Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   2   3   4   5   6   7   8   9   10   ...   66

 
38 
Biz necə kişilərik, 
Hər an yola düşəndə
940. Xatınla məsləhətləşək”?! 
Kandarda yovşan bitir, 
Kişi batır geymində. 
Gedənlər qayıdarmı? 
Tanrı aldığın verərmi? 
Hərdən yola düşərkən ,  
Xatından məsləhət alaq, 
Həm ona qulaq asaq. 
Qoy lap kim olur batır – 
İradəsi yoxdusa, 
950. Lap mənə həmtaydısa, 
Şir olmur, lap nə olsun. 
Qaraman belə deyərkən, 
Şir Koblandı batırın 
Çənəsindən tər axdı, 
Tükləri biz-biz çıxdı, 
Həm də özündən çıxdı. 
Mənə həmtay olsa da, 
Qaramanın sözləri, 
Məni yaman titrətdi. 
960. Sanki sözlər Batırın, 
Lap beyninə işlədi. 
Kəhər atı tez minib, 
Ələ iti ox alıb, 
Qırmancla onu vurdu, 
Sanki tufan tək uçdu. 
Qonur – kəhər atında  
Koblan bir anlıq çapdı, 
Qəzəbləndi, o, coşdu. 
970. Sanki dalğa tək daşdı, 
Döyülmüş dəmirə döndü, 
Yanağını qar örtdü,  


 
39 
Kiprikləri buz tutdu. 
Hücum çəkdi düşmənə
Ox tuşladı üstünə. 
Yağı üstə yeridi, 
Elə qəzəblə sürdü, 
Yalnız önün görürdü. 
Qurtqanı eşitmədi –  
980. Əgər düşməni görsə, 
Onun başını kəsər, 
Darvazalı həyətin, 
Peyğəmbəri Qız Qurtqa 
Evdə otura-otura. 
At tappıltısı gəldi. 
Kimdir belə qorxmadan, 
Sultandan başqa gələn, 
Fikirləşdi, düşündü?! 
Nazla əndam oynatdı, 
990. Gedib qapını açdı. 
Gördü – bir az qəmləndi, 
Gözdə yaş gilələndi. 
Quş tükü, lələyinə, 
Buğdaya, vələmirə, 
Kasıbın gücü çatmaz. 
İldə bir vergi versin. 
Qız Qurtqasa dözmədi. 
Çadırın bir yanından, 
Qaldıraraq keçəni, 
1000. Baxdı, işıqda gördü, 
O, batırın tanıdı, 
Qəzəbli ovqatını. 
Özün onun önündə,  
Bir az günahlı sandı. 
Batırdan çox çəkindi, 
Bir az özün itirdi


 
40 
Biixtiyar əlini, 
Yelləyib şırıldadı. 
Qurtqa itirdi özünü, 
1010. Qanı qaçmış üzünü. 
Paltarın ətəyinə, 
İlişəndə ayağı, 
Təlaşdan titrəyirdi. 
Vücudu, həm dodağı,  
Çadırda var-gəl edir, 
Qaçır, durur, düzəlir,  
Heç bilmir ki, nə edir, 
Nəhayət bir az keçir, 
1020. Vəziyyətdən çıxış tapır. 
Düşünüb fikirləşdi, 
Fikirlərlə güləşdi. 
Çadır yanında duran, 
Burıla bir də baxdı. 
Düdüknən su verdiyi, 
Ata ürəyi yandı. 
Başına ip salardı, 
Arxasınca dartardı, 
Doyurub içirərdi, 
1030. Canavar tək Koblana
Başın bulaya-bulaya, 
Qız Qurtqasa Koblana, 
Qamətin yırğaladı. 
Üzünə bəzək verib, 
Mələksima gedirdi. 
Çal yox, üç yaşlı bozdur, 
Samanla otu yeyir, 
Doğulub gün görməmiş, 
Belə Tayburıl imiş, 
1040. Elə ki, çölə çıxdı, 
Sanki gözləri çıxdı, 


 
41 
Od kimi qaynayırdı, 
Köndələn durmuş daşı, 
Yüyən tək gəmirirdi. 
Burıl şahə qalxırdı, 
Sanki Qurtqayla birgə,  
Birdən göyə atıldı,  
Qız Qurtqasa güc ilə, 
Düşdü, o yerdə qaldı. 
1050. Qurtqa sanki Batırdı – 
Batırlar bunu yaxşı qanırdı. 
Qurtqa köhlənə dedi: 
“Dağ zirvəsində aşırım, 
Müqayisəyə gəlməz. 
Nə olsun həmyaşıddır, 
Həmişə kara gəlməz. 
Allah daim rəhmdil 
Yalqızlara dirəkdir”. 
Üç kərə göyə uçsaydın, 
1060. Bir uçuşun kəm olardı. 
Tayburılım, nə edim? 
Sənə qırx üç gün çatmır”. 
Şəhərdə yaşayançün, 
Bazar heç vaxt bağlanmır. 
İgidlərin məzarı, 
Haralardan görünmür?! 
Koblandı canavar tək, 
Tayburılı görən tək
Qurtqada qəzəb söndü, 
1070. Burıla sarı baxdı, 
Sonra Koblandı dedi: 
“Göldən uçmuş bir qaz tək 
Gil sahilə uçuram, 
Novruzdan sonra yazam. 
Ağılımsa çox deyil. 


 
42 
Qız Qurtqa böyütdüyün, 
Vurub ortadan bölüm. 
Sarayda bir saray var, 
İçindədə saray var, 
1080.  O saraya aparar, 
Qoşa donqarlı dəvə. 
Kimin az heyvanı var. 
Onun çoxdur kədəri
Hər kişi üçün gərək. 
Övrət qisməti olsun. 
Atımı belə böyüdən, 
Dür bir metaldan oxu, 
Şam ağacına sancan. 
Tapınca belə qadın, 
1090. Gör nə qədər vaxt keçər?” 
Batır sözün eşitcək, 
Batır yaxınlaşarkən, 
Təlaş, ya həyəcandan, 
Qənirsiz gözəl Qurtqa  
Qəmləndi, xırıldadı, 
Hönkürləyib ağladı. 
Gördü Qurtqa qəmlidi, 
Koblan nəhayət dedi: 
“Mən hamıdan natiqəm, 
1100.  Sanki altın dilliyəm, 
Həmyaşıdlar içində, 
Hamı üçün rəhbərəm. 
Sən ən gözəl qadınsan. 
Səbirli ol, toxtaq ol, 
Bil, sən qadın olsan da, 
Heç nəyə baxmazdım mən. 
Ehtiyatsız olsaydın, 
Baş bədəndən qopardı. 
1110. Günahkar olsaydın sən, 


 
43 
Bu igidin ölümündə, 
Səni suçlamazdım mən. 
De, niyə kədərlisən
Mən yanında olanda? 
Sən birlikdə olanda, 
Pərqu döşəkçün yaxşı, 
Arpa, buğda qabıqlı, 
Əsil doğulmuş Qurtqa, 
Şənlənginən – qəmlənmə. 
1120. Sağ-salamat qayıtsan, 
Döyüşə getdiyin yerdən, 
Səni nura çıxarram. 
Sən mənə çox əzizsən, 
Sən elə xan olarsan. 
Onda Qurtqa söylədi: 
Açıq göldə qu atdım – 
Ödü dərdə dərmandı. 
Yayda balıq oynayır, 
Geniş göllər içində, 
1130. Geyin-kecin yaxşıca, 
Sənə paltar yaraşar. 
Bədənin də çox ağdır, 
Sanki böyük padşahsan
Ürəyində nə tutsan, 
Yetişməkçün murada, 
Şahin sənsən - biz qarğa. 
Sən düzlərdən gələndə, 
Haqqım yox nəvazişsiz, 
Baxım sənin hüsnünə, 
1140. Nə böyük qardaşın var, 
Nə də kiçik qardaşın. 
Lap bədbəxtlik üz verib, 
Geriyə qayıtmasan, 
Məni külə döndərər”. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə