Avto
Stop
61
Şərəf
Lövhəsi
(Davamı növbəti səhifədə)
62
Şərəf lovhəsi
Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi
Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.
Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi
Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.
Müəllif: Qorxmaz Mustafayev
Avto
Stop
63
Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi
Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.
Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi
Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.
Avto
Stop
65
İ
nsanlar həyatlarının rahatlığı üçün nə qədər çox texniki vasitələr, avadanlıqlar icad
edirsə-etsin, hansı qaydaları, qadağaları qoyursa-qoysun yenə də məqsədinə tam
şəkildə nail ola blmir. Əslində bu “uğursuzluğun” səbəbini heç də icad etdiklərində
deyil, sadəcə insanların öz səhlənkarlığında axtarmaq lazımdı. Elə götürək yollarda
avtomobillərin yaratdığı problemləri. Çox zaman hamı baş verən qanqaraldıcı hadisələrə
görə ilk növbədə, özü də tam şəkildə sürücüləri günahkar sayır. Qəza səbəbinin
iştirakçılarından birinə çevirilmiş piyadalar isə nədənsə obyektivdən kənarda qalır.
Amma unudulmamalıdır ki, belə situasiyalarda bütün cavabdehliklər sürücünün üzərinə
qoyulmamalıdır. Əslində bir çox hallarda qarşı tərəf də təqsirsiz olmur. Çünki bütün
hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etmədikləri üçün problemlə qarşılaşırlar.
İstər piyadalar, istər sürücülər bir qədər diqqətli olsalar o zaman onlara xətər yetirəcək
qəzalardan da yan keçə bilərlər.
Gəlin etiraf edək ki, piyadaların sürücülük vəsiqəsi olmadığına görə, onlar oradan-
buradan eşitdikləri kimi hərəkət edirlər. Bir çoxları əmindirlər ki, yolu istədikləri yerdən keçə
və ya “zebra” üzərində onlara sərfəli templə hərəkət edə bilərlər.
Amma belə deyil. Jurnalın bu səhifələrindəki yazılanları piyada kimi hərəkət edən
məlumatsız yaxınlarınıza, evdə olanlara diqqətlə oxuyun və çalışın ki, onlar söylədiklərinizi
yaxşı yadda saxlasınlar. Çünki çox zaman belə piyadaların yolda-rizdə yanlış davranışları,
səhv hərəkətləri sürücü diqqətsizliyi, səhlənkarlığı ilə birləşib faciəli qəzaların yaşanmasına
səbəb olur. Bizim piyadalarımıza çatdırmaq istədiyimiz əsas tövsiyələr:
Avto
Stop
66
●
• Yolu mütləq piyada keçidindən, svetoforun qadağanedici (qırmızı işığı) sürücülər
üçün yandıqdan sonra keçin. Amma həmin vaxt vəziyəti də qiymətləndirin. Çünki
svetoforun yaşıldan qırmızıya keçən son saniyələrində tez bir zamanda yolu keçməyi
hədəfləyən sürücü qarşınıza çıxa bilər. Diqqət edin və avtomobillərin tam dayandığına
əmin olun. Svetofor olmayan kəsişmələrdə də ehtiyatı əldən buraxmayın. Yol sizin olsa
da, maşınlar yol versə də keçməzdən öncə təhlükəsizliyə tam əmin olmalısınız.
●
• Yadınızda saxlayın, siz yolu düzgün olmayan yerdən keçirsinizsə bütün sürücülər sizi
gözləyəsi deyil.
●
• Yolu adlayarkən sizin hərəkətləriniz, istiqamətiniz dəqiq və oxunulan olmalıdır.
Yolun hərəkət hissəsində artıq, əlavə hərəkətlər etməyin, irəliyə və ya geriyə səmt
dəyişdirməyin, vəziyyətdən guya qurtaracağınızı düşünüb həyəcan içərisində
qaçmayın. Günün qaranlıq zamanında yolun işıqlandırılmış hissəsindən keçin. Hava
qaraldıqda açıq rəngli və ya işıqqaytarıcı rəngdə geyinin. Çünki tünd libaslarda hava
qaraldığı vaxt, xüsusən yağışlı olduqda kənardan sizin görüntünüz çox pisləşəcək.
●
• Əgər piyadalar üçün yol və ya səki yoxdursa avtomobillərin əksinə hərəkət edin. Yəni,
eyni istiqamətdə, arxanızı avtomobil axınına çevirib getdikdə “Arxadan zərbə” filminin
mənfi qəhramanlarından biri olmaq şansını qazana bilərsiniz..
●
• Yola yatımlı, ayağınıza rahat olan ayaqqabıdan istifadə edin. Unutmayın, altı şürüşkən
ayaqqabılar yol kənarında çox təhlükəlidir.
●
• Uşaq arabası ilə hərəkət edən analar! Daha diqqətli olun. Müşahidələr onu göstərir
ki, çox zaman siz əvvəlcə uşaq arabısını yola çıxarır , daha sonra özünüz “səhnədə”
peyda olursunuz. Belə etmək olmaz. İlk növbədə özünüz yola çıxaraq təhlükəsizliyə
əmin olun, sonra uşaq arabasını yola çıxarıb ləngimədən yolun hərəkət hissəsini tez
tərk edin.
●
• Uşaqla(larla) yol keçirsinizsə onun əlindən möhkəm yapışın. Əgər uşaq sizinlə
ayaqlaşa bilməyib geridə qalacaqsa, bu zaman onu qucağınıza götürün, amma onu
qucağınızda avtomobillər keçən istiqamətdə saxlamayın.
●
• Yolu keçərkən qulaqlıqdan istifadə etməyin və ya qəti surətdə telefona baxmayın.
Sizin ani diqqıtsizliyiniz ya canınızdan əziz bildiyiniz övladınızın, ya da özünüzün
həyatını, ən yaxşı halda isə sağlamlığınızı əlinizdən ala bilər.
Avto
Stop
68
Avtosual
Soruşun,mən cavab verim.
Dj.Tural
Sual:
Yaşayış məntəqəsində
təhlukəsizlik kəmərini baglamadan
nəqliyyat vasitəsini idarə etmək
inzibati xəta pozuntusu sayılırmı?
Cavab:
Yaşayış məntəqəsində kəmər
bağlamaq şərtdir. Sürücü avtomobilə
əyləşdiyi zaman təhlükəsizlik kəmərini
bağlamalı və sərnişinlərin də kəməri
bağlanmasını təmin etməlidir.Bəli buna
görə sizə protokol tərtib oluna bilər.
Sual:
Salam Tural bəy.Mən maşının qəza
dayanma durma işıqlarına göy qırmızı vinil
çəkmək istiyirəm.Vinil qadağandırsa göy
qırmızı lampıçka qoya bilərəmmi,bu əlavə
işıq avadanlığı sayılmır və konstruksiya
dəyişikliyidə sayılmır.Bəs qadağandırmı?
Qadağandırsa nəyə əsasən?Minnətdaram.
Cavab:
Salam. Ümumiyyətlə işıq faralarına
və ya digər işıqlara vinil vurmaq qadağandır.
Avtomobilin üçün nəzərdə tutulmuş işıq farası
hansı rəngdədirsə onlara müdaxilə etmək
olmaz.Qəbul edilmiş qaydalar əsasən stop
işıqları qırmızı, dönmə işıqları narıncı,ön işıqlar
ağ rəngdə olmalıdırlar.
Sualın var ?
www.
avtostop.tv
saytından
sualını Dj.Turala ünvanla
Sual:
Salam,DJ Tural bəy.Mən sürücülük
məktəbinin BC vəsiqəsi üzrə təhsilini
almışam.İndi istəyirəm ki, vəsiqəni B
kateqoriyasi uzrə alım cünki təcrübi imatahanı
keçə bilməyəcəm..Mümkündür elə bir şey ?
Bunun üçün nə etməliyəm? Cavablandırsnız
sevinərəm.
Cavab:
Salam. Salam. BDYP-də imtahan
qeydiyyat şöbəsində ərizə yazarkən B
kateqoriyası üzrə imtahan verəcəyinizi qeyd
edin.
Sual:
Salam Tural bəy. İnşAllah
yaxşısınız. Mən texniki passportu
itirmişəm . Maşın lizinqdədir. Prosedur
necədir nə etməliyəm? Öncədən
təşəkkür edirəm
Cavab:
Qeydiyyat şəhadətnaməsi
kimin adınadırsa qeydiyatda olduğu
rayon üzrə BDYPİ-nə ərizə yazılmalıdır.
Yeni qeydiyyat şəhadətnaməsinin
rüsumu 17 manatdır.
Avto
Stop
69
Sual:
Salam Tural. Maşın almışam
maşının banka borcu var idi. Borc
tam bağlanıb. Amma təmizlik kağızın
vermir ki, bank satan adamın bacısına
zamin durub. İndi isə bank maşına
həbs qoyub. Mən nə edə bilərəm?
Cavab:
Avtomobil sizin mülkünüz
sayılmadığı üçün burada sizin hüquqi
cəhətdən heç bir iddianız ola bilməz.
Avtomobilin həbsi ləğv olunduqdan
sonra bank kreditin bağlanması ilə
əlaqəli DYP-ə məktub göndərməlidir.
Bu məsələ zaminlə bank arasında həll
olunmalıdır.
Sual:
Salam Tural müəllim. Məni
DYP saxlamışdı. Yanvar ayının
23-ü. Saxlama səbəbi svetaforun
tələbinin pozulmasıdır. H.Cavid pr-
dən Əbdürrəhmanbəy Haqverdiyev
küçəsinə döngə zamanı olmuşdur. Bu
yolda svetafor 2 isıqdan ibarətdir.
Düz və sağa ayrı yanır. Men düz isıq
yanan zaman sağa döndüm və mənı
protokol tərtib olundu. Mən protokola
öz şikayətimi yazdım. Lakin mənı
şikayətə baxılmasi haqqında heç bir
məlumat verilmədi. Mən bu protokolla
bağlı DIN-nin 102 xidməti və 902-
xidmətləri ilə əlaqə saxladım. Lakin
902 qaynar xətdə mənimlə çox kobud
danışıldı. Sizdən xahiş edirəm mənə
bu problemlə bağlı köməklik edəsiniz.
Cavab:
Salam. Svetaforun əsas
bölümü yanan zaman sağa dönmək
qadağandır. Qanuna əsasən sönmüş
əlavə seksiya hərəkəti qadağan edir.
Siz svetaforun əlavə seksiyası yanan
zaman sağa dönməli idiniz. Lakin
902-də sizin sorğunuza cavab verən
əməkdaşlardan DİN-ə müraciət edə
bilərsiniz.
Sual:
Salam Tural bəy. Bizim
maşının barəsində qərar verilməyən
və üzərindən 1 ilden çox vaxt keçən 3
MMX radarı var . Biz nə etməliyik ki,
bu MMX -lara xitam verilsin?
Zehmet olmazsa cavablandırardız
Cavab:
Salam. Ünvanınıza 1 il ərzində
protokol göndərilməyibsə,həmin
qərara xitam verilir. Əgər MMX hələ
də sistemdə görünürsə, lakin qərar
yoxdursa BDYPİ-ə müraciət edərək
onların sistemdən silinməsinə nail ola
bilərsiniz.
Sual:
Salam. Baş etibarnamənin vaxtı bitməyib,maşının sahibi olmadan maşını oğlumun adına
qeydiyyata sala bilərəmmi? Əgər belə şey varsa rüsumu nə qədərdir?
Cavab:
Salam. BDYP-nin imtahan qeydiyyat şöbəsində alqı-satqı müqaviləsi ilə avtomobili
oğlunuzun adına qeydiyyata sala bilərsiniz. Rüsumlar 17 azn texpasport 22 azn qeydiyyat
nişanı, 20 azn uçot qeydiyyatı əməliyyatına görə ödənilməlidir.
Sual:
Salam aleykum. Tural belə bir sualım var. Bir maşın almışam, alanda satan dedi ki,
maşının 4 radarı var, dedi ödəyərəm. Maşını general etibarnamə ilə almışam. bir aydan
çox keçib, amma ödəmir, əlaqə də saxlaya bilmirəm. Maşını adıma keçirtmək istəyirəm. O
radarları onun adına ərizə ilə "perevod" eləmək olarmı və maşını adıma keçirtmək istəsəm
radarlara görə problem çıxacaqmı?
Cavab:
Salam. Avtomobili qeydiyyata salmaq üçün həmin cərimələr ödənilməlidir. Cərimənin
həmin şəxsin adına köçürülməsi mümkün deyil,çünki yenə onun adınadır. Avtomobil isə mülk
olaraq sizin deyil.Sabah problem olmasın deyə siz mütləq cəriməni ödəyin, Qeydiyatda bununla
bağlı problem yarana bilər.
70
IMTAHAN
Suallardan 10-a da düzgün cavabı hamıdan tez avtostop@
avtostop.tv -ə ünvanına göndər və 50 manat hədiyyə qazan.
1.
Bu nişanlardan hansı 1-ci və 2-ci qrup əlillərə aid deyil ?
2.
Bu nişan nəyə icazə verir ?
3.
Nizamlayıcının bu əmri nəyi əmr edir ?
A)
1-ci və üçüncü
B)
2-ci və 3-cü
C)
2-ci və 4-cü
A)
Yalnız sola dönməyə
B)
Sola və geriyə dönməyə
A)
Hərəkəti qadağan edir.
B)
Sola dönməyə əmr edir
Avtoİmtahan
Avto
Stop
71
4.
Sağa dönəcəksiniz bu zaman nə etməlisiniz ?
5.
Buradan geriyə dönmək olarmı ?
6.
Motosikletçilərdən hansı qayda pozuntusu edib ?
A)
1-ci və üçüncü
B)
2-ci və 3-cü
C)
2-ci və 4-cü
A)
Hər iki zolaqdan dönə bilərəm
B)
Zolağı dəyişib sonra dönmək lazımdır.
C)
Orta zolaqdan
dönərəm.
A)
Görmə səviyyəsi 100 metrdən artıqdırsa
B)
Xeyir
A)
Heç biri
B)
Hər ikisi
C)
Sol kənardakı motosikletçi
72
7.
Bu şəraitdə qarşıdan gələn yük avtomobilinə yol verməlisinizmi ?
8.
Bu şəraitdə avtomobili dayandırmaq olarmı ?
10.
Yolun hərəkət hissəsində yerləşmə qaydasınıən pozulması neçə manat cərimədir ?
A)
40 manat
B)
60 manat
C)
20 manat
9.
Yedəyə alınan müxaniki nəqliyyat vasitəsinin qəza-durma işığı işləmirsə, avtomobilin
arxasından bu nişanlardan hansı asılmalıdır ?
Müəllif: Tural Yusifov
A)
Bəli
B)
Xeyir
A)
Qadağandır
B)
Avtomobillə sol kənar zolaq arasında 3 m-dən artıq məsafə olduqda.
A)
1-ci
B)
2-ci
C)
3-cü
Avtoİmtahan
10.
Yolun hərəkət hissəsində yerləşmə qaydasınıən pozulması neçə manat cərimədir ?
A)
40 manat
B)
60 manat
C)
20 manat
A)
Qadağandır
B)
Avtomobillə sol kənar zolaq arasında 3 m-dən artıq məsafə olduqda.
A)
1-ci
B)
2-ci
C)
3-cü
AVto
YUMOR
Avto
Stop
74
Trasda gedərkən maşını xarab olan bir kişi
düşüb avtomobilin qəza işıqlarını yandırır,
sonar “kapot”u qaldıraraq orada nasazlığın
səbəbini tapmağa çalışır. Az sonar arxadan
kiminsə ona dalbadal siqnal verir. Kişi
həmin maşına yaxınlaşanda görür ki,
siqnalına ara verməyən cavan, sarışın bir
qadındı. Hösələli olmağa çalışır:
– Niyə durub siqnallayırsız axı?.. Yandan
ötüb gedin də...
– Qəribə söz danışırsız... Siz dönmə
işıqlarının ikisini də yandırmısız, mən
də qalmışam naçar. Bilmirəm sağa
dönəcəksiniz, yoxsa sola...
gedirəm.
Məşhur avtosalonların birində “VAZ”-la
“Honda” konsernin nümayəndələri görüşürlər.
Hal-əhvaldan sonra “VAZ”-çı soruşur:
– Siz öz maşınlarınızın salonunda germetikliyi
necə yoxlayırsınız?
“Honda”nın nümayəndəsi sakitcə cavab verir:
– Çox sadə yolla... Gecə qapı və pəncərələri
bağlayıb maşının salonuna bir pişik salırıq.
Əgər səhərədək pişik orada boğulubsa əmin
oluruq ki, salon germetikdir.
“VAZ”-ın nümayəndəsi də bu sadə üsulun
çox ucuz başa gəldiyini görüb ondan istifadə
etməyə qərar verir. Onlar da konveyrdən
çıxmış yeni marka “Jiquli”nin qapı-pəncərəsini
bağlayıb salonuna bir pişik salırlar. Səhər gəlib
görürlər ki, pişik yoxdu, qaçıb gedib.
Yol polisi ölümünə sərxoş bir sürücünü
saxlayır:
– Heç cür başa düşmürəm, bu vəziyyətdə
niyə sükan arxasındasız?!
– Bilirsiz, “rəis”, dostumun ad günüydü, beş
nəfərə on arağı “vurduq”... Sonra qardaşı
gəlib çıxdı, bizi restorana apardı. Beş nəfərə
on beş arağı da orda “boğduq”. Sonra
ürəyimiz pivə istədi. Getdik pivəxanaya
adama on bakal pivə də “vurduq”. Sonra
dostlardan biri iki itirlik zoğal arağı qoydu
ortalığa. Heç keçiləsi şey döyüldü...
Əsəbləşən yol polisi:
– Bu trubkaya üfür görüm! – deyə səsini
qaldırır.
Kişi çox incik halda soruşur:
– Olmadı ki, “rəis”, mən boyda kişinin
sözlərinə inanmırsız bəyəm?!.
79
Dostları ilə paylaş: |