Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

80
Məhəmməd kişi qayğılı-qayğılı hərlənər, ürə-
yi qübar edər, arvadı Züleyxanın və oğlu Qüdrətin 
həsrətini  çəkərdi.  Qeyri-ixtiyari  qocanın  gözlə-
rindən  yaş  süzülərdi.  Övladları  onun  dərdini    öy-
rənmək  istəyirdilər.  Bir  gün  dedi  ki,  oğlum  Məc-
nun,  Aşqabadda  sənin  oxşarın olan  Qüdrət adlı 
qardaşın var. Mən onun  həsrətini  çəkirəm. 
Ay  keçdi,  il  dolandı,  Qüdrət    gəlib  ata  evinə
çıxdı. Neçə-neçə qurbanlar kəsildi. Vədə yetişəndə  
Qüdrət getməyə hazırlaşdı. Düşündülər, daşındılar, 
məsləhətləşib  Qüdrəti  Bakıda  yaşayan  Lətifə
xanımla evləndirdilər. Məcnun atası  Məhəmməd-
dən soruşdu:
- Ata, qəlbində daha bir arzun da qaldımı?
- Qaldı,  bala,  qaldı!  Nəvəm  Adilin  toyunu 
görmək. 
Hekayənin  əsas  motivi  və mövzusu  Sovet 
hökumətinin ədalətsizliyi, həsrətin ürəklərdə qübar 
etməsidir. Yazıçının hekayədə  əsas məqsədi bütün 
həsrətliləri qovuşdurmaq, xalq üçün xeyirxah işlər 
görməkdir.  Babalardan  yadigar  qalan  xeyirxahlığı 
yaşadan  Məhəmməd  kişi  unudulmur.  Heç  bir  kəs 
həsrətli  qalmır,  nəticədə həsrətlilər  biri-biri  ilə
qovuşur.  Belə yerdə deyiblər  ki,  həsrət  də çiçək 
açarmış... 


81
III  FƏSİL
Poemaların tədqiqi
“Kəsilmiş hörüklərin harayı” 
Sədnik Paşa Pirsultanlının “Kəsilmiş hörük-
lərin  harayı”  poemasının  dili  o  qədər  sadədir  ki, 
onu  oxumaqdan  oxucu  yorulmur.  Daha  doğrusu,
fikri-xəyalı əsrləri adlayaraq tarixin lap keçmişinə
baş  vurur, hekayədə təsvir  olunan  qəmli-kədərli 
hadisələrin  mərkəzində özünü  hiss  edir.  Aslan-
Hürü  məhəbbəti  “Leyli-Məcnun”  məhəbbəti  kimi 
dillərdə dastan    olur.  Hamı  bu  ülvi  məhəbbətin 
qarşısında  baş  əyir,  ehtiramlarını  bu nakam 
məhəbbətə bildirirlər.
                   Sevgi baş tutarsa bir dastan olar,
                   Nakam məhəbbətsə bir dastan olar.
                   Burda ağı deyir, Allah, daşa, bax,
                    Qayanın gözündən axan yaşa, bax.
Bu  nakam  məhəbbətə dözməyən  daş  da, 
qaya  da  ağlayır,  sinəsində Aslanın  əli  ilə cızılan 
qoşa  hörüklər  qayanın  sinəsi  aşağı  uzanaraq  qaya 
üzərində heykəlləşir, əbədiləşir.
Aslan kaman çalar. Bu kamanın simlərindən 
ah-nalə qopar,  nakam  məhəbbətin  sızıltıları 
simlərin canına hoparaq haray qoparıb, nalə çəkər.


82
Bu  nalənin  ahından  yer  də,  göy  də vəcdə
gələr,  Aslan-Hürü  məhəbbətinin  nakamlığına  acı-
acı göz yaşı tökər.
Müharibə düşür.  Aslan  bir  əlində silah,  bir 
əlində isə kaman  müharibəyə yola  düşür.  Qanlı-
qadalı  müharibədə kaman  dərdli-dərdli  dillənər, 
yatmış  hissləri  yerindən  oynadardı.  Bir  gün Hürü 
göz  yaşları  tökə-tökə kamanın  Vətənə qaytarıl-
masını Aslana yazır. Aslan isə qan iyi gələn müha-
ribədən  sağ  çıxmayacağını  fikirləşir  və kamanı 
Vətənə göndərir.  Hürü  bu  kamanı  əzizləyər, 
oxşayar,  qəmli-qəmli  nakam  məhəbbətinin  dərdli 
deyimlərini  məlahətli  səsi  ilə aləmə bəyan edərdi. 
Hürünün  qoşa  hörüklərini  Aslan  həmişə xəyalən 
oxşayar, 
bu 
gözəlliyə
tamaşa 
etməkdən 
doymazmış.
Vaxt  gəlir, Hürünü  də tibb  bacısı  kimi 
müharibəyə aparırlar.  Aslan  bunu  eşidib  çox 
mütəəssir  olur,  Hürünün  riqqətə gətirən  qoşa
hörüklərinin Vətənə qaytarılmasını Hürüyə yazır:
Hürü  sevgilisinin  xahişinə əməl  edir,  göz 
yaşı  tökə-tökə hörüklərini  kəsib  anasına  göndərir 
və xahiş edir ki, bu hörükləri Aslana çatdırarsan:
       Ay Hürü, mən bunu səndən nə danım,
       Qoşa hörüyünə bağlıdır canım.
       Qurtar bu canımı əzabdan qurtar,
       Qaytar hörükləri vətənə qaytar.


83
Düzü, bu  poemanı  oxuduqca  insan  heyrət 
etməyə bilmir.  Aslanın  kamanı  xalqın,  Hürünün 
hörükləri Azərbaycan qadının isməti, həyası oldu-
ğuna  görə özləri  ölsə də hər  iki  əmanətin  Vətənə
qaytarımasını istəyirlər.  Buradan belə bir nəticəyə
də gəlmək  olar  ki,  həsrətlilər  qovuşa  bilməsə də,
heç  olmasa  kamanla  qoşa  hörüklər  bir-birinə
qovuşsun, bu əbədiyaşar məhəbbəti yaşatsın.
Aslan  cəbhədən  yaralı  qayıdır.  Hürünün 
Qroznıda  həlak  olduğunu  öyrənir.  Sonra  gedib 
Hürünün qəbrini ziyarət edir. Nakam sevgisinə göz 
yaşı tökə-tökə qayanın sinəsində özünün, Hürünün, 
kamanın və qoşa hörüklərin əksini cızır:
      Əlində kamanı dayanıb Aslan,
      O biri yanında bir  ürkək ceyran.
      Tökülmüş hörüklər qaya boyunca,
      Aslan hörüklərə baxdı doyunca.
Bəli, bir məhəbbət dastanı da Sədnik  müəl-
limin  qələmindən  süzülərək  saflaşdı,  durulaşdı, 
yenidən ikinci həyatını yaşamağa başladı.
                                   
                  


84
                     “Gəlin qaya”
Sədnik  Paşa  Pirsultanlının  “Gəlin  qaya” poe-
masında  xalqımızın  milli  adət-ənənəsinin  ən  incə
çalarları diqqəti cəlb edir. Poemanın mövzusu ulu 
yadigarımız olan  əfsanələrimizdən  götürülmüşdür. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  mövzularına 
müraciət  edib  onu  poeziya  dilinə çevirməyin  özü 
böyük  ustalıq  tələb  edir.  Bu  poemada  “Gəlin 
qaya”nın  təsviri  poetik  boyalarla  oxucuların 
diqqətinə çatdırılır.
Poemanın qısa məzmunu belədir: “Gözəllikdə
tayı-bərabəri  olmayan bir gəlin  qayanın  dibində
şırhaşırla  axan  çayın  ayna  sularında  çimirmiş. 
Gəlin  o  qədər    gözəl  olur  ki,  canlı-cansız təbiətin 
bütün  varlıqları  bu  gözəlliyə tamaşa  etməkdən 
vəcdə gələrmiş. Gəlinin qaynatası gizlində dayanıb 
gəlinin  gözəlliyinə hərisliklə baxırmış.  Bir  zaman 
gəlin  anlayır  ki,  hardansa  ona  yad  nəzərlər  tuş-
lanıb. O, bu nəzərlərin altında qətrə-qətrə əriyərək 
şama  dönmək  istəyir.  Yad  baxışların  ona  bax-
masını qəbul edə bilmir. Ona görə də ulu yaradana 
yalvarır  ki,  onu daşa,  qayaya  çevirsin.  Abırlı, 
ismətli,  həyalı  bu  gəlinin  istəyi  yerinə yetir.  O,
qayaya çevrilir. Elə həmin vaxtdan da bu qayanın 
adı “Gəlin qaya” kimi qalır. 
Poemada  təzadlı  poetik  boyalar  və bənzət-
mələr  çoxdur. Eyni zamanda milli mentalitetimizə
tamamilə yad  olan qaynatanın hərəkəti, onun gəli-


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə