Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

 
140 
Batır atın qulağına. 
Tülparsa dayanmışdı, 
Darvazanın yanında, 
Kürzün* yaxınlığında. 
Qışın əvvəli – noyabr, 
Artıq*
 
doğulmuş Koblan, 
Düşmənlə kin saxladı, 
Düşmən qorxudan əsdi
Hamının başın kəsdi. 
4620. Qurtqanın səsin eşidib, 
Öz anasın tanıyan tək, 
Tülpar tez-tez kişnədi. 
Kişnərtisi oldu bərk, 
Burıl atın bu səsin, 
Qurtqaya yel yetirdi. 
Kişnərtini tanıdı, 
Könlü xeyli kiridi. 
Dedikləri çin olar, 
Ürək sevinclə dolar: 
4630. “Bu, sultanımdı, – gəldi. 
Yuxarı qalxıb durdu, 
Qala yanında gördü, 
Meşənin kənarında, 
Dovdağı ovlayarkən, 
Onu ikiyə böldü. 
Şiri-nər tək doğulmuş
Yeyir – Batır Koblandı, 
Bunu Qurtqa Qız gördü. 
Gəldi mənim sultanım, 
4640. Həm də ürəyim, canım. 
Onu qılınc da kəsməz, 
Başında polad qalxan. 
Əlindəki dovdağı, 
Tərtəmiz təmizləyib, 


 
141 
Qızardıb yemək olmazmı? 
Batırı o, tanıdı, 
Dedi: Gəldi sultanım! 
Artıq doğulmuş Qız Qurtqa, 
Şahin tək tükün tülədi. 
4650. Gözəl qız o andaca, 
Alşaqır sarı getdi, 
Gəlib ona söylədi, 
Sevincini gizlətdi. 
Hələ gün çıxmamışdı, 
Alşaqır xanı oyatdı, 
“Arzum var” deyib, söz atdı: 
“Elimi çapan, Alşaqır, 
Sözümə qulaq as, Şaqır! 
Xudam sənə cəza verir,  
4660. Gərəkdir səni “it” çağır! 
Mindiyin at gəlmədi? 
Sultanım burda olanda, 
Göldən gələn düşmənə, 
Namusunu vermədi. 
Sultanım olmayanda, 
Oldun mənim yoldaşım, 
Məni zindana saldın. 
Ağ günə həsrət qaldım, 
Bircə dəfə demədin, 
4670. Qoy düzə çıxsın Qurtqa. 
Bəlkə bir azca gəzsin. 
Fürsət versən, Alşaqır, 
Bir az çölə çıxaram, 
Həm gəzib dolanaram. 
Zolaqlı parça götürrəm
Belə şal bağlayaram, 
Gəzib, yığaram təzək. 
Qalanın çıxıb sırtına*, 


 
142 
Bir az gəzib dolannam. 
 4680. Alşaqır batır dedi, 
 Mən çox fikirləşirəm, 
Qurtqanı arvad edərəm, 
Əgər, o istəyirsə, 
Qoy izin verim ona
Fikirləşib o, dedi: 
Varırsan var, di, dur get, 
Sənə icazə verdim, 
Zolaqlı parça götürdü, 
Belinə bağladı şal. 
4690. Həm inanmayıb ona, 
Arxasınca dörd qulu, 
İzləməyə göndərdi. 
Çıxıb qalanın sırtına, 
İzləyənlər arxada, 
Qurtqa hey getdi, getdi, 
Bir dərəyə yetişdi, 
Ordan yarğana düşdü. 
Oturub sözləşdilər, 
Qurtqayla gözləşdilər. 
4700. Bu qullardan ikisin, 
Qurtqa orda saxladı. 
Üçü bir yerdə getdi
Bu yarğandan kənarda. 
Yenidən sözləşdilər, 
Sonra iki qulu da, 
Burda saxlayıb dedi: 
“Lütf eyləyin burada”, 
Qullar orda qalanda, 
Qurtqa təkcə gəzişdi. 
4710. Daim səmənd at çapan, 
Zolaqlı parçanı büküb, 
Paltar altına saldı. 


 
143 
Koblan əri sınamaqçün, 
Qız, qadınlar yandırır. 
Təzə palıd qətranı, 
Böyük, kiçik igidlər, 
Bir-birinə sadiqlər. 
Fikirləşdi, düşündü, 
O tərəfdə meşə var”! 
4720. Gedib girdi meşəyə, 
Gördü bir sərvi Qurtqa
Bir yerdə dayanmadan, 
Hiddətlənir, fınxırır, 
Batır atı o Burıl, 
Özünə yaxın Qurtqanı, 
Burıl at görən kimi, 
Tanıdı anasını. 
Sərvə bağlanmış hörüyü, 
O andaca qıraraq, 
4730. Qurtqaya sarı çapdı. 
Burıl səmtə gələndə, 
Koblan batır yüyürdü, 
Onun ardınca gəldi, 
Tayburılın süzdüyün, 
Görən anda Qız Qurtqa, 
Ürəyi buna dözmədi. 
Sinəsindəki düymənin, 
Hamısın bir-bir açdı. 
Hamı eşikdən gələndə, 
4740. Az qaldı ziyan çəksin, 
Niyə də ziyan çəkməsin?! 
Burıl var güclə çapıb, 
Düz Qurtqa üstə gəldi. 
Burıl Qurtqanın üstünə, 
Düşən an Koblan gördü, 
Yaxınlaşan batırı, 


 
144 
Elə Qız Qurtqa gördü. 
Onu tanıyan kimi, 
Əlini çarpazlayıb 
4750. Təzim edib görüşdü. 
Gözəl Qurtqa dilləndi: 
“Dünyadan gözəl payımsan! 
Bir toğlu iki ana qoynu. 
Bahar vaxtı qırxacam. 
Sənin çapdığın tülpar, 
Sən at belinə minəndə, 
Ələ bayraq alanda, 
Sən bizlərdən gedəndə
Hamı çox kədərlənir. 
4760. Sən yenidən dönəndə, 
Hamı əcəb şənlənir. 
Qayıtdınmı salamat?! 
Xalqın – oğlu şahini, 
Mən düşməndən hifz edib, 
Qalanı qoruyuram. 
Düşmən atın çaparam. 
Kalmıkın kirşəsinə  
Mən atı bağlayaram. 
Qeysər Koblan, Sultanım 
4770. Nə qılarsan mənimçün? 
Yaman məndən pis deyər, 
Sultanım kənar olanda, 
Mən heç cür tablamadan. 
Bətnimdə gəzdirmişəm, 
Bir düşmənin balasın. 
De, bir hökümün nədir?” 
Sonda Koblan söylədi, 
Sonra da bunu dedi: 
“Hanı keçmiş günlərim? 
4780. De, bir kim əldən verər, 


 
145 
İlxıdan kənar düşmüş, 
Tənha qalmış köhləni . 
Birini yox, minin doğ! 
Bu yürüşdə mən daddım, 
Tənhalıq əzabını. 
Adam olub ər olsa
O, mənə arxa olar”. 
Koblan çox ürəkləndi, 
Qurtqanın xoşuna gəldi. 
4790. Dedi: “lənət zolaqlı kisə!” 
Gözəl-göyçək Qız Qurtqa, 
Koblanın gözü önündə, 
Kisəni altdan çıxardı. 
Koblan bunu görəndə, 
Birazca gülümsündü. 
Batır batırlığıyla, 
Qəlbində qara vardı, 
Koblan sonda söylədi: 
“Sənin həsrət çəkdiyin, 
4800. Oğul uzaq yoldaydı. 
Düşmənə nifrət edən, 
İstəkli arvadımsan. 
Bir şey istəməm dünyada, 
Xudaya çox şükür ki, 
Sağ-salamat görüşdük. 
Mənim Allah payımsan, 
Ata-anam, xalqımı, 
Deyirdim görəmmərəm. 
Müdrik, əzizim Qurtqa, 
4810. Qıpçaqların yaylağı, 
Qaraspanda yerləşib. 
Qıpçaqlarsa o vaxtdan, 
Səni heç vaxt görməyib. 
Çox vaxt keçib Qurtqacan! 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə