Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

64
cəksən.  O, da  mənə sənətimi  dəyişmək  tələbini 
qoydu. Mən də tacir olmağı qərarlaşdırdım. Həmin 
gündən  də mən tacir, xanımım  isə ev qadını  oldu. 
Beləliklə də hər ikimiz sənətimizi ülvi məhəbbəti-
mizə qurban  verdik.  Arada  belə məclislər  təşkil 
edirəm ki, ürəyimizin atəşini, sənət yanğısını az da 
olsa söndürək. 
Cabbar gülümsəyə-gülümsəyə  dedi: 
- Qardaş xanımının səsi doğrudan da  Allah 
vergisidir. Allah verəndə Arazın o tayında da verir
bu  tayında  da...  Andı  pozmağınız  bir  günahdırsa, 
bu  vergini  dörd  divar  arasında  saxlamaq  beş  gü-
nahdır... 
Sədnik  müəllim  bu  hekayəni  sevimli  həyat 
yoldaşı  mərhum  Səfurə xanımın  əziz  xatirəsinə
həsr edib.
Səfurə xanım  ziyalı,  sənətə yüksək  qiymət 
verən,  yaradıcılıq  qabiliyyətinə malik  Azərbaycan 
qadını  olub.  Əfsuslar  olsun  ki,  Sədnik  müəllim 
Səfurə xanımı  həmişə pərdə arxasında  saxlayıb, 
onun  yaradıcılığının  tam  üzə çıxmasına  şərait 
yaratmayıb. 
Xalqa,  xalq  ədəbiyyatına  məhəbbət  S.P.Pir-
sultanlının qanına elə hopmuşdur ki, onları bir-bi-
rindən ayrı təsəvvür etmək çox çətindir. 
Bütün  sahələrdə olduğu  kimi  Sədnik  Paşa 
Pirsultanlı  dram  əsərləri  yazmaq  sahəsinə də baş 
vurmuş,  iki  pyes  yazmışdır.  “Qızıl  piyalə”  pyesi 
saf, ülvi məhəbbət və sənət üzərində qurulmuşdur. 


65
Pyes xalq əfsanələri əsasında işlənmişdir. Pyesdə 5 
obraz iştirak edir. Fərhad - daşyonan, İlham pərisi -
gözəllər gözəli, Mahmud şah  Qəznəvi - hökmdar, 
Piran  Qoca  - hökmdarın  atası,  Çətinqaya  isə Fər-
hadın dostudur.
Fərhad el arasında tanınmış daşyonan, tarixi
mədəniyyət  abidələri  yaradan  bir  sənətkardır.  Çə-
tinqaya onun ən yaxın dostudur. Bir gün Çətinqaya  
İlham  Pərisinin  gözəlliyindən  söz  açır.  O bildirir 
ki,  İlham pərisi heç bir kəsi bəyənmir. İlham Pə-
risi bazardan gələndə pişvazına  çıxaq, sən də mə-
lahətli  səsinlə oxu,  bəlkə səni  bəyəndi.  Fərhad 
deyir  ki,  şahı  bəyənməyən  qız,  adi  bir  daşyonanı 
bəyənəcəkmi?
İki  dost  İlham  Pərisinin  pişvazına  çıxırlar. 
Fərhadın  həm  də gözəl,  məlahətli  səsi  var  imiş. 
Xalq  buna  görə də Fərhadı  çox  sevirmiş.  Fərhad  
İlham Pərisinin uzaqdan gəldiyini gördükdə məla-
hətli  səsi  ilə oxumağa  başlayır.  Hamı  bu  səsin 
sehrinə toplaşır.  İlham  Pərisi  bu  səsi  eşitdikdən 
sonra Fərhadın kimliyi ilə maraqlanır, bir könüldən 
min könülə ona vurulur. Fərhadın sehirli səsi onun 
bütün vücudunu sarsıdır. İlham Pərisi  Fərhadı yu-
xuda da gördüyünü bildirir.
İlham  Pərisinin  sorağını  alan  Mahmud  şah 
onu sarayına gətirdir. Saray mühiti İlham Pərisinin 
qəlbinə yatmır. Gecə-gündüz Fərhadın sehirli səsi-
nin  həsrətini  çəkir.  Qəzvin  məmləkətinin  şahı 
Mahmud  İlham   Pərisinin  nə üçün  kədərli olduğu 


66
ilə maraqlanır.  İlham  Pərisi  məyusluğunun  səbə-
bini  qardaşının ölümü  ilə əlaqələndirir.  Bu  zaman 
Fərhadın  uzaqdan  səsi  gəlir.  İlham  Pərisi  qeyri-
ixtiyari sehirli səsə tərəf yüyürür və şaha deyir ki, 
bu məndən asılı olan hal deyil. Mən qeyri-ixtiyari 
o  səsə tərəf  can  atıram.  Mənim  bütün  varlığım  o 
səsə bağlıdır.
Şah qəzəblənib  Fərhadı əvvəlcə zindana sal-
dırdı, sonra isə uzaq ölkəyə sürgün etdirdi.
Şahın atası Piran Qoca bir gün şəhərə çıxdı. 
Gördü ki, hamı qara  geyinib, hər yan sükuta qərq 
olub. Piran qoca camaatdan qara geyinməklərinin, 
yasa batmaqlarının  səbəbini soruşdu. Adamlar bil-
dirdilər ki,  şah  Fərhadı başqa  ölkəyə sürgün  edib. 
Fərhadın səsini, sənətini çörəkdən, sudan üstün tu-
tan xalq ona yas saxlayır.
Piran  Qoca  əhvalatı  oğluna  danışdı,  onun  
təkidi  ilə Fərhadı  vətəninə qaytardı.  Hökmdar 
Fərhadı üzü tüklü, əli qabarlı görüb soruşdu:
- Sən orada nə iş görürdün?
- Bənna işləyirdim.
- Bəs niyə bənna, bəs niyə oxumurdun?
- Ç ox uzaqda idim. Səhər yelləri İlham Pərisi-
nin  nəfəsini  mənə çatdıra  bilmirdi.  Mənim  səsim 
ona  bağlıdır.  Onun  nəfəsi  mənə çatmasa, oxuya 
bilmirəm
Şah Fərhada tapşırdı ki, özündə səliqə yarat. 
Bu  həftə meydanda  sənə oxumağa  icazə verə-
cəyəm.


67
Şah  kor-peşman  evinə gəlir.  Qızıl  şəbəkəli 
aynabənddə zərli  miz  üstündə bir  cüt  qızıl  piyalə
qoyur. İlham Pərisini çağırıb yanında oturdur. Xəl-
vət adam göndərir ki, qoyun Fərhad oxusun. Qıza 
dedi  ki,  qızıl  piyalələrə şərab  süz.  Elə bu  zaman 
Fərhadın  həsrət  notları  üzərində köklənmiş  səsi 
bütün  aləmə yayılır.  İlham  Pərisi  səs  gələn  tərəfə
qaçaraq dedi: 
- Odur! 
Şahın adamları İlham Pərisini  tutub saxlaya 
bilmədilər. Şah qızın başından qızıl səpdi, ona xe-
yir-dua  verməyə məcbur  oldu.  Böyük  səltənət  sa-
hibi İlham Pərisinin Fərhada olan məhəbbəti qarşı-
sında  gücsüz, cılız, miskin göründü.
Şah yana-yana:
- İlahi, bu məhəbbət nə imiş belə?
Qızıl  şəbəkəli  aynabənddə,  qızıl  piyalə də, 
ləl-cəvahirat  da  ülvi məhəbbətin  qabağında  aciz 
imiş.  Taxt-tac  da,  hökm  də,  qılınc  da  onun  qaba-
ğını kəsməkdə gücsüz olurmuş.
İlham  Pərisi  heç  nəyə məhəl  qoymadan 
meydana  qədər  ayaqyalın  qaçdı.  Bu  mənzərəni 
seyr edən Piran Qoca oğluna dedi: 
- Fərhad  bizim  elin  ürəyi,  İlham  Pərisi  isə
görən gözüdür. 
Hər  iki  aşiq  böyük  sınaqlardan  keçdi.  Qoy 
bütün  el  yasdan  çıxsın,  bu  meydanda  da  onların
toyu  olsun.  Mahmud  Şah  razılaşdı, hamı  onları 
təbrik etdilər.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə