Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

56
II  FƏSİL
Sədnik Paşa Pirsultanlının 
nəsr yaradıcılığı
Folklorşünas  alim  Sədnik  Paşa  Pirsultanlı 
poeziya sahəsində olduğu  kimi nəsr sahəsində  də
qələmini  sınamış,  uğurlu  nəsr  nümunələri    yarat-
mışdır.  Onun  yaratdığı  ibrətamiz hekayələr  insan 
həyatının  bir çox sahələrini  əhatə edir.  Bu heka-
yələrdə insanlığa  xas olmayan  hərəkətlərlə barış-
mır, həmişə düzlüyün, saflığın  tərəfində  dayanır. 
“Ağac  adam”  hekayəsi  maraqlı  süjet  üzə-
rində qurulmuşdur.  Üç yolçu  təbiətin gözəl çağın-
da, daha  doğrusu,  yaz fəslində yola çıxırlar. Yor-
ğun  yolçular  dinclərini  almaq  üçün  min  bir  rəngə
çalan çəmənlikdə,  meşə kənarında yuxuya gedirlər. 
Yolçulardan biri hövlank yuxudan qalxır və meşə-
nin  dərinliyinə gedərək  meşəyə gözəllik  verən 
ağaclardan birini kəsir və ondan insan  fiquru dü-
zəldir. Bu insanın dülgər olduğu bilinir. 
İkinci yolçu yuxudan ayılıb torbasından iynə, 
sap,  parça  çıxararaq  ağac  adama  gözəl  bir  paltar 
tikir.  Bu paltar o qədər gözəl tikilir ki, adamı va-
leh edir. Ağac adamın belə gözəl geyinməsinə bax-
mayaraq onun  nə dili  var  idi,  nə də ki,  şüuru.  Bu 
adamın da dərzi olduğu aydınlaşır. 
Üçüncü yolçu işin nə yerdə  olduğunu   başa  
düşür. Torbasını açaraq müxtəlif dərmanların  va-


57
sitəsilə    ağac  adama  can  və nəfəs  verir.  Bu  loğ-
manın  can verdiyi    ağac  adam nəfəs  alan kimi  üz 
tutub meşənin dərinliyinə  qaçmağa başlayır. 
Loğman ağac adamı xoşbəxt edəcəyini  vəd 
etsə də ağac  adam      qaçmağına  davam  edir  və
deyir: 
- İstəmirəm  sənin  mənə verəcəyin  xoşbəxt-
liyi. O zaman  dünyanın  xoşbəxti idim ki, öz kö-
kümdən  ayrılmamışdım.  Budaqlarımda  quşlar  yu-
va  bağlayırdı,  şən-şən    nəğmələr  oxuyurdu,  gəlib 
sərin  kölgəmdə    dincəlirdi.  Siz  məni  kökümdən, 
yaşıl yurdumdan nahaq ayırdınız. Dərdsiz, qəmsiz 
olduğum  halda,  məni  ömürlük  ağrı-əzaba  düçar 
etdiniz. Biz ağaclar siz insanları yaxşı tanıyırıq...
Loğman nə qədər təkid edirsə də ağac adam   
insan olmaq istəmir. Uca bir ağac olduğunu, göy-
lərə baş  çəkdiyini  bildirir.  Loğmanın  ona  verdiyi 
şüurdan tamamilə imtina edir.  Bunu ona görə edir 
ki, şüurlu insanlar ağır cinayətlər törədir, insanları 
kütləvi  qırğına  məruz  qoyan  müharibələr  aparır, 
qədim qalaları uçuraraq altun-sərvət axtarır, kimisi 
isə hakimiyyət, var-dövlət üstündə qardaşını, doğ-
malarını belə öldürməkdən çəkinmir. 
Loğman  ağac  adama  deyir  ki,  sənə elə ağıl 
verəcəyəm ki, insanlara məhəbbətin olacaq, həyatı 
sonsuz  məhəbbətlə sevəcəksən, ailə, ev-eşik  sahi-
bi  olacaqsan.  Lakin   ağac  adam loğmanın  heç  bir 
vədinə inanmır, ağılı və  şüuru  götürməkdən  im-
tina edir və deyir: 


58
- Biz  ağac  adamlar  yenidən  ağıl,  şüur 
qazansaq  dünya məhvərindən  çıxar, siz insanların 
ağacların  gözü  görə-görə törətdiyi  qanlı  cinayət-
lərin üstü açılar. Biz ağaclar insan olmaq  istəmirik. 
Öz kökümüzdə qalmaq daha düzgündür. Ağac ada-
ma  ağıl, şüur  paylama, loğman, ətrafına göz gəz-
dir, onu aranızda  ehtiyacı olanlara payla. Amandı 
o insan ağılını, şüurunu məndən uzaq elə!...
“Ağac  adam”  hekayəsində ibrətamiz  ifadə-
lər ağacın dili ilə tam aydınlığı ilə diqqəti cəlb edir. 
Dilsiz,  ağızsız ağac  adam şüurlu  insan   olmaqdan 
qaçır  və insanın  törətdiyi  bütün  vəhşilikləri  tam 
pisləyir. 
Bu  hekayədə yazıçı insanları xoş  niyyətlərə
qulluq etməyi, pisliklərdən uzaq  qaçmağı tövsiyə
edir. Bu tövsiyənin arxasında istər bitki olsun, istər 
insan olsun, istərsə də ağac olsun  öz kökündən ay-
rılmaması dayanır. Öz kökündən, öz soyundan ay-
rılmağın  bədbəxtçilik  olduğunu  oxuculara  təlqin 
edir. 
Əhsən  bu qələmə, bu qələmin sahibinə.
Canlı,  cansız    aləm  öz  soyu,  kökü  üstündə  
xoşbəxtliyini  və məhəbbətini  tapa  bilər.  Soy,  kö-
kündən  ayrılanların  hamısı  bədbəxtliyə və əbədi 
ölümə məhkumdurlar. 
Atalar demişkən: - Ot kökü üstə bitər. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  əfsanə, 
əsatir və deyimlərlə o qədər zəngindir ki,  onu say-
maqla  qurtarmaz.  Sədnik  müəllimin  yaradıcılığı-


59
nın  əsas  qayəsini  əfsanələr,  xalq  deyimləri  təşkil 
edir.  Ona  görə də onun  qələmindən  çıxan  hər  bir 
əsər oxucular tərəfindən rəğbətlə qarşılanır. 
Təbiət,  onun  varlıqlarını  qorumaq  hər  biri-
mizin  vətəndaşlıq  borcumuz  olduğunu  Sədnik 
müəllim əsərlərinin bir çoxunda bəyan edir. “Qızıl 
beşik və ana maral” hekayəsi də bu qəbildəndir. 
Qəbələ rayonunun Xaçmazlı kəndində yerlə-
şən dağlarda qoyun sürüləri, mal-qara naxırları, at 
ilxılarının  hamısı Sarı Abdalın  nəvəsi Buğacındır. 
Buğacın həyatda hər şeyi var, ancaq övladı yoxdur. 
O, var-dövlətini 3 yerə ayırır, bir hissəsinə qızıl be-
şik düzəltdirir, bir qismini  imkansız adamlara pay-
layır,  bir  qismini  isə özü  üçün    saxlayır.  Yaradan 
ulu Tanrı bu səxavətin  əvəzində Buğaca  və arvadı 
Ç içək Xatuna bir oğul payı verir. Bir gecə qəflətən 
gələn  sel  Buğacın  ev-eşiyini,  var-dövlətini  yuyub 
aparır. Ancaq oğlu Həsən qızıl beşiyin içində ağa-
ca ilişib qalır. 
Xaçmazlıların  gözü  qarşısında  möcüzə baş 
verir.  Bir  ana  maral  gəlib  qızıl  beçiyi  buynuzuna 
alaraq gözdən itir. Aradan uzun illər keçir. Nə Hə-
səni, nə də ana maralı görən olmur. Aradan on beş 
il keçdikdən sonra adamlar meşədə  marala rast gə-
lirlər. Maralı izləyərək Həsəni tapırlar. Həsəni kən-
də gətirirlər.  Maral  da  onlardan  ayrılmır,  kəndə
gəlir.  Buğac  ana  maralı  gözdən  qoymur,  gecələr 
başını  ona  söykəyib  yatarmış.  Buğac  oğlu  Həsəni 
camaat  özünə başçı  seçir.  Ağıllı, davranışı    ilə


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə