Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

 
116 
Dayanıb danışdılar, 
Bir yerdə konuşdular. 
Üçü birgə dayanıb,  
Çovğun təki çapdılar. 
Kobiktinin ilxısı 
Bir neçə gün də ötdü. 
Bu ilxılar qoşuldu, 
 3700. Qazan alan sürüyə. 
Kiyat ordu dayanıb, 
Əvvəl durduğu yerdə. 
Hücuma hazırlaşan, 
Batırlar gözləyirdi. 
Səs-küylə yollandılar, 
Ata minib getdilər
Ər qədrin biləydilər. 
Koblanın Tayburılı, 
İrəli atılmayaydı. 
3710. Koblan nə isə sezib, 
Birdən ağlamsınaraq, 
Səbəbsiz hönkürdümü? 
Can özəyim, Burıl at, 
İrəli ayaq basmadı. 
Axsayır, başın döyür. 
Burıl at axsayırsa, 
Qalın ordu irəlləməz, 
Günəş qürub etməmiş, 
Ordu Aksaya* çatdı. 
 3720. Burada gecələyib, 
Həm də bir xeyli yatdı. 
Qarlıqanı alan tək, 
Qaraman özünü öydü. 
Öyündü qəhrəman tək, 
Orduya da vermişdi, 
Bir neçə axmaq kiyat. 


 
117 
Qaraman adlı batırı, 
Vurub atdan saldılar, 
Ağ kilimə qoydular. 
3730. Aslan doğmuş Koblanda
Heç aram da olmadı. 
Qalın kiyat elindən, 
Hörmət də görmədilər. 
Səmənd ata mindilər, 
Tanrıya üz tutdular, 
Olana qane oldular. 
Kiyatlar düşündülər, 
Yolla geri döndülər. 
Bəyin qızı geyinir, 
3740. Məxmərlə ipək paltar. 
Koblanı gözləməyib, 
Yola davam etdilər. 
Koblan adlı batırın, 
Atı axsadı – getmədi. 
O, burada tək qaldı, 
İçin didib-dağıtdı. 
Gözdən qan-yaş gedəndə
Kiyat alıb gedəndə 
Əlindən qənimətin, 
3750. Yalqızlıqdan yazığın, 
Başı yaman fırlandı. 
Namus ona güc gəldi, 
Xırıldadı, ağladı, 
İçin əsəb doğradı. 
Onun Qaraman kürdası, 
Lovğalandı, öyündü. 
Qalın kiyat eli ilə, 
Lap ürəkdən söyündü. 
Getdi, dost yaddan çıxdı. 
3760. Sonda Koblan söylədi: 


 
118 
“Yaxşının işi gedir
Yamanınkısa getmir. 
Canına cəfa verdi, 
Gözündən yaş töküldü. 
Mən əldə etdiyimi, 
Kiyatlar alıb getdi. 
Yəqin, mən ağılsızam, 
Mən niyə təkcə getdim, 
Qaraspanda yaşayan, 
3770. Qalın qıpçaq yurdundan, 
Mənim bəsim olardı, 
Beş-on nəfər götürüm. 
Əgər çox qəzəblənsəm, 
Gücüm bir orduya yox, 
Kiyatlara bəs edər. 
Evə girrəm – havam çatmaz, 
Çölə çıxsam – ev gərək, 
Bəs bu fani dünyada, 
Nə üçün sərgərdanam?! 
3780. Demək, tək doğulmuşam, 
Nə böyük qardaşım var, 
Nə də bir köməyim var. 
Bir Allah köməyim var
Bir də qazax elim var. 
Heç dilim də dönməyir. 
Sayımız belə çoxdur, 
İşsə-işə gələndə, 
Dilim də dönmür deyəm. 
Sayımız belə çoxdur, 
 3790. Kiçik qardaşım yoxdur, 
Yalqızlıq məni sıxır, 
Dünyaya baxammadan, 
Minacat edərək mən, 
Faniliyi anladım, 


 
119 
Yamanca naçar qaldım. 
Belə olsa ölərəm, 
Malım yağılar talar, 
Nə olsun çoxdur onlar?! 
Niyə alçalmalıyam? 
3800. Məgər belə olarmı? 
Niyə yalvarmalıyam? 
Bəs nə vaxtı görəcəm? 
Qoca ata, anamı? 
Məgər qulammı, Xudam? 
Bu güncə mənə göstər, 
Göydə doğan ülkəri. 
Sən, gəl mənə kömək ol, 
Taleyimə bir yol aç, 
Əgər ölməliyəmsə, 
 3810. Məni səhərə qoyma, 
Gün çıxınca da qeyb et”. 
Bunu deyərkən Koblan
Gecə tən yarı idi. 
Tayburılı cidarladı, 
Alp doğulmuş batırlar, 
Şahzadə kişisidirlər. 
Tayı-bərabəri yox, 
Kobləkəm kimi qamətli, 
Yalnız yaman söylərlər. 
3820. Kobləkəm ağlamsınır, 
Tərlikdən yer düzəltdi. 
Baş altına yəhəri, 
Qoyub yuxuya getdi, 
Sanki özündən getdi. 
Altın yəhərə baş qoydu. 
Gecə yarı keçəndən, 
Kipriklərini yumdu. 
Koblan yuxuya gedəndə, 


 
120 
Dan yeri qızarırdı. 
 3830. Boz ulağın üstündə, 
Başında bir ağ çalma, 
Əldə dərviş əsası, 
Fikirləri allahla, 
On səkkiz min aləmin, 
On beş mini onunlaydı. 
Müqəddəslərdən biri bu an, 
Yanına yaxınlaşdı. 
Oyaqmısanmı Koblan?! 
Uyqudasanmı Koblan?! 
 3840. Bu səfərin olmadı, 
Atın köməyin olmadı, 
Səndən nigaran qaldım. 
Səni bəladan aldım. 
Sənə köməyə tələsdim, 
Hətta kürküm deşildi. 
Kürkdən heç nə qalmadı, 
Qulanımdan biri öldü
Göldən qamış çəkildi. 
3850. Dünən gecə yarısı, 
Əkəm* Toktarı gördüm. 
Hündür dağ silsiləsi, 
Yamac – çay şəlaləsi, 
Sənin qoca Toktarının, 
Kürkü dizinə düşür, 
Üryan bədən açıqdır. 
O, hey çobanlıq edir, 
Atan qoyun otarır. 
Altmışyaşlı Analıq, 
Yun didir, ip əyirir, 
3860. Qəmdən yaman yaş tökür. 
Əzaba sinə gərir, 
Quzu otarır bel bükük. 


 
121 
Süddən pendir tutmaq üçün, 
Qarındaş Qarlıqaşın, 
Çiynində dəstərxanı. 
Əlində beş piyalə, 
Belini bağlayaraq,  
Qızılbaşlar elində, 
Çay qaynadır, çay verir. 
3870. Sənsiz qalmış Qurtqanı, 
Kalmık xanı Alşaqır, 
Özünə arvad istəyir. 
Altın dağın altında, 
Daşdan olan qalanı, 
Artıq üç gündür tutub
Elinə hücum edib, 
Arxadan zərbə vurub, 
At olan yeri tutub. 
 İmkanın olan zaman, 
3880. Qıpçağı yağıya verdin. 
Bu da sənə ölümdü, 
Üstə gələn düşmənə, 
Gücünü göstərsənə. 
Düşünmə səhv deyirəm. 
Yeddi pirlərdən biri, 
Eşidib bu xəbəri, 
Koblan çaşıb oyandı. 
Gözlərini açanda, 
Dan yeri ağarırdı, 
3890. Şolpan ulduz batırdı. 
Oyanıb kədərə batdı, 
Eli əsir düşübdü, 
Elini yada saldı, 
Qurtqa haqda düşündü. 
Bunu Burıl hiss edib, 
Bir azca da axsadı. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə