Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

50

Avtoidman



Əslində o dövrlərdə çoxlarına elə gəlirdi ki, Bernard bundan sonra 

komandası ilə yeni qələbələr uğrunda əzmlə mübarizə aparacaq. Niyə 

də olmasın? Amma bu heç də belə alınmadı. Bir müddətdən sonra o, 

yeni fikirlər, iddialar üzərində fikirləşməkdəydi. Ekklstoun düşünürdü ki, 

getdikcə daha gurultulu şöhrətə sarı irəliləyən Formula-1 yarışlarına məhz  

o rəhbərlik edə bilər. Bernard ideyalarının ardınca getməyi, qarşısındakı 

çətinlikləri böyütmədən çalışmağı bacaran insanlardan idi. Bütün diqqətini 

bu istiqamətə yönəltmək üçün  Ekklstoun “Brebham” komandasını satmaq 

qərarına gəldi.  

  Əslində artıq bu sferada o kifayət qədər tanınırdı. Və onun bu istiqamətdə 

göstərdiyi cəhdlər də öz bəhrəsini verməyə başlamışdı. Yaradılan Formula-1 

Konstrukrlar  Asossiyasiyası (FOCA)  vəzifəsinə məhz o sahibləndi. Həmin 

ərəfələrdə sözügedən assosiyasiyanın Beynəlxalq Avtoidman Assosiasiyası 

(FİSA) ilə ziddiyətləri yaranmışdı. Yəqin ki, buna da səbəb bəzi müştərəklik 

prinsipləriydi. Belə ki,  yürüşlərin teleyayımı haqqına FOCA sahib idi, texniki 

reqlamentə nəzarəti isə FİSA həyata keçirirdi... 

  Bu sahədə fəaliyyətdən yorulmaq bilməyən Ekklstoun 1987-ci ildə “Formula 

One Promotions and Administration” (FOPA)  qurumunu yaratdı. FOPA 

qanunvericiliyinə əsasən, yürüşlərin teleyayımından əldə olunan gəlirin 47%  

komandalar arasında bölünür, 30% FİA hesabına köçürülür, yerdə qalan 

23% isə Berni Ekklstounun şirkətinə keçirilirdi. Artıq o, Avropanın zəngin 

adamlarından sayılmağa başlamışdı. Lakin bununla belə insanları onun 

traslarda gördüyü işlər daha ox maraqlanıdırırdı. Mətbuat isə  Formula-

1-in Berni Ekklstoun sayəsində məşhurluq qazandığını yazırdı. Və əslində 

doğrudan da o məşhur bir şəxsə çevirilmişdi...


Avto

Stop


51

  1993-cü ildə Berni Ekklstoun Beynəlxalq 

Avtomobil Federasiyasının (FİA) vitse-

prezidenti təyin edildi və FOPA əvəzinə 

“Formula One Group” şirkəti yaradıldı. 2004-

cü ildə Berni Ekklstoun işdən çıxarılma 

problem ilə üz-üzə qalsa da, bu korporativ 

mübahisənin də öhdəsindən uğurla gəldi. 

2009-cu ilin məlumatına görə 1,4 milyard 

sərvətiylə dünyanın zəngin şəxsləri sırasında  

yer qazanan Berni Çarlz Ekklstounun ailə 

həyatı bir neçə dəfə dəyişib. O, 3 dəfə 

evlənib. 2012-ci ildə nigaha girdiyi qadın 

Formula-1 yürüşlərinin marketinq üzrə vitse-

prezidenti Fabiana Flosidir. Bu evliliklərdən 

onun 3 qızı var. 

  Berninin həyatı ziqzaqlarla dolu olduğu kimi 

bəzən insanlarla ünsiyyətində də fərqlilik 

nəzərə çarpır. Ümumiyyətlə, susmağı deyil, 

danışmağı sevən Çarlz Ekklstoun bəzən 

elə açıqlamalarla çıxış edir ki, sonradan 

buna görə peşmançılıq keçirir. Jurnalistlərlə 

danışmaqdan da zəhləsi getmir. Amma özü 

etiraf edir  ki, heç bir jurnalistlə dost deyil.  

Hətta ödənişli müsahibələr verməkdən də 

çəkinmir. Lakin o, çempionata dair sualları 

heç vaxt cavabsız buraxmayıb. Və bütün 

bunlara rəğmən mətbuatın ona rəğbəti 

var. Vaxtıyla jurnalistlərin Formula-1-də 

xanım sürücülərin iştirakına dair sualını Berni 

özünəməxsusu tərzdə cavablandırmışdı:

“Mən çox istərdim ki, Formula-1 

çempionatında bolidin sükanı arxasında  

gözəl, qarabəniz xanım əyləşsin. Həmin 

xanım ya yəhudi, ya müsəlman olsun və 

ispan dilində danışsın” 

Bir dəfə isə Berni Ekklstounun: –  

“Olimpiyadada ən maraqlı məqam  açılış və 

bağlanış mərasimləridir, qalanı boş şeydir”. 

– kimi açıqlaması xeyli vaxt gündəmdən 

düşməmişdi.  

Bəli, heç vaxt şəxsən çempion olmayan 

bu adamı əslində yürüş kralı hesab etmək 

mümkündür…



Avto 

sözlük


RUSCA-AZƏRBAYCANCA

•  Баббит - 

babbit (qalay, stibium və misdən əmələ gələn ağ ərinti)

•  Багаж - 

baqaj

•  Багажная решетка - 



baqaj qəfəsi

•  Багажник - 

baqaj yeri (yük yeri)

•  Багажный отсек - 

baqaj bölməsi

•  Багги - 

baqqi (xüsusi kross avtomobili)

•  База - 

baza

•  База колесная - 



təkər bazası

•  Байкер - 

motosikl sürücüsü

•  Балка - 

tir

•  Балласт - 



ballast (əlavə yük)

•  Бандаж глушителя - 

səsboğucunun çənbəri

•  Баранка - 

sükan çarxı

•  Бар-подлокотник - 

qoltuqaltı bar

•  Бархатка - 

məxmər lent

•  Баул - 

sandıq

•  Башмак гусеницы - 



tırtılın başmağı

•  Бегунок - 

paylayıcı rotor

Avto


Stop

53



Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə