Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

 
98 
Bəxtin kənarda qalmaz
Bir gün gələr hamımız, 
Yer altda uyuyarıq, 
Əyri oxum da sındı, 
Qiyam vaxtı dayandı. 
İki əsir gətirdim, 
Mən səni ərə versəm, 
Onlar qulun olarlar. 
Quru çörək ver onlara, 
3090. Qarlıqa, sərtliyin göstər, 
İksində götür, apar, 
Zindanda ağzın bağla. 
Qarlıqa minən boz at, 
Yavaşca yaxınlaşdı, 
Gördü əsir batırları. 
Gözəl olan Qarlıqa, 
Atasının qızı olsa da, 
Bu qalanın xanıydı, 
Hər iki batırı o, 
3100. Yerdən götürüb kisə tək, 
Öz yoluna düzəldi. 
Bir göy milçək batırın, 
Yanağında çöməldi. 
Onlara quru çörək verdi, 
Zindana gətirərək, 
Qapını bərk bağladı, 
Qarlıqa özü getdi, 
Kobikti minib alasın, 
Ağzından tökdü qarasın. 
3110.  Dedi: “Toy edirəm mən”, 
Yığıb hamını qalada”. 
Dedi: “Koblanı bağladım, 
Düşməni də məhv etdim”. 
Oğlun yanına çağırıb, 


 
99 
Alşaqır dalınca göndərdi. 
Yanına yoldaş da verdi
Alşaqır qisas gözlədi. 
Qoy indi etsin hücüm, 
Qaraspanda yaşayan, 
3120. Qıpçaqlar üzərinə. 
Birşimbaya “Var” dedi: 
“Sağırdan al hədiyyə, 
Kanıkeylə Tinikeyin, 
Onun iki bacısın, 
Birşimbay yola düzəldi. 
Kalmık batırı Alşaqırdən, 
İki hədiyyə kimi, 
Kanıkeylə Tikineyi, 
Ora gətirmək üçün, 
3130. Varıb getsin Birşimbay. 
Uzun sözü qısaldaq, 
Gəlin, qız haqda danışaq. 
Gözəl-qəşəng Qarlıqa, 
Batırları atıb zindana, 
Evlərinə qayıtdı, 
Sanki yatdı-ayıldı. 
Qarlıqanın anasın 
Batır qoçaq Kobikti, 
Müsəlmanlardan ələ keçirdi. 
3140. Qız kimi bura gəldi. 
Burda doğuldu Qarlıqa. 
Qarlıqanın anası, 
Çoxdan ölüb getmişdi. 
Ölən zaman demişdi: 
“Gözümün ağı-qarası, 
 Mən səni doğmuşamsa, 
Müsəlmanım, çırağım, 
Mütləq “ərə get” dedi. 


 
100 
Qarlıqanın anası, 
3150. Əsil müsəlman idi. 
Baxma ki, qadın idi, 
Olduqca qoçaq idi. 
Anasının bu sözü, 
Könlündə yer eylədi. 
Bir neçə gün də keçdi, 
Bu gözəl qız Qarlıqa, 
Koblan yanına getdi. 
Batırları da gördü
Gördü onlar dərd çəkir, 
3160. Yatıblar bağlı halda, 
Pirlər mədət etsələr, 
Onları hifz edərlər. 
Koblandını görən tək, 
Nur gördü çöhrəsində, 
Candan yorğunluq çıxdı. 
İgid batır Koblandı, 
İlahi tək göründü. 
Hiddətli görkəmiylə, 
Aslana bənzəyirdi. 
3170. İrəli ayaq basmadı, 
Ayağın geriyə çəkdi. 
Qarlıqa evinə qayıtdı, 
O gözəl Qarlıqanın, 
Könlündə düyün yarandı. 
Düyün diddi içini, 
Nə etdiyin bilmədi, 
Həm də üzü gülmədi. 
Axı dərdi böyükdü
Sevirdi Koblandını. 
3180. Evdə otura bilmir, 
Rahatlıq nədi bilmir. 
Koblan yola düşən tək, 


 
101 
Bir gün necə oldusa, 
Qarlıqa evdən çıxdı. 
Dar küçədən keçərək, 
Ayağın basıb yerə, 
Gizlin yolla gedirdi, 
Həm də çox deyinirdi. 
Koblanın yanına gəldi, 
3190. İki batır zindanda, 
Ay görünməyən yerdən, 
Birdən özün göstərdi, 
Baxırdılar – bu nədi? 
Zindan nura qərq oldu, 
Qarlıqa gəlib söylədi, 
Orda mallar ot yeyir, 
Burda yatır batırlar?! 
Qoçaqsız siz, ya qorxaq, 
Yoxsa belə yatmısız, 
3200. Mən qolunuzu açsam, 
Gedib öyünəcəksiz, 
Sonra da deyəcəksiz, 
Qarlıqa etmədi kömək. 
“Özüm qaçdım” deyərsiz, 
Kişmiş versəm yeyərsiz?! 
Çöldə qalmış ilxını, 
Ordan qovmamısızmı? 
Qaraman sonda söylədi: 
“Mənim özüm naçaram, 
3210. Kilidi açammaram. 
Dözəmmirəm əzaba, 
Qolumu aç, Qarlıqa. 
İzn ver burdan qaçım, 
Koblan sonda söylədi: 
“Zalım, məndən uzaq dur
Mənə vermə bəlalar, 


 
102 
Dövlət quşu uçub getdi, 
Yazım-yayım Gözdi göl, 
Qış qışlağım Qaraspan, 
3220. At izindən azmaram, 
Altı il at çaparam, 
On üç yaşa mən gəldim, 
Əlimdən gedəmmədi, 
Qızılbaş deyib duran
Damğam əlif – mən qıpçaq. 
Müsəlmanlar içində, 
Hamıdan birinciyəm. 
Dağ övlada – daş yanır, 
Koblan adı gələndə, 
3230. Mən xalqımın köməyi, 
Olmuşam gənc yaşımdan. 
Qarlıqa, sən tələsmə, 
Burılın belinə atılsan, 
Yəhər – yüyənsiz olan, 
Sən ata mindirilsən, 
Xudaya dua etdim, 
Ata-anama sığındım. 
Düşmən yaxınlaşanda, 
Məni qara basırdı, 
3240. Gözümü yuxu alırdı. 
İxlas ata, Səşdi Əzizi 
Çağırmağı unutdum”.  
Sən ey Ömər, ey Osman, 
Qəlbim kədər doludur, 
Pirləri çağırmadım, 
Düşdüm düşmən əlinə. 
Pirləri çağırsaydım, 
Düşmən əsiri olmazdım 
Qaraman, uğur sənə, 
3250. Bizdən salam deyərsən


 
103 
Azulı* deyən göldə, 
Hündür dağ yamcında, 
Qaraspanda yaşayan, 
Qalın qıpçaq elinə. 
Bütün elə salam de, 
Taytuşa, dost, tanışa, 
 İt, quşla ov ovlayan, 
Nizəsin üstdə tutan, 
At belində bayraq tutan, 
3260. Bəy-dostlara salam de. 
Düşmən əlinə düşdüm. 
Ayaqda dəmir qandal, 
Böyük, kiçik dostlarım, 
Qəm çəkməsin mənimçün. 
Ah! Dariqə*! Ah dünya! 
Yüksək dağ aşırımlar, 
Azulı deyən gölüm, 
Qaraspanda yaylayan, 
Qalın qıpçaq ellərim. 
3270. O eldə siz çoxsunuz, 
Baş üstündə nizələr, 
Qızılbaşın elində, 
Əl-ayağı bağlanmış, 
Sanki qalmışam qul tək. 
Bəxt gülməsə, göz yumsam, 
Bəylər! Məni kim axtarar?! 
Günlərim keçdi nədən
Kömək olmadı pirlərdən, 
Böyük qardaşım da yox,  
 3280. Söylə kimdi mənimçün, 
Öz həyatından keçən. 
Tək Allahdır söykəyim, 
Kiçik qardaşım da yox. 
Kim bilir düşmənləyəm, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə