Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

38

Avtoidman



Formula 1 

- lə kim maraqlanır ?

İspaniya

Almaniya

İtaliya və

Böyük 

Britaniya

Rusiya

  2015-ci ildə aparılan sorğudan aydın olub ki, 

ispanların 81 %-i , almanların 80%-i, britaniyalıların 

və italiyanların 73 %-i, elə  yaxın qonşumuz  Rusiya 

ictimaiyyətinin  21 %-i Formula-1-lə yaxından 

maraqlanırlar. Fürsət tapan kimi onu izləyirlər.   

Və bir məqama da diqqət versək görərik ki, bu 

böyük ölkələr həm də dünyanın əsas idman yarışı 

sayılan  futbol azarkeşlərinin bol, kütləvi olduğu 

məmləkətlərdir. Bunlar da onu deməyə əsas 

verir ki, idmana həvəs göstərən əksər avropalılar  

dünyanın harasında keçirilməsindən asılı 

olmayaraq Formula-1-i məmnuniyyətlə ya bir başa 

tv-dən, ya da trekdən izləməyə hazırdılar. 

  Qəpiklərinin qədrini bilən avropalıların boşuna 

pul xərcləmədiyini yəqin ki, bilməyən yoxdu. 

Onlar qazancları olmayan yerə pul qoymazlar. 

Bu səbəbdən də Formula-1-ə başlamzdan öncə 

onu da büsbütün öyrəniblər. Özü də dəfələrlə. 

Elə 1993-96-cı illərdə Avstriya Qran Prisinin 

araşdırmalarından məlum olub ki, Formula-

1-i izləyən azarkeşlərin oradakı sponsorlara 

münasibətləri müsbətdir. Yəni, insanlar 

orada gördükləri reklamlara inanır və onların 

məhsullarından istifadə edirlər. Sən demə, 

reklamçılar boşu-boşuna milyonlarını sərf edib  

bolid və ya kombinizon üzərində son dərəcə 

bahalı reklamlar yerləşdirmirlər. Belə ki, bu yarışı 

izləyənlər bir-başa məhsulun istifadəçiləridir.

  Formula-1 dünyada ən çox izlənilən idman 

yarışlardan biridir. Hətta yeri gələndə futbolla 

belə bəhsə girməsi mümkündü. Əlbəttə,  bu 

iddiaya gülümsəyənlər çox olacaq. Amma onlar 

unutmasınlar ki,  idman dünyasının “şahı” sayılan 

böyük  futbol matçları  – Dünya Çempionatı, 

Avropa Çempionatı və ya Olimpiya Oyunları  4 

ildən bir keçirildiyi halda Formula-1 yarışları hər il 

düzənlənir. 

Təsəvvür edin ki, bu yarışın illik televizya 

izləyiciərinin sayı 500 mln. nəfər civarındadır. 

Və televiziya vasitəsiylə dünyanın 200-dən çox 

ölkəsində yayımlanır. 

Məsələn, Avstraliya Qran Prisini 300 min nəfər elə 

həmin ölkədə, 1.5 mln tamaşaçı isə televizyada 

izləyiblər. Rəqəmlərsə real vəziyyəti göz önünə 

gətirə bilən optimal vasitədir. Deyə bilərəm ki

dünyada ən yüksək texnolojiyə malik sürətli və 

bahalı idman növü məhz Formula-1-dir.




Avto

Stop


39

Bəli, sevindiricidir ki,  Azərbaycan bu yarışın bir 

parçasına çevirlib. Təsəvvür edin, iyun ayının 19-da  hər 

qitədə ən az 100 mln. insan Bakı küçələrini görəcək. 

FOM (Formula One Menegment) ev sahibliyini onların 

şərtlərinə cavab verən ölkələrə bəlli bir müddət 

ərzində verir. Təşkilatçılıq üçün ödənilən məbləğ biznes 

sirri olduğundan təqribi rəqəmlər demək mümkündür. 

Təşkilatçılıq üçün ən yaxın qonşumuz və 8 il bu yarışları 

keçirmiş Türkiyə 24 mln dollar, Rsiya isə 22 mln dollar 

pul ödəyib. Lakin əldə etdikləri də çox olub. 

Televiziya yayımını aparan ölkələr reklamdan külli 

miqdarda pul qazanmaqdadırlar. Bunlar da biznesin 

bir hissəsi deyilmi?..  Məsələn, İdman Azərbaycan 

telekanalı yayım zamanı heç bir reklam yerləşdirmir. 

Lakin qonşu Rusiyada televiziya kanalı yayımda bir 

neçə dəfə reklam fasiləsinə çıxır. Konkret bilgilər üçün 

biz bunun rəqəmlərinə nəzər salaq: Rusiyanın Rossiya 

1 kanalında qeyri praym-time vaxtlarında reklamın 

saniyəsi 386 manatdır. Əgər reklamçı 30 saniyəlik 

rolik yerlışdirərsə Rossiya 1 kanalı bu reklamdan bizim 

pulla 11.580 manat pul qazanar. Belə reklamçı sayı 5 

olduqda isə (bu adətən ən azı 5 olur) artıq bir reklam 

bloku 57.900 manat gəlir gətirir.   

Telelevizya yayımı isə 2 saatdır. Və biz həmin rəqəmi 

rahatlıqla 4-ə vura bilərik ki, bu da  231.600 manat 

qazanc deməkdir.  Özü də sadəcə iki saatlıq yayımdan. 

İndi isə bu rəqəmi keçən ilki Qran Pri sayına vuraq. 

Baxın,  Rossiya 1 tv 4.632.000 manat yalnız Formula-1 

yarışlarının yayımındakı reklamlardan qazanıb. Bir 

televiziya kanalı üçün bu çox böyük vəsaitdir. Bəs 

görəsən biz bunlara niyə  barmaqarası baxırıq ki?..  

İdman Azərbaycan tele-kanalı nədən belə bir vəsaitə 

çatmaq üçün çaba göstərmir? O, dövlət dotasiyasında 

olduğu üçün yəqin ona bu pullar maraqlı deyil. 

Bəlkə düşünək, sonucda bu tv, bu ölkə, bu ölkənin 

büdcəsi hamımızın deyilmi?.. Lakin xatırladım ki, 

dünyada bu yayımdan gələn pullar çox olduğuna 

görə tv-lər arasında gərgin mübarizə gediur. Bəzi, 

faktları nəzərinizə çatdırım. Böyük Britaniyanın İTV 

telekanalı (bizim İctimai Televiya ilə qarışıq salmayın-

red.) Formula-1 yarışları üçün BBC telekanalının 

ödədiyi məbləğdən 2 dəfə artıq pul xərcləməyə hazır 

olduğunu bildirir. Sizcə hər hansı yerli telekanal (İdman 

Azərbaycan onsuz da maraqlı deyil) bu yarışı yayımlasa 

və düzgün satış həyata keçirərsə, hər yayımdan heç 

olmasa 100.000 manat qazana biməzmi? Əlbəttə, bilər. 

Azərbaycan reallığında bu mümkündür. Amma kimsə 

bunların “halva-halva deməklə ağzına dad gələcəyini 

düşünməsin. Bundan ötrü çox  ciddi işlər görülməlidir. 

İlk növbədə sürəkli ön hazırlıqlar  aparılmalıydı. Yəni, 

izləyicilərdə maraq oyadılmalıydı. Özü də diletantcasına 

deyil, peşəkar şəkildə. Çünki peşəkarlıq olmayan 

yerdə iş alınmayacaq və onun üstünün “malalaması” 

üçün mütləq cürbəcür bəhanələr gətiriləcək. İnanın, 

diletantların da yeganə bacarıqları peşəkərlarda əmma 

axtarmaqdır. (Bu cür səhnələri çox görmüşük). Hər 

hansı bir idman növünə həvəs də Allah vergisi deyil ki, 

birilərinə verilsin, digərlərinə yox.



Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə