Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

 
128 
Koblan atına mindi, 
Tayburıl sürüşməməkçün, 
Onu düz yola saldı. 
Xeyirxah batır Koblan, 
Səhərə qədər çapdı. 
Səhər mehi gələndə
Sürətli Burılında, 
Altın dağ ətəyində, 
Sanki ox təki çapdı. 
4210. Alşaqırın qalası, 
Batır önündə durdu. 
Qala yanında dedi: 
“Nizəmin tutqacını, 
Düzəltmişəm palıddan, 
Qula dönmüş xalqıma, 
Kömək edəcəyəm mən”. 
Gün çıxınca qalanı, 
Koblan gəzib dolandı. 
Bəs qapılar hardadı? 
 4220. Koblan özünə dedi: 
“Tapmıram ki, bir girəm”. 
Heç bir yırtıq tapmadı, 
Ordan girə içəri, 
Gün hələ qalxmamışdı, 
Batır qalanı dolandı. 
Günəş dandan çıxmamış. 
Tinə yaxınlaşanda 
Qoca Toktar deyirdi: 
“Sən mənim yalqızımsan. 
 4230. Sən bir ala kumaysan*. 
Oğula xeyir-dua verdi: 
“Quzum!” deyib ağladı. 
Dəvə köşəkçün böyürən tək, 
Qalanı gəzən Koblanın, 


 
129 
Fikri basında qaldı. 
“Xeyir-duanı verək?” 
Batır hey qulaq asdı: 
Düyələrin içində 
Sən ən yaxşı düyəmsən. 
4240. Koblan, xeyirxah doğulmusan. 
Potam, səndən ayrıldım, 
Alalı* ilxı içində. 
Sən gözə gələn tülpardın, 
Caynağı sınmamış şahin, 
Qulunum səndən ayrıldım, 
Sən qoşqar
 
buynuzlusan*. 
Səni tək arzuladım, 
Quzum, səndən ayrıldım! 
Sanki göldən toz aldın, 
4250. İpə-sapa yatmayan, 
Buğa təki olmusan. 
Ala buğaya bənzəyən, 
Mən buzovdan ayrıldım. 
İçim kədərlə doldu. 
Ah çəksəm də - xeyri yox
Düşmən verdiyi kürk də, 
Dartıram – dizə çatmır. 
Tanrıya yalvarıram, 
“Nə olar, yox et məni!” 
4260. Mənə verdiyin ömür, 
Söylə görüm bitirmi?! 
Yalqızım mənlə olanda, 
Könlüm də tox olurdu, 
Qulnumdan ayrılanda, 
Dabanıma dəydi od, 
Dəhşətə dözmək olmaz. 
Qoy canıma dəysin ox! 
Ay bitib – elə o ay öl, 


 
130 
Gün bitib – elə o gün öl. 
4270. Yalqızım deyib ağlaram, 
Sinəmə dərd bağlaram, 
Ətsiz dilim yorulmaz, 
Qisas qiyamətə qalmaz. 
Atana lənət Alşaqır, 
Göstərdin öz hökmünü, 
Yalqızım diri gələr, 
Bir darıxma qızılbaş, 
Sənin payını verər, 
Dünya çox tez dəyişir. 
4280. Oğlumdan ayrılsam mən, 
Yalqızım tez gəlməsə, 
Xudam, əzabımı ver. 
Düşmənə qul olmaram, 
Bu əzabı görüncə, 
Yalqızımdan ayrılıb. 
Bəs mən niyə ölmədim! 
Biz dərdə düçür olduq, 
Doxsan yaşa gələndə 
Mən kafirə qul olum?! 
4290. Ona qoyun otarım?! 
Yalqızım gələcəkmi? 
Pirlərdən xəbər varmı? 
Tayburıl atla gələrmi? 
Çox bəlalara düşdüm, 
Bəs görən Yaradanım, 
Gözüm yaşın görərmi?! 
Bəlkə düşmən içində, 
Bəlası gəlib ölərmi? 
Günahı bağışlanmasa, 
4300. Pirlər xəbər verərmi? 
Xudamdan xəbər gələrmi? 
Ay mənim Yaradanım, 


 
131 
Qəlbimi didən dərdi, 
De, yalqızlığım bilərmi? 
Elə bax bu zamanda 
Durdu yuxudan Analıq 
“O Kozı Körpeş! O Bayan*! 
Ölümü Allah verir. 
Cəngəldə dovşan qovdum, 
 4310. Təzək yığıb yoruldum. 
Yalqızımı ağlaram. 
Can-ciyər qoca Toktar, 
İndi növbə mənimdi! 
Ağlama, can yoldaşım, 
Balam mənlə olanda, 
Mən aram, sakit idim
Kebisim*
 
qızılısapla tikilib, 
Yalqızım mənlə olanda, 
Göydə pərvaz edirəm. 
 4320. Bu gün yuxuda gördüm, 
Qiblədən yel əsirdi, 
İstəmirdim yanılım. 
Bu yelsə yalqızımın, 
Çapdığı Burıl küləyi, 
Sanki ay bədirlənmiş, 
Öz qoşqar buynuzuyla. 
Ömrünə bu biçilib. 
Yumuq gözlər açıldı, 
Kədərli qəlb ovundu. 
4330. Bulud başımda dolandı. 
Yağı düşmən gələndə, 
Ay istəkli yalqızım, 
Durub gözlərəm səni. 
Sənə qurban olum mən 
Kölgən gəldi - özün yox, 
Çırağımdan ayrılalı, 


 
132 
Dabanıma od dəydi. 
Yalqızım mənlə olanda, 
Ona məxmər beşmək tikdim, 
 4340. Fəsi, lələkli papağı vardı. 
Yalqızım mənlə olanda, 
Yorğa köşək minərdim, 
Dəbilqəni geyərdim, 
Yalqızım, səndən ayrılıb, 
Nə qədər möhnət gördüm. 
Kor oldu gözüm yaşdan
O günü qoca Toktarın, 
Qaşları da çatıldı, 
Gözlərim də dartıldı, 
 4350. Xudam, şadmı olacam? 
O günü, qoca Toktarım, 
Dodağım da qaçırdı, 
Dil ağzımda donurdu, 
Dərd içimi yonurdu. 
Çiyinlərim dartılır, 
Bəlkə, çırağımı öpüm. 
Qaraspana el qonub, 
Mən də şadyanalığa, 
Təzə paltar geyəcəm? 
 4360. O günü, qoca Toktarım, 
Dizlərim yaman əsər, 
Bu hal səbrimi kəsər, 
Qaraspana yığılmış, 
Qalın qıpçaq el köçüb. 
Mən yorğamı minərəm, 
O günü, qoca Toktarım. 
Quruyanda döşlərim, 
Dərim pis günə düşər. 
Bulaq olub süzülər, 
 4370. Sinəmdən qan fışqırar, 


 
133 
Mənim çırağım gələr. 
Dodağıyla toxunar, 
Anan bayquş tək ağlar. 
Potası ölmüş dəvə tək
Dodağın yenə dartdı, 
On üç yaşlı çırağım. 
Üzün öpəcəyəmmi? 
Ürəyim də üşüyür, 
Sanki quzum qayıdıb, 
4380. Yumlan gözüm açılır, 
Yalqızımı görürəm. 
Altmış yaşıma doldum, 
Bu mənə çox ayıbdı. 
Kəndir toxuyaram mən. 
Çırağım evdən gedib, 
Bunu unutmaram mən! 
Bundan böyük ar varmı? 
Başsız qalan Qurtqanı. 
Kalmık xanı Alşaqır, 
 4390. Arvadı etmək istəyir. 
Düşmən toruna düşdü, 
Qurtqam oturub qəmli, 
Bədbəxtlik üz verəndə
Yalqızım gedib ad qoyar. 
Alşaqır nökərlərin, 
Hamsının payın verər. 
Bəs bu yaddan çıxarmı? 
Bu da bizim günümüz, 
Çırağım, de hardasan? 
 4400. Mənim acı zarıltım, 
Yalqızıma yetərmi? 
Bu vaxt onun bacısı, 
“Dayan, dur, əziz anam, 
Kökəmi yuxumda gördüm, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə