Qasim qirxqizli


I FƏSİL  Sədnik Paşa Pirsultanlının



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   ...   23

7
I FƏSİL 
Sədnik Paşa Pirsultanlının 
poetik söz dünyası
Sədnik  Paşa  Pirsultanlının  çoxşaxəli  yara-
dıcılığı  bir  çox  istiqmətlərdə inkişaf  etmişdir. 
Onun  yaradıcılığında  milli  poetik  fikrin  ən  incə
çalarları  həmişə diqqəti  özünə cəlb  edir.  Bu  isə
onun  poetik  fikrinin  ən  böyük  nailiyyətlərindən 
biridir.
Azərbaycan  şifahi  xalq ədəbiyyatının  bili-
cisi, dərin məzmunlu poetik istedada malik olan bu 
qocaman  tədqiqatçının  özünün  cahana  sığmayan 
söz dünyası  vardır.  Yaşı  səksəni  ötməsinə bax-
mayaraq  arayır,  axtarır,  tədqiqat  işlərini  usanmaq 
bilmədən  inamla davam  etdirir.  Bütün  türk  dün-
yasının  folkloru  haqqında  geniş  məlumata 
malikdir.  Təbiətən  dadlı-duzlu  söhbətləri,  hazır-
cavablığı  ilə onu  yaxından  tanıyanların  qəlbində
özünə isti  yuva  qurmağı,  məlhəm  hissləri  yarat-
mağı məharətlə bacarır.
Sədnik  müəllimin  tərcümeyi-halına  nəzər 
saldıqda  görürük  ki,  o, ömrüboyu  xalq  ruhu ilə
yaşamış,  qüdrətli,  cəfakeş  bir  alim  kimi  böyük 
şöhrət  qazanmışdır.  Onun  özü  kimi  şeir  dili  də
sadə, diqqəti çəkən və yaddaqalandır.


8
“Nizami  və folklor”  kitabına  görə 1977-ci 
ildə “Yejeqodnik”ə (Velikaya  sovetskaya  ensik-
lopediya) daxil edilib. “Dədə Qorqud boyları” haq-
qında topladığı əfsanələr və elmi məqalələrinə görə
2000-ci ildə Türkiyədə nəşr olunmuş “Kitabi-Dədə
Qorqud”  ensiklopediyasının  I  və II  cildlərində
təmsil olunub.
20  ildən  artıq  Gəncəbasarda  Aşıqlar  Bir-
liyinin  sədri  olub.  Uzun  müddət  ərzində Gəncə-
basarda  aşıq  poeziyasının,  sənətinin  inkişaf  etdi-
rilməsi  sahəsində əvəzsiz  xidmətlər  göstərmişdir. 
Gənc  istedadların  üzə çıxarılması  sahəsində də
gərgin  fəaliyyət  göstərmiş,  unudulmuş,  yaddaş-
lardan  silinmiş saz  havalarına  yeni  nəfəs  gətir-
mişdir.
Azərbaycan  Aşıqlar  Qurultaylarının  rəyasət 
heyətinin  və plenumunun  üzvü  seçilmişdir.  Bu 
qurultaylarda  etdiyi  məruzə və çıxışlar rəğbətlə
qarşılanmışdır.  Qəlbən,  sidq  ürəklə aşıq  ədəbiy-
yatına,  türk  dünyasının  folkloruna  bağlı  olan, 
unudulmuş  bir  çox  ustad  aşıqları da  gündəmə
gətirərək  onların  yaradıcılığını geniş şəkildə təhlil 
etməyi  və yaşatmağı  özünün  mənəvi borcu  hesab 
etmişdir.  Xalq  tərəfindən  yaradılan  bir  çox  mahnı 
və nəğmələrimizin xalqa qaytarılmasına, rəhbərlik 
etdiyi  “Çeşmə”  folklor  teatrnda göstərdiyi  fəaliy-
yətə görə “Əməkdar mədəniyyət işçisi” adına layiq 
görülüb.


9
Sədnik  Pirsultanlının  yaradıcılığı  təkcə
Azərbaycanla  bitmir.  Bir  çox  müsəlman  ölkə-
lərində olduğu  kimi, 1993-cü  ildə Ankarada 
keçirilən  “İpək  yolu  uluslararası  halk  ədəbiyyatı”
simpoziumunda  və Nev  şəhərində keçirilən  “Hacı 
Veli  Bektaş”  törənində dolğun  məruzə ilə çıxış 
etmişdir.
Folklor institutunun müdafiə şurasının üzvü 
kimi  AMEA-nın  Folklor  İnstutunun  2004-cü  ildə
təşkil  etdiyi  I,  II,  2005-ci  ildə III,  IV  uluslararası 
“Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə”
həsr olunmuş folklor simpoziumlarının məruzəçisi 
olmuşdur.
Respublikamızda öz imzası ilə yaxşı tanınan 
alim, aşıq yaradıcılığının nəzəri problemlərini elmi 
əsaslarla işləyən görkəmli tədqiqatçı kimi 2004-cü 
ildə
nəşr
olunmuş  “Azərbaycan  ədəbiyyatı 
tarixi”nin  I  cildinə daxil  edilib.  Respublikamızda 
və bir  çox  xarici  dövlətlərdə yorulmaz  tədqiqatçı 
alim-professorun gördüyü  işlər  təqdirə layiqdir. 
Ona görə də 2005-ci ildə “Aztelefilm” yaradıcılıq 
birliyinin dövlət sifarişi ilə “Pirsultan” adlı sənədli 
televiziya filmi çəkilmişdir. Bütün bunlarla bərabər 
cəfakeş  alim,  vətənpərvər vətəndaş  olan  Sədnik 
müəllim  pedaqoji  fəaliyyətini  də yorulmadan 
davam etdirir. 2007-ci ildə “Qabaqcıl təhsil işçisi” 
adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif 
olunmuşdur.


10
14  namizədlik  və 6  doktorluq  disser-
tasiyalarının  apponenti  olmuş,  əmək  və müharibə
veteranıdır.
Səksən illik  ömrünün 56 ilini  Azərbaycan 
folklorunun  toplanması,  tədqiqi  və nəşrinə həsr 
etmiş tədqiqatçı alimin yaradıcılıq arenası geniş və
hərtərəflidir.  Həyatının qürub  çağını  yaşayan 
qocaman  tədqiqatçının  yaradıcılıq  yoluna  nəzər 
saldıqda onu folklorumuzun şahı adlandırmaq olar. 
Bəlkə də respublikamızda  folklor  dünyasının  ən 
birincilərindən biri də məhz Sədnik Pirsultanlıdır.
Aşağıda götərilən elmi əsərlər və ixtiralar da 
onun  iti  qələminin  məhsuludur.  “Nizami  və
folklor”,  “Azərbaycan  xalq  yaradıcılığının  inki-
şafı”,  “Nizami  və xalq  əfsanələri”,  “Heca  vəznli 
şeir  və mənzum  atalar  sözləri”,  “Heca vəznli  tap-
macaların inkişafı”, “Azərbaycan eposunun əfsanə
qaynaqları”,  “Ozan-aşıq  sənətinin  nəzəri məsə-
lələri”,  “Heca  vəzninin  bayatı  və qoşma  möcü-
zələri”, “Azərbaycan əfsanə və rəvayətlərinin ədə-
bi abidələrimizlə müqayisəli tədqiqi” və sair əsər-
lərdən  dərslik  kimi  geniş  şəkildə istifadə olunur. 
Əllidən  çox  kitabın  müəllifi  olan  bu  qocaman, 
yorulmaz tədqiqatçı alim bu gün də gənclik həvəsi 
ilə işləyir, usanmaq nə olduğunu bilmir.
2008-ci  ildə “Aşıq  Şəmşirin poetik  aləminə
səyahət”  və 2009-cu  ildə “Azərbaycan  türklərinin 
xalq  əfsanələri”  kitabları  geniş  oxucu  auditoriyası 
tərəfindən  rəğbətlə qarşılanmışdır.  Bir  çox  fəxri 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə