarşıdakı serifin bangına ediləcək basqını iki gün təxirə salmalı oldular.



XXX

Zaman-zaman Kambolada söz-söhbət gəzmişdi ki, guya Mill Xantollar təmiz ingilis əsilli deyil, onların hindulara ulu qarışıqlıqları var. Ona görə də onlar bu şəhərin başına gələn hər cür bəlalardan sağ-salamat çıxırlar. Heç bir itgiyə məruz qalmırlar. Əksinə hər hansı bir çaxnaşmadan, qıtlıqdan, müharibədən onlar böyük qazancla çıxırlar. Elə bil ki, tarixin yadda qalan zamanında Milli Xantonların var-dövlətlərinin belə qorunub saxlanılması bir sehrli sirrə çevrilib, müxtəlif əfsanələr yaratmışdı. İndi bir gecənin içərisində Xantonların həm banglarına, həm də mənzillərindəki var-yoxlarına süpürgə çəkilməsi bütün Kamboranı iflic etmiş şəhəri bu hadisə dolub danlamağa başlamışdı. Bir də bu ağlagəlməz hadisənin içərisində ən böyük maraq doğuran işdə soyğunçuların özlərini “Əsil Amerikalı” adlandırmaları idi. Bu quldur dəstəsinin adından heç kim heç nə başa düşə bilmirdi. Çünki hamının nəzərində əsil Amerikalı başqa cürə, ən azı oğurluq, quldurluqla heç birəlaqəsi olmayan, Amerikanın qanunlarına hörmət edən, onun hökumətinə və xalqına sədaqətlə xidmət edən, yeri gəlsə onun uğrunda canını qurban verməyi bacaran adam olmalı idi. Tay bu boyda oğurluq, çapqınlıq edibbir tayfanın neçə yüz illik qan tərlə yığdığı sərvətini soyub aparanlara necə “Əsil Amerikalı” demək olar. Bəzilərində bu barədə çox da özünü yormayıb deyirdilər ki, əşşi quldurdan bundan artıq nə gözləyəsən. Ağıllarına gəlib heç Əsil Amerikalının nə demək olduğunu bilmədən iki kəlmə gördüyünü yazıb atıblar ora ki, bunların da adı budur. Ancaq bu boyda şəhərdə bu ad iki adamı rahat buraxmırdı. Bunlardan biri Kamboranın Şerifi podpolkovnik Tomas da Conun dostu Faytonçu Mister Xantonun mənzilinə atılmış kağızdakı “Əsil Amerikalı” sözlərini oxuyan kimi nəyə görəsə Con gəlib durdu gözlərinin qarşısında. Heç əslində dərhal Conun onun gözləri qarşısına gəlməsi nəyə görəsə də deyildi. Burda onun heç vaxt yadından çıxa bilmədiyi bir vəziyyət səbəb var idi. O vaxt o Cemi həbs edəndə Conun əvəzinə Condan başqa heç nəyim yoxdu deməsinə uğunub güləndən sonra qəfil gözlərini açıb bu adama baxanda .................. olub gülüşünü tam saxlaya bilməsə də o vaxta qədərrastlaşmadığı bir mənzərə ilə üzləşmiş vəə bəlkə də ömründə ilk dəfə içəridən səksənib qorxmuşdu. O heç vaxt və min əzab verilən cinayətkarın bilərəkdən böhtana salınan insanın sifətində belə amansız hal görünməmişdi. Serif bu adamın üz gözündən püskürən nifrətin dəhşətindən elə hesab etmişdi ki, indi bu dəqiqə bu adam onun üstünə atılıb onun boğazından yapışmaq və və min polis də olsa onu bu adamın əlindən ala bilməyəcək. O, dərhal əlini tapançaya aparıb üzündəki gülüşü eybəcər halda dondurub bu halı gözlədiyi halda Conun sifətindəki vəhşiləşmiş nifrətin gözlərində bir damcı yaşla əritdiyinin şahidi olmuşdu. O, hadisədən Serifin sən necə Amerikalısan ki, oğlunu qorxutmamaq üçün cibində qurusun yoxdu. Səndən əsil amerikalı ola bilməz dediyi sözlərdən sonra bu Con deyilən şəxsin düşdüyü vəziyyət yadından çıxmırdı.

Condan sonra Yançu hadisəsində Conun qəzetlərdə çıxan şəklinə baxan kimi yeni hadisə Serifin gözləri qarşısına gəlmişdi. Bizdə ən axırıncı, vəhşicəsinə öldürülmüş zənci tayfasının qan gölündə olan meyidlərinin başları üzərində danışdığı zamanı sifətlərindəki ifadəyə baxıb yenə Conla ilk üzləşdiyi halı yadına salmışdı. İndi o nədənsə əlləri əsə-əsə xeyli “Əsil Amerikalı” sözlərini oxuyub təkrar edə-edə elə hiss etdi ki, bu soyğunçuluqda onunda Conla bir yerdədi. Nədənsə ağıla sığmasa da fikirləşdi ki, bu hadisə Condan kənarda deyil. Bunu başqa heç kim edə bilməz. çünki o vaxt Xanton da ona qoşulub Conun vəziyyətinə onun Amerikaya layiq övlad olmadığına ürək dolusu gülmüşdük. Şerif əlində kağız görəsən bu toydan mənə də varmı? Keçirib, tez də fikrindən səksənib qorxub. Heç kim cəsarət edib Şerifin evinə basqın edə bilməz. ancaq nədənsə bu fikrin arxasında uzaq da olsa Condan başqa heç kim ola bilməz fikri yatırdı. Şəhərə yayılmış “Əsil Amerikalı” sözləri hamıdan çox Mister Ceksona tanış idi. Bütün şəhər təəccüb içində olduğu halda Mister Cekson sevinc içərisində çobalayırdı. Ona hələ şaiyə şəklində çatan bu yayılmış sözün gerçək olduğunu yəqinləşdirmək lazım idi. Onu da bilirdi ki, bu mütləq gerçəkdi. Çünki ancaq onun bildiyi bu söz boş yerdən götürülə bilməz. nə də başqa quldur dəstəsinin bu ünvanı götürmək nə ağıllarına gəlməz, nə də onlara lazım idi. Bu ad ancaq Cona lazımdır. O gecə gündüz “Əsil Amerikalı” olmağın yolunu axtarırdı. O, bəlkə bu sualı mənə yüz dəfə verib,” Əsil Amerikalı”nın nə demək olduğunun, onun hansı mənsəbə, hansı məqsədə qulluq etdiyini, mərtəbəyə necə yetişməyin sirlərini ondan soruşmuşdu. Mister Cekson da elə Cona yazdığı məktubunda “Əsil Amerikalı”olmaq uğrunda mübarizəyə başlamağın məqamı olduğunu ona xatırlatmışdı. Mister Cekson bir şeyə məəttəl qalmışdı, bu iş ona çətin inanılası görünürdü, bu da Conun sürgün olunduğu, həm də həbs olunduğu şəhərlərin çox uzaqda olması idi. Bir də Con heç həbsxanadan qaçdığı düz əməlli iki ay olmayıb. O, bu qədər məsafəni keçib Mill Xanton kimi həm evin, həm də bangın istehkamam çevrilmiş bir adamı qarət etmək üçün xeyli qüvvə və silah lazımdır. Mister Cekson sevincindən bir yerdə toxtaya bilmir, nə də hər dəqiqə yeni xəbərlər yayılan şəhəri buraxıb evə gəlib, bu xəbəri heç olmasa arvadına danışıb, ürəyini bir az boşalda bilmirdi. Hələ deyəsən bir neçə dəfə Şerif muxbirlərə demişdi ki, bu qarət ancaq Conun işidi. Düzdü, Şerif belə deyəndə muxbirlər də, ətrafdakılar da hamısı bu bəyanata içlərini çəkib, bunun mümkünsüz olduğunu Conun quldurlarla heç bir əlaqəsinin ola biləcəyinə inanmadıqlarını bildirib, hətta Şerifin nədənsə ağlını itirdiyini də fikirləşmişdilər.

Mister Cekson həm də hələ sevincini bir təhər ört-basdır edib, Conun və onun dəstəsinin ələ keçirilməsi fikrini edirdi. O, Conun heç cürə ələ keçməyəcəyinə, bu işi çox ehtiyatlı tutacağına əmin olsa da qorxunu tam uda bilmirdi.

Şerif özlüyündə qarəti Conun etdiyinə, bu işarə ilə də dəstəni adlandırması ancaq ona məxsus olduğuna əmin olsa da inandığı bu fikrinin üstündə dayana bilmirdi. Çünki bunu sübut etmək üçün onun əlində heç bir əsas yox idi. Nə də o heç kimə açıb deyə bilmirdi ki, o vaxt dediyi sən “Əsil Amerikalı” deyilsən sözünün üstündə Con bu hala düşmüşdü ki, indi də bu hadisəni Conun o vaxt nə hala düşdüyünü gözü ilə görməyən insana Şerifin bu sözü nağıl kimi görünər, heç kim də onaa inanmaz.

XXX


Aparılan axtarışlar, verilən vədlər Mill Xonton ailəsinin oğurlanmış sərvətlərinin uzağı bir həftəyə tapılıb yiyələrinə qaytarılacağına ümid verirdi. Polisdən və prokurorluqdan əlavə Mill Xonton özü də qohum tanışlardan götürdüyü borcla əlavə hərbi qüvvə tutub axtarış üçün şəhərdən bütün istiqamətlərə göndərilmişdi.

Bütün Kambola əhli hər an bu böyük quldur dəstəsinin yaxalanıb həbs olunacaqlarını səbirsizliklə gözlədikləri halda, bu hadisənin altıncı günü səhər açılar-açılmaz bomba kimi silkələyən xəbəri yayıldı şəhərə ildırım surəti ilə ki, polkovnik Şerif Tomasın evini aparıb, əl-qolunu, ağzını bağlayıb, evindən zirzəmiyə salıblar, evində də nə var hamısını sümürüb aparıblar. Polis idarəsində növbətçi olan beş polisi də elə öz xidməti yerlərində həbs ediblər. Quldurlar özləri də səhərə qədər polis idarəsinə yiyəlik ediblər. Ən maraqlısı da o idi ki, Şerifin evini aparan quldurlar ora da “Əsil Amerikalı”yazılmış kağız atıb gediblər.

Günortaya yaxın səs yayıldı ki, tapılandan üç-dörd saat sonra güclə özünə gələn Şerifin dili açılan kimi birinci sözü Con olub. O deyib ki, mən bilirdim Mill Xantonun evini, bangını aparan odur. Ancaq bunu sübuta yetirmək üçün əlimdə əsas yox idi. İndi öz evində çox yaxşı tanıdığım Conu öz gözlərimlə gördüm.

XXX


Şerifin evinin aparılması çox ciddi müzakirə edildi. Bu planın çoxdan hazırlanmasına baxmayaraq Fred bu işin çox riskli olduğunu, həm də bunun qarşısında Şerifin evindən bu riski, əvəz edəcək pulun, ziynət şeylərinin çıxmaması ehtimalının da çox olduğunu deyibbunu digər daha münasib obyektlə əvəz edilməsini məsləhət bildi. Fredin bu fikri ilə razılaşıb Condan bəlkə fikrinin dəyişə biləcəyin istəyənlər də oldu. Con dedi ki, mən Fredi də, o fikirdə olanları da başa düşürəm və bilirəm ki, bu fikirlər hamısı təşkilatımızın xeyri üçündür. Ancaq burada bir zərərli ənənə var. Qəbul olunmuş qərarın itgi və çətinliyə görə dəyişə bilməsi ənənəsinin əsası qoyulur. Biz əvvəldən bu təhlukəni görməli idik. Əgər onu görə bilmirik və yaxud da görüb nəzərə almamışıqsa bu düzü, səhvi yaşamağa məhkumuq. O düzü ki, əməliyyatın keçirilib keçirilməməsi yox, necə keçirilməsini müsakirə edəyin. Biz Şerifin evinə girməmiş polisi nəzarətə götürməliyik. Daha doğrusu aranı polislər qarışıq ələ keçirib onları elə orada həbs etməliyik.

XXX


Gecə saat ikidə polisin küçə qapısının ağzında dörd nəfər kefli adamın o tərəfdən ikidə bu tərəfdən vuruşmağa başladılar. Polislər cəld çölə çıxıb bu bir-birlərindən ayrılmaq istəməyən dörd nəfəri tutub içəri apardılar. Bu kefli adamlar içəridə də sakitləşmək bilməyib güclü kefli olduqlarına görə hara gəldi gedir, kim gəldi əl-qol atır, polisnən dalaşdığı adam da fərq qoymayıb halsız halda onların da yaxasından yapışırdılar. Əməliyyata rəhbərlik edən Meil göz altı hər şeyin qaydasında olduğunu, artıq uşaqların hərəsi bir polisi hədəfə aldığını görüb, başlamaq işarəsi verdi. O, qəfil vaşak cəldliyi, pələng zərbəsi ilə polisin birinin dö. Qəfəsinin qurtaracağından, nəfəs borusundan vurdu və revolveri növbə rəisi mayorun gicgahına dirəyib, hər cür hərəkətin ölümlə bitəcək deyib, onun kəmərindən tapançanı çıxartdı və qalx üzünü divara çevir dedi. Qalan üç nəfərsə paylarına düşən polisləri vurub, yerə sərib silahlarını aldılar. Növbə rəisinin qoluna qandal vurub boş otaq göstttər deddi. Meil dörd polisi sürüyüb boş otağa salıb qapını qıfılladı. Mayora dedi ki, sən əməliyyat qurtarana qədər bizimlə birlikdə olmalısan. Əgər özünü yaxşı aparsan sağ qalmaq şansın olacaq. Mayor əsə-əsə nə deyirsiz eliyim, ancaq ailəmi nəzərə alıb, məni öldürməyin-deyə yalvardı. Meil silahla, paltar saxlanılan otaqları açdı. Özlərinə uyğun və on dəst də artıq paltar götürüb, yaxında gözləyən iki atlını çağırtdırdı. Silah və paltarları onlara verib, sizə yaxşı yol deyib, saata baxdı. Danışdıqları vaxt saat üçün yarısında mayora dedi ki, indi Şerifə zəng et. Çox həyəcanlı, ancaq ciddi şəkildə Şərifə zəng elə de ki, polisə hücum var, tez özünü bura çatdır. Mayor Şerifə zəng edib bildirdi ki, naməlum silahlılar tərəfindən polisə hücum var. Öhdələrindən gələ bilmirik. Özünü bura çatdır. Mən çıxıram çölə mövqe tutmağa.

Şerif tələsik xidmətçini çağırıb atları hazırla. əmrini verib, özü də geyinib çıxmaq üçün otağına qayıtdı. Xidmətçi çöl qapısından çıxan kimi onun ağzını qapayıb kənara çəkdilər. Şerif geyinib birinci mərtəbəyə düşüb böyük zalın ortası ilə çöl qapıya tərəf irəliləyəndə qəfil hər tərəfdən işıqlar yandı. Şerif zalın düz ortasında onula üzbəüz dayanmış Conu görüb səndərlədi və güclə yıxılmaqdan özünü saxlayıb, Con sənsən deyə bildi. Mənəm cənab Şerif. Sizin tövsiyyənizi yerə salmayıb, Əsil Amerikalı olamq üçün bu gün sizə qonaq gəlməyə məcbur olmuşam. Şerif dərindən nəfəs alıb, Con düz edib gəlmisən. Ürəyimə danmışdı ki, sən nə vaxtsa gələcəksən. Ancaq bu tezlikdə gözləmirdim. Con bilirəm, vaxtilə sənə çox pis lağ eləmişəm. Buna görə məni öldürmə. Evdə nə var hamısını yığışdır apar. Şerif, mənim arzum səni öldürməkdən çox, səninlə bir də üzləşmək olub. Mənim bir sualıma cavab versən səni öldürməyəcəyəm. Mənə de görüm Əsil Amerikalı nə deməkdir. Hansı adamlara Əsil Amerikalı deyirlər. Mən bunu bilmək istəyirəm.

Con bu söz sənə mənim özümü apara bilməməyim, və yaxud da vəzifəmin həddini aşıb harınnamış adam kimi verilən cavabdı. Buna başqa ad vermək olmaz. Oldu. Əsil Amerikalının ya həddindən artıq ağlı, gücü olmalıdı ki, onu müəyyən mərtəbəyə qaldıra bilsin, yaxud da nə yolla olursa olsun pulu olmalıdır. Bu iki halda adam indiki Amerikalıya çevrilə bilir. Con sən ağıllı adamsan. Amma tək ağıl adamı güclü edə bilmir. İndi Amerikada əlli faiz qanunlarla, qalan əlli faiz isə özbaşınalıqlarla idarə olunduqlarına görə, sizə də məqsədinizə çatmaq üçün əlli faiz pul lazımdır. Düzdür, məndə Xantonlar ailəsində olan qədər pul, ziynət yoxdu. Ancaq elə də az da deyil. Con pul sənin əlində məndə olandan daha xeyirli ola bilər.

Devis dedi ki, Şerif istəyirsənsə ailə üzvlərin zərər çəkməsin, pul və qiymətli şeylər olan yerləri bizə göstər.

Con mən səndən heç nə gizlətməyəcəyəm. Ona görə ki, hər ehtimala qarşı Londondakı banglarda bir az pulum var ki, onlarla ömür boyu ailəmi saxlaya bilərəm. Şerif çox səmimiyyətlə pul və qızıl gümüş olan yerləri göstərib Cona dedi ki, indi mənim əlimi, ayağımı və ağzımı bağlayın. Bu kürsüyə sarıyıb arxayın çıxıb gedin. Sizə söz verirəm ki, sabah məni durğuzmasalar günortaya kimi burda yatacağam. Nə də ki Con sənin arxanca polis salmayacağam. Onsuz da bu iş üstə məni vəzifədən götürəcəklər.

Xxx


Şəhərdən çıxanda Con atın cilovunu çəkdi. Vəkil Stefan Demisin qorxduğu hadisə baş verdi. Con hamıya baxıb nəzərlərini onun üstündə saxlayıb, Sfif bizim və mənim Kambolaya birdə nə vaxt qayıdacağımızın vaxtı məlum deyil. Mənə elə gəlir ki, mən bu əlverişli anı əlimdən buraxsam, ola bilsin ki, ömrüm boyu bunun peşmançılığını çəkə bilərəm. Mən evə uşaqlarıma yox, qəbirstanlığda Luiranı yad etmək istəyirəm. Vəkil fikrini bir yerə cəmləyib dillənməmiş Fred dedi ki, Con ola bilsin ki, birinci qarətdən sonra sizin ev də, qəbirstanlıq da, Luiranın qəbri də nəzarətə götürülüb. Fred mən səni başa düşürəm. Mən bir başa ora getməliyəm. Əvvəl Mister Ceksona dəyəcəyəm. Mister Ceksonun bu barədə mütləq məlumatı olacaq.Əgər elə olsa mən buna cəhd etmərəm. Bu şəhərdən qayıdıb getsəm Luiranın ruhunun məni bağışlamamaq haqqı var. Məni başa düşün və bu işdə də mənə yardımçı olun. Vəkil dedi ki, Con qərar qəbul edildi. Ancaq səninlə Fred və bir də Noellə, Josephdən ikisindən birinin getmək şərti ilə.

Mister Cekson iki dəfəyatıb ayılmışdı. Artıq səhərə qədər yata bilməyəcəyini bilirdi. Conun, onun dəstəsinin əvəzinə onlara plan qurur, hər işdə də Conu qalib edib, onun ölkə prezidentliyinə qədər aparıb çıxarırdı. Küçə qapısının döyüldüyünü eşitdi. Hə polislər mənim də mənzilimi yoxlamaq qərarına gəliblər deyə fikirləşib yerindən qalxdı. Arxayınçılıqla deyindi. Polisi necə, hansı çətinliklə qarşılayacağını götür-qoy edib, qapının siyirməsini çəkib, onu hirslə özünə tərəf çəkdi. Qapının bütöv işığını kəsmiş dağ gövdəli Conu görüb bir an nəsə fikirləşib qollarını açdı. Con onu qucaqladı. Mister Cekson bir neçə dəfəsilkələnib gərginliyini boşaldıb, Conu geri itələyib ona bir az tamaşa edib niyə belə riskli addım atmısan. Axı hər yer kimi mənim də evim polis nəzatərində ola bilərdi. Con çox kövrək şəkildə ilk dəfə Mister Ceksona ata müraciəti ilə mən bunu etməli idim-dedi. Mən Luiranın qəbrini ziyarət etmək istəyirəm. Con,üç gündü ən böyük polis dəstələri Luiranın qəbri ətrafına yerləşdirilib. Bunu mənə polisdə olan dosttum, sənə rəğbət bəsləyən biri deyib. Sənə qətiyyən ora getməyə icazə vermirəm. Mən sabah gündüz Luiranın qəbrini ziyarət edib, sənin adından üzrxahlıq edərəm. İndi burda dayanmayın keçin içəri......

Yox. Onda bizə icazə ver, biz ləngiməyək. O təkrara ata deyib, Mister Ceksonu qucaqlayıb, bu dostlarımızın və təşkilatımızın fəaliyyəti nəticəsində işlərimiz yaxşı gedir. Məndən nigaran qalma. Con Mister Ceksonu azca kənara çəkib, bu təşkilat yaranmamış sənin verdiyin pul mənim idi, ondan istəsəydim qəpik-quruş xərcləyə bilərdim. İndi bu qədər pulla mən qəpiysizəm. Ondan xərcləmək ixtiyarım yoxdu. Bilirəm Klara uşaqlarını nə ilə saxlayır. Onlar ...Mister Cekson Conun sözünü kəsdi. Con birinci mən həyatda var ikən onların çörək korluğu çəkməsi mümkün deyil. Bunu sənə yazmışam. İkincisi də bunu tam gerçək qəbul elə ki, demə Klaranın fövqaladə paltar tikmək bacarığı varmış. O, Luiranın tikiş maşınını işə salıb. Hayıf ki, sənə göndərmək üçün çəkdirdiyim......... axı mən muxbirin haqqını verib demişdim ki, onu məşhur qəzetlərin birində çap elətdirsin ki, bəlkə sənin əlinə keçə. Nəsə uşaqlardan arxayın ol. Klara onları öz balası kimi saxlayır. Analarını itirməyiblər. Sən belə olmasaydın bəlkə indi onlar kimi bu şəhərdə xoşbəxt uşaqlar olmazdı. Klara onların hamısını məktəbə bərpa edib. Bu illərdə buraxdıqları dərslərin yerini doldurmaq üçün müəllim tapıb. Conun birdən içərisi təlatümə gəldi. Onun ürəyi , qəlbi, düşüncəsi, uşaqlara, Klaraya olan məhəbbəti tufan kimi qalxıb nəfəs yolunu tutdu, o ağladı. Bu söhbət bir az da davam etsə, o heç nəyə baxmayıb haray çəkib evə dikəlib, odun, alovun içindən keçib, uşaqların hamısını-Cerlini, Ceki və sonda da Klaranı qolları arasında sıxıb bu dünyanı bəlkə də tərk etmək istəyərdi. Ona görə də Mister Ceksona baxıb, ata sən yubanmadan bizə dəy. Şübhəsiz ki, uşaqlara yox, Klaraya vəziyyəti danış. Onu məndən arxayın sal. Ona de ki, bu işdə nə Luiranın, nə də mənim iştirakım yoxdu. Onun allah özü Luiranin uşaqlarına ana göndərib. Mən bundan sonra bu dünyada nə edəcəyəmsə, elədiklərimin böyük bir hissəsi onun eşqinə olacaq. Bilsin ki, onun əzabının yerini doldurmayınca mən bu dünyanı tərk etməyəcəyəm. Con Mister Ceksonu birdə qucaqlayıb, surətlə ondan uzaqlaşdı.

XXX


Mister Cekson səhər evdən çıxanda arvadı Mariyaya dedi ki, günorta Klara gilə gedəcəyəm. Nahara gəlməsəm narahat olma. O, ən uzağı on gündən birarvadı ilə Klara gilə gedirdilər. Con sürgün olandan, əsas da Luira rəhmətə gedəndən sonra Mister Cekson bütün qayğısını bu ailəyə tərəf yönəltmişdi. O,Klaranın analıq ruhuna, ev səliqəsinə, uşaqları böyük məhəbbətlə qanadının altına almasına, bütövlükdə ailəni idarə etmə mədəniyyətinə və xoş, ecazkar xüsusiyyətinə vurulmuşdu. Az qala üç-beş ildən bir gözə.............., ikisi Avropada, ikisinin də Vaşinqitonda yaşayan övladlarının ətrini, təsəllisini Klaradan və onun uşaqlarından almağa başlamışdı. O, Conun dediyi son sözləri Klaraya olduğu kimi deyə bilməyəcəyini hiss edib,onları yazılı şəkildə ona təqdim etməyi qərarlaşdırdı.

Klara tay qabaqkı kimi qapalı, yəni ev həyatı yaşamırdı. O, hər gün bir neçə dəfə bu və ya digər işlərə görə evdən çıxmalı olurdu. Onun uşaqlara, yəni Luiranın övladlarına dərs deyən müəllimlərlə, bazar, dükanla və tikdiyi paltarları satan mağazalarla əlaqəsi var idi. Ona görə Con haqqında qəzetlərdə çıxan bütüm məlumatlardan xəbər tuturdu. İndi də Kambolada baş verən iki quldurluq hadisəsi barədə məlumatlı idi, həm də soyğunçuluğun Con tərəfindən edilməsi barədə yayılmış söz-söhbətdən də xəbərdar idi. O, Conun həyatından çox nigaran olsa da, ancaq onun törətdiklərini, kiçik, böyük hadisələrə baş verməsi vacib olan iş kimi baxırdı. Ona görə də Conun heç bir hərəkəti onu elə də təəccübləndirmirdi. Çünki o inanırdı ki, Con nə edir etsin, o heç vaxt pis iş görməz, başqalarına zərər vuran hadisə törətməz. O işi Con görübsə, deməli onun edilməsinə ehtiyac olub. Ancaq bunlarla yanaşı bu baş vermiş hadisələr çox böyük olduğundan Klara buna inanmır, sadəcə olaraq camaatın Conu çox istədiyinə, onu qəhrəman hesab etdiklərinə görə bu böyük hadisələri də onun adına çıxdıqlarını hesab edirdi. Klara və evdə olan uşaqlar Mister Ceksonu həmişə olduğu kimi sevinclə qarşıladılar. O da ev adamı kimi keçib həmişə oturduğu kürsüsündə oturdu. Klara gördü ki, Mister Ceksonun fikri çox dağınıqdı. O, nə uşaqları dindirib danışdırmasında, nə də hərəkətlərində həmişəki məntiqi yarada bilmir. Əlindəki tropkanı gah bu tərəfinə, gah da otərəfinə qoyur. Bir uşaqla söhbəti qurtarmamış, o biri uşaqla söhbətə başlayır. Nəyisə axtarırmış kimi tez-tez əlini cibinə salıb boş çıxarır. Həm də elə bil nəzərlərini ondan qaçırmağa çalışır.

Nahardan sonra Klara süfrəni yığışdırıb uşaqlara dedi ki, keçin öz otağınıza. O, Mister Ceksona baxıb, ata, nə baş verib, niyə belə həyəcanlısan. Klara az qaldı deyə ki, bəlkə yenə Con barədə bir xəbər var. Tez də bu fikrinə peşiman olub, o bu sözü necə dilinə gətirib belə şey soruşa bilər. Fikrində az qaldı əl atıb saçından bir çəngə qoparsın. Mister Cekson Klaranın üzünə baxıb, bir anda onun sifətinin nə hala düşdüyünü görüb, yuxudan ayılan kimi qorxub, yox, yox sən elə fikirləşmə. Hə, Condan xəbər var. Ancaq yaxşı xəbər. Hər ikisi susub bir-birlərinə baxdılar. Klara yenə ürəy edib soruşa bilmirdi ki, Condan nə xəbər var, ondan nə yaxşı xəbər ola bilər. O, ata dedi. Mister Cekson dedi ki, Con axşam bizə gəlmişdi. Onunla görüşdüm. O, bunu deyib tıxcanıb dayandı. Klaranın gözlərindən yaş cığır açdı.

Mister Cekson yükünü tam boşaldan adam kimi yüngülləşib, Klara həqiqətən Conun işi yaxşı gedir. O, böyük məqsədinə doğru uğurla irəliləyir.

Klara gözünün yaşını silib oda boşalmış bulud avazında şəhərdəki hadisələri Con törədib? –deyə soruşdu.

Hə qızım, o törədib. Bu hadisələr onun gələcək planlarının ilk mərhələsidir. Mən də istəyirdim ki, o bu işlərə vaxt itirmədən başlasın. Con nə evə, nə də Luiranın qəbrini ziyarətə dələ bilməzdi. Buna mən də imkan vermədim. Çünki, dəqiq bilirəm ki, ev də, Luiranın məzarı da polisin nəzarətindədir. O, sizin vəziyyətinizi soruşdu. Axırda mənə bu sözləri sizə çatdırmağımı xahiş etdi. Mister Cekson cibindən bir vərəq çıxardıb Klaraya verib, sağollaşıb getdi.

Klara kağıza baxdı. Mister Cekson Conun dediklərini öz bildiyi kimi belə yazmışdı. “Ata Klaraya de ki, onu allah özü Luiranın uşaqlarına ana göndərib. Mən bundan sonra bu dünyada nə edəcəmsə, elədiklərimin böyük hissəsi onun eşqi naminə olacaq. Klara bilsin ki, onun əzabının yerini doldurmayımca mən bu dünyanı tərk etməyəcəyəm”. Klara kağızı ovcuna alıb sinəsinə sıxdı. Qəfil ilan sancmış kimi əlini sinəsindən çəkdi. Ona elə gəldi ki, Luira onun bu hisslərinin şahidi oldu. O, Luiranın xeyir-duasını almadan onun Con haqqında başqa cür düşünməsi ən böyük cinayətidi. Luira məlaikələrə bənzər qəlb sahibidir. Ona xəyanət etmək olmaz.

Klara ölüm ayağında Luiranın ona dedikləri xatırladı. Luira ona demişdi: “Klara Conun böyük qəlbi var. Onun məhəbbəti bizim düşüncə sərhədlərimizdən çox böyükdür. Onun qəlbi dünyanı isitməyə bəs edər. İndiki halda Cona kömək lazımdır. Klara Conun səni çox istədiyini bilirəm. Mən özüm də səni çox istəyirəm. İnansan da, inanmasan da səndən başqa Conu hamıya qısqanıram”. Klara hiss edirəm ki, mən çox yaşaya bilməyəcəyəm. Cem mənim ömrümü ikiyə böldü. Mən özümdən sonra sənə görə Condan arxayın olacağam.

Klara səhər uşaqları səliqə ilə geyindirib hər birinin əlində çiçək Luiranın qəbrini ziyarətə apardı. O, heç vaxt, nə ........ dünyasını dəyişəndə, nə uşaqları bir tikə çörəy ucbatından ölüm təhlukəsi ilə üzləşdiyi vaxtlarda bu cür ağlamaq qarşısında qalmamışdı. Onun ürəyi elə dolmuşdu ki, az qalırdı yerindən çıxsın. O, bacısı qədər istədiyi, qəlbi təmiz insandan onu məhəbbətinə şərik etməyin rizasına yalvarmasına gəlmişdi. Bilirdi ki, Luira buna layiq deyil. Luiranın nə bu dünyada, nə də o dünyadakı məhəbbətinə, həyatına toxunmaq olmaz. Ancaq o bunu istəməyə məcbur idi. Çünki o da Conu Luira qədər sevirdi. O, Luiradan sonra onun balalarına analıq etmək istəyirdi. O, Luiranın baş daşını qucaqlayıb onun ruhuna and içdi ki, mən indikindən də min dəfə çox Conu sevmiş olsaydım yenə sənin dünyadan getməyinə razı ola bilməzdim. Nə qədər sənin nəfəsin Conda idi, mənim sənin həyatına şərik olmaq fikrim olmayıb. Ancaq bu taleyi nə mən yazdım, nə də sən. Üstəlik də özün dedin ki, mənə görə Condan rahat olacaqsan. Con da hələ üstəlik mənə nələri yazıb. Bacı mənə icazə ver Con barədə düşünüm. Onun sevgisini ürəyimə salıb onunla yaşayım. And içirəm ruhuna bu mənə bəxş edə bildiyin böyük eşqin əvəzini sənin balalarına xidmətimlə, onlara doğmalıq etməklə çıxacağam.

Luiranın ikinci oğlu artıq on dörd yaşlı dur, ana, deyə Klaranı baş daşından güclə qoparıb, uşaqlar artıq dözmürlər, çox sıxılırlar, gedək-dedi.

Bu gün ona dediyi ana sözünü Luiranın xeyir-duası kimi qəbul edən Klara qəbir daşını buraxıb, onu və başqa uşaqları bir-bir qucaqlayıb gedəyin dedi.

O andan artıq Klara xoşbəxt idi. O, Con və ona olan məhəbbət barədə azad düşünə bilir, xəyalən Conu axtarır, istədiyi qədər onunla bir yerdə olur, bəzən ürrək sözlərini ona pıçıldayırdı. Hələ istəsəydi onun əlində də tuta bilərdi. Ancaq hələ buna ehtiyat edirdi. Daha doğrusu buna həm utanırdı, həm də qıymırdı. Tezdi deyirdi. Xəyalında, yuxusunda öz-özünə Conun əlindən tutmaq. Qoy hələ ona doyunca tamaşa edim. Condan xəlvət onun gözlərinə doyunca baxım, sonra onun nəfəsinə yaxınlaşaram.O Conun divardakı şəklinə gözlərini zilləyib, ürəyi boşalınca göz yaşı töküb, hər dəfə də Con daha bundan sonra ağlamayacağam deyirdi. Klara qəlbinə sığmayıb ürəyin partlatmaq istəyən Conun məhəbbətini, onun balalarını bağrına basıb, onların üz-gözlərindən opməklə azca da olsa soyudurdu. Conun bu dünyada olması onun məhəbbətini tamamlayır və onu ən xoşbəxt qadına çevirirdi.



XXX

Dəstə qərara aldı ki, yollarının üstündəki birinci qarətdən əldə etdiklərini gizlətdikləri yerə qədər uzaqlaşsınlar. Belə daha təhlükəsiz olar və orada bir neçə gün dincəlməklə üçüncü qarətin planını bir daha götür-qoy edib, hərəkətə keçərlər. Demək olar ki, bir gün yol getdikdən sonra pul və cavahiratı gizlətdikləri yerə yaxınlaşanda hamıdan qabaqda gedən, sərvəti uzaqlaşdırıb gizləyən dəstənin başçısı Fred yerində quruyub qaldı. Pul və ziynətin basdırıldığı yerlərdə alaçıqlar qurulmuş alaçıqların arasında hindulu geyimində və ............ adamlar gəzişirdi. Fred demək olar ki, taqətini itirdi. Çatıb hamı onun baxdığı istiqamətə baxıb, alaçıqları görüb çaşıb qaldılar. Con atını Fredə yaxınlaşdırıb, nə baş verdiyini ondan soruşdu. Ferd dedi ki, Con nə bir metr o tərəfə, nə də bir metr başqa tərəfə yox, alaşçıqlar düz pul və qızılla basdırılmış yerin üstündə tikilib. Özü də yeddi alaçıqdı. Bu alaçıqlarda hər biri ən azı on nəfərlik idi. Hamı bir-birlərinə baxdı. Elə bil hamının boğazına kəndir salıb dar ağacından asdılar. Bu vaxt arxadan hindulu döyüşçü çağırışı ilə bir dəstə atlı göründü. Con hayqırıb: Mühasirəyə düşdük, döyüşə hazırlaşın, deyə bağırdı. Atları buraxın deyə yenə sıçrayıb dəstənin qabağına yüyürdü və baxdı ki, dəstənin neçə nəfər olduğun və qabaqda gələnin hamısının silahla gəldiyini müəyyənləşdirdi. O, toxtayın deyə bağırdı. Qabaqda gələn Lohanadı. Şeytana ləhnət bu qız bizim ürəyimizi partlaatmaq istəyir, nədi. Lohana qırğı kimi atın üstündən sıçrayıb Cona tərəf qaçıb onun qarşısında dayanıb, xeyirxah ata keç taqsırımdan bir dəstə avara sizin izinizə düşmüşdü. Onları yerlərində yerə basdırmaq üçün bir az vaxt itirdim. Ona görə ləngidim. Sizi bir az qabaqda qarşılamalı idim. Con ona irəli gəl dedi. Con Lohananın və onun yanında dayananVinçentin alnından öpüb Lohanaya görünən çadırların nə və kimə məxsus olduğunu işarə etdi. Lohana yuxudan ayılan kimi olub hindulu dilində onunla gələn dəstənin çaşçısına nəsə dedi və dərhal onlar qabağa çadırlara tərəf çapdılar. Lohana xeyirxah ata onlar bizimkilərdi. Sizi bir anlığa burada yubatmalı olacam. Yeddi alaçığın dördü bir göz qırpımında söküldü. On dəqiqə çəkmədi ki alaçıqlar hamısı a........ yoxa çıxdılar. Lohana gülə-gülə Cona baxıb əlini çadırlara uzatmaqla elə bəlkə buyurun dedi.

Con və qalanlar hələ burada gizlətdikləri xəzinəninin başına nə gəldiyindən xəbərsiz idilər. Ancaq hamısında bir arxayınçılıq var idi ki, bu çadırlar Lohanaya məxsusdusa, deməli xəzinəyə heç bir təhlükə ola bilməz. Hamı alaçıqda yerləşəndən sonra Lohana Conun qarşısında dizi üstə oturub, xeyirxah atlı siz Koloradodan çıxandan bura kiji sizi izləmişəm. Burada gizlətdiyinizz xəzinənin daha təhlükəsiz olması üçün o aparılıb podpolkovnik Eriksona təhvvil verilib və düşərgəyə nəzarət gücləndirilib. Mən dəstəmi iki yerə bölmüşdüm. O biri dəstəəmlə sizin nəzərdə tutduğunuz plantatorların evindəki və bangındakı xəzinəni heç bir itgi vermədən nə onlara, nə də özümüzə qarət etdik. Bir də əlavə bizə o vaxt ziyan verən plantatorlardan birinin evini aparmışıq. Lohana Vinçentə işarə etdivinçent alaçığın bir küncünə gedib, basdırılıb üstünə ağacdan qapaq qoyulmuş quyudan sandıqçaları çıxarıb gətirib Conun qarşısına qoydu. Hamı donub qalmışdı. Onlar nə gördüklərinə, nə də bu qızın etdiyi hərəkətlərə inanmağı yuxu hesab edir, ancaq gözlərinin qarşısında olanlarla razılaşmalı olurdular.

Con çox sıxıntıdan sonra nəsə demək istəyəndə Lohana sanki sıçrayaraq ayağa qalxıb, baş əyib; xeyirxah ata, bunlar sizin məqsədiniz, görəcəyiniz işlərin yanında çox xırda şeylərdi. Biz Vinçentlə sizin ətrafınızda olub, sizə harda olsa yaraya bildiyimizə görə çox xoşbəxtik.biz getdik. Biz həmişə, hər an sizinləyik deyib, onlar bir anda xəyal kimi yoxa çıxdılar. Fred uzun müddət bu möcüzənin təəccübündə fikrə getdi. Heç kim bu baş vermiş işin qarşısında dillənib bir kəlmə danışa bilmirdi. Con dillənib Amerika Lohana və Vinçent kimi ağıllı, cəsur, azad cavanlarla doludur.onların özləri və allahları bizə məqsədimizə çatmağa köməklik edəcəklər. –dedi.

Vətəndaş müharibəsi.

On doqquzuncu əsr Amerika tarixi azad insan, azad cəmiyyət, azad iqtisadiyyat uğrunda gedən mübarizə və müharibələrdən ibarətdi. Bütün vasitələri ilə surətli inkişaf yoluna düşmüş ölkənin yolunun üstündə ən böyük maniyə sinfi və irqi qarşıdurmada idi. Bu mübarizədə hər iki tərəf həm təhkimçiliyi və qul əməyini saxlamağa can atanlarla azad iqtisadiyyat və yeni burguaziyanın tərəfdarları o qədər güclü idilər ki, onlar ölkə konstitusiyasında məmurların da iki yerə bölüb üzbəüz qoya bilmişdilər. Bu böyük aparıcı ziddiyyətlə yanaşıAmerika cəmiyyətinin ən böyükdərdi irqi ayrı seçkilik idi. Artıq demək olar ki, başdan ayağa ölkəyə yiyələnmiş onun idarə olunmasının bütün sahələrinə sahib çıxmış ingilislərlə və bu ad altında yaşayan ağ dərililərlə bu adamların özlərinin Afrikadan və başqa ölkələrdən daşıyıb gətirdikləri qul həyatı yaşayan zəncilər, bir də bu torpaqların ingilislərdən çox-çox qədim sahibləri olan hindu və Eskimas tayfaları arasında sonu görünməəyən mübarizə və müharibələrin sonu görünmürdü. Ölkənin belə bir ictimai siyasi və iqtisadi mürəkkəblik burulğanında əksəriyyət bu istəyin nə qədər asan və çətin olmasının fərqinə varmadan azad Amerika, azad ştat, azad, rahat qansız-qadasız həyat istəyirdi. Böyük təhsillə ağıl və təcrübəsini gücləndirmək imkanı əldə edə bilməyən Con yaşadığı həyatın ona diqtə etdiyi ibrət dərsi ilə mövcud ədalətsizliyi yüngülləşdirib azadlığa çıxmaq üçün bütün varlığı ilə can atırdı.

Amerikanın dünyanın səsini batıran çox böyük inkişafının gurultusu içərisində səsi eşidilməyən milli azlıqların və acların fəryad harayları Conu rahat buraxmırdı. Üç gün idi ki, onun gözünə yuxu getmirdi. Haradan başlamaq? Kimlərlə başlamaq? Və necə başlamaq? Əldə edilmiş xəzinə ilə beş min ev tikib, bu evlərdə iyirmi min əhalini ən azı iki il yaşatmağa, bununla yanaşı beş min əsgəri silahlandırıb, onu suvari halına gətirib, geyindirib, yedizdirib, bir il saxlamağa və hətta bundan da artıq işlərə çatası miqdarda idi. Ancaq nə olsun. Əvvəl Cona elə gəlmişdi ki, pul olsa hər şey etmək olar. Ancaq indi pul var, lakin ən çətini nədən başlayıb hara qədər gedib çıxmaq məsələsi idi. Con qarətdən qayıtdıqlarının dördüncü günü podpolkovnik Eriksonun arvadı və uşaqlarından başqa düşərgədə olan iyirmi üç nəfərlə müşavirə keçirmək qərarına gəldi. O bu vaxta qədər qarşıda görüləcək işləri ayrı-ayrılıqda podpolkovnik Eriksonla, Stefan Adamsla “ Əsil Amerikalı”Tonika təşkilatının onu əvəz edən sədri Fred və o təşkilatda məxfi işlər üzrə müavini Henri və hinduların azadlığı təşkilatının fəal üzvü onlar səfərdən gələnə qədər Lohananın verdiyi kordinatla düşərgəyə gəlib çıxmış hindulu uğrunda mübarizə təşkilatının fəal üzvü Niellə müzakirə etmiş və hamısı ilə də o qərara gəlmişdilər bu böyük məqsəd uğrunda atılacaq addım hamının birgə toplantısında müzakirə olunsun. Və hər bir kəsin qəbul etdəcəyi qəti qərara gəlinsin.

XXX


Con toplantı iştirakçılarından icazə alıb sözə başlayıb dedi ki, mən sözümü bu günkü tarixi toplantının məqsəd və ruhuna uyğun olan Corc Vaşinqtonun bu sözləri ilə başlamaq istəyirəm. O demişdi: “Hər bir Amerikalı vətəndaşı olduğu ölkəni xoş və xoşbəxt gələcəyə daşımaq istəyirsə o missisipidə üzən timsahı da özünün üzərinə sıçramağa hazır dayanmış meşə pələngində, hindusunda, eksimosunda, zəncisində, ingilisində, sağlamın xəstəsində özün sevdiyi kimi sevməlidir. Bundan başqa cür fikirləşənlərAmerikanın demokratlaşmasına qarşı çıxanlar və ona ziyan gətirənlərdir. Mən C. Vaşinqtonun dediklərini yetmiş ildən sonra ona görə təkrarladım ki, onun bu sözlərinin o vaxtkından bu gün həyata keçirilməsi daha zəruri təlabata çevrilib. Bizli-bizsiz Amerika xalqı demokratik cəmiyyət qurmağa, irqçiliyi aradan qaldırmağa və dünyanın ən azad sahibkarın və əmək adamın yaratmaq mərhələsinə yaxındır. Ancaq bu prosesi surətləndirməyə Amerikanı bütün demokratiyanın qarşısını kəsən əngəllərdən azad görmək istəyənlərə kömək lazımdır. Biz də bu iş üçün sizinlə bura toplaşmışıq. Demokratik şimalla, qul əməyinə söykənən cənub əlbəyaxada bu vuruşun qurbanı bir orta Amerika ştatları olub. Biz bu ştatların təhkimçilikdən azad olması, ölkə konstitutsiyası çərçivəsində müstəqil olması uğrunda mübarizəyə başlayırıq. Bunu ən azı bir və ya bir neçə ştatda edə bilərik. Mənə elə gəlir ki, ştatların azadlığının həm hökumətdə, həm də yerlərdə tərəfdarları üstünlük təşkil edirlər. Biz nəyə nail olsaq da, olmasaq da həm ingilisin, həm zəncinin, həm də hindlinin azadlıq qoşununu yaradıb bu məqsədlə mübarizəyə başlamağımız bizim hər birimizi bundan sonra yüz il heç bir şey etmədən yaşamağımızdansa bu mübarizəyə qoşulub hüquqsuzların hüququ, acların çörəyi uğrunda mübarizə aparıb beş gün yaşamağımız daha mənalı və şərəflidir.

Bu yolu biz sizinlə hamımız qəbul etmişik. İndiki məqsədimiz bu mübarizəni nə formada, hansı miqyasda və ştatda aparmağı və bunun təşkilinə həsr olunacaq. Ancaq bir hal əvvəldən məlumdur ki, bizim yaradıcılığımız qoşun bərabər hissədə ağlardan, qaralardan və hindulardan ibarət olacaq.bizim idarə edəcəyimiz və yaxud dayaradacağımız ştat bu və digər xalqların bütün sahədə bərabər hüquqlu və birlikdə yaşayacaqları Amerikada ilk ştat olacaq. Biz məsələyə də fikrinizi bildirin. Biz hərəkətə başlamamışdan qabaq bizim müdafiəsinə və azadlığına qalxdığımız vətənin içində özümüzün kiçik bir sığınacaq və ömrümüzün sonuna qədər bir mənəvi və iqtisadi mənbə hesab olunan kiçik vətənimizin, yəni kəndimizin, obamızın olması lazımdımı, yoxsa yox....

İki günlük qızğın mübarizələrdən sonra nəhayət ümumi qərara gəlindi. Günü sabahdan elə bu yerdə üç yüz evə hər birində qırx-əlli nəfər yaşaya biləcək ümumi əsgər yataqxanaları, kiçik otel, ərzaq və geyim dükanları, bar, klub, həkim məntəqəsi, çörək bikirən sex və bir də bu icmanı idarə edəcək seçilmişlərin oturacaqları binaların inşa edilməsinə qərar verilirdi. İctimai təchizat idarəsi yaradıldı ki, ona rəhbər Fred təyin olundu. Qalan vəzifələr yerlərə göndərilən nümayəndələrin hələlik adı Amerikanın azadlığı uğrunda mübarizə təşkilatı adlanan bu hərəkata cəlb olunacaq mülki və əsgərlərin gəlişindən sonraya saxlanılmışdı. İlkin işlərin yekunlaşması üçün yüz gün vaxt ayrıldı.

Lohana ilə Vinçent hinduları bu beynəlmiləl orduya cəlb etmək üçün öz qəbirlərinə, Ervin zəncilərinin bir neçə tayfasının seçilmişi olan, Cona gerbi təqdim edən Raymanın yanına və Henri isə “Əsil Amerikalı” təşkilatının könüllü üzvlərini cəlb etmək üçün Konrasa göndərildilər. Onlara bu işdə tələsməmək, düzgün seçim etmək tapşırığı ilə yanaşı xeyli miqdarda pul verildi ki, yeri gəlsə muzdlu əsgərlər də cəlb edə bilsinlər. Bir neçə gün çaşqınlıq hökm sürdü. Bu işləri görmək üçün sənətkarlar, onların işləməsi üçün emalatxanalar, alətlər, uzaq və yaxınlardan materialları gətirmək üçün qoşqu alətləri və sairə ortalıqda olmayan bu vasitələr hamını darıxdırırdı. Con dedi ki, bu elə bir işdi ki, bunu qaçdı-qovmaq ilə tələm tələsik görmək qeyri mümkündü. Bizim bir səhvimiz onda oldu ki, bu yerləri çox yaxşı tanıyan Lohananı əldən buraxdıq. Səhər işlərimiz qaydasına düşməyincə onu gözdən uzaq qoymamalıyıq. Ancaq məndə elə inam var ki, bizim görə bilmədiyimiz çox şeyləri daha uzaqdan görən Lohana bizim bu səhvimizi başa düşüb tez qayıdıb gələcək. Ancaq bu o demək deyil ki, biz onu gözləməliyik. Fred, gəl biz səninlə, özümüzlə də bir neçə nəfər və əlinizdə olan o iki furqonu da götürüb Lohananın sənə göstərdiyi ............ bir az yoluna çıxıb hansı tərəfəsə hərəkət edin. Bəlkə qarşımıza bir yaşayış məntəqəsi çıxdı. O yola gedib çıxa bilsək mütləq ayağımıza daş dəyəcək. Con gilin bu səfəri bir həftə çəkdi. Onlar bir neçə sənətkar, içi ərzaq dolu araba, bir neçə qoşqu atı və az miqdarda alətlət tapıb gətirə bilmişdilər. Con gilin səfərindən üç gün sonra onun dediyi düz çıxdı. Lohana yüz əlli nəfərlik atlı, hindulu döyüşçü, xeyli sənətkar, qırx qoşqu atı, on araba hamısı dolu dən və alətlərlə gəlib çıxdı. Lohananın belə gəlişi bayrama çevrildi. Con sevincindən yaşarmış gözləri iləLohanaya xeyli tamaşa edib, and olsun allaha ki sən bəşəriyyət məlaikəsisən ki, allah səni bizə, bu xalqa kömək göndərib. Sözlərini yenə təkrar etdi. Sənin mənsub olduğun xalqının qədrini bilməyənlər nankor insanlardı. Onlar adam deyillər.



Elə bu gündən də düşərgədə də elə bir canlanma yarandı ki, bu hinduların hamısı usta imişlər kimi hər gün üç-dörd ev tikib qurtarırdılar.elə bil meşə özü bu insanlar üçün material hazırlayıb verirdi. Düşərgəyə material tayası vurulmuşdu. Lohana çatışmayan vəsait və alətlərin, ərzaqların, sənətkarların siyahısını çıxarıb səfərə çıxmışdı. Artıq bir ay keçmədi ki, iki yüz nəfər zənci əsgər və iki yüz nəfər də ağ dərili könüllü və muzdlu döyüşçülər cəmləndilər. Bunlarla yanaşı yüzə yaxın ailəli sənətkar və elə belə könüllü təşkilata qoşulmaq üçün gəlmişdilər. Gələn hər üç millətdən ailələrin sayı iki yüzdən çox idi. Cərgə ilə tikilmiş üstü pambıq və avarla örtülmüş evlər göz oxşayırdı. Düşərgədə həyat birdən-birə elə qaynamağa başladı ki, hamı heyrət, maraq və çaşqınlıq içində qalmışdı. Yaranmış vəziyyət hansı işlərin həyat əhəmiyyətli olduğunu özü diqtə edirdi. Bu qızğın, gecə-gündüzlü dayanmadan görülən işlər təşkilatın qarşısına qoyduğu gələcək işləri unutdurmuşdu. Daha doğrusu hamı başa düşürdü ki, elə gələcəyin təməli onların gördükləri bu işlərlə başlayır. Hamı bir nəfər kimi imkanı olan, yəni subay, körpə, uşaqsız qadınlar, yeniyetmələr də gecəli-gündüzlü tikintilərdə işləyirddilər. Artıq beş yüz nəfərə çatdırılmış əsgərlər üçün tikilmiş yaşayış evi və yeməkxana böyük şənliyə və intizamın yaranmasına səbəb oldu. Con bu görülən işlərin qarətdən də və qabaq da onları gözləyən döyüş mübarizəsindən çətin olduğunu görür və bu işin gələcək uğur üçün sınaq meydanı olduğuna sevinirdi. Burada ən dəyərli, ən ürəy açıb hamını sevindirən zəncinin, hindulunun, ingilisin inanılmaz səmimiyyətlə bir ailədə birləşib bir süfrə arxasında oturmaları idi. Bu millətlərin uşaqları bir-birlərinə qarışıb, əl-ələ tutub, oynayıb rəqs edəndə Con özünü kövrəlməkdən saxlaya bilmirdi. Hələlik qeyri-rəsmi vəzifələr bölünmüşdü. Düşərgənin hərbi komandanı podpolkovnik Eriksona şerifliyi, vəkil Stefan Adamsa təchizat, Fredə xarici əlaqələr, Henriyə tikinti işinə, zərgərlik Ervinə, düşərgənin bütöv –istər silah, istər ərzaq anmarı, hindulu Nielə tapşırılmışdı. Bu düşərgədə ən çox bəxti gətirən Tamella olmuşdu. Tamella Conun köməkçisi idi. Bu öz-özünə belə alınmışdı ki, düşərgədə görülən işlərə xəzinədən niyə, nə qədər çəkilən xərclərin qəpiydən üzü yuxarı hesabı aparılmalı idi. Bunun üçün həm savadlı, həm də bu hesabları aparmağı bilən adam lazım idi ki, buna da münasib Tamella idi. O, uzun müddət heç olmaya bircə dəfə kölgəsini görüb, onu xəyalında canlı Cona çevirmək istədiyi Conla bütün günü təmasda idi. O, Fredi sevirdi. Con onun üçün əlçatmaq allah qədər ona yaxın, həm də uzaqda olan məhəbbəti idi. Onun işi həddən artıq çox olduğu üçün podpolkovnikin qızı Rosemariyanı da ona köməkçi vermişdilər. Rosemariyanın az qala nişanlısı qədər sevgilisi olan Vilson da podpolkovnikin köməkçisi idi. Bu düşərgənin bu cür gümrahlığında, təchizatında hamını bir neçə dəfə üstələyən Lohana öz sevgilisi Vinçentlə Conun köməkçilərini, yəni düşərgəyə qəfil lazım olanları quş qanadında çatdırmaq üçün atın üstündən düşmürdülər.

Yüz günün tamamında hər bir kəsin inana bilmədiyi, gözlənilməz möcüzə başa çatdı. Beş yüz döyüşçü və onların ailələri ilə birlikdə min nəfərə yaxın sakinin rahat, bütün təminatı ilə yaşaya biləcəyi bir düşərgə, şəhərcik salınıb tamamlanmışdı. Hətta düşərgənin gün çıxan tərəfindən axan çayın bir verstliyindən suyun qarşısını çay daşları ilə qaldırıb düşərgənin ortasından axar çay yaratmışdılar ki, bununla hamı həyət bacasını suvara bilirdi.

Heç kim fikrində dərinə gedib tapa bilmirdi ki, bu möcüzə belə coşqunluq və eşqlə qısa müddətdə yaradılan yeni həyat Amerikanın bu dövr üçün hansı surətlə qabağa can atmasının, həm də insanların milli ayrı seçkilikdən artıq bezdiklərinin nəticəsidir. Bəli həqiqətən on doqquzuncu əsrin ortaları iqtisadiyyatda, demokratiyada və istərsə də insan haqları və azadlıqları sahəsində nəticəyə can atdığı ən coşqun və tarixi zamanlar idi. Con və digərləri bu salınan yaşayış düşərgəsinə bir az kənardan baxanda fikirləşirdilər ki, biz qarşımıza qoyduğumuz azad Amerika, azad ştat, azad insan uğrunda mübarizə məqsədimizi qansız-qadasız bu qəsəbənin timsalında yaratmışıq. Amerika dövlətinin konstitutsiyasında tələb olunan bütün təməl prinsipləri bu yaşayış məntəqəsində ədalətlə tətbiq olunacaq. Əgər bütün Amerika xalqlarının gələcək arzuları olan ev vtipli......... bizim əlimizdən almasalar bu əsil gələcək Amerikanın bir nümunəsi ola bilər. Əfsuslar ki, hələlik bunu düşünənlər çoxdu. Biz silahsız, vuruşsuz bu cür yaşayışı əldə saxlaya bilməyəcəyik. Çünki çox qısa müddətdən sonra burada , bu şəhərcikdə hindulu zənci ilə, zənci ağ dərili ilə əl-ələ tutub bir uşaq bağçasına, bir məktəbə, bir meydançaya birlikdə oynamağa gedəcəklər. Birdə onların və azadlığın yolunu gözləyən Kambora, Tonika və yüzlərlə belə məkanlar var....

Cemin haqsız dustaq olduğu türmənin divarlarının uçulması, Yançunun körpə bacısını, anasını yaşatmaq istəyi Luiranın nigaran qəlbi, ruhu, Cerli ilə Cekin yola dikilmiş gözləri, Lohananın bu dünyanı ağappaq görmək və ağ dərili Vinçentlə evlənmək arzusu, qan içində körpəsinə qan əmizdirən zənci ananın ona dikilmiş ümüdlü ölmüş gözləri, Klaranın məhəbbəti, Mister Ceksonun tövsiyyələri onu gözləyirdi. Kaş onların hamısını, bütün Amerikanı bu düşərgəyə yerləşdirə bilməyindən bütün dünya gözləyirdi ki, görsün Əsil Amerika necə olmalıdır. Onun azad vətəndaşları necə yaşamalıdırlar.

Min nəfərlik icmanın açıq qapı adlanan açıq havada toplantısı keçirildi. Bu Amerika tarixində ......... müxtəlif rəngli güllərin ağın, qaranın, bozun, mavinin baş-başa verib, ümumi bəşəriyyətin bütövlüyünün həsrətlə, həvəslə sinələrinə dolduran müxtəlif xalqların eyni hüquqlu vətəndaşlarının ilk təntənəli bayram toplantısı idi. Burada hamı bilirdi ki, bu ailənin hansı işinə kim rəhbərlik edə bilər. Odur ki, görünən göz qırpımında olan, onsuz da bu günə kimi həmin vəzifəni icra edən adamlar həmin işlərə böyük seçilirdilər. Yeni vəzifələri isə yeni insanlar təntənə ilə öz yerlərini tuturdular. Bir düşərgənin şeriflik məsələsi çox ciddi mübarizə yaratdı. Çünki bu işi müvəqqəti yerinə yetirən vəkil Stefan Adams bu vəzifədən imtina edirdi. O, çox ciddi inadla bu hərəkata şerif olamq üçün deyil, həyatda təsadüf etdiyi çox ciddi nöqsanların, ədalətsizliklərin aradan qaldırılması üçün mübarizə aparmaq, vuruşmaq üçün qoşulduğunu bildirirdi. O bu vəzifəyə podpolkovnik Eriksonun ya da hüquqşünas Henrinin namizədliyini irəli sürürdü. Con vəkili yumşaltmaq üçün çox ciddi çıxışa başlayıb bildirdi ki, bu vəzifəni daşımaq üçün düşərgəmizdə xeyli sayda insanlar var. Ancaq bu yüz gündə Stefan Adams bu işi çox uğurla aparıb, böyük ədalət nümayiş elətdirib təcrübə qazanıb gözümüzün qarşısında sınaqdan çıxdığına görə ......... bütövlükdə mənafeyi və rahatlığı onun şerifliyini tələb edir. Qaldı vəkilin dediyi mübarizə vuruşu, ondakı bütün qələbələrin təminatçısı və ilhamvericisi bizim arxamızdakı bu yurd saldığımız qalanın möhkəmliyində, ədalətli idarə olunmağından olacaq. Bu məsələ də bitdi. Səfərbərlik üçün on gün vaxt ayrıldı. Hərəkətin Tonika Kambora istiqamətləri müəyyənləşdi.

XXX


Con nə allahın onu bu dəyərdə əvəzlə mukafatlandırılacağına, nə bu möcüzə hesab olunan min nəfərin yaşayacağı yaşayış məntəqəsinin bu tezliklə hazır olacağına, nə də onun ətrafında bu qısa müddətdə azad Amerikanın uğrunda ölümə hazır olan fədailərin, ddəyərli insanların, nə də onun ən böyük arzularından biri olan belə bir beynəlmiləl bu ölkəyə sahib millətlərin hindulu, zənci və ingilisinin ağıla sığmaz tərzdə bir araya gəlib, bir ailəyə yığıla biləcəyinə Con inana bilmirdi. Conun bu gerçəkliyə, bu gördüklərinə, bu millətlərin uşaqlarının əl-ələ tutub bəxtəvərliklə rəqs etdiklərinə inana bilmirdi. O, bu həqiqətə hönkürüb ağlamaq, ürəyini boşaltmaq, həm də Luiranın qəbrini ziyarət edib, ondan icazə alıb, dünyanın bütün ecazkarlığı, füsunkarlığı, bihuşluğu yerləşən Klaranın gözlərinə baxmaq istəyirdim. O, fikirləşdi ki, bu dünya o qədər qəribədir ki, hər bir böyük dünyanı dəyişdirə biləcək hadisələrin arxasınca balaca bir qapıdan çıxıb getməli olursan. Onu da aşıb çölə çıxıb “Əsil Amerikalı” iddiası ilə gedəcəyi yolun başlanğıcında Luiranın ............. balalarının və onlar kimi yüzlərlə uşaqların bir tikə çörəyə olan ehtiyacı sonra da Klaranın dünyada hamıya bərabər sevgi, məhəbbət verə biləcək nəfəsi: con uzun əzabların nəticəsi olaraq yola düşəcəyi Azad Amerika, onun əsil vətəndaşıuğrunda mübarizə yolunun ilk addımında tarıma çəkilmiş kamanın oxu kimi hədəfə doğru tuşlanmışdı. Onun bu dünyada böyük hədəfinin onu haraylayan o qədər harayları var idi ki, Con qəfəsə salınmış aslan kimiiçərisində səssiz, səmirsiz nərildəyirdi. O bu böyük məqsədin qarşısında keçirdiyi, daha doğrusu gecə-gündüz qapıdığı hisslərinə görə xəcalət çəkirdi. Bilirdi ki, bu böyük məqsəddən yayınıb, bir anlıq da olsa şəxsi hisslərə, uzaqlaşmaq həsrətinə. Cemin zindan həyatına, Luiranın qəbrini ziyarətinə, Klaranın məhəbbətinə bir an da olsa vaxt ayırmaq yol verilməzdi. Bu onun üçün böyük ucalıqdan enmiş olardı.ancaq elə bil ki, bu Klaraya olan məhəbbəti bu böyük yola çıxmaq üçün ona yol göstərən çıraq kimi idi. Cemi insanlığı uğrunda mübarizə yoluna balaca bacısı Cerlinin zibillikdən eşib tapıb yediyi yemiş qabığı çıxartdığı kimi, onu da bu böyük gələcəyə səsləyən səbəbləri içində Klaranınboynu ona zillənmiş xəyalı, gözləri onu bir an da olsa azad buraxmırdı. Ancaq həyatda Klaranın baxışları bir an da olsa ona bənd olub qalmadı. O baxışlar şimşək kimi çaxıb adlayıb keçib gedirdi. O, bu fikrindən utanıb, çaşıb xəcalət çəksə də bu halın el, vətən onun maddi-mənəvi azadlığı uğrunda mübarizə aparan, heç kimi uyğun gəlməyə bir az qala xəyanətə bərabər tutulan özünün məhəbbəti üzərindən bu böyük yola çıxmağı yol verilməz, ayıb hesab etsə də, başqa cürə fikirləşə bilmir, onun bu yolunun bir tərəfində Cerrilər, Ceklər, Yançular, Lohanalar süd əmib qan qusan Horrus kimi körpələr olduğu kimi o biri tərəfdə Klara dayanırdı. Con belə fikirləşəndə az qalırdı ki, hamıdan qaçıb gizlənsin ki, daxilində tufana dönmüş məhəbbətini heç kim sezməsin. O, Kamboraya gedib, quldurluq edib qayıdandan sonra bir an da olsun rahatlıq tapmırdı. Ona elə gəlirdi ki, Klaranın balalarının, elə bu şəhərdə onun yolunu gözləyən hamının yanında o indiyə qədərki Conluğunu itirib. Hamı bildi ki, o çoxlarının onun barəsində düşündüyü cəsarətli Con olmadığı, onun nədənsə, lap elə ələ keçirməkdən, vuruşub ölməkdən qorxaraq evə gedib, Ceklə,Cerli ilə, Klara ilə, başqa onun yolunu gözləyənlərlə görüşə bilərdi. Görəsən onun bu qorxaq hərəkəti Klaranın qəlbində onu necə sındırıb. Axı o bildi ki, mən qorxudan, ələ keçməmək üçün bu addımı atmamışam. Axı mən həmişə qəlbimdə Luiraya demişəm ki, mənim həyatım sənə olan eşqimin fərqində nizamsız bir şeydi. İndi bundan sonra onun qəbrinin üstündə dayanıb onun ruhuna necə cavab verəcəyəm. Bundan sonra Luiranı mənim üçün bu dünyada əvəz edəcək Klaraya necə deyəcəyəm ki, səni dünyalar qədər istəyirəm. Mənim üçün dünya, həyat bir tərəfdi. Sən də bir tərəf. bundan sonra Klara mənim ona olan böyük məhəbbətimə inanmayacaq. O, bunu mənim üzümə vurmasa da heç vaxt mənim bu qorxaqlığımı, etibarsızlığımı mənə bağışlaya bilməyəcək. Cavan həyatını mənim balalarıma demək olar ki, qurban verən Klaraya mənim cavabım bundan ibarət oldu. O, qəzetdən kəsib, cibində gəzdirdiyi şəkli çıxarıb bu ilahi qadına onun məsum balaları arasında necə dayanmış, necə də məlaikəyə bənzətdiyinə tamaşa elədi və yenə də bu düşdüyü fikirdən səksənib bu halı görən olmasın deyə tez şəkli cibinə qoydu. Nə olursa olsun, balaları, Luira, Klara, digərləri onun haqqında nə fikirləşirlərsə, fikirləşsinlər o canı qədər sevdiyi vətəni Amerikanın bütövlükdə azadlığını, şəxsi xoşbəxtiyinə dəyişə bilməz. ancaq indi ki, bu böyük səfər həm Amerikanın, həm də onların azadlığına xidmət edəcək.

Başabaş silahlanmış beş yüz nəfərlik əsgəri hissənin qarşısında ortada Con, ondan sağ tərəfdə hindulu Niel, sol tərəfdə isə zənci Ervin dayanmışdı. Conun tələbi ilə isə onlardan da xeyli qabaqda səfər uğurlu olsun deyə haqq, ədalət və sülh pərisi Lohana dostu, silahdaşı, həm də sevgilisi Vinçent ilə gedirid.

XXX

Səfərə çıxmazdan bir həftə qabaq ümumi yığıncağın qərarı ilə gələcəkdə baş verə biləcək hadisələrdən müəyyən dərəcədə qorunmaq məqsədi ilə mərkəzi hakimiyyətə aşağıdakı məzmunda məktub göndərildi. Mərkəzi Amerikanın Konras, İmissuri, Ayova. Mebrazka və Kolorida adlanana bölgələrində yaşayan bir ingilis, zənci, hindulu və digər millətlərin nümayəndələri mərkəzi hakimiyyətin idarəçiliyindən və qanunvericiliyindən uzun müddət kənarda qalaraq yerli hakimiyyətlərin qeyri müəyyənliyindən və heç bir qanun-qaydaya əməl etməyən özbaşına soyğunçu və dağıdıcı idarəçiliyindən bezərək öz fəaliyyət yolu ilə Böyük Amerikanın ştatlarının insanlarının hüquqları, yaşayışları və azadlıqları uğrunda dinc və silahlı mübarizəyə başlayırıq. Qanunların işlədiyi ölkədə qanundan kənar təşkilat qurub və könüllü dəstələr təşkil edib silahlandırmağın nə dərəcədə qanun pozuntusu və cinayət olduğunu bilirik. Ancaq mərkəzi hakimiyyətin hər hansı bir fəaliyyətsizliyi və imkansızlığı səbəbindən qanunların işləməməsi yerlərdə əhalini təngə gətirən özbaşınalıqlar və bu hala qarşı hər hansı mübarizə formasının silahlı-silahsız öz-özünə qanunlaşmış olur.biz üç millətin on minlərlə nümayəndəsi prezident, departament və konqers ilə hər hansı məsləhətləşmələrə bu ətraf ştatlarda nizam-intizam yaratmadan, dövlət qanunlarını və idarəçiliyini bərpa etməkdə, quldarlığın və qulların xüsusi mülkiyyəti formasında şəxsi əmlaka çevrilməsinin tamamilə ləvğ edilib, ölkə daxilində bütün xalqlara bərabər hüquq verilməsində bu yolda axıra qədər müzakirə aparmaqda heç cürə əməkdarlığa və dövlətçiliyə xidmət etməyə hazırıq. Sizdən həm siyasi, həm iqtisadi, həm də sizdən hər bir yardım gözləyirik. Biz sərgi Kolerado ştatından Konrasa tərəf onu hər cürə özbaşınalıqlardan azad etmək üçün irəliləyirik.



Hörmətlə”Əsil Amerikalılar təşkilatı”

20 mart. 1854-cü il.

Konras əhalisi ilk anda hardan və nə məqsədlə gəldiyi bilinməyən, demək olar ki, ara vermədən gələn silahlı əsgər və mülki adamların kiçik-böyük dəstələrini görmüşdülər. Bir müddət bundan qabaqlar onlar belə xəbərlərə əhəmiyyət verib ona ümid bəsləyəcək gəlmələrin onları mövcud özbaşınalıqlardan xilas etmək məqsədilə gəldiklərinə inanmaq istəmirdilər. Ancaq zaman keçdikcə şahidi olmuşdular ki, bu gələnlər nəinki onları xilas etməyə, hətta onlar əhalinin əlində qalan azmaz hüquqlarından da onları məhkum etməyə, özbaşına qeyri-qanuni yaradılmış yerli hakimiyyətin özbaşınalıqlarına dayaq durmağa gəlmişdilər. Bildiyimiz kimi belə bir ədalətə, ədaləti daşıyan cəsur adamlara sussayan Konras əhalisinin yaxın yaddaşında ........ karvansarasında Konrasa hər cürə qudurğanlıq edən plantatorların, quldurların muzdlu, silahlı vəhşilərinə layiqli cavab verən, onları yerində otuzdurub karvansaraya ......... qoydu. Sonra da yol gedən zənci tayfasının taborunun görünməyən vəhşiliklə qanlarına qəltan edən ağ dərililəri qırıb onları azad etməsi, onu bu şəhərin əfsanəvi qəhrəmanına çevirmişdi. Sonra da Con həbs ediləndən sonra onun haqqında olan olmayan əfsanələr yayılmış, hər evdə onun haqqında yazılan yazıla roxunmuş, şəkilləri uca yerlərdən asılmışdı. Həm də belə bir xəbər yayılmışdı ki, Con hansısa çox güclü və sirlitəşkilatın üzvü olub ki, bura gəlməkdə həmən dəstə iləTonikanı yadelliləri xilas edəcəkmiş. Bu yayılan fikirdə Conu Tonikalılar düçar olduqları bəlalardan xilas edəcək əfsanəvi qəhrəmana çevirmişdi. İndi şəhərə xəbər yayılanda ki, xilaskar Con böyük bir silahlı dəstə iləTonikalıları azad etməyə gəlir bu inanılmaz yuxuya bənzər xəbərdən camaat küçələrə qaçmağa və bu xilaskarın hansı tərəfdən və nə vaxt şəhərə çatacağını öyrənmək həyəcanı iləvurnuxmağa başladılar. Həm də hələ üstəlik, bütün Amerika, həm də Tonika əhalisi Conun türmədən qaçırılması yəni, onun xətrinə bütün dustaqların azad edilib, bir ildirım kimi yoxa çıxdığı xəbərini eşidib rəsmi qəzetlərdən oxumuşdular. İndi bu arzuya, xəyala, xilaskara dönmüş bu duman kimi yoxa çıxmış əfsanənin onların şəhərinə yaxınlaşmağı allahın göndərdiyi xilaskar peyğəmbərlərdən birinin zühuruna çevrilmişdir. Şəhərdə insanlar axın-axın gah şəhərin gün çıxan tərəfindən gələn yoluna, qalanı gün batan tərəfdən gələn yolunun baş qapısına irəliləyib əllərini gözlərinə qurban edib o səmtə baxırdılar.

Nəhayət xəbərin yayıldığı ikinci günün günəş qürub edən çağında bu əfsanəvi xəbər gerçəkləndi. Gün çıxan tərəfdən Tonikanın şərq, cənub, qərb tərəfindən xilaskar dəstənin qabaqda gələnləri görünməyə başladı. Bu gözlənilməz xəbərdən özünə qanad tikib səmada uçan Lessil Tonikanın baş girəcək qapısında ucaldılmış uca qüllədən aşağı enirdi. Baxmayaraq ki, o axırıncı dəfə çox böyük itgi, atasının fədakar sayqı və həyatı bahasına riski hesabına bu karvansaranı quldurların əlindən alıb geri qaytara bilmişdi. Yəni Con qanı bahasına gələn bu qədər itgilərdən atasının ondan əl çək, bundan sənə nə qədər xeyir gəlsə iki o qədər də zərər çəkəcəksən xəbərdarlığından sonra Lessil bu xəbəri eşidən kimi bütün bunları ona bunun üstündə deyə biləcək bütün əzabları yaddan çıxarıb hamıdan tez qaçıb qülləyə çıxıb Conun yolunu gözləməyə başlamışdı. O, ....................... dəqiq kimin kim olduğunu dəqiqləşdirmədən dəstəni görən kimi qüllədən düşüb yaylığını əlinə alıbayağı yolun da haraylaya-haraylaya, Con deyə-deyə var gücü ilə qışqırmağa başlamışdı. Con çox uzaqdan bu varlığın Lessil olduğunu yəqin edib, onların bu gedişi ilə bu insanın onlara çata bilməyib ürəyinin partlayacağını yəqin edibilk dəfə az qala atına qamşı vururmuş kimi onu qabağa mahmuzladı. Con ona baxanda artıq gec idi. Bu xoşbəxt gəlişə dözməyən Lessil havalanmışdı. Con ona çatanda artıq Lessil başqa dünyada idi. O, Conun yaxasından yapışıb, Bəsdi Tonikaya zülm etməyin, onu aldatmağa onun xanımların isməti üzərində, qeyrətli kişilərin mənlikləri üzərində mundar hərəkət etməyi qədər rədd ol burdan. Tonikanı rahat buraxın. Bizə az əziyyət verin. Con gedib ki, allahı özü ilə gətirib bizi azad etsin. Con gələndə ona şikayət edəcəm. Ona deyəcəm ki siz mənə hansı zülmləri etmisiniz. Qayıdın gedin. Mən Cona şikayət edəcəyəm.

Con nə qədər Lessili sillələyib, silkələyib, haraylayıb, Lessil mən Conam, mən bax səndən ötrü, səni azad etməkdən ötrü gəlmişəm –deyə çöğöröb, hayqırsa da Lessil dedi ki, sən yalan deyirsən. Sən Con deyilsən. Con dözməzdi. Vaxtında gələrdi. O qoymazdı ki, mən bu günə qalım. Çıx get. Tonikaya toxunmayın. Onun yiyəsi Con gələcək. Onu azad edəcək. Lessil Conun yaxasını buraxıb, üzünün göylərə tutub körpə zəncinin ruhu qalxıb göylərə. O tapıb allahın özün gətizdirib yerə. Bu qan dünyasından keçən Tonika Conun əli ilə çıxacaq ağ günə. Con mənim sevgilim, nişanlımdı. O göydən enib məni xilas edəcək. O həm də Tonikanın sevgilisi, nişanlısıdı. O Tonikanı azad edəcək. Con Lessilin dəli olduğunu yəqin edib, onu qolları arasına alıb, sinəsinə sıxıb var gücü ilə bağırıb vətəninin azadlığına can atan, milyonlardan biri olan, bacım bağışla məni ki, gecikdim deyə, özü də havalanmış kimi ətrafa baxdı. Lohana ildırım surəti ilə hadisə yerinə çatıb Lessili Conun qolları arasından qoparıb gəldiyi kimi də yoxa çıxdı. Tonikaya Missuridən cənub ştatlarına gəlmiş və yaxud çoxdan havadan nə üçün gəldiyi bilinməyən özbaşına döyüşçülər və Kamboylar Conun hərbi dəstəsinə heç bir müqavimət göstərmədən yoxa çıxırlar. Çünki bu vaxt Konrasda heç bir hərbi hissədə iki yüzdən artıq say təşkil edən döyüşçü qüvvələri yox idi. Missuri plantatorlarına, quldarlarına aid olanaz, pərakəndə qüvvələrdə Conun nizamlı ordusuna qarşı müqavimət göstərmək cəsarətində olmadılar. Conun hərbi hissənin döyüş qaydaları üzrə komissiyası şəhərdə heç bir təşkilata sahibkara və dövlət idarələrinə zərər vurmamaq, onlarla razılaşmayıb müqavimət göstərənlərdən savayı heç kimi həbs etməmək qərarı verdi.

Tonikada azad ştat tərəfdarları hakimiyyətə gətirildi. Hər cürə qul əməyindən istifadə qadağan olaraq bu qaydanı pozanlara şəhər şürasında nəzarət hüquqlu komissiya yaradıldı. Işçilərin, kasıbların hesabı aparıldı və onlara qarşı sosial müdafiə təşkil edildi. Məhkəmə, polis idarələrində islahat aparılıb, dəyişikliklər edildi. Yerli özünü müdafiə silahlı dəstələri yaradılıb bu qurumun fəaliyyəti üçün maliyyə mənbəyi müəyyənləşdirildi. Tonikada dəyişiklik iki aya yaxın vaxt apardı. Artıq könüllülər tərəfindən artırılan “Əsil Amerikalı”təşkilatının könüllü ordusunun sayı min nəfəri keçmişdi. Təşkilat hesab edirdi ki, nə qədər Missuri ştatında təhkimçilik sistemi təmamilə ləvğ olunub azad sahibkarlıq tətbiq olunmayıb bütovlükdə Konrasda vəziyyət dəyişməyəcək. Ona görə Missuriyaya, yəni Conun doğma şəhəri Kamboraya istiqamət alındı.

XXX

Kanrosda əsasən də Tonikada baş verən hadisələr mərkəzi və ştat qəzetlərində işıqlandırılır, surətlə Missuriyada yayılırdı. Bu və yerli qəzetlər dayanmadan həyəcan siqnalı çalırdılar ki, Con çox böyük qarşısı alınmaz qoşunla Missuriyaya hücum edib, plantatorlara kölə əməyindən istifadə edən təhkimçilərə və digər sahibkarlara divan tutacaq yerli qəzetlərin bəziləri Conun böyüdülmüş şəklini qəzetlərin birinci səhifəsinə çıxarıb Con kasıbların, onların, Yançuların intiqamını almağa gəlir. Xəbərini yayanlar Kamborada və Missurinin digər yaşayış məntəqələrində zona söykənmiş idarə etmədən narazılıqlar dərin qatlardan üzə çıxmağa, bu xəbərdən urəklənən fermerlər, fəhlələr, sənətkarlar, təhkimçi kəndlilər açıq-aşkar etirazlara başlayırdılar.



Bu hal həm Missuriya ştatını, həm də mərkəzdə və cənubda Missuri ilə həmrəy olan təhkimçilik tərəfdarları olan ştatları narahat etməyə başladı. Prezident aparatı, departament və konqres ilkin oxunuşda”Əsil Amerikalılar” hər hansı bir quldur dəstəsi təfəfindən uydurulmuş məktub hesab etsə də Tonikada baş verənləri analiz edib, bu təşkilatın təsadüfi yaranmadığını anlayıb, onu müzakirə etmək fikrinə gəldilər.

Ştatların azadlığı uğrunda mübarizənin yeni ortaya çıxmış qolu bu hərəkata dəstək verilməsi konqress tərəfindən rədd edildi. İstər konqress, istərsə də dövlət departamenti mərkəzi hakimiyyətin həyata keçirmək borcu olan vəzifələri üzərinə götürən təşkilatlara və yaxud da silahlı, silahsız təşəbbüs qruplarına qısqanclıqla yanaşırdı. Bu o demək olurdu ki, hökumət öz vəzifəsini yerinə yetirə bilməməsinə belə hərəkətlərə dəstək verməklə təsdiq etmiş olur. Bir də hələ təhkimçiliyin tərəfdarları olan ştatlar çox maddi və siyasi gücə malik idilər. Onlar dövlətə ciddi təsir edə bilmirdilər. Ona görə tamamilə ciddi şəkildə Missuriya və onu dəstəkləyən ştatlara bu üsyanın qarşısını almaq üçün tövsiyyə edildi və yardım ayrıldı.

Ancaq həqiqətdə əksəriyyət Missuriyalılar və Kamboralılar bayram əhval-ruhiyyəsində idildər.

XXX


Klara tikiş maşınının iynəsi ilə bir neçə dəfə barmağını yaralamışdı . paltarın biçilməsində səhvə yol vermişdi. Ocağa qoyduğu yeməyi unudub yandırmışdı. Bu xəbərlər yayılandan o bədəninin hürkmüş əsməsini, ürəyinin döyüntüsünü sakitləşdirə bilmirdi. O Conu görə biləcəyi anın ağırlığından əsim-əsim titrəyir, o ana qədər tab gətirib yaşaya bilməsindən ötrü allaha yalvarmaqdan da utanırdı. Artıq o şəhərə çıxmaqdan da, dükandan evə ərzaq almağa getməkdən də xəcalət çəkirdi. Onu barmaqla göstərib, Conun arvadı yox, Conun uşaqlarının anası deyə göstərirdilər. Klara Conun qəzetlərdə dərc olunan şəkillərindən göz götürə bilmirddi. Onun haqqında yazılanları təkrar-təkrar oxuyurdu. O, inana bilmirdi ki, özlüyündə Cona olan məhəbbətini bu şəkildə etiraf edib, həyəcanını cilovlaya bilməz. o, bilmirdi ki, Con onu necə qarşılayacaq. Conun ona Mister Cekson vasitəsilə göndərdiyi sənin qürurlanaraq qəlbində sağ ol Con, sən məni pərt etmədin, mənim ümidlərimi doğrultdun deyə, bu qoca dünya görmüş ağıllı insan sanki qamətini düzəldib cavanlaşırdı. Hətta dünən, srağagün onu çox hörmət, izzətlə şəhər şürasına, sonra baş şerifliyə çağırmaq, ona böyük ülfət göstərmək, Kamboranın ən nüfuzlu, vəzifəli adamları Con, onun səfərinin məqsədləri haqqında geniş söhbət etmişlər. Əgər lazım olsa müəyyən məsələlərdə Conla onlar arasında vasitəçilik etməyi onlar rica etmişlər. Mister Cekson da onları arxayın etmişdi. Con bura adam öldürüb, qan tökməyə gəlmir. Nə o elə adamdı, nə də belə iş görməyə mən ona imkan vermərəm. Mən bilirəm ki, onun indi arzusu, özbaşınalığı aradan qaldırıb, ədaləti bərpa etmək, bir də bir tikə çörəyə ehtiyacı olanlara himayə etməkdi. Özünüz də bilirsiniz ki, onun Konrasdakı, Tonika şəhərindəki hərəkəti də bunu təsdiq etdi. Mister Cekson bu idarələrdən çıxandan sonra fəxrlikdən az qala haray çəkib bağırmaq istəmişdi ki, mən yanılmamışam. Mən bilirdim ki, Con bunu edəcək. Mən ona görə ömrüm boyu qəpik-qəpik ölüm qabağı yaşamaq üçün yığdığım pulların hamısını ona verdim. Bilirdim ki, o bu pulu böyük işlərə sərf edəcək. Qoy indi Cona kim quldur, soyğunçu deyə bilir desin. O, hər gün bir neçə dəfə Con haqqında eşitdiklərini olacaq. Klaraya həm xəbər vermək, həm də onunla bunları bölüşmək üçün ətrafına yığılanlardan üzr istəyib, həvəslə göydə qamcı oynadıb atları tərpədirdi. Klara həm Mister Ceksonun yolunu səbirsizliklə gözləyir, həm də onun Con haqqında sözlərinə dözməyib, ürəyini partlatmamaq üçün Mister Ceksonun tez getməsini istəyirdi ki, eşitdiklərinə görə hönkürüb ağlayıb, ürəyini boşaltsın. İki gün idi ki, Kambora şəhərinin əhalisi mərkəzə toplanıb Conun və onun onları xilas edəcək əsgərlərinin yolunu gözləyirdilər. Şəhərə səs yayılmışdı ki, Conun qoşunu sabah günortaya şəhərə daxil olacaq.

Bu gün Kambora şəhər şürasında bütün sahibkarlar və dövlət məmurlarının iştirakı ilə toplaantı keçirilirdi. Şüranın toplantısında Cona və onun hərbi hissəsinə qarşımüxtəlif hərəkət üsulları müzakirə edilib bitdikdən sonra ona qarşı hər hansı müqavimətin döyüşün mənasız olduğunu qərara alındı. Toplantıda o da məlum olub ki, Conun min, min beş yüz nəfərlik ordusuna qarşı onların gücü yoxdur. Səhər onlar, yəni bütün Missuri ştatı bu işi çoxdan, yəni bir neçə ay bundan qabaq hazırlaşmalı idi. Onlar bilməli idi ki, üç ay bundan qabaq Konrasa girən Con oradan Tumboraya istiqamət alacaq.

Böyük toplantı bitdikdən sonra bir neçə böyük plantator, şüranın hörmətli nümayəndələri, ştatın mərkəzi hakimiyyətinin xüsusi bu iş üçün gələn nümayəndəsi Şerif olmaqla bağlı qapılar arxasında məxfi toplantı keçirib hansısa məlum olmayan qərar qəbul ediblər.

Gecə yarısından nə qədər keçmiş olsa da hələ yata bilməyən Mister Cekson küçə qapısının çox həyəcanla döyüldüyünü eşidib, sevincək olsun ki, Conun dəstəsi şəhərə girdi deyə, fikirləşig tələsik paltarını geyinib çıxdı. Qapını açıb Conun oğlu Diki və onunla bir neçə qonşusunu, gəm də Dikin ağlamaqdan üz-gözünün şişdiyini görüb ilk fikirləşdiyi Conun başına nəsə gəlib keçdi. O, tamam bayılıb heç nə soruşa bilmədi. Ancaq ağlaya-ağlaya da anamı Cerli və Ceklə birlikdə oğurlayıb apardılar. Evə girən kimi anamı vurub uydurdular. Baba bəlkə o ... oldu deyib, Dik Mister Ceksonun qıçlarına sarılıbhönkürməyə başladı. Mister Cekson bu xəbərdən sarsılsa da, ancaq daha pis qorxduğu Conun salamat olmasından bir az özünə gəlib İndi, oğlum, indi bir göz qırpımında sən sakit ol. İndi mən faytonu qoşum görək nə olacaq. Conu həm Şerif, həm də səhər yenə mehribanlıqla qarşılayıb dedilər ki, bu işdən bizim xəbərimiz yoxdu. Bu hansısa Conla arası olmayan və yaxud da onun bu hücumunu qəbul edə bilməyən təşkilatların və ayrı-ayrı elanların işidi ki, bir də hadisəni araşdırıb quldurların axtarışına başlayacaq.

Səhər-səhər hadisəni eşitmiş əhali şəhər şürasının , şerifliyin qapısına axışırdı. Adamların co.qunluğu artırdı. Bu vaxt şəhər şürasının bir qurup vəkili əhalinin qarşısına çıxıb and aman elədilər ki, bu işdən şərifliyin, şüranın xəbəri yoxdur. Biz Conun hansı qüvvə ilə gəldiyini bilib belə ağılsız işə əl atıb özümüzü pis vəziyyətə salmarıq. Bunu edənlər ......... Kambora şəhəri ilə Conun arasında ziddiyyəti dərinləşdirib Conla bizi Conla vuruşub qan tökməyi təhrik edirlər. Mister Cekson buna şahiddir ki, biz onunla Conla necə dil tapmaq onun istəklərinin yerinə yetirmək qan tökülməsinin qarşısını almaq üçün söhbətlər aparmışıq. Bizim sizə və Mister Ceksona məsləhətimiz budur ki, Con özü gəlin çıxsın, bu barədə qərarı özü versin. Bizi günahkar sayar saymaz bunu onun öhdəsinə buraxar. Bir halda ki, bu gün Con Kamboraya yetişəcək.Camaat da, Mister Cekson da deyilmələrin ağıla batan olduğunu anladılar və Mister Cekson deyilənləri eşidib Conu görməyi mütləq bildi. Camaat sakitləşib, bir yerə cəmlənib gözlərini Con gələn istiqaməyə dikdilər. Məxfi qərar vermək həmən bu danışanlar Conla söhbətə bu işin mərkəzi hakimiyyətin kəşfiyyat orqanlarının etdiyini bəyan edib, bunun Conla danışıqlarının Mussuriyanın mövcud idarəçiliyinin xeyrinə həll etmək məqsədi güddüyünü deyib vəziyyətdən çıxmağı nəzərdə tutmuşdular.

XXX


Klaranı vurub uydurub furqona atandan sonra ayılıb hay-küy salmasın deyə ona yuxu iynəsi vurdular. Cerli ilə Cek bu evdə lampa işığında alatəhər gördükləri bu qara paltarlı üzləri qara maska ilə örtülmüş adamlardan qorxa-qorxa xeyli iç vurub ağlayıb nə səbəbdənsə oyanmaq bilməyən analarına sığınıbyuxuya getdilər. Bir gündən sonra gözlərini açdı. Onunla üzbəüz oturmuş qara geyimli adamlar gördü. Tez gecəki hadisəni xatırladı. Bunlar evə soxulanda Klara onları görmüş, bir az da əlbəyaxa olub, bağırıb, çığıran uşaqlarını qorumaq istəmişdi. Sonra nə olduğunu bilməmişdi. Bu iki nəfər yatmasalar da gözlərini yummuşdular. O, ehmalca göz gəzdirib keyimiş hər iki qolunun üstündə Cerli ilə Cekin yatdıqlarını gördü. Karetoda onlardan başqa heç kəs yox idi. Tez də gözlərini yumdu ki, bu qara paltarlılar onun ayıldığını görməsinlər. O, nə baş verdiyini, onun harda, niyə karetada olduğunu, niyə özünün yuxuya getdiyini götür qoy etməyə başladı. Conun böyük hərbi hissə ilə səfərə yaxınlaşdığı vaxtda onun evinə hücumun nədən ötür olduğunu götür qoy etdi. Görəsən o biri uşaqlar haradadır.ola bilsin onlar böyük olduqları üçün onları da başqa farqona mindiriblər. Təki salamat olsunlar. Birdən az qaldı dəli kimi qışqırsın. Bəlkə Conun da başına iş gəlib. Ona görə məni Conun uşaqlarına qarşı belə hərəkət etməyə cəsarət ediblər. Yoxsa ola bilməz. Conun başına bir iş gəlmiş olsa, onların bizi qaçırmağa ehtiyacları olmazdı.deməli Con sağdı. Çox həyəcan keçirirdim. Conla necə üz-üzə gələcəyimin əzabını yaşayırdım. Yaxşı oldu. Bəxtəvərliyimi vurdum başa. Con mən sənsiz yaşamayacağam. O yenə dönüb Cerli ilə Cekə baxdı. Gözlərindən yaş axmağa başladı. Bu vaxt nəzarətçilərdən biri gözünü açıb Klaranın ağladığını görüb yanındakını da dümsüylüyüb durğuzub Klaranın oyanmasına işarə etdi. Sonra oyanan nəzarətçi furqonun qabaq tərəfini bərk döyəclədi. Furqonçu dayandı. Bir neçə dəqiqə vaxt keçdi. Ətrafdan danışıq səsi gəldi. Nəsə olacaqmış kimi Klara uşaqları özünə tərəf sıxdı. Cerli də, Cek də birdən oyanıb, ağlayıb analarına sığınıb, ana biz qorxuruq. Biz bu adamlardan qorxuruq. Onlar bizi öldürəcəklər-deyib, bir az da ucadan ağlamağa başladılar. Bu vaxt karetanın qapısı açıldı, içəri işıqlandı. O adam karetaya qalxıb Klara ilə üzbəüz oturub ona və onu görüb nəyə görəsə sələrini kəsən uşaqlara baxıb, yenə Klaraya tərəf çevrilib, gəldim öyrənim ki, nə ehtiyacınız var, çəkinmədən deyəsiz. Dayanıb, nahar edib Rahatlanmaq yerinə bir saat qalıb. Bəlkə ona qədər sizə və uşaqlara nəsə lazımdır.

Siz kimsiniz? Bizi niyə oğurlamısınız? Hara aparırsınız? Bizə bunlar lazımdır. Bunları bilməkdən başqa heç nə istəmirik. Çox sakit görünən yaşlı adam azca üzünə yumşaqlıq götürüb Missis Klara sizə nə üçün, nədən ötrü, niyə suallarına icazə verilmir və belə suallar vermək tamamilə mənasızdır. Ancaq mən sizə bir şeyi deməliyəm ki, bizə bizim şeyfimiz tapşırıb ki, sizi incitməyək. Bizim vəzifəmiz sizi deyilən yerə qədər aparmaqdı. Xoşluqla da olsa, zorla da olsa biz bunu etməliyik. Hələ o mənzilə çatmaq üçün bundan sonra üç gün yol getməliyik. Bizim sizi incitmək fikrimiz olmadığına görə sizin də bizi incitməməyinizi rica edirəm. Bir də yanınızda uşaqlar var. Onların rahatlıqları üçün sizin özünüzü təmkinli aparmanız məsləhətdi. Klara bir xeyli fikrə gedib bu adamın onları ölümə də aparmış olsa ancaq onun dediklərində həqiqət olduğunu anlayıb cənab onda sizdən təvəqqə edirəm, bu adamlardan da ki, üzlərindəki maskaları çıxarsınlar. Uşaqlar bunlardan qorxurlar. Missis Klara biz sizin oyanmağınız və oyanıb özünüzü necə aparmağınızı gözləyirdik. Sizdən bu ləyaqəti də gözləyirdik. Conun arvadı özünü başqa cür apara bilməzdi. İndi bunlar dəyişəcək. Bu adam nəzarətçilərə baxdı. Onlar dərhal ......... düşdülər. İndi bura bir qadın nəzarətçi veririk ki, biz kişilərə deyə bilmədiyinizi ona deyə biləsiniz. Bir də cavan oğlan. Bu kişi də düşüb getdi.az keçmədi ki, üç cam süd, üç kökə gətirdilər. O yaşlı adam deyən gənc qadınla, bir cavan oğlan gəlib nəzarətçilərin yerində oturdular. Qadın gələn kimi şirin dillə Cerli ilə Ceki dindirib, danışdırmağa cəhd etdi. Ancaq Klaranı dindirib danışdırmaq cəhdi baş tutmadı. Klara ancaq Con haqqında fikirləşir, bütün suallarını da ona verirdi. Ancaq bayaq kimliyindən dost və ya düşmən olmasından asılı olmayaraq onun dediyi Conun arvadı özünü başqa cür apara bilməz sözü düşmənçiliklə deyilən fikir deyildi. Necə olursa olsun, onlara necə əzab verirlərsə versinlər o özünü təmkinlə, ləyaqətlə aparmalıdır. Çünki mənim adımın hərəkətlərinin qarşısında Con var. Bu da üstəlik məni Conun arvadı hesab etdi. Bəli mən özüm də Luiranın icazəsindən sonra özümü onun ömür gün yoldaşı hesab edirəm. Onun düşmənləri qarşısında iradəsizlik, qorxaqlıq edib yersiz hərəkə yol verməyəcəyəm. O, ddedi ki, guya onların şefi onlara bizi incitməməyini tapşırıb. Əlbəttə, bunlar əmir yerinə yetirən qulluqçulardı. Məqsədləri bizi sağ-salamat mənzil başına çatdırmaqdı. Bunu da rahatlıqla etmək üçün məni sakitləşdirib, ümidləndirmək xətrinə belə dedi. Nə olursa olsun mənim ən böyük arzularımdan biri özümü Cona qurban vermək olub. Ola bilsin ki, allah mənim sözümü eşidib məni edam kürsüsünə tərəf aparır. Nə edirlərsə mənə etsinlər. Mən bu dünyada var ikən, nə Cona, nə də uşaqlarıma bir xətər dəyməsin. Bu mənə ölümdən min dəfə əzablı sonluq olar.

XXX

Söylənilən indiki hadisədən yüz iyirmi il qabaq fransızların və fransanın hindistanla bağlı olan varlıqlarının tacir və bangirlərinin əfsanəvi dəniz qəhrəmanına çevrilmiş kapitan Dandi de Josken özündən də şöhrətli “Şimşək” adlı sehirli gəmisi iləMissuri çayının hövzəsinə yaxın sahildən bir az aralı lövbər saldı. Bu hadisədən on beş il qabaq başı qolları arasında can vermiş atası son nəfəsində mənim itirdiklərimi onlardan alıb, gəlib qəbrinin üstündə mənə hesabat verərsən. Ona qədər mən qəbirdə rahat yata bilməyəcəyəm.



Dandinin atası Salman de Josken böyuk tacir idi. Gəmilərin hər iki başa hərəkəti zamanı yükün əhəmiyyətli hissəsi onun olardı. Günlərin bir günü heç kimin gözləmədiyi halda fransızların hərbi hissələri polkovnik rütbəli Barbye de Eblo tərəfindən Salman de Joskenin həm yerinə gətirdiyi yeni malların və bir də altı ay müddətinə ticarət etdiyi və bağda yerləşdirdiyi pullar da qarət edilmişdi. Dandimanın atası fransı polkovnikinin qəbuluna düşüb bunun haqsız iş olduğunu fransız tacirlərinə fransız əsgərlərinin yadelli qismində vurduğu ziyan onların mənsub olduğu ölkələrinə şərəf gətirməyəcəyinə polkovnikə bir az narazı halda çatdırılsa da başa düşməmişdi. Bu fransız hərbiçi ondan çox qramafona qoyulan valla oxuyan qız müğənniyə qulaq asır, sonra o danışığını dəyişib, polkovmikin böyük bir xanlığın mərkəzi olan bu şəhəri necə cəsarətlə döyüşüb fəth etdiyini, onun bu döyüşdə şəxsi şücaət göstərdiyini deməklə dişini ağardıb, üzünü xoş tutmuşdusa polkovnikdə nə yaxşılığa, nə də pisliyə heç bir dəyişiklik olmadığını görüb məcbur olub müsadirə olunmuş mal və pullarının əvəzində ona böyük miqdarda hədiyyə verəcəyini xatırlatdı. O, bu sözü deyəndə açıq-aydın gördü ki, polkovnikin səfərini ........ gözlərinə işıq gəldi. Ancaq polkovnik elə bu xo.luqla ona dedi ki, mən öz dövlətimə və onun xalqına çox sədaqətlə xidmət edən əsgərəm. Dövlətimdə dörd gün bundan qabaq ələ keçən sərvətimin ümumi miqdarı haqqında bir manat oyan buyan olmamaqla məlumat vermişəm. Sənin baxtın onda gətirib ki, malın-mülkün halal olduğu üçün yadellilərə yox, öz millətinə qismət olacaq. Fransa xalqı sənin bu xidmətini heç vaxt unutmayacaq. Bu sözdən sonra demək olar ki, Salman de Jaskeni sürüyə-sürüyə dartıb çölə atmışdılar. Həmin itgidən də xəstəliyə düşən tacir ölüm ayağında o vəsiyyəti etmişdi. O vaxt Jasken de Dandinin iyirmi beş yaşı var idi. Bu gəminin də kapitanı deyildi.

Dandi sanki dənizə böyük həvəslə anadan olub, bu dünyaya gəlmişdi. O ayaq açıb yeriyəndən onu bir-iki ağız səsləyən anası cavab almadıqda heç yerə baxmayıb evlərindən üç yüz metr aralıda olan dənizin sahilinə tələsib, onun qulağından darta-darta evə gətirmişdi. Dantin böyüdükcə onun bu iradəsinə tabe olub ondan əl çəkmişdilər. Demək olar ki, on yaşından Dandin sahildən ayrılacaq gəminin yaxın uzaq gedəcəyindən xəbərsiz onun limandan tərpənəcəyini hiss edib, xəlvətə salıb, qabaqcadan gəmiyə minib, tin bucaqda gizlənib gəmi sahildən xeyli uzaqlaşandan artıq qayıtması mümkün olmayanda aşkara çıxmışdı. Əvvəllər gəmi bosları bu uşağa hirslənmiş, onu dənizə atıb boğmaqla hədələmiş, hətta bu hərəkətinə görə onu tənbeh etmişdilər. Ancaq çoc keçməmişdi ki, Dandin ev uşağı kimi gəminin əlindən gələn işlərinə cani dildən kömək etməyə, gəmidə bosların bir hörmətli kimlərinə çevrilmişdi. Bəzən o başqa gəmiləərdə səfərdə olanda bundan xəbərsiz yola düşəcək gəmi kapitanları onun yolunu gözləmiş, Dandin gəlib çıxmayanda deyinib nə oldu, niyə bu köməkçimiz gəlib çıxmadı. Ola bilsin onu burda kimsə incidib. Qoy gəlsin, allahdan istəyirəm ki, Dandin kimdənsə şikayət etsin. Elə həmin anda o adamı mənim baş daşım da olsa onu it kimi qovacağam demişdilər. Dandin tək gəminin göyərtəsinin səliqə-sahmanına, ya da kapitanın tapşırıqlarının yerinə yetirilməsi ilə kifayətlənməmişdi. Uşaqlıqdan onun marağı dənizin insanlardan gizlətdiyi sirləri olmuşdu. O, uşaqlıqdan eşidir ki, filan balıqçı gəmi səmti itirərək itgin düşüb və yaxud hansısa yük gəmisi və sərnişin gəmiləri lap çox açıq havada su altı qayalara çırpılıb. Suya batıb. Dandin dənizdə də, sahildə də vaxtının çoxunu ............ başında keçirirdi. O bir dəqiqə də olsa dənizdən göz götürməyib, onun səthindəki rənglərə fikir verirdi. Az güclü ləpə də gündüz günəşli havada, buludlu havada, ay işığında, zülmət qaranlıqda suyun dəyişmə hallarını elə diqqətlə müşahidə edirdi ki, sanki bu zaman bomba da atsan onun xəbəri olmazdı. Sonra o həmən yerlərdən keçəndə diqqətləbaxıb, o yerlərdə nəsə axtarırdı. Niyə dənizin bu yerləri qara, bəzi yerləri gömgöy, bəzi yerləri ağımtıl, bir veriflik urunundakı ləpələrin niyə ayrı ayrı yerlərində eyni heç də köpük yaranmır. Eyni yerdə eyni meh gələn ləpələrin biri yenə gözlə görünə biləcək şəkildə hündür, bəzi yerlərində zərrə qədər də olsa zəiflik hiss olunur. Bir dəfə onun on, iyirmi yaşı olanda yeni xitlə uzaq ....... olmayan səfərdə olarkən o sallandığı iplə surətlə göyərtəyə qalxıb bağıra-bağıra kapitan fəlakət, kapitan fəlakət deyə-deyə qaçmağa başladı. O, kapitanı çağırıb ünvana tez gəlməyi............


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə