Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

 
68 
Onların hamısını, 
Sanki gil tək sovurdu. 
Amanbəy*
 
tikanlığında, 
Uçur, qaçırdı Burıl. 
Görəndə uçurumları, 
Uçur, qaçırdı Burıl. 
Hündür dağ silsiləsini, 
O təpə, bu təpələr, 
Yamaclardan, göllərdən, 
1970. Əcəb çapırdı Burıl. 
Qamışlıydı qazlı göl, 
Qamışlıqda qu dolu, 
Şegendidən* meh əsir, 
Göldə çoxlu qağayı. 
Qızdı* göldə çökükburun, 
Bundan başqa bu yerdə 
Bir cüt Kumra-Kotan* göl. 
Daha beş göl də var ki, 
Bu yerin dövrəsində, 
1980. Onlardan da tez keçib
Kuder
 
*
 
aşrımın aşıb, 
Besin*
 
saatın da keçib, 
Çoxsaylı dağlar keçib, 
Yüksək qarlı zirvələr, 
Xan Qaradağa* köçəndə 
Bəy Aladağa köçəndə 
Onlardan da ötərək, 
Dəvə boynu tək əyri 
Neçə dağı keçərək, 
1990. Qız məməsi tək iti. 
Neçə dağı aşdı o, 
Həm qaynadı, daşdı o,  
Atasu*, Manaş* çayları, 
Burada bitən otlar, 


 
69 
Heyvanlarçün acıdır. 
Burada axan sular, 
İçmək üçün yaramır. 
Batır onları keçdi, 
Ləpədöyən sahilləri, 
2000. Cem*, Temir* mənsəblərin, 
Odlu qum səhraların, 
Qaşqaldaqlı gölləri, 
Qan qoxulu yerləri, 
Neçə sərt uçurumları, 
Saksaullu çuxurları, 
Qumluqlarda yovşanı, 
Meyvəli təpəlikləri, 
Yalqız çapır at batır, 
Altda yəhərli Burıl. 
2010. Düşməni lərzə salan, 
Şux, oynaq, qaçağan at, 
Uçsa da çata bilməz. 
Arxasınca qonur qaz, 
Toz oldu- yoldan azdı. 
Hündür dağ silsiləsində, 
Gah çapır, yorğa gedir, 
Şux qaçırdı qaçağan. 
Qaçır, çarx tək fırlanır. 
Batırın məxmər şalvarı, 
2020. Ölçüsü də bir arşın, 
Altın sapla tikilib – 
Külək vurub yellədir. 
At ox tək aşrım aşdı, 
Toz göyə duman oldu. 
Yol atın ayağı altda, 
Dəlik-deşik olurdu. 
İrəli sıçrayanda, 
 Beş yüz sajın* uzanır, 


 
70 
Burıl göyə tullanır, 
2030. Tər döşündə sabuntək, 
Elə hey köpüklənir. 
Qaçır-qaçır yorulur, 
Daban altdan daş qaçır, 
Qızılbaş silahından, 
Güllə tək çıxıb qaçır. 
Mavi göylərə atəş
Təsəydən yüngüldür o 
Ox tək uçan Burılın, 
Belində oturan batır. 
 2040. Burılınsa alnından 
Marallar içəcəklər. 
Sular qurumayacaq, 
Onun yanında olan 
Sudan qulanlar içər. 
Açaraq öz ağzını, 
Dabanı ilə döyür. 
Təpə dibindən qalxan, 
Toz təpədə qarışır. 
Axşam çağı Tayburıl, 
2050. Dəli tək özündən çıxır. 
Qulanlar qoyunların, 
Yanından çapıb ötür. 
Göllərin sahilində, 
Qonur, qara leylək var. 
Çapıb əcəb ötürdü, 
Onlar çata bilmirdi. 
Dovdaqlar təki qaldı. 
Doğrudur bu, ya yalan.  
Ağ şahin, ya qırğılar. 
2060. Çoxdan “ölmüş” quşların,  
Ətin yeyib doymuşdu. 
Boş qalmış səhralarda, 


 
71 
Belə susuz çöllərdə - 
Heç kəpənək də uçmur. 
Sürüb gedir tək batır, 
Sanki ümidi yatır. 
Qaraspanda yaşayan, 
Qıpçaq elin görəndə. 
Namazdigər keçmişdi
2070. Namazşam vaxtı gəldi, 
Burıl, həm Koblan üçün, 
Əhd-peyman vaxtı gəldi. 
Batır irəli baxıb 
Düşünərək dilləndi: 
“Şəhər niyə görünmür”. 
Elə bax bu andaca. 
Hündür dağları gördü. 
Dağ yamacında insanlar 
Ayrıqotu* bitən yerdə 
2080. Quzunu, qoyunları 
Qısnayan bu çobansa, 
Şəhər səmtə gedirdi. 
Hey qaçaraq Kobləkəm

Cavan qulanları döyür, 
Göldən qamış çıxarır, 
İstəyi şəhərə yetsin. 
Namazşamsa gələndə, 
Öz Taybırıl atında, 
Dağa çatıb gördü ki
2090. Beş ağac var yanında 
Çoxlu boz, həm ala at. 
Qurd tək qulaq şəkləyən, 
Qazan tutdığı ilxı, 
Hamı bir yerə yığışdı. 
İlxını düzə buraxıb, 
Sirli Qazan qalasına. 


 
72 
Yenidən çapdı Koblan, 
Üzün qalxanla örtüb 
2110. O, düz şəhərə çapdı: 
“Allaha əl açaraq 
Qala ağzın qanla bağladı. 
Küçələrdən toz qalxdı, 
Gülləni sərrast atdı, 
Düşmən yurtasındakı 
Çadırı oduna döndərdi. 
Sürüyə düzə çıxmağa, 
İmkan belə vermədi. 
İnsanları qorumayıb, 
Düşmən gözü önündə
Yeddi pirə yalvardı. 
2110. Deyil yalan, can-ağa, 
Qazanın Sirli qalasın, 
Köbləkə viran etdi. 
On ikinci gün gələndə, 
Bir kəsi buraxmadı. 
Hamını çöllərə qovdu. 
Kim beş rükət namaza, 
Riayətlə əməl edir, 
Allah onu hifz edir. 
Caynağında müşkül quş 
2120. Min yeyər, birin bölməz. 
Sirli qalanı aldı, 
Elini də qul etdi. 
Kaskarlıq* dağ zirvəsində, 
Qalanın lap yanında, 
Öz oynaq Burılında, 
Koblandı batır qalxdı, 
Qurtqa sözün sınadı, 
Hər tərəfə göz saldı, 
Batırın gözü aladı. 


 
73 
2130. Qalın kiyat ordusu. 
Yalnız on ikinci gündə
Gəlib o yerə çatdı. 
Qazan olduğu bu yer, 
Qırlıqala adlanır. 
Qırxminlik əsgəri olan, 
Altı sıralı xəndəyi, 
Üzük kimi bağladı. 
Qaraman adlı batırı, 
İstədi – alammadı. 
2140. Altı sıralı xəndəkdən, 
Qalaya girəmmədi. 
Qala qapısın heç cür, 
Çalışdı, açammadı, 
Cəftə də çəkilmədi. 
Burada üç gün qaldı, 
Qüvvəsi lap tükəndi. 
Yenə atına mindi. 
Əyləşib alp atına 
Dağ yanında batıra, 
2150. Yaxınlaşdı Qaraman, 
Gəlib belə söylədi: 
Nacagım daşı kəsmir. 
Səfehsə bəd iş görər. 
Mənlə gedək yaşıdım, 
Qızılbaşlar elinə, 
Sənsiz gücüm çatmayır. 
Sonda Koblan söylədi: 
“Bu iş olmaz, əzizim. 
Dağ başıdır, ya dağdır. 
2160. Cins atdır, ya adi at 
Bu yalın altda piydir
Yaxud da bud üstüdür, 
Şəkər, yoxsa bu baldır? 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə