30
radioaktivlik xassəsinə malik olan kimyəvi elementlər ( K
40
, Rb
87
, Sm
147
, Ca
48
, və s.), üçüncü qrup –
kosmik
şüaların təsiri ilə əmələ gələn radioaktiv izotoplar ( H
3
, Be
7
, C
14
). Süni radioaktivlik atom və istilik nüvə
partlayışları, həmçinin atom sənayesinin təsirilə əmələ gəlir. Bu partlayışlar zamanı ağır nüvənin
parçalanmasından külli miqdarda süni izotoplar (U
238
, U
235
, Pu
235
) yaranır. Bunlar tədricən atmosferdən yerə
çökərək lokal şəkildə torpaqda radioaktiv mənbələr yaradır.
Atomar struktur səviyyənin əsas cəhəti ondan ibarətdir ki, torpaqda qeyd edilən kimyəvi elementlərin
izotopları elementar hissəcikləri və ya atom nüvələrini azad etməklə başqa elementlərin izotoplarına çevrilir.
Məlumdur ki, torpaq qatında maddə və enerjinin çevrilməsi ilə müşahidə edilən
proseslər torpaqəmələgəlmədə
əhəmiyyətli dərəcədə rol oynayır. Lakin radioaktiv elementlərin parçalanması və çevrilməsi mürəkkəb poses
olub, xarici amillərə bağlı deyildir və torpaqəmələgəlmə amillərindən asılı olmadan bir istiqamətdə inkişaf edir.
Bununla yanaşı torpağın radioaktivliyi həm torpağın enerji balansında, həm də torpaqdakı mineralların
aşınmasında və bioloji proseslərdə əhəmiyyətli rol oynayır.
Torpağın təşkilinin ikinci struktur səviyyəsi
kristal-molekulyar səviyyədir. Bu səviyyə atomar səviyyədən
kəskin şəkildə fərqlənir. O, torpaqda əsas
maddələrin çevrildiyi və kimyəvi reaksiyaların baş verdiyi səviyyədir.
Bu səviyyə üçün səciyyəvi olan torpaqdakı üzvi və mineral komponentlərin molekulyar və kristal – molekulyar
qarşılıqlı əlaqəsi torpaqşünaslıq elmində xüsusi sahə olan torpaq kimyası və mineralogiyasının predmetidir.
Torpaqdakı kristallar və molekullar ayrı-ayrılıqda mövcud deyildir.
Onlar aqreqatlarda, əvvəlcə müxtəlif
bərklikli mikroaqreqatlarda, sonra struktur hissələrdən ibarət makroaqreqatlarda birləşir. Torpaq aqreqatlarını
torpağın “hüceyrələri” də adlandırsaq səhv etmərik. Bu aqreqatlar birləşib horizontları, “toxumaları” törədir.
Torpağın
aqreqat halı torpağın təşkilinin növbəti struktur səviyyəsidir.
Yaxşı məlumdur ki, torpaq aqreqatlarının daxili hissəsi onun xüsusi plyonka ilə örtülmüş səth hissəsindən
fərqlənir. Hazırda torpaq aqreqatları daxildə, aqreqatların səthində və aqreqatlararası fəzada baş verən proseslər
haqqında elmdə demək olar ki, məlumat yoxdur.
Güman etmək olar ki, torpaqəmələgəlmənin vacib hissəsi olan
maddələrin çevrilməsi, əksər biokimyəvi və kimyəvi proseslər aqreqatdaxili mühitdə baş verir. Bunu əksər
kökcüklərin aqreqatların səthində və aqreqatlararası fəzada deyil, aqreqatların daxilində yerləşməsindən də
görmək mümkündür.
Torpağın təşkilinin dördüncü
struktur səviyyəsi torpaq horizontudur. Torpağın üç ölçülü xüsusi qatı kimi
“torpaq horizontu” anlayışı elmə V.V.Dokuçayev və onun şagirdlərinin tədqiqatları nəticəsində daxil edilmişdir.
Torpaqəmələgəlmə nəticəsində ana süxurun genetik baxımdan müxtəlif keyfiyyətli qatlara differensiasiyası və
torpaq horizontlarının əmələ gəlməsi genetik torpaqşünaslıqda xüsusi tədqiqatın predmetidir. Nəzərə almaq
lazımdır ki, torpaq horizontu hüdudunda bu və ya digər horizontu əmələ gətirən və formalaşdıran maddə və
enerjinin axını prosesi təkcə şaquli deyil, üfüqi (laterial) istiqamətdə də baş verir. Ona görə də hər bir torpaq
horizontu müəyyən mərhələdə onun morfologiyası, tərkibi, genezisi baxımından torpaq profilinə bağlanılmadan
müstəqil sistem kimi tədqiq oluna bilər. Bu metodiki baxımdan
da özünü
doğruldur, belə ki, hər bir maddi
sistemin təşkilinin istənilən struktur səviyyəsi həm müstəqil formada, həm də öz kompleks metodları vasitəsilə
öyrənilə bilər.
Ayrı-ayrı torpaq horizontlarının qanunauyğun şəkildə birləşməsi və ya əlaqələnməsi
torpaq profilini və ya
“torpaq” adlanan təbiətin xüsusi maddi sistemini yaradır. Nəticədə biz torpaq
təşkilinin növbəti struktur
səviyyəsini əldə edirik. Şərti olaraq onu beşinci struktur səviyyə də adlandıra bilərik. Bu struktur səviyyədə
sistemin əsas aparıcı komponenti kimi torpağın özünün çıxış etməsi təbiidir. Çünki daha yüksək təbii struktur
səviyyələrlə müqayisədə torpaq bu sistemlərin (torpaq örtüyü, biosfer) komponenti kimi çıxış edir.
Torpaq - üç ölçülü təbiət cismi və ya maddi sistemdir. Bütün təbiət cisimləri kimi onun da məkanda
tutduğu yeri, həcmi və sərhədləri vardır.
Torpağın aşağı sərhədi, torpağın torpaqəmələgəlmə prosesi nəticəsində onun dağ süxurundan təbiətin
xüsusi varlığına (biokos sistemə) çevrildiyi dərinlikdə yerləşmişdir (P.S.Kossoviç).
Lakin tarixi
torpaqşünaslıqda torpağın aşağı sərhədi ilə bağlı vahid fikir olmamışdır; V.V.Dokuçayev torpağın aşağı sərhədi
kimi humuslu qatların – A və B horizontlarının aşağı sərhədini, P.A.Kostıçev yalnız bitki köklərinin yayıldığı
dərinliyi (rezosferi), Q.N.Vısotskiy isə atmosfer sularının filtrasiya nəticəsində nəmləşdirdiyi torpaq qatını aşağı
sərhəd kimi götürməyi təklif etmişdir.
Müasir torpaqşünaslıqda Dokuçayev-Kossoviç prinsipinə uyğun olaraq torpağın
O, A, B horizontları
torpaq,
C, D, R horizontları isə torpaqaltı horizontlar kimi qəbul olunmuşdur. Torpağın
yuxarı sərhədi kimi,
torpağı atmosfer qatından ayıran hissəsi, yəni yerin səthi götürülür. Torpaq bətninin
yan sərhədlərinə gəldikdə
isə onu naturada ayırmaq çox çətindir. Çünki torpaqların bir-birinə keçidi tədrici olub, nəzərəçarpmaz, yəni
diffuziya şəklindədir.
Lakin bu o demək deyildir ki, torpaqlar arasında sərhəd yoxdur. Hazırda torpaqşünaslıq
elmində torpaqların yan sərhədi kimi torpaq individiumları arasındakı sərhədlər götürülür. Torpaq
individiumlarının sərhədləri ilə hüdudlanmış torpaq ərazisi
elementar torpaq arealı adlanır. Elementar torpaq
arealı kimi, adətən, torpağın ən aşağı taksonomik vahidi götürülür. Beləliklə də, torpağın təşkilinin beşinci
struktur səviyyəsini elementar torpaq arealı da adlandırmaq mümkündür.
Təbiətdə müxtəlif torpaq individiumları müxtəlif birləşmələr və ya komplekslər yaratmaqla,
torpaq