Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə10/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   ...   5   6   7   8   9   10   11   12   13

Con haqqında çox eşitdiyi, nağıllarda da görəcəyin təsəvvür edə bilməyəcəyi bu qızın görməyinə çox sarsılsada özün ələ alıb ____ sən icazə ver mən sənin alnından öpüm və bu şərəfi___ çatım deyib o ____ qucaqlayıb onun alnından öpüb üzün özününkülərə tərəf tutub aslan kimi Amerikanı ancaq _____ edəcək ____ ___ ____ Conun qucağından quş kimi qopub atıcı üstünə qalxıb. Con siz bir yerdə dolanıb müəyyən müddətə yoxa çıxmalısan yoxsa bu hərəkətlə sizi qorumaq çətin olacaq. Qoy sizi axtarıb tapmayıb qorulub dursunlar. Sonra yavaş-yavaş üzə çıx. Biz vinçentlə həmişə sənin yanındayıq. Bizim bundan şərəfli heç bir vəzifəmiz yoxdu – sağlıqla qalın – deyib Lohana dəstəsi ilə yoxa çıxdı.


***
Jamela ilə Fredin münasibətləri şəxsi istək müstəvisinə keçdikcə Tamela daha ağır ittihamlarla Fredin üzərinə hücuma keçir və haqlı tələbələr irəli sürürdü ki, Conun bu anında istər təşkilatın istərsə Conu özünə dost hesab edən Fredin diz qatlayıb Tonikada oxumağı düz deyil. O, bir azda qabağa gedib bu hərəkətin Cona qarşı biganəlik olduğun dəyərdə Fred artıq dözmür, coşub özündən çıxır. Bunun təşkilatın mənim burda gördüyüm işlərin Cona və təşkilata daha xeyirli olduğun qəbul etməyə çalışırdı. Ancaq burda Tonikada nə qədər böyük mühüm işlər olsada təşkilatın məhkəmədə Conu yiyəsiz, nəzarətsiz buraxdığının yol verilməz olduğunu daha aydın başa düşməyə başlayırdı. Nəhayət o, təşkilatın qərarın alıb Konzas sitiyə, Conun məhkəməsində iştirak etmək üçün _____ ilə bərabər yola düşdülər Onlar şəhərə çatanda Conun növbəti məhkəməsinə üç gün qalmışdı. Hər dəqiqə hər saniyə keçib məhkəmə vaxtına yaxınlaşdıqca ___ bir o qədərdə qanadlanırdı. Dünyada Conu görməzdən ona bir anlıq tamaşa tməkdən qiymətli heçnə ola bilməzdi. O, bütün bunları Freddən gizlədir, neçə uzun müddət Conun ____ odlanıb yandığın və bu həsrətlədə ____ gəlib ilk dəfə Conla üzləşdiyi anlar keçirtdiyi və nəhayət Con onun alnından öpəndə əsil cənnətin nə olduöun bütün bunu ilə yaşadığın deyəndə Fredin nə günə düşdüyün gözləri ilə görürdü. Ancaq o axırda da deyirdi ki, onun Cona olan məhəbbəti o məhəbbətlərdən aşıq-məşuq sevililərindən deyil. Bu mənim özümündə başa düşmədiyim başqa bir vurğunluqdu. Ancaq Tamela nə deyir desin dediklərinə necə boya vursada özünündə dünyada hamıdan çox hörmət etdiyi və demək olar ki, həyatın verməyə qədər sevdiyi Cona Tamelanı qısqanırdı. Fredi ən çox əsəbləşdirəndə elə bilki. Tamela bu qısqanclığı bilə-bilə ___ onun müqəddəs saydığı Conu ona qarşı qoymaq istəyir. Ancaq Freddə başa düşürdü ki, çox ağıllı ancaq uşaq kimi olan bu qız Cona olan məhəbbətində təmizdi məsumdu. Bu neçə gündə cəmi bir neçə dəfə əli Tamelanın əlinə ötəri toxunanda bu qızın bədənidə dərhal qopan tufanın şahidi olmuşdu.

İndi onlar Kanzas-sitinin mərkəzindəki otelin dördüncü mərkəzindəki otelin dördüncü mərtəbəsindəki eyvanında dayanıb bu gecə yarısının gecəsini seyr edib, hərdən gecənin sərin ____ yarıb bir-birlərinə ötürdükləri nəfəslərinin təmasında məstləşib nazlandıqları vaxtı musiqi və gur avazla


Amerika hamilədi yeni azadlığa

Hələ mamaçılar məktəbə gedir

Vətən övladları hamilə anadan

Bizi azad edəcək oğul istəyir.


Tonika qan içində, xoşbəxtdi bu gün

Burada qan gölündə boğuldu körpə

O, süd əmib qan qusan balanı

Yenidən böyüdüb verəcək bizə


Bu mahnını oxuyurdular Fredlər Tamela bir az təəccübdə qaldılar ki, necə olub Tonikadakı mahnı bu surətlə bura gəlib çıxıb özüdə hökümət əsgərləri hansı cəsarətlə bu sözləri dillərinə gətirirlər. Onlarda küçədən keçən bu əsgərlərə qoşulub dördüncü mərtəbənin eyvanından onlara əl edib oxumağa başladılar. Onlar səhər açılan kimi eşitdilər ki, şəhər türməsində olan bütün dustaqlar qaçıb Conda onlarla. Az sonra eşitdilər ki, dustaqların hansısa bir zənci təşkilatı qaçırıb. Ana vermədən gələn məlumatların içində dustaqlar Cona görə qaçırılıb və bu işə Tonikada öldürülən zəncilərin tayfa böyüyü, Cona hansısa təşkiların gerbin verən Rayman onu zənci rəhbərlik edib. Gələn məlumatlar içində türmədə nə qədər zənci qulluqçular varsa, hamısının o cümlədən türmə rəisinin birinci müavini podpolkovnik ___ sonunda ailələri qabaqcadan şəhərdən çıxarılıb və onlar özləridə dustaqlarıa birgə qaçıblar. Günortaya yaxın xəbər yayıldı ki, gecə yarısı şəhərin mərkəzi ilə musiqi sədaları altında mahnı oxuya-oxuya gedən əsgər paltarı geymiş insanlar elə türmədən qaçan dustaqlar olub ki, Conda onların qarşısında gedirmiş. Bu xəbər təsdiqlənəndə Tamela şiddətlə ağlayıb özün ora-bura vurmağa başladı ki, onlar bunu niyə başa düşməyiblər. Onlar niyə qanmayıblar ki, Conun şərəfinə yazılmış bu mahnının dövlət adamları, əsgərləri oxuya bilməzlər. O, göz yaşı axıda-axıda Fredin sinəsin ____ mən bilsəydim, onların arasında Conu boy-buxunundan tanıyardım. Elə dördüncü mərtəbədən özünü atıb geedib onlara qoşulardım. Fred Tamelaya yalvarıb deyirdi ki, Tamela məndə bilsəydim sənin kimi edərdim. Ancaq bu baş vermədi. Ancaq onların çıxasına düşmək, oturub burda göz yaşı tökməklə ağılsızlıqdı. Özünə gəl qayıdaq Tonikaya. Çox çəkməyəcək ki, Con axşam burdan keçdiyindən də on dəfə yüz dəfə çox adamlar və həmən mahnı ilə tonikaya daxil olacaq. Bu səfərdən Fredin qazancın qatarda yuxulayan Tamelanın başım onun dizinin üstünə qoyması oldu.
***
Dünən Luizanın ölümündən qırx gün keçmişdi. ____ uşaqların hansın qəbir üstə aparmış, oradan kilsəyə gedərək şam yandıraraq Luizanın ruhuna dualar oxumuşdular. ____ bütün ____ sənin yerə toplayıb, bu neçə müddətdə evdə uşaqlarına görə ___ saxladığı göz yaşın həm qəbir üstə həmdə kilsədə sel kimi axıdıb xeyli yüngülləşmişdi. Əli Frankın itkisinin yerini Conun qəlbən göstərdiyi qayğı az-çox ötr-basdır etdiyi bir vaxtda onun sürgün olunması üstəlik arada bu cür hadisə törədib, ölüm hökmü ilə üzləşməsi onu çıxılmaz, sonu görünməz əzaba salmışdı.bütün bunlar az imiş kimi bir-birlərinə bacı deyib, az qala ona ana kimi məhəbbət göstərən Luiranın da belə olması Klaranı sürüyüb həyatın çıxılması mümkün olmayan quyusuna atmışdı. Onun bu uşaqlardan başqa bütün ümidləri, xoş günləri boşluqda qalmışdı. Frankadan sonra ruhi dünyası onun ola bilsə də,bilməsə də Cona bağlanmışdı. Conun varlığı, hərdən qapını açıb içəri girməsi, Ceki qucağına götürüb saçlarına sığal çəkməsi onun üçün hər şey idi. Bəlkə də ömrü boyu Condan bundan artıq heç bir təmənnası da olmayacaqdı. Çünki Cona olan hədsiz məhəbbəti onu xoşbəxt edə bilirdi. Klara yaşına, həm də az ömründə ona yaşatdıqlarına görə çox ağıllı qadın idi. O, nə qədər ağır dərdin içində boğulsa da özünü itirmirdi. Dərdinin yükü qədər də həm Conun dörd uşağı, həm də özünün üç uşağının məsuliyyətini dərk edirdi. O, paltar tikməyə başlayandan dolanışıqları-uşaqların yeməyi, məktəb ləvazimatları onun üçün heç bir çətinlik törətmirdi.

Mister Cekson ilk dəfə uşaqları Klaranın tikdiyi geyimləri görəndə xeyli müddət heç cürə inanmaq istəməmişdi ki, heç cürə bunları Klara tikib. Nəhayət bunun gerçək olduğunu qəbul edəndən sonra çox sevinmiş, bu hadisədən Conun xəbərsiz olduğuna yanıb tökülmüşdü. Nəhayət o mərkəzi qəzetlərdən tanışı olan bir muxbirə vəziyyəti danışmış, arzusunun uşaqlarının bu vəziyyətdə şəkillərinin qəzetdə dərc olunmağını rica etmişdi ki, bəlkə bu qəzet nə cürsə Conun əlinə keçə bildi.

Conla bağlı bütün hadisələr bütün qəzet muxbirləri üçün maraqlı olduğuna görə muxbir bu xahişi canla başla yerinə yetirib Conun ailəsi və Klaranın iki ailəni bir qanad altına alıb fədakarlıq etməsi barədə məqalə dərc etmişdi.

Bir tərəfdən Mister Cekson Luiranın ölümündən xəbər tutmaması üçün Conun əlinə heç bir qəzetin keçməməsini istəyirdi. Mərkəzi qəzetlərin nadir nömrələri olurdu ki, orada Con haqqında məlumat olmasın. Ancaq ona da arxayın idi ki, ölüm istintaqı altında olan dustaqlara qəzet verməzlər. Ancaq fikirləşirdi ki, möcüzə nəticəsində Con uşaqlarını bu cür geyimdə görsə o özünü dünyanın ən xoşbəxt adamı hesab edər. Heç bir kədər onun bu sevincini üstələyə bilməz. Conun Tonikada törətdiyi hadisə Mister Ceksonun əl-ayağını qırmış, onun ruhuna böyük zərbə vurmuşdu. Conun çox böyük ümid bəslədiyi gələcəyinə inamı azalmışdı. Bu gün o qəzet satan uşağın qışqıra-qışqıra “Con yenə azadlıqda” , “ Dünyanın ən yeni xəbəri”, “Con azadlıqda”, “ Aazdlıq Vaşinqtondan yox, türmələrdən gələcək”. Qəzet alın, qəzet alın. Kamboranın qəhrəmanı azadlıqda. O, yeni-yeni Yançulara çörək cerəcək. Con süd əvəzinə qan əmən zənci körpəsinin intiqamını alacaq. Yanındakı faytonçu dostu Mister Ceksonu tutub onu ehmalca şəkildə otuzdurdu.Cekson işarə ilə pencəyin cibini göstərdi. Faytonçu başa düşdü ki, Cekson cibindən həb istəyir. Mister Cekson bir həb atıb, birini də dilinin altına qoyub boğula-boğula yanındakılara işarə etdi ki, uşağa çat, qəzet al. Qəzet satan uşaq Mister Ceksonun Conun dostu olduğunu bilirdi. Con haqqında yazılar olan qəzetlərin hamısını bu qoca faytonçunun aldığını bilirdi. Ona görə o heç kimə, hətta qəzet almaq üçün onu səsləyən adamlara da əhəmiyyət vermədən Ceksona tərəf gəlirdi. Bu on-on iki yaşlı uşaq faytonçunu bu vəziyyətdə görüb, əmi mən bilirəm sən sevindiyindən bu vəziyyətə düşmüsən. Keyfini kök elə, mən az yaşlı böyük adam kimi sənə deyirəm ki, bundan sonra on dənə Amerika olsa da Conu tuta bilməyəcəklər. Mən də beş il qəzet satıb, sonra harda olsa tapıb qoşulacağam ona. Mister Cekson həmişəki kimi uşağa artıq pul verib qəzeti aldı. Qəzet satan “ Dustaqlar azad oldular, bəs çöldəkilər nə gözləyirlər” “Con türməsiz Amerika nümunəsi yaratdı”. Bunu mən demirəm bu qəzet yazır. Alın, qəzet alın-deyə, qışqıra-qışqıra uzaqlaşıb getdi. Mister Cekson qəzetin birinci səhifəsində bir tərəfdə bomboş türmə, o biri tərəfdə isə yol dolusu dustaq portretləri və məhbusların başlarının üstündə mavi səmada Conun şəklini görübözünü saxlaya bilməyib, qəzeti üzünə tutub silkələndi və sənin məni pərt etməyə ixtiyarın yoxdu Con. Sən mənim səndən incimiş halda bu dünyadan getməyimə razı ola bilməzsən. Türmə sənin üçün deyil. Bir də ora qayıtma. Artıq ona mən dözə bilmərəm-deyib, faytona qalxıb, bərk getməyin vacib olduğunu atlara göstərmək üçün qamçını havaya çaldı.

Ağır hadisələr burulğanında nəsə olacağının qorxusundan ehtiyatla nəfəs alan Klara Mister Ceksonun əlindəki qəzeti görəndə ürəyinin qırıldığını hiss etdi. Ancaq ata dediyi faytonçunun sifətinə baxanda onun gözlərində heç vaxt görmədiyi işıq görüb, qaranlıqda qaranlıqda günəş görməyin mümkünsüzlüyü ehtimalı ilə gözünü ona zilləyib xəbərin nədən ibarət olacağını gözlədi. Mister Cekson heç bir söz demədən ona yaxınlaşıb, qızım mən uşaqlıq elədim, çox sevindim. Ona görə ürəyimin ağrısı elə tutdu ki, güclə özümə gələ bildim. Sən möhkəm ol, çox sevinmək də allaha xoş gəlməz. Con azadlıqdadı qızım. Nəhayət ki.....o..

Uşaqlardan bu sözü eşidənlər atamız azadlıqdadı-deyə, qışqırıb, atdanıb, düşmək istəyirdi ki, Klara aşıb dəydi yerə. Təcrübəli faytonçu bilirdi ki, Klara bu xəbərə dözməyəcək. Ona görə hazır saxladığı nişastanı onun burnuna tökdü. Və onun başını qaldırıb qoydu dizlərinin üstünə, saçlarına sığal çəkib, alnından öpdü. Allah sənin zəhmətini heç vaxt itirməz dedi. O, üzünü uşaqlara tutub, sizin atanız azadlıqdadı, siz şənlik edin. Bir-birinizi qucaqlayın, öpün.

Klara gözlərini açıb, ata bu nə xəbərdi sən dedin.....

Hə qızım, mən də xeyli bu xoşbəxtliyə inana bilmədim. Ancaq sənin allahın vaxtında köməyə gəldi. Conun azadlığa çıxmasına yardımçı oldu. Qalx ayağa, mən də gedim, arvadı gətirim. Bu gecə bu şənliyi birlikdə yaşayağın-dedi Mister Cekson.....



XXX

Congil bu möcüzəli Lohana qurtuluşunun sehrində xeyli hərəkətsiz qaldıqdan sonra nəhayət özlərin toplayıb yola düşdüülər. Onlar bu hadisədən sonra ikinci günün gündüzündə xeyli gedəndən sonra gedəcəkləri istiqamətə yolu itirdiklərini hiss etdilər. Daha doğrusu onlar hara getdiklərini müəyyənləşdirə bilmədilər. Onların belə hara gedəcəkləri bilinmədən irəliləmələri qorxulu idi. Baş vermiş son hadisədə harada olmaqlarından asılı olmayaraq hər yerdə hər an gözlənilməz təhlükə baş verə biləcəyinə işarə idi. Lohana dediyi kimi də onların hardasa məskən salıb, müəyyən müddət təklikdə qalmaları üçün də ən azı yarım günlük bir at yolunda ərzaq və digər ehtiyacları təmin edə biləcək bir yaşayış yeri olmalıidi. Ən çoxu onların iki günlük ərzaq ehtiyatları qalmışdı. Con, podpolkovnik Erikson, vəkil Stefan Adams düşdükləri vəziyyətdən çıxış yolunu müzakirə edib, hərəsi bir təklif irəli sürüb, onun nə ilə nəticələnməsini götür-qoy edib, dəqiq bir qərara gələ bilmirdilər.con təqid edirdi ki, podpolkovnik ailəsi ilə onun arvadı, gənc subay baldızı və iki beş yaşında oğlu, yeddi yaşında qızı var idi. Bir də vəkil Stefan Adams üç nəfər dustaqların ən qoçağı ilə burda furqon və faytonda qalan ərzaqla qalıb, məskən salsınlar. Con qalan özü qarışıq səkkiz nəfər də hərəkət edib hara gedəcəklərini müəyyənləşdirənə qədər yol gedib, ərzaq ələ keçirib geri qayıtsınlar. Con deyirdi ki, onlara heç bir ərzaq lazım deyil. Onlar təsadüfi ov quşları, heyvanları meşə gilə meyvələri ilə dolana biləcəklər. Bunu da kənardan eşidən sragagünkü hadisədən çox pis qorxmuş, hələ də özlərinə gələ bilməyən podpolkovnikin arvadı ilə baldızı özlərini yeyib, tökürdülər ki, Con bizdən ayrılmayacaq. O, ya biznən qalacaq, ya da bizi özü ilə aparacaq. O, getməli olsa biz ya dəli olacaq, ya da birdə o qorxunu yaşamamaq üçün özümüzü elə bu dəqiqə öldürəcəyik. Vəkil Stefan Adams bu vəzifəni üzərinə götürürdü, ancaq Con sən çöl-bayır görməmisən, bu çətinliyə tab gətirə bilməyəcəksən-deyirdi. Onlar niyə Lohananı əldən buraxdıqlarına möhkəm peşmançılıq çəkmələri bir məqamda səmadan gəlirmiş kimicərgədən kənar düşmüş durna harayına bənzər səs gəldi. Hamı həm səksəkəli, həm də ümidli əvvəl göyə tərəf baxıb heç nə görmədiklərinə görə durduqları talaya girən yeganə yol tərəfə baxdılar. Bu vaxt iki atlının kamandan çıxmış ox kimi onlara tərəf sürdüklərin görüb bunları Lohana iləVinçentin olduğun yəqin etdilər. Atlılar onlara az qalmış heç kimin gözləmədiyi halda podpolkovnikin arvadı ilə baldızı onlara tərəf qaçdılar. Lohana ilə Vinçentin atları dayanmağa macal tapmamış yenidən sıçrayıb düşdülər. Podpolkovnik arvadı Ella xanım Lohanaya baxıb ona sarılıb bizi bir də tək qoyub yoxa çıxma deyib, əyilib dizlərini yerə qoymaq istəyəndə Lohanna onu qaldırıb, mən sizi tərk etməmişəm mənim bacım. Nədə etmərəm.mən ata Condan utanıb, sizi müşahidə etdik sözün deyə bilmədim. Ona görə bağışla və arxayın ol. Lohanna qaçıb gəlib anasına sığınmış podpolkovnikin beş yaşlı qızı Annanı görüb, onu qucağına götürüb, üz-gözündən öpüb, bir neçə metr aralanıb, üzün adamlardan gizlədib, hönkürtüsün güclə boğub, gözünün yaşın saxlaya bilmədi. Sonra o, Annanın əlindən tuub, Conun qarşısına gəlib, ona təzim edib, Yançuların, Vinçentlərin və Lohanaların böyük xeyirxah atası Con, bizi bağışla. Siz yoldan çıxmısız. Sadəcə düz hərək etməyinizi bilməmisiniz. Mən sizdən qabaqda gedib sizə yolçuluq etdiyimə görə sizdən utanırdım. Ancaq sizi bir an belə nəzarətsiz qoyub, rahat ola bilməyəcəyimizə görə bunu etməli idim. Siz hinduların, zəncilərin nə qədər yer üzündə ağ, qara, boz insanlar var onların hamısının atası olmağa layiqsiniz. Sizin arxanızda bütün acların, əsirlərin, haqqı kəsilənlərin ruhu dayanıb. O ruhlar çox böyük qüvvələrdilər.onlar sizi qoruyacaqlar. Vinçentnən mən də bu dünyada nə qədər varıq o qədər də sizin yanınızda olmağa and içmişik. Sizin yolunuzda nə qədər ağır çətinliklərə düşəcəyiksə bir o qədər xoşbəxt olacağıq.qaldı mənim bu balaca Anna bacıma mən nəyim var hamısın itirmişəm. Bundan sonra heç kimi itirmək istəmirəm.

Xeyirxah ata sizin mən dediyim bir müddətləngiməli olacağınız mənzilə iki günlük yol qalıb. Artıq gün qurtarmaq üzrədir. Siz burda gecələyin, səhər işıqlaşanda biz Vinçentnən olacuq. Bu gün gün batana kimi sizə dörd at yükündə ərzaq gətirəcəklər. Atlar da burda qalacaq. Adamlar gedəcəklər. Ata, biz həmişə sizdən qabaqda gedəcəyimizə görə bizi bağışla. Bu belə olmalıdı. Biz ola bilsin ki, hərdən bir neçə saat yoxa çıxacuq. Siz bundan narahatlıq keçirməyin. Həmən istiqamətə yolunuzu arxayın davam etdirin. Sizin məskən salacağınız yer insan ayağı dəyməyən təhlükəsiz yerdi. Bizim ulu babalarımızın qədimlərdə məskunlaşdıqları yolun üstündədi. Oradan dörd-beş saatlıq at yolunda bir yaşayış məntəqəsi var ki, hər ayın ilk bazar günləri orada yarmarka olur. Bu yerləri yaxşı tanıdığıma görə sizin bütün ehtiyaclarınızı ödəməyVinçentnən mənim üzərimə düşür. İndi biz gedirik. Biln ki, biz harada olsaq da sizi görürük. Lohanna beş yaşlı Annanı, Vinçet də yeddi yaşlı Stivi qucaqıayıb üz-gözlərindən öpüb bir neçə metrdən atlarının üstünə sıçrayıb yuxu kimi yox olduıar. Con bu hadisəyə tab gətirə bilməyib, yerə çöküb kürəyin furqonun təkərinə söykəyib, şlyapasın burnunun üstünə sürüüklüyüb, gözlərini yumub insanın yarada biləcəyi möcüzələrin fikrinə getdi.

XXX

Tarixdə i lk dəfə furqon, fayton təkərlərinin izini görən ucsuz, bucaqsız dağ-dərələri və keçilməz meşələri dərya səmasının sükutsuz bu balaca qaçqın yolçuların dəstəsinin aram gedişi ilə pozuldu. Bu qeyri-adi yolla tarixin və torpaqların ilk cığırı ilə Con bir dəstə günahsız dustaqla və Amerika cəmiyyətinin yetişdirdiyi yeni ruhlu insanlar vəkil Stefan Adamsla və podpolkovnik Eriksonla Əsil Amerikalı insanı yaratmaq arzusu ilə məqsədinə doğru irəliləyirdi.



Bu gün səhər və günorta Lohana ilə Vinçent görünüb yoxa çıxdılar. Axşam üstü dəstə getdikləri cığırın qarşısında allahın əli ilə qoyulmuş üç alaçıq və onların arasında sərələnmiş at yəhəri gördülər.

Con dedi ki, bura bizim ləngiyəcəyimiz yerdi. Bu qız, bu cütlük bəşərdən başqa yaranmışdılar. Bunlar allahın məlakələridirlər. Bunları başqa cür adlandırmaq olmaz. Bu üç alaçığın içərisindəki vəziyyətdən və yoxladıqca məlum olurdu ki, bunların hansı podpolkovnik ailəsinin, hansı Conla vəkilin və üçüncü alaçıq qalan insanlar üçün idi.

Vəkil Stefan Aadmsın çantasındakı qəzet nömrəsi onu həddən artıq darıxdırırdı. Bu qəzetlərdən birində onun arvadı Luiranın ölüm xəbəri var idi. O biri qəzetdə isə Conun iki oğlu, iki qızı və Klaranın iki qızı, bir oğlunun onun tikdiyi paltar olanşəkilləri idi. Bu şəkildə bu paltarla uşaqlar o qədər gözəl, o qədər vüqarlı düşmüşdülər ki, sanki dünyanın ən xoşbəxt ailəsində böyüyən ən bəxtəvər idilər. İnsan şəkildəki uşaqlara baxdıqca baxmaq, baxdıqca sanki bu uşaqların xoşbəxtliyinə həsəd kəsilirdi. Klara da bu körpə, yeniyetmə çiçəylərin içərisində səhərin günəşinin bütün şəfəqin simasına hopdurmuş laləyə bənzəyirdi. Bu şəkili və şəkildəki uşaqları Cona göstərməy o qədər vacib idi ki, vəkil bunu etməməyi özü üçün böyük nöqsan hesab edirdi. Con həyatlarından, gün günortalarından xəbərsiz olduğu uşaqların bu vəziyyətdə görsə nə qədər sevinmiş olar, yaşadığı bu çətinliklərə necə dözümlü və aparacağı mübarizədə necə ruhlu olacağın Stefan Adams çox yaxşı başa düşürdü. Ancaq Luiranın ölüm xəbərin ona vermədən bu şəkilləri ona göstərmək mümkünsüz idi. Bu Luiranın ölümün qəsddən ört basdır etmək onu dəyərləndirməmək bu itgiyə əhəmiyyət verməmək üçün sayılardı ki,bu da Cona çox ağır zərbə olardı. Stefan Aadms Conun Luiranı necə sevdiyini bilirdi.ancaq müşahidəsindən Mister Ceksonun da söhbətlərindən Conun Klaraya da qarşı laqeyd olmadığını anlamışdı.o, Luiranın ölümünü Cona demək fikrinə gələndə ağlını itirəcək dərəcədə çaşır, bu xəbərdən Conun necə sarsılmağını yada salanda bütün bədənin əsdiyini hiss edirdi. Ancaq bu hər iki hadisənin ələxüsus da Luiranın ölümünü Cona xəbər verməməyin zəiflik, böyük xəyanət adlandırırdı. Artıq üçüncü gün idi ki, çadırlarda yaşayırdılar. Təhlükələr, yorğunluqlar geridə qalmış, əhvalları xeyli bərpa olmuşdu. Podpolkovnikin arvadı Allen xanım çox həvəslə mətbəx işlərini öz boynuna götürmüş, bacısı gözəl Heaven də

Süfrə xidmətçiliyinin böyük şuxluqla yerinə yetirirdi. Ətrafdakı qırqovullar, meşə xoruzları, kol toyuqları az qala özləri gəlib, bizi tutun, bişirin deyirdilər. İnsan görməmiş çöl qabanları isə insan haqqında təsəvvürləri olmadığına görə onlara əhəmiyyət vermir, güllə atanda vurulan yanındakı cütlüyünə də qəribə-qəribə tamaşa edib, heç nə başa düşməyib, sərbəst gəzməyində davam edirdi. Podpolkovnikin arvadı Allan gülə-gülə deyirdi ki, dünyanın heç yerində belə müftə, ləzzətli həyat yoxdu. Erikson razı olsa mən ömrüm boyu burdan bir metr də kənara getmərəm. Bir şərtlə ki, burdakı kişilərdən xoşuma gələnlərdən biri bacım Annanı sevsin və ona evlənsin.

XXX

Vəkil Stefan Adams bu dərdini podpolkovnik Eriksonla bölüşdürmək, onunla məsləhətləşmək, yəni ondan bu iş üçün kömək almaq üçün məsələni açıb ona danışdı və hər iki qəzeti podpolkovnikə göstərdi. Erikson vəkili eşidib qəzetə göz gəzdirəndən sonra çox tutulub fikrə getsə də onlara necə, hansı çətinliyə başa gəlsə də bu məlumatların ləngidilməsini yol verilməz hesab etdi. Onlar qərara aldılar ki, günortaya Conla hər ikisi ayrılıqda süfrədə oturub bir az şərab içib, həm özlərin bir az ürəyləndirsinlər, həm də dillərin açıb ordan-burdan söz salıb məsələni ona desinlər.



Çox şən başlayan süfrədə bir neçə dəqiqədən sonra Con hiss elədi ki, Eriksonun da, Stefan Adamsın da sifətlərində tutqunluq yaranır, onlar ona baxsalar da fikirləri başqa yerdədir. Həyəcanlı, sözlü adamlar kimi dalğındırlar. O, bunların bir an bundan qabaqkı adamlar olmadıqların və nəyə görə özlərini belə aparmalarından şübhələnib, əlli hal keçirtdi ürəyindən. Bu fikirlərin içərisində o düşündü ki, ola bilsin o yoldakı yaranmış real ölüm təhlükəsindən, əzab-əziyyətdən, burda da ən azı bir neçə ay ləngiməmizdən bunlar mənə qoşulub gəlməkdən, peşman olublar. İndi onu mənə açıb deməyin əziyyətin, ya da çətinliyin çəkirlər. Ona görə də Con bu dəfə dolu qədəhi əlinə götürəndə həm podpolkovnik Eriksonu, həm də vəkili çox ciddi nəzərlə süzüb, onları ona baxmağa vadar edib, dedi ki, gəlin sizinlə dürüst dostlar kimi, çörək kəsək, qardaş kimi dərd bölüşdürənlərdən olaq. Görürəm çox narahatsız, bir az bundan əvvəlki sağlıqda sizdən bir əlamət qalmayıb. Sizin mənə nəsə deməyə sözünüz var. Əgər burda sizin üçün bir çətinlik, bir sıxıntılıq varsa gizləməyin. Mənim bundan sonrakı ömrüm çox çeşməkeşli, bu gündən sabaha çıxılmasına ümid olmayan bir həyatla bağlı olacaq. Hökmən deyil siz burda qalmaqla mənimlə dostluğu davam etdirməsəniz və yaxud Amerikanın mənəvi, milli, iqtisadi azadlığı uğrunda mübarizə apararsız. Bunu hər yerdə istənilən şəraitdə, istənilən adamla aparmaq olar. Əgər biz hər dərdimizlə, fikrimizlə, bir-birimizlə tam açıq olmasaq, bizim dostluğumuz çox dumanlı, həm də səmərəsiz olar.

Conun bu sözlərindən sonra xeyli sakitlik hökm sürdü. Con fikrində yanılmadığın hiss etdi. Stefan Adams ehtiyatlı baxışları ilə Eriksona baxdı.

Podpolkovnik özün ölüm-dirim müharibəsinə hazırlayırmış kimi dartınıb bədənin düzəltdi, öskürüb, nəfəsin açdı və Cona baxıb: qardaş sən çox düz və bizim ürəyimizcə danışdın..

Con bu sözdən qəfil zərbə alıb, bu yaşda insanların bu cür ağır qərar qəbul edib, onu bir neçə gündən sonra belə asanlıqla inkar edib, indi Con sən bizi bağışla biz belə çətinliy üçün doğulmamışıq deyib, durub gedəcəklərinə elə bil içərisində dəli kimi bir nərə çəkdi. Ancaq buna heç cürə etiraz etmək haqqının olmadığın fikirləşib özünü sakitləşdirdi.

Podpolkovnik Erikson Cona xeyli diqqətlə baxıb: qardaş, sən sözünə belə başladın ki, gəlin sizinlə dürüst dostlar kimi çörək kəsək, qardaş kimi dərd bölüşdürənlərdən olaq. Sonra da sonda dedin ki, əəgər biz hər dərd sərimizdə tam açıq olmasaq bizim dostluğumuz çox dumanlı, həm də səmərəsiz olar.

Elə Stefanla mən də səninlə bir dost kimi çox açıq olmaq və dərd-sərimizi birgə çəkmək, söhbətin açmaq çətinliyi qarşısında qalmışdıq. Sağ ol ki, bunu sən dəyərləndirdin və böyük qardaş kimi də böyüklük elədin. Con, əzizim biz heç birimiz uşaq deyilik. Mən bu qərarı nüfuzlu və yaxşı maşlı, rahat həyatım olanda vermişəm. Həddindən artıq çox sevdiyim arvadım və .......... ruhumun bir hissəsi olan övladlarım və arvadımın bacısı ilə bu yola çıxanda hər an onları itirə biləcəyimi tamlığı ilə başa düşmüşəm. Həm də onu da bilirik ki, bu işimiz minlərin, milyonların həyatın xilas etmək, onlara xoş, azad həyat nəsib etmək xatirinədir. Sənə də ona görə qoşulmuşuq ki, sən bizdən çox əvvəl öz ailəni, uşaqlarını canın qədər istədiyin Luiranı bu haqq yolunda hər an itirə biləcəyinə, dözüm gətirə biləcəyinə andı alıb, bu qərarı vermisən. Sən bu işdə, bu ağır itgidə bizə nümunə olmalısan və biz bundan sonra özümüzün bütün itgilərimizə sənin bu hərəkətindən nümunə götürə bilək. Bacımız Luira dünyasın dəyişib və allah dərgahına qovuşub. Bunu sənə deməkdə çətinlik çəkirdik...


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə