Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

85
ninə ağır gəlir, o, bu naqisliyə dözə bilmir və daş 
olmasını  istəyir.  Beləliklə də “Gəlin  qaya”  poe-
masında  xalqımızın  adət-ənənəsini  özündə əks 
etdirən gözəl bir poeziya  nümunəsi yaranmışdır. 
Gəlin dönüb  bir daş oldu,
Dağlara sirdaş  oldu,
Dünyayla yaşdaş oldu. 
Yuxarıda  poemadan  gətirdiyimiz  sitat  ibrəta-
mizdir.    Daşlaşan  gəlin    ölmür,  əksinə dünyayla 
yaşdaş  olur,  demək  əbədi  yaşayır  və dillərdə
dastana çevrilir:
İncimə, küsmə
Ulu əcdadımız,
Nənəmiz, gəlin.
Qayaya  dönən  gəlin  daşa  dönməklə əbədilik,  
ölməzlik  qazanır.  Bu  poemada  Azərbaycan 
qadınının  isməti,  həyası,  namusu  ön  planda  
dayanır,  qadınlarımızın  müqəddəsliyinə dəlalət 
edir.
Əhsən  sənə,  ustad!  Xalq  yaradıcılığına ikinci 
nəfəs, ikinci ruh verdiyinizə görə çox sağ olun!


86
IV  FƏSİL
Lilpar   bulaq
S.P.Pirsultanlının “Lilpar  bulaq” şeirlər   ki-
tabında  ümumbəşəri  hisslərə söykənən  şeirlər 
çoxluq təşkil edir. Onun şeir yaradıcılığında lirika  
üstünlük  təşkil  edir.  Səkkizlik    ölçüsündə yazdığı  
“Ana” şeiri  bayatını xatırlatsa da, bayatı  deyildir. 
Şeirin  bütün  ölçülərinə riayət  olunduğuna  görə
bəndlər  lal  axan  sakit  bir  çayı  xatırladır.  Ana 
laylasını  bulaqların  zümzüməsinə oxşadır,  onu 
körpələrin  ilk  kəlməsi  adlandırmaqla  müqəddəs 
ana  obrazını  yarada  bilmişdir.  “Ana”  şeirini  mü-
qəddəslərlə eyniləşdirir,  ana  varlığının bütün  var-
lıqlardan  üstün  olduğunu  lirik  bir  dillə oxucuya 
çatdırır. 
Laylan bulaqların zümzüməsidir,
Səsin Mina dağda Həcər səsidir,
Adın körpələrin ilk kəlməsidir,
Zəm-zəm sularının sonası, ana!
S.P.Pirsultanlının  şeirlərində təbiətə,  onun 
bütün  varlıqlarına  vurğunluğu  “Bənövşəm”  və
“Bənövşə”  şeirlərində üzə çıxaraq bitkin  bənövşə
obrazı    yaratmışdır.  “Sən  gəlməsən  mənim  yazım 
yaz  olmaz”,  deməklə öz  yazının  gəlişini  bənöv-


87
şənin gəlişi ilə eyniləşdirir. Hansı ki, yaz gəlməsə,
bənövşə də gəlməz.  Bənövşəni  yaz  və qış  nəfəsli 
adlandırmaqla yeni təzadlı bir görüntü yaradır. 
Sən gəlməsən mənim yazım yaz olmaz,
Yaz nəfəsli, qız nəfəsli, bənövşəm.
Bülbül gülməz, çiçək gülməz, gül gülməz
Yaz nəfəsli, qız nəfəsli bənövşəm.
“Bənövşə” şeirində bənövşənin lirik obrazını 
yaratmaqla, onu səhər yelində nazlanan, üzü şehli, 
sərin mehli, tər çiçəkli olduğunu bildirir. 
“Of  dedim”  şeirində İstanbulda  Minaz  adlı 
gözələ rast  gəlir.  Yaşının  keçdiyini,  o  gözəllə
cahana bir gəlməməsini, anasının onu dünyaya bir 
qərinə gec  gətirdiyini  yana-yana  dilə gətirir.  Bu 
arzuların  çin  olmadığını  gördükdə,  “Xəbər  verin 
Xan  Ç obana,  Sarama,  O sellərdə mən  də axıb  of 
dedim!” deməklə İstanbullu qıza vurğun olduğunu 
aləmə car çəkir, Sədnikin bir də gözəl aramamasını 
məsləhət görür. 
Məhəbbət  mövzusunda  yazdığı  “Kimi” 
şeirində bir gözəlin gözəlliyini vəsf edərək deyir: 
Yanaqların lalədir xəbərin varmı?
Dodaqlar qırmızı çiyələk kimi.
Bilirsənmi məni məndən alırsan,
Çıxanda qarşıma bir mələk kimi.


88
“Dodaqlar  qırmızı  çiyələk  kimi,  Gözəllik 
göz vurur bir çiçək kimi” deməklə təşbeh yaradır. 
“Gətir”  qoşmasında  dağların  laləsinin  həs-
rətini  çəkir,  gecə qaranlıqlarını  sevmir,  yandırıb-
yaxan  günəşin  cahana  qayıtmasını    istəyir,  yerin-
göyün    gül rənginə boyanması  istəyi  ilə yaşayır, 
daha doğrusu, bu şeirin mövzusunu ictimailəşdirir:
Yatmış gözəl, yuxusundan oyansın,
Mən gəlincə o bulaqda dayansın,
Yerim, göyüm gül rənginə boyansın,
        Sədniyi sevindir, imana gətir.
Sədnik  müəllim  məhəbbət  mövzusunda 
yazdığı  şeirlərdə sevgilisinə    olan  sonsuz  məhəb-
bətini lirikanın dili ilə o qədər gözəl, səmimi hiss-
lərlə qələmə alır ki, hər bir sevən adam özünü onun 
yerində    hiss  edir  və bu  sevgi  lirikasından  vəcdə
gəlir:
Bu dünyada sevda nədir bilənlər,
Eşq yolunda ağlayanlar, gülənlər,
Sədnik kimdi bizə tərəf gələnlər,
Şahsənəmdi, Xan Əslidi, gəlmədin.
Sevgilisinin  gəlmədiyini,  Əslilərin  nakam 
eşqilə eyniləşdirir,  daha  doğrusu, onu  faciə kimi 
qəbul edir. 


89
Sevgi  yaşa  baxmır, deyənlər  yanılmırlar. 
Sevginin əzab və iztirablarını, sevinc və şirinliyini 
duyanlar  bunun  necə müqəddəs bir  hiss olduğunu 
dərk  edirlər.  “Duman  qalxır  başımdan”  şeirində
qızları  bulaq başında görəndə gənclikdə sevdiyi o 
gözəl  pəri  yadına  düşür,  keçmişin  şirin  xatirələri 
xəyalından gəlib keçir:
Pərvanələr oda bircə kər yanır,
Sinəm oddur, köz içində köz yanır,
A Sədnik, içimdə yanır, söz yanır,
Eşqim səngiməyib, of bu yaşımda. 
Klassik  poeziya  nümunəsini  “Mənimdir” 
şeirində açıq-aydın  hiss  etmək  olur.  Türk  ulus-
larının ulu  yer  yaddaşı  onun  yaradıcılığının  əsas 
qayəsini təşkil edir. Nəvəsi Simrana həsr etdiyi bu 
şeirin dili sadə,  obrazlı ifadələri ürəyi oxşayandır. 
Simran, yaylaqları gedək  bir gəzək,
Pirsultanda ağır ellər bizimdir.
Daşlıdağın gül qoxulu mehi var,
Arxaşandan əsən yellər bizimdir.
Karvan-karvan  ağ  buludların  dərənin,  təpə-
nin, dağın üstünü tutduğuna dözə bilmir, öz örpə-
yini  yığıb  çəmənin  naxışlı  güllərinin görünməsini 
arzulayır. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə