Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

72
Bu  əsərin  məzmunu  onu  bildirir  ki,  çalışın 
həyatda düz olun. Cəmiyyət inkişaf etdikcə tülkü-
lərin  bicliyi  heç  bir  rol  oynaya  bilmir.  Atalar  de-
mişkən: - “Düz əyrini kəsir”.  
Ailə, məişət problemləri həmişə diqqət mər-
kəzində dayanıb.  Bu  problemlər  də Sədnik  Paşa 
Pirsultanlının  yaradıcılığından  yan  keçməyib.  O, 
“Qaynanalar,  sözüm  sizədir”  əsərində yenə də öz 
andına, qələminə sadiq qalaraq şifahi xalq ədəbiy-
yatına  söykənərək  həmişə gündəmdə olan  gəlin, 
qaynana  mövzusuna  toxunur.  Bu  əsərdə neytral 
mövqe  tutaraq  barışdırıcı,  məsləhətverici  ifadələri 
ilə münasibətlərin normallaşmasını arzulayır.
Ananın  müqəddəsliyi,  onun  günəşə bərabər 
tutulması əsas məsələlərdən biri olduğunu bildirir. 
Gəlin  qaynananı  yola  vermir,  yoxsa  qaynana 
gəlini?  Bax  bu  məsələ əsərin  əsas  qayəsini  təşkil 
edir.  Ona  görə də Sədnik  müəllim  yenə də xalq 
yaradıcılığına  üz  tutur  və ibrətamiz  əhvalatlardan  
danışır.
Quşların  şahı  qarğanı  göndərir  ki,  get
quşların məclisinə gözəl bir quş balası gəir. Qarğa 
gedib məclisə öz balasını gətirir. Quşların şahı de-
yir ki, elə bildim ki, qırğı balası gətirəcəksən. Sən 
isə öz balanı gətirmisən. Qarğa deyir ki, hər kəsin 
öz balası özünə qırğıdır.
Həqiqətən  də belədir.  Qaynana    öz  qızına 
necə münasibət  göstərirsə,  gəlininə də o  müna-
sibəti göstərməlidir. Yazıçının əsas məqsədi də bu 


73
məsələni  gəlin  və qaynanaların  diqqətinə çatdır-
maqdır.
Bu əsər demək olar ki, eyni zamanda ülvi bir 
məhəbbətin  də təmizliyini,  saflığını özündə əks 
etdirir  və bununla  demək  istəyir  ki,  qəlbən    sev-
mək,  bu  sevginin  əbədiyaşar  olması  üçün  insan 
şaxtadan, sazaqdan, heç nədən qorxmamalıdır. Ey-
ni  zamanda  onu  da  demək  istəyir  ki,  ən  çirkin 
qadında  belə nə isə bir  gözəllik  tapmaq  müm-
kündür. Yazıçı yenə də xalq deyimlərinə üz tutur, 
məhəbbətin sonsuz bir ümmana  bənzədiyini xatır-
ladır. “Gəlin barmağı” əfsanəsi də bu qəbildəndir.
Bir gənc oğlan ürəkdən sevdiyi qızla evlənir. 
Oğlanın  sevdiyi  sevgilisinin  ağ,  şümşad  biləkləri 
və incə barmaqları  olur.  Sevgilisinin  əlini  əlinə
alaraq  onu  oxşamaqdan  doymur.  Bu  məsələ qay-
nananı çox narahat edir. Qaynana gecə gəlinin bar-
mağının birini kəsib həyətə tullayır ki, oğlu gəlinin 
şikəst əlindən iyrənsin, onu oxşamaqdan əl çəksin.
Oğlan  səhər  ikən  bayıra  çıxır  və görür  ki, 
həyətlərində - qışın oğlan çağında sevgilisinin bar-
mağına oxşayan bir çiçək bitib. Oğlan bir könüldən 
min  könülə bu  çiçəyə vurulur,  şaxtalı  havada  du-
raraq  saatlarla  gəlin  barmaqlı  çiçəyə baxmaqdan 
doymur.  Anası  oğlunun şaxtalı  havada  saatlarla 
du-rub bu çiçəyə baxmasına dözməyib deyir:
-Ay bala, özünü niyə ayaza verirsən?


74
- Ay  ana,  həyətimizdə bir  çiçək  açıb.  Öz 
gözəlliyi  ilə gəlin  barmağına  oxşayır,  ona  bənd 
olub qalmışam.
Qaynana  deyir  ki,  dərdim  bir  idi,  indi  iki 
oldu.
Bu  əsərdə diqqəti  çəkən  məqamlardan    biri 
də odur ki, “Dədə Qorqud” əsərinin qəhrəmanlıqla, 
məhəbbətlə dolu  olan  məqamları  da  xatırlanır. 
Daha  doğrusu, susuz  çayda  körpü  quran,  keçən-
dən-keçməyəndən  haqq  alan  Dəli  Domrul  əsərin 
əvvəlində laübalı  görünsə də, sonra  bəlli  olur ki, 
onun  məhəbbət  üzərində qurulan  ailəsi,  ölümdən 
qorxmayan  sevgilisi  var.  Dəli  Domrulun  sevgilisi 
sədaqəti,  səmimiyyəti  ilə ölüm  üzərində qələbə
çalır.
Müəllif sonluqda analara, qaynanalara müra-
ciət edərək deyir: - Qurulan gənc ailənin səadətini 
qoru, günəş kimi ona işıq ver, istilik ver. Desinlər 
ki,  bu  günəşin  yox,  ananın  qucağıdır,  bu  istilik 
ananın ilıq nəfəsindən gəlir.
Dədə Qorqud  boylarında    deyildiyi  kimi,
“Qız  öyüdü  anadan  olar”  kəlamı  ilə gəlinlərə də
tövsiyələr  verilir,  qaynananı  öz  anaları  bilməsini 
təqlid edir.
Əsərdə ananın  müqəddəsliyindən  sui-isti-
fadə etməməyi, qaynananın və gəlinin hərəsinin öz 
yeri olduğu vurğulanır.


75
Bu  əsər  maraqlı  süjet  üzərində qurulmuş, 
məsləhət xarakterli, xalq deyimləri ilə diqqəti cəlb 
edir.
Azərbaycan  təbiətinin gözəlliyinin  dünyada 
tayı-bərabəri  yoxdur.  Gəncəbasar  bölgəsinə daxil 
olan  Samux  rayonu  da  təbii  mənzərəsinə,  insan-
larının comərdliyinə görə vətənimizin dilbər guşə-
lərindən biridir. Hər bölgədə olduğu kimi, bu böl-
gədə də seçilib-sayılan  kişilər  olub.  Onlardan  biri 
də, samuxlu Həsənqara olmuşdur.
Sədnik  Paşa  Pirsultanlının  “Kür  qənim ol-
sun”  hekayəsində Samuxun  tanınmış  bəylərindən 
olan  Həsənqaradan  danışılır.  Eyni  zamanda  he-
kayədə Samuxun gözəl təbii mənzərələri də poetik 
bir dillə ifadə edilmişdir.
Həsənqara bəyin qoyun  sürüləri, at ilxıları, 
mal  naxırları  var  imiş.  O, tez-tez  bazarlara  çıxar, 
ağ,  qızılı  rəngli  atları  seçib  alar  və ilxısına  qoşar-
mış.  Mindiyi  atlar  üçün  tayı-bərabəri  olmayan 
yəhər  və əsləhlər  alar,  onları  bəzəkli  gəlin  kimi 
bəzəməkdən  zövq  alarmış.  Hamı onun  at  minmək 
məharətinin  və atlarının  bər-bəzəyinin  tamaşasına 
çıxarmış.  Elə olur  ki,  Həsənqara  bəyin  ilxısından 
atlar  bir-bir  yoxa  çıxır.  Bu  isə bəyi  çox  məyus 
edərmiş.
Bir  gün  Həsənqara  bəy  Kürü  keçib  Samux 
tərəfə getmək  istəyirmiş.  Bu  zaman  əlində at 
rəşməsi  olan  bir  gənc  ona  yaxınlaşır.  Kür öz  kür-
lüyünü  göstərərək  daşdığına  görə bu  gənc  çayı 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə