Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

 
134 
Ötən günü gecədə. 
Sahibində ağ balta, 
Daşa dəydi – yeri qaldı. 
Onu itələyəntək, 
Parladı əvvəlki tək. 
 4410. Tanrımın yazığı gəlməzmi? 
Atana lənət Alşaqır, 
Göstərdin bizə hökmünü
Kökəm evdə olanda, 
Qalam viran qalardı? 
Qulaq asın – atam, anam! 
Pirlər verdilər xəbər, 
Könlüm çox ümidlidi! 
Yəqin hələ gəlməyib, 
Qardaş çapan Burıl at. 
 4420. Babadan xəbər gəldi, 
Yəqin gəlir can kökəm, 
Tayburılı çaparaq. 
Atamı yuxumda gördüm, 
Bu dünyada kimsə var
Can kökəmə olsun tay?! 
Qazanın Sirli qalasına, 
O təkcə hücum etsin. 
Qızıl bayraq əlində, 
Qaramanı yanına çağırdı. 
4430. Qasqarlıq* dağın başında, 
Ona arvad dediyiçün, 
Onu pis günə saldı. 
Kökəm atdığı sözdən, 
Qaraman batır küsdü. 
Kökəm getdi dalınca, 
Dostu küsməsin deyə, 
Qaladan kənardakı, 
Arxın üstə çıxaraq, 


 
135 
Üstündən atlanaraq, 
 4440. Qazanı nişan alıb, 
Düşmən tək onu qovdu. 
Qalın kiyat ordusuna, 
Qənimətin pay verdi. 
Bölünməyən - yuxuya, 
Cırılmamış – məzara. 
Qaramanla ikisi, 
Dan atıb işıqlaşanda, 
Kobikti xanın ilxısın, 
Lənətlənmiş Tərlan at, 
 4450. Qovandan sonra belə
Öz elinə qayıtdı. 
Xan atı yəhərləyib, 
Tərlik salıb belinə, 
Qaramanla Kökəmi, 
Kobikti düyün tək sıxdı. 
Kökəmə çətin oldu, 
Nizəsi də qırıldı, 
Kökəmi əsir etdi, 
Kobikti özün öydü, 
 4460. Heç beləmi iş olar? 
Can Kökəm rüsvay oldu?! 
Üz döndərdi Kökəmdən, 
Qoruyub saxlayanlar, 
Dua kömək etmədi, 
Tövbə qəbul olmadı, 
Düşmən çox sevinirdi. 
Mənim adaşım Qarlıqa, 
Kökəmə kömək oldu. 
Yaxşılıqlar boy atdı, 
 4470. Əl-ayağını açdı, 
Kökəmə imkan verdi, 
Nə olar- qaçsın dedi. 


 
136 
Onun silah, paltarın, 
Demə gizləyibmiş o. 
Köməyin göstərməkdən, 
Dönməsə Şəşti Əziz! 
Mənim adaşım Qarlıqa, 
Kökəmə kömək oldu, 
Ayağına baş əydi. 
4480. Qaramanla qardaşım, 
Yenə əl-ələ verib, 
Kobiktinin ilxısın, 
Qovmağa başladılar. 
Kobikti ata minib, 
Yenə də çapdı-çapdı, 
Kökəm geriyə baxdı, 
Döyüşdə Kobiktini, 
O dünyaya göndərdi. 
Batır öz işin gördü, 
4490. Gözəl qız Qarlıqanı, 
Qaraman kürdasına 
Sanki hədiyyə etdi. 
Sayqak kimi qaçırdı, 
Batırların atları. 
Qazan alan sürüyə, 
İlxıları qoşdular. 
Orda duran köp qoşun*, 
Hay-küylə yola düzəldi, 
Burıl at axsayanda, 
4500. Kökəm lap qəmgin oldu. 
Yalqızlıqda ürəyi, 
Həm boşaldı, həm doldu. 
O, pirlərə üz tutdu, 
Sanki hər şeyi unutdu
Pirlərdən səda gəldi,  
Can kökəm yalqız çapdı, 


 
137 
Qaraspana yetişdi, 
Gəlib Yurda yurd dedi. 
Gəlin saxladığı çörəkdən, 
 4510. Bir azca da nuş etdi. 
Qurtqa qoyduğu yemdən, 
Bu Burıl tapıb yedi. 
Gəlin vurduğu payadan, 
Hamı aşrımı tanıdı. 
İxlas atayla Şəşti Əziz! 
Bizdən üz döndərməyibsə. 
Mənim əziz can Kökəm, 
Bax elə bu andaca, 
Qurtqa gəlib söylədi, 
 4520. Dayan, dur canım Bikeş*! 
Günün günorta çağı, 
Səmada ayı gördüm. 
Qaraspan zirvəsində, 
Göyə şahin uçurdum. 
Düzən yerdə arx qazdım, 
Uzaqda olanda Sultanım, 
Yağılar bizi qul etdi
Mən tanrıya nə dedim?! 
Qaraşa* dağın dərəsində, 
4530. İti çaylar bərk axar. 
Hər bəndədə olarmı, 
Sultanımın görkəmi. 
Xudam kişi yaratdı, 
Ağır taxta tumanlı, 
Cəngavər qadınları. 
Sultanım qucan ağ bədənim, 
Yoxsa düşmənin olar? 
4540. Məni arvad etmək istəyir, 
Kafir oğlu Alşaqır. 
Qocalmaq haqdan gəlmədi! 


 
138 
Qulunu ölmüş madyana, 
Biryaşlı dayça zorluqdur. 
Potası ölən dəvəyə
Nər buraxmaq zorluqdur. 
Ağ şahin qonmuş tuğıra*, 
Qarğa qona bilərmi?! 
Tanrım özün ol kömək, 
 4550. Mən də rüsvay olmayım. 
Fincana sarı bal saldım, 
Qaçağana kəmənd atdım, 
Rənglini rəngləməzlər, 
Burılım, uşaq kimiydin, 
Məndən hara getdin sən. 
Çalbaş ata mindim mən, 
Kiçik olanda belə, 
Qulluq edirdim sənə. 
Sənə altından nal saldım, 
4560. Sürüşməsin ayağın. 
Qırx gün tamam olunca, 
Qısırca əmizdirdim, 
Sən gümrah böyüməkçün. 
Birinci qarına doğmuş, 
Səksən gün bitən zaman
Madyandan əmizdirdim. 
Doxsan günün keçəndə. 
Xəstəlikdən sən yan ol, 
Arıqlama, yorulma. 
 4570. Sənə çoxlu yem verdim, 
Qırmızı ot da verdim, 
Qurtqa baxan Burıla, 
Nə gərək – onu verdim. 
İlxıda at yox idi, 
Onu sən əmməyəydin. 
Sənə çox qulluq etdim, 


 
139 
Bəs sən mənə nə verdin? 
Beş yaşına gələndə, 
Qızğın madyan olmağa, 
 4580. Böyük həvəsin vardı. 
Səni beş yaşlı madyanların 
Arasına buraxdım. 
Altı yaşın olanda, 
Sən sanki subaylaşdın. 
Düşündük ki, yəqin, sən, 
Batır atı olarsan. 
Sən sevilmək istədin, 
Ələ öyrənməmişdin, 
Səni ələ öyrətdim. 
4590. Boynun bərkimək üçün 
İpək kəndirimə daim
Boynumu bağladım mən, 
Burıl, dartdırdım sənə, 
Sən mənə bala idin, 
Mən sənə ana idim. 
Göstər özünü uzaqdan, 
Hansı səmtə getdin sən, 
Mənimçün çətin anda, 
Düşünürəm gələrsən, 
4600. Sultanımla birlikdə. 
Qəlbimdə bir arzum var
Sultanım gəlsin salamat, 
Düşmənə salsın ələmət* 
Bizə düşmən kalmıkı, 
Min bir bəlaya salsın. 
Ona yaxşı göstərsin!” 
Qurtqanın ah-vayların, 
Bu qalanın içində, 
Onun hönkürtüsünü, 
 4610. Mələklər çatdırdılar, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə