Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

76
piyada keçə bilmir. Ona görə də bəydən xahiş edir 
ki, onu da çayın o biri tayına keçirsin, Gənc oğlan 
deyir:
- A bəy, deyəsən, yenə də Kürün kürlüyü tutub.
Həsənqara bəy başını qaldırıb deyir:
- Bala, babalarımız  havayı  deməyib  ki,  qatıra 
qulun  gəlməz,  Kürə körpü...  Rəvayətə görə, Ko-
roğlu, bax o görünən Yelləquş dağında dəliləri ilə
məskən salıbmış. Qırat hər Kürü sıçrayıb keçəndə
dal  ayağının  nalının  biri  suya  düşərmiş.  Bundan 
narahat olan Koroğlu bir çobandan bu çayın adını 
soruşub  öyrənir.  Sonra  üzünü  burula-burula  axan 
mavi sulara tutub deyir:
- Ay Kür, sən kür, mən kür, bizimki tutmaz. 
Koroğlu dəlilərini başına  yığıb başqa səmtə
üz tutur.
Bəylə gənc oğlan xeyli söhbət edirlər. Sonra 
bəy  cavan  oğlanı  da  atın  tərkinə alıb  çaydan 
keçirdir.
Oğlan  bəyin  sözlərindən  və xoş  münasi-
bətindən  mütəəssir  olub deyir  ki,  bəy, sənin  at-
larını    mən  oğurlayıb  dəyər-dəyməzinə satmışam. 
Bir  də oğurluq  etsəm,  qoy  bu  Kür  mənə qənim 
olsun.
Gənc  dizi  üstə çökür, bəy  onu  qaldırır  və
qolunu onun boynuna salır:
-Qalx, bala, kişi diz çökməz. Bu andan sonra 
sənə yaraşan bir atda bağışlayıram. Üstəlik qoyun-
quzu da, mal-qara da....


77
Di getdik!
“Kür qənim olsun” hekayəsinin dili və məz-
munu  sadə və xalq  dilinə çox  yaxındır.  Hekayəni 
diqqətlə oxuduqda bəylik dövrünün, kişilik timsalı 
gəlib  gözlərimizin  önündən  keçir.  Bəyin  özünü 
sadə, ağıryana  aparması  gənc  oğlanı  məcbur  edir 
ki, etdiyi oğurluğu etiraf etsin və bəd əməlini başa 
düşsün. Bəy isə oğrunu cəzalandırmaq əvəzinə ona 
at, qoyun-quzu, mal-qara da bağışlamağa söz verir. 
Bu  gözəl tərbiyə üsuludur.  Tərbiyəvi  möv-
zuda  yazılmış  bu  hekayə ibrətamizliyi  ilə oxucu-
ların qəlbində özünə yer tapa bilir.
Atalar  yaxşı  deyib:  - Yaxşılığa  yaxşılıq  hər 
kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir.
Maraqlıdır ki, Sədnik müəllimin hekayələri 
sonluqda bir atalar sözü ilə uzlaşır. 
Sovet  rejimi  qurulduqdan  sonra  “Kulak”  adı 
altında minlərlə soydaşımızı güllələdirlər və yaxud 
da  Orta Asiya respublikalarına sürgün etdilər.  Bu 
ədalətsiz  quruluşun  ədalətsiz  qanunları  Sədnik 
müəllimin  yaradıcılığından  da  yan  keçməyib.  O, 
“Həsrətlər qovuşdu”  sənədli  hekayəsində dövrün 
ictimai-siyasi    eybəcərliklərini    səmimi  hisslərlə
qələmə almışdır.  Adət-ənənəsinə sadiq  qalaraq 
Azərbaycan təbiətinin, onun sirli-sehrli qalalarının 
yad  edilməsini  də unutmur.  Oğuz  elinin  Xaçmaz 
bölgəsinin gözəlliklərini  vəsf edir, Filfili dağı, Fil-
fili qalası, Pirpalıd dağının  adını çəkir. 


78
Məhəmməd  axarlı-baxarlı Xaçmaz  kəndində
böyüyüb  boya-başa  çatmışdı.  Məhəmməd  böyü-
dükdən sonra dünyagörüşü artır, adamlara münasi-
bəti  dəyişir və Şəkər xanımla  evlənir. 
Kəndin  qoca,  cavan,  qız  və gəlinlərinin  uzaq 
qonşu  kəndə    dəyirmana    dən  aparması  ona  ağır 
gəlir.    Həyat  sirdaşı  Şəkərlə,  oğlu  Məcnunla    və
Əzizlə məsləhətləşdikdən sonra dəyirman   tikməyi 
qəti şəkildə qərara  alır və kəndə  məxsus bir  də-
yirman  tikir. Hamı Məhəmmədin bu xeyirxah işini 
alqışlayır. 
Şura  höküməti  qurulduqdan  sonra  tuthatut 
başlayır.  “Kulak”  adı  ilə el-obanın  sayseçmə  
adamlarını  ya  gülləyirlər,  ya  da  sürgünə göndə-
rirlər. Kimin 2-3 inəyi, bir neçə danası var imişsə
düşmən  damğası  vurulur  və sürgün  edilir.    Bəd-
xahlar  Məhəmmədin  dəyirmanı  olduğunu  deyirlər 
və 1933-cü  ildə o, Qazaxıstana sürgün olunur.
Məhəmməd  orada  İsmayıl  adlı  pirani    bir  qocaya 
rast    gəlir.  O,  xırda  ticarətlə məşğul  olurmuş, 
Məhəmmədi  də öz yanına  işə götürür. Onun düz-
lüyü, əli təmizliyi və qoçaqlığı  İsmayıl  kişinin xo-
şuna gəlir.  Bir gün Məhəmmədə  deyir ki, gəl səni  
evləndirim.    Məhəmməd    gözləri  dolmuş    halda 
Vətəndə körpə,  məsum  balalarının  qaldığını,  yur-
dunun  onu  qınayacağını  dilə gətirir.  Məsləhət-
ləşmədən  sonra  iki  körpə qızı  olan  Züleyxa  adlı 
qadınla evlənir. Məhəmməd kişi Züleyxanın qızla-
rını  öz  qızı  hesab  edir.  Züleyxa da  Məhəmmədin 


79
vətənində qalan  balaları  haqqında    düşünür.  Mə-
həmmədin  Züleyxadan  Qüdrət  adlı  oğlu  dünyaya 
gəlir.  Məhəmməd  təsəllisini  Qüdrətdən  alır.  Xaç-
mazda  qalan balaları haqqında  həmişə fikirləşir. 
Şəxsiyyətə  pərəstişə  son qoyulduqdan sonra 
Məhəmməd  vətənə  qayıdır.  Arvadı Şəkər nənəni 
və övladlarını  sağ-salamat  görüb sevinir. Bir neçə  
gün  keçdikdən    sonra  övladlarından    dəyirmanın 
işləyib-işləmədiyini  soruşur.  Deyirlər  ki,  sən  sür-
günə  gedəndən sonra dəyirman  işləmir. Kimin  nə  
hünəri var idi ki, xalq düşməninin  dəyirmanını işə
salsın. O, dəyirmanını yenidən  işə salır.  Deyirlər 
ki, bu dəyirman sənin başına  oyun açdı.  Sən yenə
də inadından dönmürsən. Məhəmməd kişi deyir: 
- Yox,  bala,  yox!  Dəyirmansız  kənd  olmaz. 
Kim isə  yaxşı deyib: 
Məndən sənə yaxşı öyüd,
Öz dənini özün üyüt.
Camaat deyir ki, bu dəyirman bu qocanın  ba-
şına nə oyunlar gətirdi.  O, yenə də dəyirmanı işə
salır. Kim isə kənardan dedi ki, Məhəmməd Qurd-
lar nəslindəndir. Onlara Qurdlar deyərlər. Ayağın-
dan assan da dediklərini  edəndirlər.  
Məhəmməd kişinin dəyirmanı  işə düşdü, çax-
çaxın  səsi yenə də eşidildi.  Atalar  yaxşı  deyib  ki,  
su gələn arxdan bir də gələr.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə