Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

102
S.P.Pirsultanlının  yaradıcılığında bənzərsiz 
poeziya nümunələri diqqəti çəkəndir. Bu bənzərsiz 
poeziya    nümunəsi  “Qartal  oğlun,  kəklik  qızın” 
şeirində yeni bir təbiət lövhəsi yaradır:
Yaz gələndə gözəlləşir,
Girir dondan-dona dağlar. 
Talasında körpə əlik,
Göllərində sona dağlar.
Və ya:
Vüqarımdı dağın, düzün,
Qartal oğlun, kəklik qızın,
Sədnik  desin namə  yazın,
Qıy  vuran  tərlana,  dağlar. 
“Gəlmədimmi”  şeirində təbiətə vurğun-
luğunu  bir  daha  ifadə edərək  ürəyinin  bir  parçası 
sandığı  yurd  yerlərini  elə bil  ki,  Allaha  amanat-
layıb gəldiyini bildirir, vücudunun bütün varlığı ilə
o  yerlərə bağlı  olduğunu  elə ustalıqla  tərənnüm 
edir ki, heyran qalmaya bilmirsən:
Bənövşəli yaylaqları,
Diş göynədən bulaqları,
Başı qarlı o dağları,
Səndə qoyub gəlmədimmi?
Xoşbulaq tək gülüstanı,
Qoşqardı, sultanı, xanı,


103
Qibləgahım Pirsultanı,
Səndə qoyub gəlmədimmi?
Gəncliyində qoyub gəldiyi, amanatladığı  müqəd-
dəs yerləri unutmur, həsrətliklə o yurd yerlərini anır:
Unutma Yeddiqardaşı,
Qızıldı torpağı, daşı,
Qırxbulaq çayların başı,
Səndə qoyub gəlmədimmi?
Qaşqaçayı, Arxaşanı,
Türk Səmədi, Türk Paşanı,
O nənəm – xalı qoşanı,
Səndə qoyub gəlmədimmi?
Gölvənd-gölvənd göllərini,
Löyün-löyün güllərini,
Yağmurunu, sellərini, 
Səndə qoyub gəlmədimmi?
S.P.Pirsultanlının yaradıcılığında üstünlük təş-
kil  edən  məsələlərdən biri  də dilimizdə çox  az 
işlənən “gölvənd”, “löyün” və bir çox sözlərimizin 
yenidən leksionumuza gətirilməsidir:
Yazlı, qışlı, dörd fəslini,
Qoç tayfamı, qoç nəslimi,
Cavan şair Sədnikimi,
Səndə qoyub gəlmədimmi?
Bu şeirin dili, təbii və  sadədir.


104
Yurd  sevgisi  və həsrəti  ilə alışıb-yanan 
S.P.Pirsultanlı təbiətimizin bir parçası olan doğma 
yurd  yerlərini  ürək  yanğısı  ilə anır  və sevə-sevə
tərənnüm  edir.  “Zivlən  talası”  şeiri  buna  əyani 
sübutdur. 
Xurma əvəzi  Xurmud bitər,
Zivlənin talasında.
Uşaqlıqdan gözüm qalıb,
Al yanaqlı lalasında.
Dəhrə quyruq meşə xoruzu,
Yanında boz dağ kəkliyi,
Bir yanında Soltan toyuq,
Ayaqlar sarı-qırmızı.
Göygöllərin üzük qaşı,
Bənzərsiz bir Göygölü  var.
Gölün çevrəsi ağ-göy zambaq,
Qotaz-qotaz   gülləri var.
Təbiət  gözəlliklərindən  doymayan  şair  baş-
başa  verən  qayaları  evi-eşiyi,  Qoşqarı  qibləgahı 
hesab edir.
Baş-başa qayalar evim-eşiyim,
Gərməşövdən hörülübdü beşiyim,
Qoşqar qibləgahım, çəkib keşiyim,
Əməni bulaqda dür doğulmuşam. 
“Doğulmuşam”


105
“Deyil”  şerində “Dağlara həsrətəm,  yarım 
qalmışam,Yarım  yarla  köçüb,  yarım  qalmışam, 
Göllərim  quruyub,  yarım  qalmışam,  Kür-Araz 
çağlasa dolası deyil” - deməklə dağlardan,  yardan 
kamını almadan yarımçıq qalıb, əriyib-əriyib yarısı 
qalıb, Kür-Araz coşsa belə dolası deyil  - deməklə
təzadlı fikir formalaşdırılıb. 
“Nərgizim” şeiri ibrətamiz və bənzərsizdir. O, 
dağlardan  ayrılmamağı,  onun  döşündə daş  olmağı 
arzulayır:
İstərəm ki, hər dağlara gələndə,
Yağmurunda, yağışında yaş olum.
Arzum budur ayrılmayın dağlardan,
Qoşqarımın yamacında daş oldum. 
                                               “Nərgizim”
Namərdlərə qarşı  həmişə barışmaz  mövqedə
dayanan  şair  “Qalıbdı” şeirində namərdləri  lənət-
ləyir, onların daş-qalaq edilməsini arzulayır:
Sədnik, ərzi-halın ellərə söylə,
Namərdi lənətlə,  daş-qalaq eylə,
Güllədən betərdi demirəm hələ,
Desəm, bircə sözdən ölər qalıbdı. 
Gözəllikləri  vəsf  etmək,  onların  şəninə şeir 
qoşmaq  hər  bir  şairə məxsus  olan  xüsusiyyətdir. 
Bu  gözəlliklərin  vəsfi  Sədnik  müəllimin  qələ-


106
mindən çıxaraq  başqa  formada,  başqa  biçimdə
ərsəyə gəlir. 
Hər  bir  insanın  həyatı  ələkdən  keçməli, 
saflaşmalı, durulaşmalıdır. Atalar demişkən: “Ələ-
yim ələnib, xəlbirim göydə fırlanır”.
Bağışla, gəl məni sehrbaz  xanım,
Yox seçə bilmədim mələkdən səni. 
Un olsaydın ələyimə alardım,
Özüm keçirərdim ələkdən səni.
                                                   “Səni”
Heç  bir  kəsin  köməyinə arxalanmayan  şair 
həmişə özünə arxalanıb,  taleyin  ona  bəxş  etdiyi 
qismətlə barışmaq məcburiyyəti qarşısında qalıb.
Dərya kimi qaynamışam, dolmuşam,
Yaradanın nəzərində olmuşam.
İlhamımı Pirsultandan almışam,
Sədnik, qeyri kömək gəzməmişəm  mən.
                                    “Sızmamışam  mən”
“Lala” şeirində lalanın yarğanda  bitməsi 
Sədnik  müəllimin  qəlbini  oxşamır.  Onun  al 
çəmənlikdə bitməsini,  qırmızı  donunun  çölləri 
bəzəməsini arzulayır. Ona görə də lalanın donunun 
andıra qaldığını ifadə edir. 
Sədnik, sözün bir hikmətdi,
Tutammadı, söz yan getdi,


107
Gedib bir yarğanda bitdi,
Andır qaldı don, ay lala!
At muraddı, at insanın ən vəfalı dostudur. Şair 
at  belinə qalxıb  Qoşqarçaya, bulaq  başına enməyi 
arzulayır.  Bu  dağların  səfalı  qoynunda  quş  tək 
ötmək  istəyir.  Dağları  qarış-qarış  gəzmək,  onun 
gözəlliklərini seyr etmək və bu dağların qoynunda 
daşlaşmaq istəyir.
Sədnik, dağ başında təkə dayanıb,
Ağ qayası şəfəqlərə boyanıb,
Urdağında Ur kəkliklər oyanıb,
Quş təki ötməyim, dinməyim gəlir
                                                        “Gəlir”
Azərbaycan  təbiətinin  gözəlliyindən  doy-
mayan,  onu  vəsf  etməkdən  yorulmayan,  qocaman 
şairin könlü  laylay  istəyir,  laylay  çalanın  çoxdan 
köçüb  getdiyini  ürək  ağrısı  ilə xatırlayır.  Səksən 
yaşında  uşaqlaşmaq,  beşiyi  başında  laylay 
çalınmasını arzulayır.
Könlüm səksən yaşda laylay istəyir,
Ç oxdan köçüb mənim laylay çalanım.
Anamın laylası səndə qalıbdı,
Lilpar bulaq, gəl başına dolanım. 
Yolunu ot basıb, anamdan sonra,
Gölünə qaz gəlmir, sonamdan sonra,


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə