QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

100 
 
kətinin seçilmiş formasından və onların hansı mərhələdə həyat 
keçirilməsindən asılıdır. 
Kommersiya  fəaliyyətinin  səmərəli  həyata  keçirilməsi 
müəyyən  vaxt  ərzində  konkret  məkanda  formalaşmış  bazar 
konyukturu, başqa sözlə, əmtəələrin reallaşdırılmasının sosial-
iqtisadi,  təşkilati-ticarət  və  başqa  şərtləri  haqqında  dolğun 
informasiyanın  mövcudluğu  şəraitində  mümkündür.  Bu  cür 
informasiyanın  əldə  edilməsi  üçün  həm  əmtəə,  həm  də  onun 
istehsalçıları  haqqında  məlumatlar  toplanmalıdır.  Bununla 
yanaşı,  əmtəələrə  tələbatı  müəyyən  edən  sosial,  iqtisadi, 
demoqrafıq və başqa amillər, eləcə də, əhalinin alıcılıq qabiliy-
yəti  haqqında  informasiyalar  toplanmalıdır.  Eyni  zamanda, 
düzgün  kommersiya  qərarları  qəbul  etmək  və  bazarda  layiqli 
yer  tutmaq  üçün  gözlənilən  rəqiblər,  onların  imkanları, 
bazardakı  mövqeləri haqqında da dolğun informasiyaya malik 
olmaq  lazımdır.  Toplanılan  informasiyalar  əmtəələrin  bazarda 
reallaşdırılması mümkün olan miqdarının, onlara olan tələbatın 
həcminin  müəyyən  edilməsinə,  satılacaq  əmtəələrin  çeşidlə-
rinin  düzgün  seçilməsinə  imkan  yaradır.  Bunlardan  başqa, 
bazarın  vəziyyəti  haqqında  informasiyalar  səmərəli  təsərrüfat 
əlaqələrinin  qurulmasına  da  imkan  yaradır.  Belə  ki,  bazarın 
vəziyyəti,  onun  iştirakçıları  haqqında  informasiyalar  yaranmış 
şəraitdə  daha  əlverişli  tədarükçülər  tapmağa  və  onlarla  əlaqə 
yaratmağa imkan verir. 
Kommersiya  fəaliyyətini  həyata  keçirmək  üçün  təda-
rükçülər seçilərkən onların harada yerləşməsinə, təklif etdikləri 
əmtəələrin çeşidlərinə və keyfiyyət xüsusiyyətlərinə, mal gön-
dərilməsinin  şərtlərinə,  əmtəələrin  qiymətlərinə  və  s.  diqqət 
yetirilməlidir. Şərtlər uyğun gəldiyi halda əmtəələrin göndəril-
məsinə  dair  müqavilə  imzalanmalıdır.  Gələcək  müqavilənin 
bütün  şərtləri  qarşılıqlı  olaraq  dəqiq  müəyyənləşdirilməlidir. 
Yaxşı tərtib olunmuş müqavilə nəinki tərəflərin hər birinin mə-
nafeyini  nəzərə  almağa  imkan  verir,  eləcə  də,  onun  ayrı-ayrı 


101 
 
bölmələrinin  kifayət  qədər  əsaslandırılmaması  səbəbindən  gə-
ləcəkdə mümkün fikir ayrılığından qaçmağa şərait yaradır. 
İmzalandıqdan  sonra  müqavilə  tərəflər  üçün  məcburi 
xarakter  daşıyır.  Ona  görə  də  kommersiya  müəssisələri  və 
təşkilatları  daim  müqavilə  şərtlərinə  əməl  edilməsinə  nəzarət 
etməlidirlər. 
Əmtəələrin  topdan  alışı  həyata  keçirildikdən  sonra  on-
ların  kommersiya  müəssisəsinə  daxil  olması,  nəqliyyat  vasitə-
lərinin  boşaldılması,  əmtəələrin  kəmiyyət  və  keyfiyyətinə  uy-
ğun olaraq qəbul edilməsi, onların saxlanması, qablaşdırılması 
və  s.  üzrə  bir  sıra  texnoloji  əməliyyatlar  yerinə  yetirilməlidir. 
Qeyd  edilən  əməliyyatlar  ticarətin  həm  topdan  satış,  həm  də 
pərakəndə satış həlqələrində həyata keçirilməlidir. Bu həlqələ-
rdə  texnoloji  əməliyyatlarla  yanaşı  kommersiya  əməliyyatla-
rının aparılması davam etdirilməlidir. 
Topdan  ticarət  müəssisələrində  kommersiya  fəaliyyəti 
sonrakı  mərhələlərdə  aşağıdakı  əməliyyatların  həyata  keçiril-
məsini nəzərdə tutur: 
- əmtəə ehtiyatlarının idarə edilməsi
- əmtəə çeşidlərinin idarə edilməsi; 
- reklam-informasiya fəaliyyəti; 
- əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyəti; 
- alıcılara xidmət göstərilməsi. 
Topdan  ticarətdə  əmtəə  ehtiyatlarının  idarə  edilməsi 
özündə onların normalaşdırılmasını, operativ uçota alınmasının 
və vəziyyətinə nəzarəti ehtiva edir. Əmtəə ehtiyatlarının forma-
laşdırılması  zamanı,  ilk  növbədə,  onlara  olan  tələbat  nəzərə 
alınmalıdır. 
 
 
 
 


102 
 
6.2. Kommersiya fəaliyyəti subyektlərinin təşkilati-
hüquqi formaları. 
 
Əmtəə  və  xidmətlər  bazarında  kommersiya  fəaliyyəti 
ilə  müxtəlif  təşkilati-hüquqi  formalı  müəssisələr  və  təşkilatlar 
(hüquqi  şəxslər)  məşğul  olurlar.  Azərbaycan  Respublikasının 
qanunlarına  görə  mülkiyyətində  təsərrüfat  fəaliyyətini  həyata 
keçirmək və operativ idarə etmək üçün müəyyən əmlakı olan, 
öz öhdəliklərinə cavabdeh olan müəssisə və təşkilatlar hüquqi 
şəxs  hesab  olunurlar.  Belə  müəssisə  və  təşkilatlar  öz  adından 
əmlak və şəxsi qeyri-əmlak hüququ ala bilərlər, fəaliyyətlərinin 
nəticələrinə  görə  məsuliyyət  daşıyırlar,  məhkəmədə  vəsatət 
qaldıra  bilərlər,  eləcə  də  cavabdeh  rolunda  çıxış  edə  bilərlər. 
Hüquqi şəxslər sərbəst balansa və smetaya malik olmalıdırlar. 
Hüquqi  şəxsin  hüquq  və  vəzifələri  onun  təsis  sənədlə-
rində  nəzərdə  tutulan  fəaliyyət  məqsədlərinə  və  növlərinə  uy-
ğun gəlməlidir. Bununla yanaşı, bəzi fəaliyyət növləri ilə məş-
ğul  olmaq  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
əlavə olaraq xüsusi icazə (lisenziya) alınmalıdır. 
Hüquqi  şəxs  müəyyən  olunmuş  qaydada  Azərbaycan 
Respublikası  Vergilər  Nazirliyində  qeydiyyatdan  keçdikdən 
sonra  yaradılmış hesab olunur. Beləliklə, hüquqi  şəxs  - müəs-
sisə (firma) - mənfəət əldə etmək, ictimai tələbatı ödəmək üçün 
məhsul  istehsal  etmək,  işləri  yerinə  yetirmək,  xidmət  göstər-
mək məqsədi ilə  yaradılan sərbəst təsərrüfat subyektidir. Müə-
ssisə  öz  fəaliyyətini  sərbəst  həyata  keçirir,  vergilər  və  digər 
öhdəliklər  yerinə  yetirildikdən  sonra  mənfəətin  sərbəst  qalan 
hissəsindən özü istədiyi kimi istifadə edir. 
Müəssisələrin  əsas  vəzifələri  istehsal  etdikləri  məhsul-
lara,  yerinə  yetirdiyi  işlərə  və  həyata keçirdiyi  xidmətlərə icti-
mai  tələbatı  ödəməkdən,  mənfəət  əldə  etməkdən  və  bunun 
əsasında kollektivin sosial-iqtisadi tələbatını ödəməkdən, büdcə 
və  digər  təsərrüfat  subyektləri  ilə,  istehlakçılarla,  banklarla  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə