Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   ...   23

16
Lakin  Sədnik  müəllimin  “Bənövşə”  adlı  şeiri 
tamamilə başqa  bir  formada  oxuculara  çatdırılır. 
Bənövşəni  insan  hissləri  ilə eyniləşdirir,  bənövşə
kimi  dərdini  yara  tez  açdığını,  lakin  öz  dərdini 
bənövşədən  az  açdığına  görə bənövşəyə xitabən 
deyir:
Neynəyim ki, mən də yara dərdimi
Sənin kimi tez açmışam, bənövşə.
Sən nələr çəkmisən bütün el bilir,
Mən dərdimi az açmışam, bənövşə.
Sədnik müəllimi gözəllik aşiqi kimi tanımaq 
məqsədəuyğun olardı. Qarşısına çıxan bütün gözəl-
liklərdən yorulmur. “Dağlar gözəli” şeirini həssas-
lıqla  qələmə alır,  eşq  oduna  yanaraq  Kərəmi 
keçdiyini dilə gətirir.
Sədnik onu gördü sevdaya düşdü,
Yandı eşqi, amma Kərəmi keçdi.
Yüz gözəl içindən tək onu seçdi,
Köksündə ürəkdi, dağlar gözəli.
O,  bu  şeirində öz  ülvi  sevgisini  Kərəmin 
sevgisindən  də üstün  tutur,  yüz  gözəlin  içindən 
ancaq dağlar gözəlini seçdiyini vəsf edir. 
Sədnik  müəllim  xalq  ruhu  ilə yaşamış, 
qüdrətli,  cəfakeş  bir  alim  kimi xalq  ruhundan 
qaynaqlanan  yaradıcılığını  müqəddəs  şeirlə qoşa-


17
laşdırmağı  məharətlə bacarmışdır.  Onun  özü  kimi 
yaradıcılıq dili də sadə, diqqəti çəkəndir.
“Pirsultan  pinarı”  şeirində bu  pinarın  suyu-
nun bal daddığını, daşların mərcanı, ləli olduğunu 
poetik boyalarla qələmə alır:
Nənəm, sən deyənlər oldu,
Sədnikə yadigar qaldı,
Pir Abdaldan payın aldı,
Aldı, Pirsultan pinarı. 
“Qalıbdır”  şeirində Qoşqar  dağının    zirvə-
sində yaza tala-tala  qalan qarı qış fəslinin meyvəsi 
adlandırır, yeni bir fikri ifadə edir. 
Qoşqarımın zirvəsində,
Tala-tala qar qalıbdır.
Bir fəsilin meyvəsidir,
Qışdan yadigar qalıbdır.
“Bulaq”  şeirini  oxuduqda  insan  xəyalı  ulu 
keçmişə qayıdır,  qoca  ozan  Dədə Qorqud  gəlib 
gözlərimizin önündə canlanır:
Səni görcək sehirləndim,
Qayalardan sızan, bulaq.
Qopuzunu sən çalırsan,
Hanı qoca ozan, bulaq?


18
Şairin yaradıcılığında təbiət təsvirləri üstün-
lük  təşkil  etməklə,  arzu  edir  ki,  ürək  dönüb  çiçək 
olsun.  Ç ünki  nə ürək,  nə də ki,  çiçək  əbədi 
deyildir:
Ç içəklərdən dəstə bağla,
İçində bir ürək olsun,
Özün kimi gərək olsun.
O ürəyi gülə bələ,
Ü rək dönüb çiçək olsun.
Poeziyanın meyarı  şairin  yetkinlik meyarını 
üzə çıxardan əsas amillərdən biridir. Mənəvi müd-
rikliyin  meyarı,  şəxsiyyətin  harmoniyası,  tapılan 
epitetlərin  gözəlliyi  istedadla  birləşərək  yeni  bir 
poetik aləm yaradır:
Düşmənin mərmisi, gülləsi,
               qoy mənə dəysin
Vətənimə dəyməsin.
Analar Sədnik adlı oğulu
             bir də doğar,
Vətəni heç kəs doğa bilməz.
- deyən  şair  düşmən    gülləsinin  ona  dəyməsini, 
vətənə dəyməməsini  istəyir.  Bu  istəyin  daxilində
vətənpərvər hissli duyğular açıq-aydın hiss olunur. 


19
Yollar kiçik cığırlardan başlayaraq böyük el 
yollarına  qovuşur.  Bu  yollar  daşlı-kəsəkli,  bəzən 
isə hamar olur. 
Hər  bir  insanın  həyat  yolu  vardır.  Sədnik 
müəllimin  yolları  qarşısına  çıxan  daşı,  kəsəyi 
təmizləyərək,  kol-kosu  qıraraq  aydınlığa  doğru 
gedən bir yoldur. Çünki bu yollar onu sağ-salamat 
saxlayaraq  irəliləməsinə təkan  vermiş,  müqəddəs 
el yoluna qovuşmağına bələdçilik etmişdir. 
Ayrılar, qovuşar bu yollar,
Sinəmə sığışar bu yollar.
Ç ətin olar, hamar olar bu yollar
Dolana-dolana kəmər olar bu yollar.
Bəzən olar qəm gətirər bu yollar
Bəzən olar gül bitirər bu yollar.
“Qiymətlidi”  şeirində daşın,  quşun,  ağacın, 
budağın, yarpağın, ocağın öz yerində olmasını de-
məklə şair  hər şeyin öz  yerində qiymətli  olmasını 
gözəl sayır. Bəli, belədir. Hər şey öz yerində olan-
da  həm  təbiət,  həm  insan  daha  gözəl,  daha 
əsrarəngiz olur.
Şeir  yazanın  mənəvi  saflığı,  fitri  istedadı, 
həyat təcrübəsi  həmişə üstünlük  təşkil  etməlidir. 
Sözü  şeir  incisinə çevirmək,  gördüyün  hər  bir 
hadisədən  nəticə çıxarmaq,  müşahidəçilik qabiliy-
yətini  dərinləşdirmək  yazar  üçün  meyara  çevril-


20
məlidir.  Yuxarıda  dediyimiz  bu    fikirlər  S.P.Pir-
sultanlının yaradıcılığında üstünlük təşkil edir. 
Bu yurda göz dikib yağı,
Bu yurdda qan töküb yağı.
Sinəmizə çəkib dağı,
Gəlib çatıb döyüş çağı,
Nə istərsən, Oğuz oğlu? 
“Nə istərsən,  Oğuz  oğlu?”  şeirində şair 
yurdumuza  yağının  göz  dikdiyini,  sinəmizə dağ 
çəkdiyini,  döyüş  çağının  çatdığını,  qılıncı sıyırıb 
düşmənlə mücadiləyə qalxmağın,  vaxtının  yetiş-
diyini bəyan edir. 
Doğma vətənimiz Azərbaycan şairin yaradı-
cılığında önəmli yerlərdən birini tutur. Kəlməsinin 
əvvəli də, axırı da Azərbaycandır, Vətəndir. Hətta,
özünü vətənə qurban verməkdən belə çəkinmir:
Azərbaycan,  gözəl vətən,
Adına qurban olum.
Torpağının ətrinə,
Dadına qurban olum.
Torpağını  əkənə,
Alın təri tökənə,
Keşiyini çəkənə,
Orduma qurban olum.
Ü rəyimin özəyi,
Yurduma qurban olum.


21
Şair  demişkən: - orduma  qurban  olum  ki, 
ürəyimin özəyi yurdum yaşasın.
Təbii  gözəlliklər  insana,  bütün  varlıqlara 
verilən böyük xoşbəxtlikdir. Bu gözəlliyi duymaq,
onu  nəzmə çəkmək  S.P.Pirsultanlının  poetik  alə-
mində üstünlük  təşkil  edir.  “Azərbaycan  gözəli” 
şeirində bu gözəllik təsdiqini tapmışdır.
Necə gözəl olur hüsnü səhərlər,
Səni ovsunlayar, səni sehirlər.
Könlümün gül vaxtı qələm çalıbdı,
Gözəllik fırçası burda qalıbdı.
Qadasın aldığım ana torpağın,
Qəlbinin parçası burda qalıbdı.
Poeziyanın  fövqəltəbii  gözəlliyi  ilham  pə-
risinin  gücündə və qüdrətindədir.  Poeziyanın  se-
hirli çalarları o  zaman  mükəmməl  kamilliyə qadir 
olur ki, o, ürəkləri ehtizaza gətirməyi bacarsın, hər 
bir  insanın  taleyini  özündə cəmləşdirə bilsin. 
“Mənim dünyam”  şeirində dünyanın  başdan-başa 
möcüzələrlə dolu olduğunu diktə edir.
Kainatın qucağında,
Onun yaşıl oylağında,
Möcüzəsən, mənim dünyam.
Yağmura bax, yağışa bax,
Güllü yaza, sərt qışa bax,
Möcüzəsən, mənim dünyam.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə