Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

 
62 
Arka* otlaqlarında. 
Canım qəlbim, Burıl at. 
Mənə yaxşı qulaq as
1760. Qırx gün yolluq Qazana, 
Sən elə bu gün yetiş. 
Əgər belə olmasa, 
Qurtqanın, həm də mənim, 
Sənə ümidimiz itər”. 
Cüyür kimi cəld atım, 
Bal, şəkər kimi dadım. 
Əlimdəki qamçıyla, 
Bir, ya iki də vurdum, 
Tayburılın yanından, 
1770. Əziz canım Burıla, 
Bir az da əzab verdim. 
Nə edim? Belə etdim, 
Qarğa, quzğun sevindi. 
Koblanın qamçısından, 
At budundan qan axdı. 
Tayburıl cana gəldi, 
Sanki canından keçdi. 
Qamçı vurdum yanına, 
Bulandı al qanına, 
1780. Üst dodağı səyridi, 
Alt dodağı səyridi. 
Tayburıl dilə gəldi. 
Tayburıl belə dedi: 
Hər yan söyüd, qarağac, 
Hara çatmaz qara yel. 
Qaçağanda yal yaxşı, 
Qamçıyla döydün məni. 
Batır olan nər Koblan, 
Bundan mən ölməsəm də, 
1790.  Azca qaldı ki öləm. 


 
63 
Qızılbaş şəhərinə 
Sən qalmısan intizar. 
Ata-ana təkisən. 
Darıxmağın əvəzin, 
İndi məndən çıxırsan. 
Dörd əl-ayağım yorğa, 
Mən getdim üzgün yola, 
Üstümdə oturanda, 
Heç bir zədə almaram
1800. Həm də ki yorulmaram, 
Axı at yaranmışam. 
Sən tək bir batır üçün, 
Çətin yolu keçməkçün, 
Tanrıya yalvarmışam”. 
Qırx gün yolluq Qazana, 
Deyirsən mən tez çatım, 
Məgər asandırmı bu, 
Göydə uçan quş üçün?! 
Çətin olsa da belə, 
1810. Koblan, mən çalışıram. 
Axı sənə vəd vermişəm. 
Namazdigər* keçən vaxt, 
Namazşamsa gələn vaxt, 
Qazan aldığı qalanı, 
Mən sənə göstərməsəm?!  
Sən bu əziz dostunu, 
Burılı, sirdaşını, 
Qurban eylə Xudaya. 
Koblan buna sevindi
1820. Sanki ürəyi dindi: 
“Mənim çırağım, Burıl,  
Çovğun tək vıyıldadı, 
Dabanı yerə dəymədi, 
Dağa, daşlara qalxdı, 


 
64 
Qulağından tər axdı. 
Yoxuşda tər gur axır, 
Zirvəni tez fəth edir, 
Yoldakı daş parçasın, 
Sanki gilə döndərir. 
1830. Bu karaşat*, ya kaus*. 
İncə səsli Tayburıl, 
Uzağı yaxın eylədi, 
Ad-sanını qorudu. 
Gün hələ qalxmamışdı, 
Tam günorta yerinə. 
Burıl at düz qaçırdı 
Şəkləyib qulaqların, 
Göldə bitən qamış tək. 
Günorta çevriləndə,  
1840. At lap heydən düşmüşdü. 
Xam dəritək dartıldı, 
Çidardan qurtaran tək, 
Dörd əl-ayaq qaçırdı. 
Məftil kimi əyilir, 
Öndə gedən orduya, 
Koblan çatmaq istəmədi. 
Bu haqda düşünmədi. 
Qaçağan Tayburıl da, 
Yaxşılar yaxşısı tək, 
1850. Dünyaya gəlmiş Koblan 
Günorta əyiləndə, 
Həmin orduya çatdı. 
At çapırdı Qara-Bukan
Çiyin sümükləriylə 
Tas açıb, fala baxan. 
Yaxınlaşdı Bukana, 
Həm də salam eylədi, 
Söylə səndən qabaqda, 


 
65 
Bir kişi varmı?! Dedi. 
1860. Qara-Bukan söylədi: 
“İlxı içində olan, 
Gözümüz nuru Koblan”. 
Elə bildik itibdi, 
Özündən böyük ağadan 
Heç at kənar qalarmı?! 
O dağ silsiləsindən
Qoçdövlət varıb gedir. 
Tayburıl yaman qızdı, 
Tezcədə ona çatdı, 
1870. Yüyənindən yapışdı. 
“Sən məndən yaşca böyük 
Səndən öndə kimsə var? 
Osa dedi: “Ala at. 
Elə bildik itibdi, 
Bu batır Koblandımız, 
Sərttüklü, həm qara at. 
O dağ silsiləsindən, 
Çapıb getdi Ağgözü, 
Tayburıl qəzəbləndi, 
1880. Ona çatıb yapışdı. 
Həm yüyənindən dartdı. 
Məndən yaşca böyüksən, 
Sənə salam deyirəm. 
De, səndən, öndə varmı? 
O dedi: “Bir ala atdır”. 
Sərttüklü, həm qaradır. 
Dedi azıbdır yolun, 
Hələ bu batır Koblan, 
Bax o dağ silsiləsindən, 
1890. Çapıb gedir Qaragözü.  
Burılı qəzəbləndirib, 
Ona çatıb yapışdı, 


 
66 
Dartaraq yüyənindən 
Yaxınlaşıb baş əydi
Sonra isə soruşdu: 
“Səndən qabaqda kim var?” 
Gendən yaxşı görünür, 
Rəngli ala Burıl at, 
Gör o necə yorğadır, 
1900. Özü də zilqaradır. 
Xudam qoy uğur versin, 
Bəndənin olmaz işi, 
Dillə deyə bilmərik, 
Lap çənə vursaq belə. 
Fikrimiz belədir ki, 
Gedib çatıb Qaraman. 
Dünənki oylağına. 
Çırağım gedən andan, 
Gözümə görünmədi. 
1910. O, sənin həmyaşıdın, 
Deyəndə ki, gedibdi, 
Səndən öncə Koblandı, 
Öz qaçağan Burılın, 
Sanki göydə səmadan, 
Yağış damcıları tək, 
Altın saplı qayçı tək, 
Usta qızın əlində. 
Qamçıyla bir də vurdu, 
Nizəsin saxlayaraq. 
1920. Göylər qoruyan batır, 
Koblan birdən dedi: “Hə”. 
Burıl uçdu tufan tək
Qaramanın ardınca, 
Demə o, çapıb gedib, 
Ordunu qabaqlayıb, 
Dönmür geriyə - gedir, 


 
67 
Uzağa səfər edir. 
Tayburıl qasırğa tək, 
Sanki uğultu ilə, 
1930. Qaramana yetişdi, 
Koblan ona söylədi: 
“Bax, bu da burda bitdi; 
Bax, bu da sənin atın,  
On iki günə gələrsən, 
Axşam mənim çadrıma, 
Yamaca sür – orada 
Qurulan çadırlarda, 
O gün səhər dostuna, 
Yadında?! Arvad dedin. 
1940. Çapdın heç gözləmədin
Qaraman, sən indi də gör, 
Arvad böyüdə atı, 
Baxma ki, o, qadındır, 
Qiyməti yox Qurtqanın. 
Arvad bəslədiyi at, 
Batırı çaşbaş salar. 
De, sürgünən, Qaraman, 
Üç gün sonra çıxsam da, 
Çaparaq səni ötdüm. 
1950. Arxada qalmaq səninçün, 
Sanki ölüm səninçün. 
Koblan qasırğa tək getdi, 
Kiyatsa gözləmədi. 
Qalın kiyat ordusu, 
Hamı arxada qaldı. 
Sonda Burıl uğuldadı, 
Həm də biraz fınxırdı. 
Daban yerə dəymədi, 
Yollarda boz daşlara, 
1960. Dəyəndə dabanları, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə