Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

 
122 
Pirdən xəbər gələn tək
Axsaqlığı azaldı, 
Qulan tək oynaq oldu. 
4000. Qız olsa da ər təki, 
Qənimət olan Qarlıqa, 
Qaramanın yanında 
Koblan uyuyub yatanda, 
Burıl atı açdı o, 
Yovşan ağot içində, 
Sıx otaqlar içində, 
Akmonşahla Burılı, 
Qarlıqa otarırdı. 
Koblan çox kədərləndi, 
 4010. Gözdə yaş gilələndi, 
Addım ata bilmədi. 
O, gözəl Qarlıqaya, 
Ağır-ağır yanaşdı. 
Koblan çatıb söylədi: 
“Mənə dostsan, Qarlıqa, 
Hər şey Allah əlində
Gün gələcək yer altda, 
Rahat olar bu bəndə. 
Qüdrətli tək xudadır, 
 4020. Qalanlar öz işində, 
Yalnız bircə tək mənə, 
Qismət edibdi bəla. 
O, mənə cəza verdi, 
Qəlbimə zərbə vurdu, 
At bağlanan yeri tutdu. 
Mənim çoxsaylı elim, 
Qəm-qüssə içindədi. 
Kalmık xanı Alşaqır, 
Altın dağ ətəyində, 
 4030. Daşdan qala tikibdi. 


 
123 
Alşaqır qəsb etdiyi
Qaraspanda elimin, 
Mənim xilaskarımın, 
Yeddisindən birinə, 
Öz sirrimi açaram. 
İlxı içində ala, 
Cod tüklü tək qara at, 
Köməyə çata bilməz, 
Seil oğlu Qaraman. 
4040. Baxmakı sən arvadsan, 
Müdrikliyin də vardır. 
Kədəri sənlə bölləm. 
Xoş ol, Qarlıqam, uğur! 
Kalmık tutan xalqımı, 
Azad etmək üçün mən, 
Mən təm-təkcə gedərəm. 
Sevinən düşmənlərdən, 
Qisasımı alaram. 
Qarlıqa sonda söylədi: 
4050. “Qoçaq kara çatmazmı?” 
Öz elin tapdayarmı?! 
Sənin kimi tanrının, 
Elin yağı alarmı? 
Çağıraram allahı, 
Yeri-göyü xəlq edən
Daxmamdan çıxanda mən, 
Elə düşünürdüm mən, 
Səni Allah ər göndərdi, 
Sənlə olmadığımçün, 
4060. Əzaba düçar oldum, 
Sənə yaxın dost oldum. 
Koblan belə edirsə, 
İndən sonra düşünməm, 
Mən heç özüm haqqında, 


 
124 
Əgər elim qan qussa, 
Dünyayla vidalaşsa, 
Sən get öz elini gör, 
Dağılmış yurdunu gör. 
O, sənə arxa olsa, 
 4070. O, batır doğulubsa, 
Qaraman səmtə gedərəm. 
Deyim arxanca getsin, 
Batırlar istəsələr
Mən onları göndərrəm. 
Yox, əgər istəməzlər, 
Onda heç nə demərəm. 
Sabah günorta üstü, 
Koblan, arxanca gəlləm!” 
Qarlıqa belə dedi, 
 4080. Koblan Burıla mindi. 
Nizəsini götürdü, 
Qılıncın belə taxdı. 
Ağ qanadlı şahin tək, 
Tayburıl atı ilə, 
Qaraspana səmt aldı. 
Sağrıya gün dəyməmiş, 
Qarnın külək döyməmiş,  
Qamçı ilə qanatdı. 
Çağırdı: “Burıl atım”, 
 4090. Çovğun tək vıyıldadı. 
Koblan səhərdən çapdı, 
Nəhayət o yerə çatdı. 
Elinə yaxınlaşdı, 
Namazdigər keçmişdi
Kuptan vaxtı çatmışdı. 
Burıl bərkdən çaparkən, 
Ayaq üstə yıxıldı. 
Burıl at yıxılanda, 


 
125 
Koblandı da yıxıldı, 
4100. Yerə diqqətlə baxdı, 
Hava işıqlaşmışdı. 
Burıl heyvan olsa da, 
İnsan tək ağıllıydı. 
Elində Qurtqa Burılı, 
Hər gün yedizdirirdi. 
Altından olan axurda, 
Ayaq üstə yıxıldı. 
Batır mindiyi bu at, 
Çapıb köpükləmişdi. 
 4110. Qurtqa baxdığı yerdə, 
Tərliyi alta sərib, 
Başı altına yəhəri, 
Uçdu batır Koblandı, 
Altın yəhərə sıxıldı, 
Elini yada saldı, 
Xırıldadı, ağladı. 
Bax, bu yerdə Koblandı, 
Ta ki səhəri açdı. 
 Dan yeri ağaranda, 
 4120. Şolpan ulduz batanda
Ətrafa yaxşı baxdı, 
Sanki ürəyi axdı. 
Yurd yerindəki eldən, 
Yox idi bir əlamət, 
O gölün yerindəsə, 
İndi vardı bataqlıq. 
Dedi: “Dünya fanidir! 
Tək qalmışam dünyada”, 
Hava işıqlaşanda, 
 4130. Batır yenə də çapdı. 
Qurtqam zindandadırsa, 
Mənim dostum, çap görüm, 


 
126 
Hündür dağ silsiləsinə, 
Köçən elim tərəfə. 
Tezdən çapan Koblandı. 
Oynaq Burıl atında, 
Nəhayət çapıb çatdı, 
Düz Aynagöl* gölünə, 
Yurdunda qız Qurtqanın, 
 4140. Gördü əcəb mənzərə. 
Lələ köçüb, yurd qalıb. 
Batır gözün yaş aldı, 
Onu çox dərdə saldı. 
Özü batır olsa da, 
Buna dözüb durmadı. 
Yurduna bir göz saldı*

Bu yerdə donub qaldı. 
Gördü doğma ocağı, 
Külə döndərilibdi, 
 4150. Külün içində nə var?! 
Koblan külü axtardı. 
Külü tərpətdikcə o, 
Orda yalaltı piylə, 
Budüstü hər cür yemək, 
Qurtqanı kalmık aparanda, 
Göy arabaya salanda. 
Demiş - batır taparsa, 
Qoy ona yemək olsun. 
Bu ağıllı qız Qurtqa, 
 4160. Hamısın saxlamışdı o. 
Yalnız bunu qoymuşdu
Bu yeməyi, çörəyi, 
Buyuranı xudadır. 
Görünür, bəxtim belədi. 
Batır bir az düşündü, 
Qalanın qoydu xurcuna, 


 
127 
Koblan Tayburılına 
“Ay at, xeyirxah heyvan”. 
Burıl qasırğa kimi, 
 4170. Dabanı yerə dəymədən, 
Dırnaqları yol boyu, 
Boz qayalar üyüdür, 
Sanki quma döndərir, 
Ağzını iri açır, 
Dabanla şaqqıldayır. 
Ertədən çapdı Koblan , 
Ta ki axşama qədər. 
Qalaya qədər çapmışdı, 
Bəlkə bekara çapır?! 
 4180. Bilir nə üçün çapır! 
Gecə yarıyadək çapar, 
Gecə yarı olanda, 
Birdən irəli çapar. 
Az qala uduzacaqdı, 
Necə də uduzmasın, 
Bərkdən çapan Tayburıl, 
Ayaq üstə yıxıldı! 
Koblandı atdan düşdü, 
Yerə diqqətlə baxdı, 
 4190. Allah, dilim yazıqdı, 
Yorulsa at - ac qalar, 
Bu işim yaman olar. 
Qoy bir azca dincəlsin, 
Qız Qurtqa orda qoymuşdu
Arşınlıq altın paya. 
Əlini yerə sürtdü, 
Tayburılın altında, 
Koblan payanı tapdı. 
Payanı qazıb çıxartdı, 
 4200. Onu beş yerə qoydu. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə