31
örtüyünü və ya torpaq təşkilinin altıncı skruktur səviyyəsini formalaşdırır.
Yerin digər təbəqələri –
litosfer,
atmosfer, hidrosfer ilə sərhəddə yerləşən və daim onlarla qarşılıqlı əlaqə və təsirdə olan torpaq örtüyü, xüsusi
geosfer – pedosfer yaratmaqla bu yer geosferlərinin mürəkkəb sistemində özünəməxsus rol oynayır. Lakin
pedosferin qalınlığı planetimizin hər yerində eyni deyildir. Qitələrin ayrı- ayrı ərazilərinin iqlim və relyefindən,
bitki örtüyü və ana süxurların xarakterindən və digər amillərdən asılı olaraq onun qalınlığı bir neçə santimetrdən
(Arktika və tundra zonasında) on-on beş metr (rütubətli ekvatorial meşələrdə) arasında dəyişir.
6.
Bütün torpaqların ümumi və ən əhəmiyyətli xassəsi - münbitliyidir. Genetik torpaqşünaslıq nəzəriyyəsinə
görə, münbitlik torpağı əmələ gəldiyi dağ süxurundan ayıran ən
vacib xassəsi, onun keyfiyyət göstəricisi,
atributudur (atribut - predmetin, cismin, və ya sistemin elə xassəsidir ki, bunsuz predmet nə mövcud ola bilər, nə
də fikrə gətirilə bilər). Yəni torpaqsız münbitlik mövcud olmadığı kimi, munbit olmayan torpaq da (nisbi
götürdükdə) mövcud deyildir. Çünki münbitlik torpağın atributu, yəni ona məxsus ayrılmaz xassəsidir.
Torpaqdan başqa heç bir maddi sistem bu xassəyə malik deyildir. Necə ki fotosintez xassəsi yalnız xlorofilin
atribut
xassəsi hesab olunur, münbitlik də torpağın atribut xassəsidir.
Nəzəri hesablamalar göstərir ki, ərazinin təbii şəraitindən asılı olaraq 1 sm-lik münbit torpaq qatının
formalaşmasından ötrü torpaqəmələgətirən amillərin 100 ildən 300 ilə kimi “fəaliyyəti” tələb olunur. Bu o
deməkdir ki, təbiətdə münbitliyin müəyyən səviyyədə sabitləşməsi də zaman amilindən asılıdır.
Beləliklə,
münbitlik torpağın bitkini qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin
etmək qabiliyyətidir. Təbii biogeosenozlar altında mövcud olan torpağın münbitliyi avtotrof bitkilərin həyat
(funksional) fəaliyyətini
təmin etməyə yönəlmiş bioloji, kimyəvi və fiziki proseslərin kompleks təsiri kimi
səciyyələndirilə bilər. Lakin insanın təsərrüfat fəaliyyəti və təbii komplekslərə məqsədyönlü müdaxiləsi
nəticəsində bu proseslər ardıcıl və planlı şəkildə dəyişdirilərək, bitkinin ekoloji tələbinin daha dolğun
ödənilməsinə
yönəldilir. Bununla da ictimai istehsalın bir forması olan kənd təsərrüfatı bitkilərinin istehsalı
prosesində torpağın təbii münbitliyi dəyişdirilərək, süni münbitlik və yaxud mədəni münbitlik şəklində çıxış
edir. İnsanın təbii münbitliyə müsbət
və ya mənfi təsiri, eyni zamanda mədəni və yaxud süni münbitliyin
səviyyəsi mövcud məhsuldar qüvvələrin, o cümlədən elm və kənd təsərrüfatı texnologiyalarının inkişaf
səviyyəsindən bilavasitə asılıdır. İndiki dövrdə insanın təbiətə, o cümlədən torpaq örtüyünə müdaxiləsini
azaltmaq və ya stabilləşdirmək mümkün deyildir. Əksinə, bəşəriyyətin daim artan ehtiyaclarını ödəməkdən ötrü
təbiətdən istifadənin yeni formaları tələb olunur. Bu zaman onu da nəzərə almaq lazımdır ki, insanın
təbiətə
müdaxiləsi özlüyündə mütərəqqidir, lakin torpaqların formalaşma xüsusiyyətləri və xassələri nəzərə
alınmayanda bu müdaxilə böyük dağıdıcı qüvvəyə çevrilə bilər.
§ 2. Torpaqəmələgəlmənin mərhələləri və ümumi sxemi
Torpaqəmələgəlmənin ümumi sxemi torpağın formalaşmasının mürəkkəb və ardıcıl mərhələlərindən
ibarətdir. Torpaqəmələgəlmə prosesinin əsas
elementləri qeyd edildiyi kimi, aşağıdakılardan ibarətdir:
torpağın
əmələ gəldiyi dağ süxurları minerallarının çevrilməsi (tranformasiyası);
üzvi qalıqların toplanması və onların
tədrici transformasiyası; mineral və üzvi maddələrin qarşılıqlı təsiri və mineral-üzvi birləşmələrin mürəkkəb
sisteminin yaranması;
torpağın üst hissəsində bir sıra biofil elementlərin, ilk növbədə qida elementlərinin
toplanması (akumulyasiyası); torpaqəmələgəlmə məhsullarının torpaq profilində və onun səthində nəm axınları
vasitəsilə hərəkəti və s.
İstənilən torpağın genezisi minimum üç ardıcıl mərhələdən ibarətdir:
1.
Torpaqəmələgəlmənin başlanğıcı, bəzən ilkin torpaqəmələgəlmə prosesi adlanan mərhələ.
2.
Torpağın inkişaf mərhələsi, bu mərhələdə ana süxurun tərkibi tədricən torpağın
səciyyəvi əlamətlərini
əldə edir.
3.
İnkişaf etmiş (yetkin) torpaq mərhələsi, bu mərhələdə tsiklik dönən proseslər üstünlük təşkil edir. Bu
mərhələdə həmçinin torpaq xassələri və uyğun biosenozların bioməhsuldarlığının səviyyəsi, torpağın mühit
amilləri ilə yaratdığı müvazinət nəticəsində, nisbətən sabit olur.
Bu mərhələlərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Torpaqəmələgəlmənin başlanğıcı (ilkin torpaqəmələgəlmə prosesi) ilkin yerüstü ekosistemlərin
(biogeosenozların) funksional fəaliyyətə başlanması ilə üst-üstə düşür. Bu proses beş torpaqəmələgəlmə amili
ilə eyni zamanda və qarşılıqlı bağlılıqda baş verir. İlkin torpaqəmələgəlmə prosesi, məsələn, dənizin reqressiyası
və dib çöküntülərinin səthə çıxması və ya buzlaqların geri çəkilməsi ilə qurunun azad olması, dağ süxurları
üzərində orqanizmlərin məskən salması nəticəsində baş verə bilər.
Ekosistemlərin funksional fəaliyyətinin başlanğıc
mərhələsində bioloji dövranın və onun üçün səciyyəvi
olan biokütlənin yaradılması, üzvi qalıqların ana süxurların səth qatlarına daxil olması və parçalanması, mineral
qida elementlərinin ilkin substratdan bioloji seçiciliklə udulması və biosenozları təşkil edən avtotrof və
heteretrof canlıların iştirakı ilə baş verən başqa proseslərin hərəkətə gəlməsi səciyyəvidir.
Lakin
torpaqəmələgəlmənin həmin mərhələsində bioloji dövranın səciyyəvi cəhəti ilkin yerüstü ekosistemlərin aşağı
bioloji məhsuldarlığı və əsasən də ibtidai bitki növlərindən (göbələklər, bakteriyalar, yosunlar, şibyələr)
ibarət