Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   ...   23

11
adların sahibi olan Sədnik müəllimin gərgin müba-
rizələrlə keçən şərəfli həyat yolu unudulmazdır. 
Sədnik  Paşa  Pirsultanlının  poetik  söz 
dünyası  heç  bir  poeziya nümunəsinə oxşamır.  Bu 
sahədə onun özünün xüsusi dəsti-xətti vardır. Yurd, 
el-oba  sevgisi  hər  bir  insanın  qəlbində yaşamalı, 
onun isti-soyuğuna dözməli, keçdiyi ömür yolunda 
silinməz izlər qoyub getməyi bacarmalıdır. Demək 
olar ki, yuxarıda dediyimiz keyfiyyətlərin bir çoxu 
yox,  hamısı  Sədnik  müəllimin  poetik  dünyasında 
cəmlənmişdir.
Sədnik Paşa Pirsultanlının “Pirsultan pinarı” 
adlı,  668  səhifəlik  şeirlər  kitabı  2007-ci  ildə nəşr 
olunmuşdur.  Fikirlərimizi  həmin  kitabın  dövrə-
sində cəmləşdirərək  uzun,  çətin  bir  səyahətə çıx-
mağı qərarlaşdırdıq. 
Kitabda  şair-alimin  1946-cı  ildən  bu  günə
qədər qələmə aldığı şeirlər cəmlənmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Folk-
lor  İnstitutu  Elmi  Şurasının  2007-ci  il  31  oktyabr 
tarixli, 7  saylı  iclasında  bu  kitaba  ona görə qrif
verilmişdir  ki,  “Pirsultan  pinarı”  kitabındakı  şeir-
lərin  çoxunu  müəllif  folklor  səfərlərində aparılan 
araşdımaları ilə eyni dövrdə yazmışdır.
Filologiya elmləri  doktoru, professor, Azər-
baycan  Yazıçılar  Birliyinin  üzvü,  respublikanın 
Əməkdar  müəllimi,  Əməkdar  Mədəniyyət  işçisi 
Sədnik Paşa Pirsultanlı deyir: 


12
- Şeirlərim  mənim  həyatım  və tərcümeyi-
halımdır. 
Bunu  söyləməklə o,  demək  istəyir  ki, 
şeirlərim  yaradıcılığımın  ən  yüksək  pilləsində
dayanır, mənim üçün doğma və müqəddəsdir. 
Sədnik Pirsultanlının maraqlı tərcümeyi-halı 
vardır. 20 may  1929-cu  ildə Gəncə yaxınlığında  
Daşkəsən bölgəsinin Qazaxyolçular kəndində dün-
yaya  göz  açıb. Bu  kənd  ulu  babaları  Pirsultanın 
adını  daşıyan  Pirsultan  dağının  ətəyindədir.  Ata-
sının  atası  Türk  Paşa,  anasının atası  Türk  Səməd 
olmuşdur.
Pirsultanlılar nəsli olmaqla saza-sözə vurğun 
olmuş,  ağız  ədəbiyyatının  bilicisi  kimi  tanın-
mışlar. Bu nəslin şəcərəsi Pirsultan Abdaldan bəri 
məlumdur.  Nəslin  ilk  yazarı  və fəxri  XVI  əsrin 
böyük  sənətkarı  Pirsultan  Abdaldır.  Onun    qızı 
Səkinənin nadir şeirləri hal-hazırda əldə vardır. Ali 
dini  təhsil  almış  dayısı  Abdal  Kərim  gözəl  təbə
malik bir şair olmuşdur.
Bütün  tarixi  varidatları  sinəsində yaşadan,
130 il  ömür  sürən  Leyli nənəni  Sədnik  Pirsultanlı 
özünün  müəllimi  hesab  edir.  Leyli  nənənin  ulu 
Pirsultan Abdaldan dediyi şeir parçaları da Sədnik 
müəllimin  poeziya  yaradıcılığında  mühüm  rol 
oynamışdır.
Sivas ellərində zilim çalındı,
Camal ellər bölüm-bölüm bölündü, 


13
Mən dostdan ayrıldım bağrım dəlindi,
Katib, əhvalımı şaha söylə, yaz!
İlk gənclik illərində də şeir dünyasına nikbin 
əhval-ruhiyyə ilə gələn  Sədnik  müəllim  çətin 
poeziya yolu ilə inamla, büdrəmədən addım atmağı 
bacarmışdır.
S.P.Pirsultanlının  “Pirsultan  pinarı”  kitabı 
28  bölümdən  ibarətdir.  İlk  bölümü  “Bir  çiçəkdə
Vətəndir” adlanır.
Qurban olum,
Bir yanı Dərbənd Vətənə.
Qurban olum,
Bir yanı qürbət Vətənə.
Qurban olum,
Təbrizimə, Göyçəmə,
Qəlbim büründü qəmə.
Bir qəmim də Vətəndir,
Ü rəyim də Vətəndir.
Özünü  Vətənə,  doğulduğu  yurda  qurban 
verməyə hazır  olan  şair “Bir qəmimdə Vətəndir,
Ü rəyimdə Vətəndir” - deməklə bütün  varlığı  ilə
vətənə bağlı olduğunu bildirir.
Ana  təbiətin  dilini  bilmək,  onu  poeziyaya 
gətirmək şairdən ustalıq tələb edir. Təbiətin bütün 
sirlərinə bələd  olan,  onu  poeziyaya çevirməyi 
bacaran Pirsultanlı “Yağış” şeirində deyir:


14
Hönkürə-hönkürə gələn buludlar,
Elə bil ruhuma, canıma yağdı.
Meh yağışa, yağış ruha qarışdı,
İkisi bir yerdə qanıma yağdı.
Sədnik  müəllimin  şeirlərində qəlb  ina-
mından, insana, gözəlliyə vurğunluqdan irəli gələn 
bir  çox  məqamlar vardır.  Durna  telli saza  vur-
ğunluğunu heç bir zaman gizlətmir, onu saz nəfəsli 
təbii boyalarla rəngləyir. Bu rənglərin çalarlarında 
sazın  yaratdığı  müqəddəs  boyaları  axtarır.  “Saz 
nəfəsli  şeirləri”  ilə sazın  simlərindən  qopan  ahı-
naləni ürəyinin ah-naləsi ilə eyniləşdirməyə çalışır:
Söylə tarixini, a telli sazım,
Sən varsan Harutdan, Marutdan bəri.
Sənin ilk səsini Musa eşitmiş,
Gəlmisən Dəclədən, Fəratdan bəri.
Həqiqətən  də belədir.  Sazla  deyilən  söz 
Dədə Qorquddan,  Aşıq  Abbas  Tufarqanlıdan, 
Xəstə Qasımdan,  Yunis  İmrədən,  Dədə Ələs-
gərdən,  Dədə Şəmşirdən  yadigar  qalaraq,  tüğyan 
etməyi bacarır.
“Aşıq” şeirində aşığa, onun sənətinə yüksək 
qiymət verir:
Sazınla ucalır sözün şöhrəti,
Şair yazır, aşıq verir zinəti


15
Qəlbində el ruhu, el məhəbbəti
Hər sözü tarixdə yadigar, aşıq.
Dağlar haqqında  çox  yazılıb,  çox  deyilib. 
Lakin  dağlar  qoynunda  göz  açan,  ona  məf-
tunluğunu  gizlədə bilməyən  şair  öz  üslubuna  uy-
ğun şəkildə dağları, onun hər daşının vətənə keşik-
çi olmasını poetik dillə tərənnüm edir.
Sinəsi çalın-çarpaz olan dağlar Sədnik müəl-
limin  də sinəsini  hər  an  yandırır,  üzünü  onun  so-
yuq daşına, yaşıl çəməninə, gülünə-çiçəyinə sürtə-
rək uyumaq istəyir dağ qucağında.
Can atır göylərə o məğrur başın,
Ağrıdır, Şahdağdır, çoxdur qardaşın,
Vətənə keşikçi sənin hər daşın,
Bu xalqın əyilməz bir oğlusan, sən.
Təbiəti  sevən  insanlar  çoxdur.  Şeir  yazmaq 
istəyən hər bir kəs insan həyatının  tərcumanı olan 
təbiətə üz tutur. Lakin təbiəti duymadan görməklə
şair olmaq asan məsələ deyildir. Təbiəti şeir dili ilə
vəsf  etmək üçün  gərək  təbiətin  dilini  biləsən,  onu 
sevəsən,  oxşayasan.  Qəlbin daim  təbiətlə təmasda 
olmalı,  onun  sehri-məhəbbətini  duymağı  bacar-
malısan ki, təbiət gözəlliklərini şeirə çevirməyi də
bacarasan.
Boynubükük  olan  bənövşə məsumluq  tim-
salı  kimi  şairlərin şeirlərində həmişə vəsf  olunub. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə