Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

 
146 
Gəl bir səni mən qucum! 
Batır çarpır boz atın, 
Uzun quyruq, yal atın. 
Bir gün günorta çağı, 
Gözəli bağrına basdı. 
4820. Ürəyi də dözmədi, 
Bərkdən qucdu belini
İstəklisi Qurtqanın. 
Həsrətlilər qovuşdu, 
Gözlərdən yaş süzüldü, 
Batır necə sıxdısa, 
Qurtqacanın belini. 
Az qaldı ki, qırılsın. 
Bu an Qurtqacan dedi: 
“Gedirsən səmənd atda, 
4830. Hücum çək düşmən üstə. 
Çoxdan qundaq görmürsən, 
Döyüş eşqiylə yanırsan. 
Amma ki, sən, sultanım, 
Bir neçə gün gəl gözlə. 
Sən doğrudan nəhəngsən, 
Burıla cəldlik öyrətdin, 
Düşmənin çox, dostun yox
Sultanım, gücünsə çox. 
Açıq göldə qu vurdum, 
4840. Ödü cana dərmandı. 
Yayda balıq oynayır, 
Geniş göl sularında. 
Böyük, kiçik qardaş yox, 
Xalq uğrunda döyüşdə, 
Hər hansı kəslə vuruşsan, 
Kimlə sözün çəpləşsə, 
Yamanın dili acı, 
O, nə qədər bilməcək, 


 
147 
Sənə hörmət etməcək. 
4850. Ata, ana axtarmayıb, 
Arvadın tapdı Koblan, 
Deyib, lənətləyərlər. 
Sonda Koblan söylədi: 
“Su çox bulanıqdısa? 
Saxlayanda durular? 
Yalan danışan kəslər, 
Heç yaxşı olarlarmı? 
Tülkü dərisindən kürk, 
Geyənə soyuq olarmı? 
4860. Ay Qız Qurtqa səndəki, 
Müdrik sözlər görüm de
Heç padişahda varmı? 
Düz söylədin Qurtqacan, 
Tapşırdım səni Xudaya. 
Can tərpədən Qız Qurtqa, 
Əgər ər doğulsaydın, 
Elə dayaq olardın. 
Dördgöl yanında təpədə, 
Yesil
 
çayı* göl mənbəyi. 
4870. Baxma, yalqız böyüdüm, 
Amma çox şeyə dəyərdim. 
Neçə illər yol gəldim, 
Çoxlu əzablar gördüm. 
Həsrətin çəkəmmərəm, 
Fikrindən keçənləri 
Düşündüm - mənə deyərsən: 
“Sultanım, axır görüşdük, 
Bir kəlmə söz demirsən”. 
Həyatda heç arzum yox, 
4880. Salamat görüşdük biz. 
Xudam verən, arvadım! 
Mənə elə gəlirdi, 


 
148 
Nə atamı, anamı, 
Nə xalqımı görmərəm. 
Sabah minnəm Burıla, 
Süngüm gələr karıma. 
Sizi alan düşmənlə
Vuruşaram tək-təkə. 
Davud dəbilqəsini, 
4890. Geyərəm kəfən kimi. 
Əsirlik əzabın görüb, 
Bu, mənim qıpçaq elim. 
Qoy uyğu unudulsun, 
Gecə hazırlıq getsin, 
Qoy qurtarıb işlərin, 
Hamı bir nəfər təki, 
Meşədən ağac qırsın. 
Sabah günəş çıxanda, 
Səsimi eşitsinlər. 
4900. Lap səhər tezdən erkən, 
Kim məni doğma bilir, 
Qapıda qarşılasın. 
Ala ata tərlik qoydum
Düşməni ömrüm boyu, 
Uzaqlarda axtardım. 
Ata, ana, qardaşı, 
Doğmaları, dostları, 
Niyə atdın Qurtqacan? 
Çıxıb etmək uzaqmı? 
4910. Bunu bilənlər deyər: 
“Gəlinin uzaq gedib, 
Bizə düşmən Alşaqır. 
Ata, anama əzab versə də, 
O, gəlib çıxmayınca, 
Qurtqa canım, gecikmə, 
Tezcə qayıt qalaya, 


 
149 
Salam söylə hamıya. 
Çox əziz qıpçaqlara, 
Gənclərə, kiçiklərə, 
4920. Hamısına söylə, de: 
Görüb gəlib, sultanım”. 
Hamıya yaxşı söylə, 
İndi gəlib oturub. 
De, sultanım, adilsən! 
Doğmalarım, elimçün 
Qurban getməyə hazıram, 
Xoş günlü ol, Qurtqacan, 
Taki sabaha qədər, 
Allah səninlə olsun. 
Sonda Qurtqa söylədi: 
4930. Sən ey, mənim sultanım, 
“Qayıt” desən, qayıdım. 
Alşaqır quran qalada, 
Səni görüb dözmədim, 
Yaman dözümsüz oldum. 
Çıxdım səhraya gəldim. 
Mən səndən ayrılalı, 
Kədərlə doldu qəlbim. 
Buna görə tapşırram, 
Səni yaradan Xudaya! 
4940. Ey şahlara bərabər, 
Olum sənə sadağa, 
Sən getmisən qabağa!” 
Durub Qurtqa ağlayır, 
Ürəkləri dağlayır. 
Bir an belə qaçırmır, 
Gözün Koblan batırdan. 
Mavi göldə qu atdım, 
Ödü xəstəyə dərman. 
Yayda balıq oynayır, 


 
150 
4950. Geniş göl sularında. 
Çırağım, canın sağ olsa, 
Qızıldaşdan bac alarsan. 
Bircə an üzümə bax
Yanaqdan öpüm, gedim, 
Xudam bizi birləşdirib, 
Bəlkə birdən sən ölsən, 
Həsrətindən ölərəm. 
Yazda min yallı ata, 
Qış da yemlənmiş ata, 
4960. İlk dəfə öpüşürəm mən, 
İlk dəfə səni öpürəm”. 
Nər Koblan səmtə döndü, 
Qurtqasa ehtirasla, 
Onu dodaqdan öpdü, 
Qarmaladı, həm qucdu, 
İçi şövq ilə doldu. 
Möhkəm-möhkəm qucaraq, 
Koblan sultan oğulu. 
Besin*
 
vaxtı gələndə, 
4970. Sevgilisiylə görüşdən, 
Razı qaldı Qız Qurtqa. 
Bu işdən məmnun oldu
Sevindi, qəlbi güldü. 
Tələsmədən Qız Qurtqa, 
Qala tərəfə döndü. 
Dördü onu gözləyən, 
Gözəl, göyçək Qız Qurtqa, 
Alşaqır qalasına, 
Tələm-tələsik getdi. 
4980. “Darvazanı qoy açsın”. 
Güclə dedi Qız Qurtqa. 
Qurtqa qalaya girəndə, 
Xana qulları verib, 


 
151 
Bərkdən qışqırıb dedi: 
“Mənim sultanım gəldi”, - 
Oynayıb sevinsinlər, 
Çoxlu salam göndərib, 
Öz ata-anasına, 
Qıpçaqlı ağalara, 
4990. Gənclərə, balalara. 
Qıpçaq – başçısı Toktar. 
Qurtqadan eşidənlər, 
Bir hissəsi ağladı, 
Bir hissəsi sevindi. 
Tənhamıza kömək et! 
Belə Koblan balanı, 
Tapşırdılar Allaha. 
Qurtqa gedən zamanda, 
Besin vaxtı çatırdı. 
5000. Bu zaman batır Koblan, 
Qarlıqa intizarında, 
Yollanaraq bir dağa
Baxdı  sola, həm sağa. 
Toz göyə duman oldu, 
O, çapdığı bu yolda. 
Düşündü: “Toz hardandır?” – 
Gördü cavan köşək tək, 
Səsi səhra quşu tək, 
Yeriş-duruşu gözəl, 
5010. Başında altın qalpaq. 
Tozun dərinliyində, 
Akmonşahın belində, 
Sürüb gəlir Qarlıqa. 
Qarlıqanın ardınca, 
Beş yaşıl at belində, 
Akmonşahla yarışır, 
Seil oğlu Qaraman. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə