Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

Avto

Stop


40

Avtoidman



BAKI

S

adəcə bizdə avto-idmana maraq, həvəs 



yarıdlmayıb, izləyicilərə onun, necə deyərlər, 

anatomiyası açlmayıb. Maraqlı, cəlbedici 

cəhətləri, həyəcan yaradan tərəfləri, iştirakçıları, 

tarixi, vaxtıyla yaşanan olayları, qaydaları, iştiralçı 

komandalar, maşınlar haqda... məlumatlar insanlara  

peşəkarcasına  təbliğ edilməyib.  Məgər, bu gün 

Azərbaycan tamaşaçısının sevə-cevə, özü də külləvi 

şəkildə baxdığı idman növləri ölkəmizdən çox-çox 

uzaqlarda yaranmayıbmı? 

Halbuki son dövrlər, özəlliklə idman sahəsinin 

inkişafı, öyrənilməsi, təbliği...   üçün  geniş və əsaslı 

şərait yaradılıb. Artıq çox uzun müddətdir ki, hər 

kəs haqqında söz açdığımız yarışın Azərbaycanda 

keçiriləcəyini bilir. Amma marağı olan tamaşaçılar 

belə   tele-ekranda “xala xətrin qalmasın”, “biz 

də filan məsələ ilə bağlı verlişlər hazırlamışıq”...  

prinsipylə göstərilən bəzi hesabat xarakterli 

müsahibələrdən başqa heç nə görə bilməyib. 

Maraqlıdır, hətta yarış ərəfəsində pulun qazanaılması 

üçün yaradılmış münbit şəraitə rəğmən bunu 

etməyiblər. 

Əslində Formula-1  sadə dillə ifadə etsək, kapitalizm 

məntiqinə söykənən xeyirli bir yarışdır. Tədbiri 

doğru-düzgün hesablama apararaq  keçirən 

ölkələr birmənalı olaraq turizmdən və beynəlxalq 

yükdaşımalardan yaxşı  gəlir əldə edirlər. 

Yükdaşımalardakı qazanca barmaqarası baxanlar 

sadə hesabla da bunun fərqinə vara bilər. Təbii 

ki, komandalar yarışlara ev sahibliyi edən ölkəyə 

gələrkən özləri ilə yüklərini aparırlar. Və bu yüklər 

təyyarə və ayük avtomobili ilə daşınır. Hesablamalara 

görə, hər Qran Pridə orta hesabla 600 ton yük 

daşınır. Təsəvvür edin, bizdən öncə Kanada Qran 

Prisi olacaq və bir həftə ərzində Kanadadan Bakıya 

təyyarələrlə yüklər daşınacaq. (Daşınan yükləri 

infoqrafik şəkildə görə bilərsiniz). Və bu müddət 

ərzində həmin yüklərə görə Azərbaycan ərazisində 

vergi ödəyəcəklər. Ölkəmizə təşrif buyuran 

komandaların iştirakçıları, texniki heyəti, təşkilatçıları, 

jrunalist və yayım qruplarının üzvləri və digər şəxslər  

otellərdə yerləşəcəklər. Bundan başqa, dünyanın, 

xüsusiylə də Avropanın ən müxtəlif ölklərindən gələn 

çoxsaylı azarkeşlər də   sevdikləri komanda üzvlərinə 

yaxın olmaq üçün çox kənarda yox, mərkəzədki 3 

və 4 ulduzlu otelərdə qalamağa çalışacaqlar. Və 

kimsə belə düşünməsin ki, Formula-1 uzunmüddətli 

yarış olmadığı üçün gələnlər 3-4 gün qalıb geri 

qayıdacaqlar, vəsəlam.




Avto

Stop


41

600 ton yük

Hər qran prinin yükündən savayı, 

teleyayım , F1-in VİP qonaqları üçün 

xidmət avadanlıqları daşınır.

Uzaq Qran Prilər üçün 

7

 

-ə qədər təyyarə ilə 

yüklər daşınır.

30 t.

 

Komandaların yükünün 

həcmidir. Hər komanda 3-4 ədəd 

40 futluq konteynerdən istifadə 

ediərək bu yükləri hər rqan priyə 

daşıyır.

2500 lt

 yanacaq

140 lt

 mühərrik yağı

40 lt

 transmisiya yağı

90 lt 

soyudu məhlul

1 Qran Pri müddətində hər komandanın 

istifadə etdiyi məhsullar.

Komandaların 

bütün yarış 

mövsümündə

qət etdikləri 

məsafə 100 min 

km-dən

çoxdur.

Bu əsla belə deyil. Axı, bu beynəlxalq 

idman tədbiri ən azı 5 il bizdə davam 

edəcək. Və bu, heç də az müddət deyil.

Doğru və keyfiyyətli fəaliyyət göstərməyi 

bacarsaq  bundan yetərincə faydalana 

bilərik. Çünki unutmaq lazım deyil ki, hər 

bir turust daimi müştəriyə də çevrilə bilər 

və onlar   potensial pulsuz reklamçıdırlar. 

Yaxşı şərait və yüksək səviyyəli xidmət 

görənlər  geriyə döndükdə danışdıqları 

yaxşı nə varsa ən gözəl, ən təbii təbliğatdır. 

Və bu  digərlərində də ölkəmizi görməyə 

həvəs yaradacaq. Bütün turist məkanları  

bu təcrübədən yararlanmayıblarımı?..


Avto

Stop


42

42

Avtoidman



  Məncə ictimai nəqliyyat sisteminin – 

avtobuslar, taksilər və metronun da məsuliyyəti 

maksimum həddə olmalıdır. Mənzil başına 

çətinliklə gedən hansı əcnəbi pulunu xərcləyib 

yenidən Azərbaycana gələr? Əlbəttə, həmin 

ərəfədə pul qazanmaq istəyən restoranlar, 

ictimai-iaşə və digər xidmət sahələrində 

çalışanlar daha keyfiyyətli fəaliyyətdə 

olmalıdırlar. 

  Yarışlar çimərlik mövsümünə təsadüf etdiyi 

üçün  çimərliklər xüsusən müştərilərinin razı 

qalmasına diqqət yetirməlidirlər. Təəssüf ki, 

Bilgəh, Buzovna və Mərdəkan çimərliklərindən 

başqa digər çimərliklərdə  xidmətin keyfiyyəti 

aşağı səviyyədədir və vəziyyəti yaxşılığa doğru 

dəyişməlidirlər. Dəniz kənarında olan, hava 

limanına avtomobillə cəmi 10 dəqiqəlik

yarışma məkanına 20 dəqiqəlik məsafədə 

yerləşən  və turuzm üçün əlverişli bir məkana 

çevrilə biləcək Hövsan qəsəbəsində bir otel 

belə yoxdur. Və təəssüf ki, bu sahədə heç bir 

addım da atılmır.  Əlbəttə, belə yerlərimiz heç 

də təkcə Hövsanla məhdudlaşmır...

  Mənə elə gəlir ki, Formula-1 kimi idman 

yarışları qeyri-neft sektorunun  sürətli inkişafı 

üçün əldə etdiyimiz ən gözəl fürsətlərdən 

biridir. Və biz  əgər bunu “yola vermək” prinsipi 

ilə deyil, perspektivli, gəlir götürə biləcəyimiz 

bir tədbir kimi, yüksək səviyyədə keçirsək gözəl 

nəticələrinin də şahidi olacağıq.   

   

P.S. Azərbaycanda keçiriləcək Formula-

1-in  təşkilatçılığında olan səhvlərdən 

növbəti sayımızda danışacağam.  

Çünki bu xüsusi diqqət tələb edən 

ayrıca bir mövzudur.



Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə