Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə22/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   193

 
36
kimi torpaq örtüyü universal akkumulyator və  təbiətdə maddələrin normal mübadiləsi və dövranı üçün zəruri 
olan və həyatın mövcudluğunu təmin edən, humusda toplanmış enerjinin qənaətcil paylaşdırıcısıdır”. 
V.R.Volobuyevə görə,  torpaqəmələgəlmənin energetik balansı  aşağıdakı  kəmiyyətlərdən təşkil 
olunmuşdur:
 
1) fiziki aşınmaya sərf olunan enerji; 2)
 
kimyəvi aşınma prosesində mineralların parçalanmasına 
sərf olunan enerji (ildə 2-62 C/sm
2
);
 
3) biokütlənin illik hasilatına sərf olunan enerji (müxtəlif zonalarda ildə 
103-8200 C/sm
2
), bu enerjinin yalnız cüzi bir hissəsi humusda akkumulyasiya olunur; 4) cəm buxarlanmaya sərf 
olunan enerji (12300 C/sm
2
 –tundra zonasında, 246000 C/sm
2
 rütubətli tropik meşələr zonasında); 5) torpaqdan 
narın torpaq hissəciklərinin və duzların miqrasiyasına sərf olunan enerji; 6) torpaq-atmosfer sistemində istilik 
mübadiləsi prosesinə sərf olunan enerji. 
Beləliklə, təbii landşaftlarda torpağəmələgəlməyə  cəm enerjinin ən az sərfi (8-20 C/sm
2
) tundra və 
səhralıqlarda, orta sərfi mülayim qurşağın humid və semihumid vilayətlərində (40-160 C/sm
2
), ən yüksək sərfi 
isə tropiklərin humid vilayətlərində (246-287 C/sm
2
) müşahidə olunur. V.R.Volobuyevin hesablamalarına görə 
istilik enerjisinin sərfinin torpaqəmələgəlmə zamanı  cəm buxarlanmaya, tsiklik bioloji proseslərə  və 
mineralların dönməz parçalanmasında nisbi paylanması 100:1:0,01 nisbətdə baş verir. Mədəni 
torpaqəmələgəlmənin müxtəlif formalarında bu nisbət aqrokultur şəraitlərdə bioloji proseslərin intensivliyindən 
asılı olaraq, həmçinin su sərfinin tənzimlənməsi səbəbindən başqa cür ola bilər. 
 
§ 4. Torpağın yaranması və təkamülü 
 
Torpaqəmələgəlmə prosesinin yuxarıda təsvir edilən ümumi sxemi onun abstrakt modelidir. 
Torpaqəmələgəlmənin konkret xüsusiyyətləri və sonradan torpağın təkamül və inkişafı məlum təbii amillərdən
müasir dövrdə isə antropogen amillərdən, onların zaman və məkan daxilində dəyişməsindən asılıdır. 
Torpaqəmələgəlmə prosesi quru səthində həyatın əmələ gəlməsi və ibtidai orqanizmlərin dağ süxurları ilə 
qarşılıqlı  təsiri ilə başlamışdır. Torpaqəmələgəlmədə  iştirak etmiş ilk orqanizmlər bakteriyalar və yosunlar 
olmuşdur. Onların dağ süxurlarına təsiri ilə ilkin torpaqəmələgəlmə prosesi başlamışdır. 
Məhv olmuş bakteriya və yosunlar aşınmış dağ süxurlarını üzvi maddələrlə  zənginləşdirir və başqa qrup 
orqanizmlərin inkişafı üçün zəruri şərait yaradırdılar.
 
Bakteriya və yosunların arxasınca psolofitlər, göbələklər, 
qıjıkimilər, plaunlar, və nəhayət, örtülü toxumlu bitkilər ortaya çıxmışdır. 
Güclü kök sistemi dağ süxurlarının dərin qatlarını əhatə edən ali bitkilərin yaranması ilə torpaqəmələgəlmə 
prosesi sürətlənmişdir. Bitkilərlə yanaşı torpaqda heyvanlar da məskunlaşırdı. Onlar da öz növbəsində 
torpaqəmələgəlməyə təsir göstərirdilər. 
Bitki və heyvanların həyat fəaliyyəti nəticəsində bitkilərin qidasını  təşkil edən azot və küli elementlərin 
konsentrasiya olunduğu üzvi qalıqların və humusun toplanması baş verirdi. Torpaqda üzvi maddələrin 
toplanması ilə mineral hissənin su rejimi yaxşılaşır, o daha sabit xarakter alır, beləliklə, məhsul verməyən dağ 
süxurundan münbit torpaq yaranırdı. 
Keçmiş geoloji dövrlərin bitki aləminin və coğrafi  şəraitinin öyrənilməsi (bununla paleobotanika və 
paleocoğrafiya məşğul olur) torpaqəmələgəlmə prosesinin inkişafının
 
mümkün yollarını bu və ya digər dərəcədə 
bərpa etməyə imkan verir. Kembri və ordovik dövrlərində torpaqəmələgəlmə prosesi ilkin mərhələdə idi, belə 
ki, həmin dövrlərdə yalnız ibtidai bitkilər – bakteriyalar və yosunlar mövcud idi. Silur, Devon, Daş kömür və 
Perm dövrlərində yeni bitkilərin (psilofitlər, qatırquyruğukimilər və s.) yaranması  və yayılması ilə  əlaqədar 
torpaqəmələgəlmə prosesinin sonrakı inkişafı və mürəkkəbləşməsi üçün şərait yarandı. 
Təbaşir və üçüncü dövrdə quruda iynəyarpaq və enliyarpaq meşələr, çəmən və bozqırlar və onların altında 
uyğun torpaqlar formalaşır. Həmin dövrdə yer kürəsində iqlim qurşaqları yaranır ki, bu da torpaq örtüyünün 
daha çox differensiasiyasına və müxtəlifliyinə gətirib çıxarır. 
Dördüncü dövrdə materik buzlaşması  nəticəsində torpaqəmələgəlmə prosesi qurunun böyük hissəsində 
(təqribən 50-60 %-də) kəsilir. Buzlaqların yayıldığı  ərazilərdə torpaq örtüyü tamamilə  məhv olur. Buzlaqlara 
yaxın buzla örtülməyən  ərazilərdə torpaq örtüyü axıb gələn buzlaq sularının təsiri altında eroziyaya uğramış, 
sonra isə fülvioqlasial və allüvial çöküntülərlə örtülmüşdür. Buzlaşma hadisəsinin baş vermədiyi subtropik və 
tropik vilayətlərdə torpaq örtüyü böyük  ərazilərdə qorunmuşdur. 
Müasir geoloji dövrdə yer səthinə  çıxmış dağ süxurlarında canlı orqanizmlərin məskən salma ardıcıllığı 
Yerdə  həyatın yaranması dövrünün başlanğıcında olduğu kimi deyildir. Konkret fiziki-coğrafi  şəraitdən asılı 
olaraq yumşaq torpaqəmələgətirən süxurlarda mikroorqanizmlər və heyvanlarla birgə bir dəfəyə ali ağac və ot 
bitkiləri də məskən sala bilər. 
Qeyd etmək lazımdır ki, yüksəkdağlıq və səhra (isti və ya soyuq) ərazilərdə müasir geoloji dövrdə də dağ 
süxurları, xüsusən də qayalar üzərində yalnız pioner litofil bitkilərin, mikroorqanizmlərin, şibyə və mamırların 
inkişaf etdiyini görmək mümkündür. Ali bitkilər  əlverişsiz  şərait səbəbindən burada inkişaf etmirlər və 
torpaqəmələgəlmə prosesi özünün ilkin mərhələsindədir. Bioloji fəaliyyətin zəif təzahür etdiyi yerlərdə 
torpaqəmələgəlmə prosesi də zəif gedir və torpağın münbitliyi formalaşmır. 
Beləliklə, təbii-tarixi cisim kimi torpaq həm onun nisbi sabit şəraitlərdə  təbii inkişafı ilə, həm də 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə