Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

90
Karvan-karvan parça bulud, ağ bulud,
Dərə duman, təpə bulud, dağ bulud,
Dağ görünsün, örpəyini yığ, bulud,
Ç əmənlər naxışı güllər bizimdir.
Nəticəsi  Nurçiçəyi  sabahı  üçün  gələcək 
hesab  edir,  bu  gələcəyin  nurlu,  işıqlı  olmasını 
arzulayır. 
Sədnik, bu gün bir  nəticə,
Sabah üçün gələcəkdir.
Təbiətin bütün varlıqlarını sevən baba – şair 
fidan  nəvələrini  və uşaqları  da  sonsuz  bir 
məhəbbətlə sevir,  onların  ruhunu  oxşayan  incə
ruhlu  şeirlər  də yazır.  Nəticəsi  Səmaya  müraciət 
edərək deyir:
Ay mənim, ceyran balam,
Pirsultan soyundansan,
Budur,  sənin naxışın.
Bu dünyaya əvəzdir,
Sənin körpə baxışın.
Pirsultanda pinarın,
Xoşbulaqda gülzarın,
Sən bu yurdun gözüsən,
Fəsillərin yazısan.


91
Şeirlərinin  əsasının  emosiya  ilə yoğrul-
duğunu hər bir sətirdə, hər bir  misrada hiss edirik. 
Sədnik  yanar oda qalar,
Dəryalarda  ada qalar
Dedim bizdən yada qalar,
Ü z qoydum yanağa, gəldim. 
        “Gəldim”  şeirində yeni bir  dünya  yaradır. 
Onun yaradıcılığında diqqəti cəlb edən cəhətlərdən 
biri də dilimizi şirinləşdirən söz və ifadələrin yerli-
yerində işlənməsidir. 
Sədnik, belə oğul yüzdə bir olar,
Hər kəlməsi yaqut, yamən, dürr olar,
Dolanam başına o, bir pir olar
Ataların yaz - baharı oğuldu.
“Oğuldu” poeziya nümunəsinin əsasını ürək-
lərin şah vüqarı oğul olması təşkil edir. 
Sədnik  Pirsultanlının  lirikasının  əsasını  ta-
rixi  keçmişimiz,  ulu  babalarımızın  yaratdığı,  bizə
miras qoyduğu müqəddəs yer adlarımız təşkil edir. 
“Daraq qaya” şeirində yaradılan təbiət mən-
zərələri dediklərimizi bir daha sübut edir:
Dərələrdən duman qalxır,
Ayağına sürünüb keçir.
Ağ buludlar başına dolanır,


92
Örpək olur cunalanır.
Bir aləmsən, Daraq qaya,
Bir dünyamsan, Daraq qaya.
Məhəbbət  adlı  gözəlin  gözəlliyini  poeziya-
nın  dili  ilə elə ustalıqla  tərənnüm  edir  ki,  insanın 
yatmış  bütün  hissləri  qəflət  yuxusundan  boy-
lanmağa məcbur olur:
Sədnik, kimdir xoş ləhcəylə oxuyan?
Hər kəlməsi tər bənövşə qoxuyan,
İlmə çalıb, sözdən xalı toxuyan,
Ay könüllər tikib, yıxan, Məhəbbət.  
Azərbaycanın xalq  şairi  Zəlimxan Yaquba
yazdığı  “Oldu”  şeiri  də onun  ustad  qələm  sahibi 
olduğuna dəlalət edir:
Oğuz yurdu şad günündür,
Ay Zəlimxan, ad günündür, 
Qəlbdə yaşar sevgilindir, 
Vətən adlı dilbər oldu.
Qəlbən,  ürəkdən  türk  dünyasına  bağlı  olan 
şair  Yazıçıoğluna  ərməğan  etdiyi  poeziya    nümu-
nəsi  onun  yurdumuzda  bir  çıraq  olduğunu  xatır-
ladır, şair xarakterik lirikanın, ancaq özünəməxsus  
olduğunu bildirir:


93
Türk torpağının
     bağırında
             uyuyursan.
Hər türkəm deyənin,
Ü rəyində yatırsan.
Vüqarla, iftixarla
Dövlətinə,
məmləkətinə baxırsan.
Duru bir pınar kimi,
Ü rəklərə axırsan.
Türk  dünyasına  vurğunluğunu  gizlədə bil-
məyən  şair  “Mərcan  dağları”nda  Mərcan  dağla-
rının  bənzərsiz  laləsini,  nərgizli  talasını,  sevdalı 
balasını, alınmaz qalasını sevə-sevə vəsf edir:
Başı qarlı, qarsız çox dağ görmüşəm,
Bir özgə aləmsən, Mərcan dağları.
Qənirsiz güllərin, çiçəklərin var,
Bənzərsiz laləmsən, Mərcan dağları.
Şeirdə nikbin  əhval-ruhiyyə,  təbiətin  ona 
bəxş  etdiyi  gözəllik ikinci  bənddə çılpaqlığı  ilə
nəzərə çarpır:
Hasan dağın başı yay-qış qar olar,
Yaz gələr sinəsi laləzar olar,
Qaynaşar bulaqlar, axar car olar,
Dolu piyaləmsən, Mərcan dağları.


94
Dağların  binasını  daş  qala,  Uyğur  Kaşkarı 
dağların anası adlandırır, Mərcan dağlarını özünün 
sevdalı balası hesab edir:
Daş qaladı,o dağların binası,
Uyğur Kaşkarıdır, dağlar anası,
Al-yaşıl geyinər türkün sonası,
Sevdalı balamsan, Mərcan dağları.
Sədnik  müəllim  fərdi  poetik  üslubu  ilə
seçilən  şairlərimizdəndir.  Milli  ruhu,  milli 
duyğunu  önə çəkərək  Türk  dünyasını  Azərbaycan 
dünyasından ayrı təsəvvür edə bilmir:
Demirəm ki, ünvan bilmə, ad bilmə,
Doğmayam Sivasda Pirsultanım var,
Sənət dünyasında bir ümmanım var.
Yıldızdağ, Banaz köy, Sivas elləri,
Gərək mənim kimi sevsin Ç illəri. 
Təbiətin  yerə
nur  çiləyən  buludunu 
heyranlıqla seyr edir  və vəsf edir:
Bu dağlarda mən də sevdim birini, 
Necə ki, sevmişdi  Fərhad  Şirini, 
Sən bilirsən o gözəlin yerini,
Ç içəktək gözümdə bitən, ağ bulud. 


95
Elə bilmə gözəlliyin duymadım,
Yellər  əsdi,  sənə tərəf qoymadım,
Yarıma bənzətdim, səndən doymadım,
Bəlkə də, Sədnikdi butan, ağ bulud. 
Ağ  buludu  yarına  bənzədən  şair  poetik, 
bənzərsiz bir lövhə yaratmışdır. 
Vətənə vurğunluq  Sədnik  Pirsultanlının 
poeziyasında  qırmızı  bir  xətlə keçir.  Bütün  varlı-
ğını  Vətənin  torpağına,  daşına,  dağına,  bağına, 
düzlərinə,  göllərinə qurban  verməkdən  çəkinmir. 
Bu isə onun vətənə sidq ürəklə bağlılığını bildirir:
Qan sızıb torpağa, gülə, yarpağa,
Vətən oğulları, qalxın ayağa.
Kim verməz canını vətəndən ötrü,
Torpaqda, daşdadı vətənin ətri.
Musiqi  mədəniyyətimizin  inkişafında  əvəz-
siz  xidmətləri  olan  xanəndələrimiz  Sədnik  müəl-
limin  qələminin  süzgəcindən  keçərək  yad  edilir, 
onların xalqa xidmətlərinin böyüklüyü xatırlanır:
Zəmzəm çeşməsindən haçan içibdir?
On beş yaşda bir qız olub, Nazpəri.
Tər nəfəsdə,  tər bənövşə ətri var,
Tər çiçəkli bir yaz olub, Nazpəri. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə