Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

60
seçilən  Həsən kəndlilərə deyir ki, əgər məni  istə-
yirsinizsə, yal-yamacın daşını təmizləyin ki, maral-
ların  ayağını  incitməsin.  Həsəni    Yazgül  xanımla 
evləndirirlər. 
Həsən harada yaralı maral görürmüşsə onla-
rın yarasını bağlayıb sağaldarmış. 
Həsən  camaatı  yığıb  deyir  ki,  məni  Kürün 
sahilindəki  Qıraq  Bayramlı  elatına  qonaq  çağır-
mışdılar. Onlar mənə bir maral qoruğu göstərib de-
dilər  ki,  qoruğun  adı  “Buğac  oğlu  Həsəndir”.  Bu 
adı sən anadan olanda Sarı Abdal baba qoyubdur. 
Onlar  dedilər  ki,  yurdumuzun  hər  guşəsində -
Maymaq  dağında,  Ağbabada,  Başkeçiddə,  Borça-
lıda, Kəpənəkçidə, Sarıyaqubda, Beşikli bağda tay-
famızdan adamlar var. Sən öz oğlanlarınla o yerləri 
gəz, tanış et. Onlara qız ver, qız al, əlaqəni kəsmə. 
Saydığımız  bu  ocaqların  hamısında  çöl  maralları 
sağına gəlir. 
Ağbabalı  qoca  maraqlı  bir  hadisə danışaraq 
deyir:
- Bir  ovçu  maralları  çox  qırırmış.  Bir  gün 
ovçunun  oğlu  atasının  arxasınca  gəlib  xəzəllikdə
yatır. Ovçu maralın balasını vurur. Maral  ona tərəf 
qaçanda bir ox da marala atır. Ox süzərək xəzəlin 
içində yatan ovçunun oğluna dəyir. Maral bir yan-
da  öz  balasını,  ovçu  da  bir  tərəfdə öz  balasını 
ağlayır.  Ovçu o  gündən  maral  ovuna  tövbə edir. 
Marala  toxunan  heç  bir  zaman    cəzasız    qalmır. 
Maral halallığı sevir. 


61
Bir  dəfə ovçu  maralı  oxa  tutur,  lakin  o, 
qaçmır. Ovçu gəlib görür ki, maral balasını yalayır, 
neçə yerindən yaralanmasına baxmayaraq yaralara  
dözür, ancaq bala ayrılığına dözmür. 
Bir gün Buğac oğlu Həsən ağır xəstələnir. O, 
arvadı  Yazgülü  çağırıb  deyir ki,  yuxuda  gördüm 
mənim dərmanım maral qatığıdır. 
Yazgül  deyir  ki,  maral  qatığını  haradan 
alım?  Həsən  deyir  ki,  ana  maral  səni  “Maral  qa-
yası”nda gözləyir. 
Yazgül sərnici götürüb qarı yara-yara gedib 
maralı  sağır. Birdən yadına düşür ki, Həsən qatıq 
istəyib. Geriyə qayıdıb deyir ki, Həsən məndən süd 
yox, qatıq istəyib. Maral gözlərindən iki damcı sü-
dün içinə salır və süd qatıq olur. Buğac oğlu Həsən 
qatıqdan yeyib sağalır. O, yaxınlarını ətrafına  top-
layıb deyir: 
- Sizə  vəsiyyətim budur ki, el-oba ilə yaxşı  
dolanın,  tayfalarımızı  hər  yerdə,  hər  zaman  yox-
layıb, yurdu  sevin. Əzizini itirən bir il ağlar, vətə-
nini itirən isə ömrüboyu ağlayar. Əsl övlad doğul-
duğu  torpağı vətən bilər,  törəmə övlad isə  qarnı 
doyan yeri. 
Məni, bax o Sarı Abdal təpəsində dəfn edin, 
ərtafına  sal daşlar, düzüb duzlaq düzəldin. Qoyun 
o təpədə mən olum, bir də marallar. 
İllər  keçir,  Sarı  Abdal  təpəsində    bir  qəbir 
ətrafında    duzlaq,  yanlarında  isə marallar  yatırdı. 


62
Ana maral ayaq üstə qəbirə baxa-baxa ağlayarmış. 
Yaxında isə maral dərisindən alaçıqlar görünürmüş.
Hekayədə müəllif  insanla  təbiət  aləminin  
qarşılıqlı vəhdətdə olması məsələsini oxucuya dik-
tə edir. Əgər insan təbiətin  heyvanlarına  xoş mü-
nasibət  göstərərsə,  onun  əvəzini  onqat  alacağına 
əmin olmalıdır. 
Hekayə oxunaqlı, xalq  deyimləri ilə zəngin 
olduğu üçün oxucular tərəfindən sevilə-sevilə oxu-
nur. 
Azərbaycanın  məşhur  xanəndəsi  Cabbar 
Qaryağdıoğlu  gənc  olmasına  baxmayaraq  sehrkar 
səsi ilə el-oba arasında yaxşı  tanınmış bir sənətkar  
idi.  Onu  hamı  muğam  ustası  kimi  tanıyırdı.  Gün-
lərin bir günü çox fikirləşdikdən sonra Təbrizə üz 
tutmağı qərarlaşdırır. Məqsədi də o olur ki, görsün 
Təbrizdə Azərbaycan  muğamları  necə ifa  olunur. 
Bu  muğamlarda  yeni  nəfəs,  yeni  çalarlar,  yeni 
xallar,  güllər  varmı?  O,  özünü  tanıtmamaq  üçün 
tacir libası geyinir, karvana qoşularaq Təbrizə gəlir. 
Burada onu bir tacir tanıyır, lakin üstünü  vurmur. 
Onunla  hal-əhval  tutur,  dostlaşır  və evinə qonaq 
aparır. Tacir Cabbarı gül bağçaya  tərəf oturtdurur, 
gizlincə yanına da bir qabal qoyur. Bağçada dil-dil 
ötən bülbüllərdən vəcdə  gələn  Cabbar Qaryağdı-
oğlunun xəyalı Qarabağa uçur, hər bir şeyi unutdu-
ğuna  baxmayaraq  gözləri  qəflətən  böyründəki  qa-
bala  sataşır.  Şirin  xəyallara  dalaraq  özündən  asılı 
olmayaraq  əl  atır  qabala  və “Segah”  muğamını 


63
oxumağa başlayır. Tacirin 7-8 yaşlarında olan oğlu 
maraqla  qonağın  oxumasına  qulaq  asır.  Bundan 
xəbər tutan ev sahibəsi yaxınlaşıb uşağın qolundan 
yapışır və deyir: 
- Əyə, burda nə durmusan? Allaha and olsun 
qonağımız  “Segah”ın  qol-qabırğasını  necə sındı-
rırsa,  indicə sənin  də qol-qabırğanı  eləcə sın-
dıracam. Dur, get atanın yardığı odundan daşı gətir  
ocağın başına. Qonağımızı narahat etmə!..
Cabbar  ev  sahibəsinin  bu  sözündən  sonra 
“Segah”ı  axıra kimi  oxuya  bilmir,  çox  bikef  olur. 
Tacir gəlib qonağın yanında əyləşir, ona toxtaqlıq 
verir: 
- Kefini  heç  pozma,  qardaş.  Sözdür  də... 
Axşam  çoxlu  qonaqlarımız  gələcək.  Bir  çal-çağır 
olacaq ki, gəl görəsən...
Qonaqlar  gəlib  çıxırlar.  Qonaqlardan  biri 
gətirdiyi kamançanı, tacir isə tarı əlinə götürür. Ev 
sahibəsi  libasını  dəyişərək  pərdə arxasından  çı-
xaraq  “Segah” muğamını oxuyur. Cabbar görür ki
ondan fərqli olaraq bu qadın “Segah”ı yeni xallarla, 
guşələrlə elə bəzədi ki, gəl görəsən. 
Qonaqlar  dağılıb  getdikdən  sonra  Cabbar 
tacirdən onu bu sirdən agah etməyi xahiş edir. Ta-
cir deyir: 
- Bax, bu  xanımım  müğənni  idi,  mən  də
onun  yanında  tarzən.  Mən  ona  vurulmuşdum.  Bir 
gün ürəyimi  ona  açdım. Ağır bir şərt də qoydum 
ki,  biz  ailə qurandan  sonra  xanəndəlik  etməyə-


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə