34
antiqravitasion istiqamətə malik olur.
Bu prosesin miqyası torpaqda fəal uducu köklərin
və ölmüş bitki
qalıqlarının lokallaşmasının xarakterindən asılıdır. Bu yerdəyişmə meşə ekosistemlərində daha yüksək dərəcədə
özünü göstərir.
Torpaqəmələgəlmənin ümumi sxemində torpaq proseslərinin inkişaf sürəti və torpaq əlamətlərinin zaman
daxilində formalaşması ilə bağlı məsələlər əhəmiyyətli yer tutur.
Torpaqların inkişafının başlanğıc mərhələsində
bioloji dövranın həcminin və torpaq proseslərinin təzahürünün genişlənməsi nəticəsində hər hansı bir əlamətin
kəmiyyət səviyyəsi, məsələn, profilin müəyyən hissəsində humusun miqdarı, əvvəlcə əyri xətt üzrə tədricən
artacaq, sonra onun toplanmasının sürəti aşağı düşərək, daha sonra müəyyən səviyyədə,
həmin əlaməti
formalaşdıran amillərin müvazinətinə uyğun olaraq sabitləşəcəkdir.
Əgər torpaq əsas əlamətlərinə (humusun
ayrı-ayrı horizontlarda miqdarına, horizontların qalınlığına və s.) görə müvazinət halına çatıbsa - tarazlaşıbsa,
həmin torpaq öz həyatında növbəti mərhələyə - yetkinlik və ya klimaks mərhələsinə çatmışdır. Lakin nəzərə
almaq lazımdır ki, torpaq profilinin müxtəlif hissələrində müxtəlif əlamətlərin müvazinət əldə etməsi müxtəlif
vaxtlarda baş verir (şəkil 3).
Məsələn, torpağın 5-10 sm-lik qatında humusun tarazlaşmış miqdarı bir neçə onillik ərzində əldə edildiyi halda, profilin
həmin hissəsində silikatların parçalanması və parçalanmış məhsulların toplanması yüz illər ərzində davam edə bilər.
Torpağın formalaşma mərhələsi yüz, min və daha çox illər ərzində baş verir.
Bu müddət ərzində
torpaqəmələgətirən amillər, məsələn, iqlim də əhəmiyyətli dərəcədə dəyişə bilər.
Belə halda ayrı-ayrı
əlamətlərinə görə klimaks halına çatmış torpaq, bu əlamətlərə görə yenidən tarazsızlıq halına keçərək, şəraitin
dəyişməsi səbəbindən yenidən inkişaf fazasına qədəm qoyacaqdır.
Bu zaman əvvəlki torpaqəmələgəlmə
şəraitindən yeni şəraitə tamamilə uyğun gəlməyən bəzi əlamətlər də qala bilər.
Buna torpağın
poligenetikliyi
deyilir. Bütün əkin torpaqları poligenetikdir, belə ki, onların kənd təsərrüfatında
mənimsənilməsi ilə təbii
torpaqəmləgəlmə şəraitindən tamamilə fərqli olan və torpağı əsaslı şəkildə dəyişdirən torpaqəmələgəlmənin yeni
şəraiti fəaliyyətə başlayır.
Beləliklə, torpağın uzun və mürəkkəb inkişaf mərhələsi praktiki olaraq sonsuz davam edir və yalnız Yerdə
həyatın məhv olması ilə kəsilə bilər. Lakin torpaqəmələgətirən amillərin uzun sabitliyi şəraitində torpaqlar xarici
amillərlə tarazlığa yaxın vəziyyət əldə edə bilərlər.
Bu da özünü torpağın xassə və rejimlərinin nisbi
sabitliyində göstərir. Bu halda elə hesab etmək olar ki, torpaq növbəti inkişaf fazasına – yetkinlik halında
fəaliyyət mərhələsinə qədəm qoymuşdur.
Yetkin torpaqlar (3-cü mərhələ) üçün təbii biogeosenozlarda hər tsikli özündən əvvəlki tsikli
təxminən
təkrarlayan bioloji dövranın olması səciyyəvidir. Bu zaman dövrana əvvəllər bioloji dövrandan keçmiş
birləşmələr və elementlər cəlb olunur. Bu mərhələdə torpaqəmələgətirən süxurların minerallarından ayrılan
elementlər bioloji dövrana cəlb olunursa da, bu, kiçik miqyasda baş verir.
Şəkil 3. Formalaşma prosesində torpağın ayrı-ayrı əlamətləri üçün müvazinətin yaranma vaxtı: 1- a əlamət
üçün klimaks halı
1
∞
t
, 2 – a əlamət üçün klimaks halı
2
∞
t
- zamınında çatır, 3 – halı üçün klimaks halı
yaranmır.
Qeyd etmək lazımdır ki, bioloji tsikllərin tam dönərliyi, qapalılığı mövcud deyildir. Hansısa elementin bir
hissəsi bu və ya digər yollarla (məkan baxımından və ya transformasiya vasitəsilə) dövrandan çıxa bilər.
Məsələn, meşə döşənəyindən elementlərin bir hissəsi geri qaytarılmadan səth axınları vasitəsilə senozlardan
kənar olur.
Lakin bu itkilər mineralların tərkibindən defisit elementlərin bioloji dövrana cəlb edilməsi hesabına
kompensasiya olunur.
Torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində bütün qruplardan olan proseslər (mikro-, mezo
1
2
3
1
∞
t
2
∞
t
Яламятин
юзц
нц
эюстя
рмя
ся
-
виййяси
35
– və makroproseslər, bioloji, abiotik və s.) realizə olunur. Əvvəlki mərhələdə olduğu
kimi onlar məkan və
zaman daxilində uzlaşaraq, məcmu halda biogeokimyəvi dövranı təşkil edirlər. Bu mərhələdə biogeokimyəvi
dövran təbii ekosistemlərin və onların vacib komponenti olan torpağın xassələrinin təkrar istehsalına səbəb olur.
Bu təkrar istehsal torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində onların nisbi sabitliyini təmin edir.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi şəraitində bu tarazlıq pozulur. Bu da onların dəyişkənliyinə gətirib
çıxarır.
Torpaq örtüyündən torpaqəmələgəlmənin qanunlarını və onların konkret şəraitdə təzahürünü nəzərə
almaqla səriştəli istifadə, yüksək mədəni kənd təsərrüfatı istehsalı şəraitində xüsusi torpaqyaxşılaşdırıcı
tədbirlərin görülməsi torpaq münbitliyinin geniş təkrar istehsalına gətirib çıxarır.
§ 3. Torpaqəmələgəlmənin energetikası
Torpağa daxil olan enerjinin əsas və praktiki olaraq yeganə mənbəyi günəş radiasiyasıdır.
Bütün
Yer səthi il
ərzində Günəşdən, təqribi hesablamalara görə, 21·10
20
C istilik alır. Bu enerjinin əsas hissəsi quru səthindən və
okeandan suyun buxarlanmasına və iqlimin formalaşmasına, okean cərəyanlarının hərəkətinə sərf olunur.
Fotosintez edən orqanizmlər (yaşıl bitkilər) günəş enerjisinin yalnız 0,5-5% hissəsini mənimsəyir.
V.R.Volobuyevin nəzərincə, təbii şəraitlərdə günəş enerjisinin torpaqəmələgəlməyə sərfi əsasən
biogeosenozun radiasiya balansı, nisbi nəmlik (yağıntıların buxarlanmaya nisbəti) və bioloji fəallıqla müəyyən
olunur.
Aqrokultura şəraitində bu göstəriciyə həmçinin torpağın istilik tutumu, onun faktiki nəmliyi (xüsusən də
suvarma şəraitində) və kənd təsərrüfatı əkinlərinin məhsuldarlığı təsir edəcəkdir.
Beləliklə, torpağın
energetik
parametri ilə iqtisadi münbitliyin parametri arasında əlaqənin olması güman edilir.
Bu onunla müəyyən edilir ki,
torpağın energetikası təkcə günəş enerjisinin daxil olması, dəyişdirilməsi və verilməsi ilə əlaqədar deyildir, o
həmçinin maddələrin biokimyəvi akkumulyasiyası, miqrasiyası və enerji-kütlə mübadiləsinin başqa formaları ilə
bağlıdır.
Enerji-kütlə mübadiləsinə nümunələr gətirək. Canlı maddə və kristal qəfəsə daxil olan bir mol su
(V.R.Volobuyev) özü ilə 1542 C daxili enerji gətirir.
Canlı maddədə akkumulyasiya olmuş enerjinin miqdarı
zonal və yerli torpaq-iqlim şəraitindən asılıdır. Belə ki, bir hektar enliyarpaq meşədə biokütlənin orta illik artımı
54,5 sentner karbon və ya 22·10
7
kC/ha, uyğun olaraq 1 hektar çəmən-bozqırda 2,5 sent. və ya 10·10
6
kC/ha
təşkil edir. Qurunun biokütləsində enerji ehtiyatı 6,15·10
19
kC/ha və yerin humus təbəqəsində 5,33·10
19
kC/ha-
dır.
Torpaqəmələgəlmə və aşınma zamanı torpağın mineral hissəsində də əhəmiyyətli dərəcədə dəyişikliklər baş
verir. Bu, ilkin mineralların parçalanması, törəmə mineralların sintezi və ilkin dağ süxurlarının dispers
dərəcəsinin artması ilə əlaqədardır.
Torpaqda akkumulyasiya olan enerjinin ümumi ehtiyatı onun əsas komponentlərinin –
üzvi və mineral
maddələrin, torpaq məhlulunun, torpaq havasında və canlı orqanizmlərdə sintez olunmuş enerji ehtiyatlarının
cəmlənməsi ilə tapılır. İl ərzində nəmlik və havanın, həmçinin üzvi maddənin kütləsi əhəmiyyətli dərəcədə
dəyişdiyinə görə, torpağın energetik rejiminə fəsli tsikldə baxmaq lazımdır.
Bu, bioloji dövranın intensivliyinin
artması ilə səciyyələnən mədəni torpaqəmələgəlmənin energetikasının dərk edilməsində xüsusilə əhəmiyyətlidir.
V.R.Volobuyev mülayim və subtropik qurşaqların bəzi xam torpaqlarının humus və üzvi maddələrində
akkumulyasiya olmuş enerji ehtiyatına dair aşağıdakı cədvəldə nümunələr gətirmişdir (cədvəl 2).
Cədvəl 2
Humus və bitki maddəsində enerjinin ehtiyatı (kC/sm
2
)
(V.R.Volobuyev)
Landşaft zonası və torpaq tipləri
Humus, sm
Bitki
maddəsi
0-20 0-100
Səhra,
boz torpaqlar
4920
13940
2870
Quru bozqır, şabalıdı torpaqlar
11890
35260
6150
Bozqır, qaratorpaqlar
29520
94300
10250
Cənubi tayqa, çimli-podzollu torpaqlar
15990
22140
58425
Enliyarpaq meşələr, qonur torpaqlar
22140
48380
-
Subtropik meşələr, sarı, qırmızı
torpaqlar
19270 39770 292125
Kserofit subtropik meşələr, qəhvəyi
torpaqlar
26240 62730
-
V.A.Kovdanın nəzərincə, humusla bağlı enerji torpaqdakı mineralların
kristallik qəfəsindəki ümumi
enerjinin cüzi hissəsini təşkil etsə də, son dərəcə böyük əhəmiyyət kəsb edir.
O yazırdı: “Biosferin komponenti