QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

86 
 
elementlərdən  ibarətdir.  Həmin  elementlər  Azərbaycan  Res-
publikası Gömrük Məcəlləsində təsbit edilmişdir. Həmin müd-
dəaların  tələblərinə  görə,  Azərbaycan  Respublikası  gömrük 
sərhədindən  keçirilməsi  qaydaları  və  şərtləri,  gömrük  ödəni-
şlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti 
və  gömrük  siyasətinin  həyata  keçirilməsinin  digər  vasitələri 
təşkil edir. 
Müstəqilliyin  ilk  dövründən  başlayaraq  Azərbaycan 
Respublikasında artıq milli gömrük orqanları sistemi formalaş-
mış  və  bu  sistem  Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi,  Naxçıvan  Muxtar  Respublikası  Gömrük  Komitəsi, 
Xəzər 
Dənizində 
Azərbaycan 
Respublikasının  İqtisadi 
Mənafeyinin  Mühafizəsi  İdarəsi,  2  ərazi  Baş  Gömrük  İdarəsi, 
12 gömrük idarəsi, 1 xüsusi təmayüllü enerji gömrük idarəsi, 1 
Aksiz  Gömrük  Postu,  47  gömrük  postu,  Tədris  Mərkəzi, 
Mərkəzi  Laboratoriya,  «Azərterminalkompleks»  Təsərrüfat 
Hesablı  Xarici  İqtisadi  Birlik  və  s.  struktur  vahidlərdən  ibarət 
olmaqla fəaliyyət göstərir, xüsusi ilə əsas funksiyalardan birini 
- fiskal funksiyanı yerinə yetirir. 
 
5.3. AR fiskal vergilərdə gömrük xidmətinin rolu 
 
Azərbaycan  Respublikasında  gömrük  sisteminə  görə 
fiskal funksiyalara aşağıdakı gömrük rüsumları, aksizlər, əlavə 
dəyər vergisi və digər ödənişlərin alınması daxildir. 
2004-2012-ci  illərdə  dövlət  büdcəsinə  daxil  olan 
gömrük ödənişlərinin dinamikası aşağıdakı kimidir: 
 
 
 
 


87 
 
 2004  -  2012-ci  illər  ərzində  Azərbaycan  Respublikasının 
dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük 
ödənişləri və onun xüsusi çəkisinin dinamikası 
 
 
Cədvəl 2 
İllər 
Daxil olmalar 
mlrd. manatla 
Xüsusi çəkisi, %-lə 
2004 
17,4 
3,2 
2005 
65,8 
4,3 
2006 
264 
13.6 
2007 
429,5 
16,7 
2008 
561,6 
24,1 
2009 
663,1 
23,7 
2010 
719,6 
20,1 
2011 
822,2 
22,1 
2012 
921,8 
22,4 
Cəmi: 
4465,0 
100 
 
Cədvəldən  göründüyü  kimi,  dövlət  büdcəsinin  gəlir 
hissəsinin formalaşmasında gömrük ödənişlərinin xüsusi çəkisi 
2004-cü  ildə  3,2%,  2005-ci  ildə  4,3%  olduğu  halda,  2008-ci 
ildə  24,1%,  2009-cu  ildə  23,7%,  2010-cu  ildə  20,1%,  2011-ci 
ildə isə 22,1% təşkil etmiş və 2012-ci ildə 2004-cü ilə nisbətən 
7 dəfə artmışdır. 
Göründüyü  kimi,  son  illərdə  fiskal  («Fisk»  latın  sözü 
olub,  «zənbil»  deməkdir.  Qədim  Romada  vergi  və  rüsumların 
cəmləşdiyi mərkəz fisk adlanırdı) siyasət sahəsində funksiyalar 
uğurla yerinə yetirilmişdir. 


88 
 
2012-ci  ildə  dövlət  büdcəsinə  921,8  milyard  manat  və 
ya  2007-ci  illə  müqayisədə  2,2  dəfə  çox  gömrük  vergi  və 
rüsumları köçürülmüşdür. Büdcə gəlirlərində gömrük vergi və 
rüsumlarının xüsusi çəkisi 2007-ci ildəki 16,7 faizdən 2012-ci 
ildə təxminən 22,4 faizə qalxmışdır. 
Məhz  hökumət  tərəfindən  qarşıya  qoyulmuş  fiskal 
məsələlərin  həllində  -  proqnozlaşdırılmış  vəsaitin  dövlət  büd-
cəsinə keçirilməsində  gömrük orqanlarının rolu da az deyildir. 
Belə ki, son ilin məlumatına görə büdcənin mədaxil hissəsinin 
formalaşmasında hər 5 manatdan biri gömrüyün payına düşür. 
Bu  da  onunla  əlaqədardır  ki,  gömrük  hökumətin  incə,  yığcam 
və  eyni  zamanda  çox  kəskin  iqtisadi  tənzimləmə  alətlərindən 
biridir  və  bunun  köməyilə  müxtəlif  məsələləri  həll  etmək 
mümkündür. 
Bu  baxımdan  da  büdcədə  daxili  gəlirlər  çatışmadıqda 
gömrüyün  fiskal  funksiyası  - büdcəyə daha çox pul  vəsaitinin 
yığılması,  digər  tənzimləyici  və  mühafizə  funksiyalarından 
üstün olur. Bu hal isə milli iqtisadiyyat tam gücü ilə fəaliyyət 
göstərənə  qədər  davam  edə  bilər.  Xarakterizə  olunan  büdcə 
gəlirlərinə dair göstəricilərdə həmişə milli iqtisadiyyatın inkişaf 
səviyyəsi və fiskal sferada hökumət tərəfindən həyata keçirilən 
məsələlər öz əksini tapır. 
Göstərilən  nəticələr  gömrük  işi  sahəsində  kadrların 
hazırlanması  və  ixtisas  səviyyəsinin  yüksəldilməsi,  xidməti 
intizamın  möhkəmləndirilməsi,  gömrük  nəzarəti  formalarının 
unifikasiyası, yeni mütərəqqi tarif dərəcələrinin tətbiqi, gömrük 
orqanlarının  maddi-texniki  bazasının  yaxşılaşdırılması,  yeni 
texniki-nəzarət  vasitələrinin  tətbiqi,  gömrük  strukturlarının 
modernləşdirilməsi,  idarəetmə  prosesində  yeni  metodların 
tətbiqi və s. nəticəsində əldə olunmuşdur. 
Müqayisə
;
 məqsədilə qeyd etmək lazımdır ki, büdcənin 
gəlir  hissəsinin  formalaşmasında  Rusiya  Federasiyasında 
gömrüyün payı hər bir
;
  rublda,  -  38  qəpik,  Amerika  Birləşmiş 


89 
 
Ştatlarında-isə  ümumi  federal  büdcə  gəlirlərində  bir  faiz, 
Avropa  Birliyi  ölkələrində  isə  bu  göstərici  18-25%  arasında 
variasiya edir. 
Azərbaycanın  gömrük  xidməti  bazar  iqtisadiyyatının 
prinsipləri  yə  Ümumdünya  Gömrük  Təşkilatının  tövsiyələri 
əsasında  fəaliyyət  göstərir.  Onun  təşəkkül  tapmasında  dün-
yanın qabaqcıl ölkələrinin təcrübəsindən geniş istifadə olunur. 
Hal-hazırda  Azərbaycanın  milli  gömrük  xidməti 
çoxfunksiyalı  orqandır  və  mürəkkəb  maliyyə  kompleksindən 
ibarət  bir  sistem  olub  xarici  iqtisadi  fəaliyyətə,  o  cümlədən 
xarici ticarət əməliyyatlarına kompleks nəzarəti həyata keçirir. 
Məhz  Azərbaycan  Respublikasının  gömrük  siyasəti 
iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  mühüm  sistemlərindən 
biridir. Gömrük sisteminin əsas məqsədi Azərbaycanın strateji 
milli  dövlət  maraqlarının  təmin  edilməsi,  ölkənin  milli 
iqtisadiyyatının və sosial iqtisadi səmərəliliyinin yüksəldilməsi 
və  rəqabət  qabiliyyətinin  stimullaşdırılması  əsasında  ölkənin 
iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi,  xarici  iqtisadi 
fəaliyyət üçün əlverişli şərait yaradılmasından ibarətdir. 
Azərbaycanda gömrük xidmətinin inkişafı ölkənin inki-
şaf  səviyyəsindən  və  onun  dünyadakı  vəziyyətindən  asılıdır. 
Ölkənin  iqtisadi  potensialı  artdıqca  o  da  təkmilləşir.  1991-ci 
ilin  18  oktyabrında  «Azərbaycanın  dövlət  müstəqilliyi 
haqqında»  konstitusiya  aktının  qəbul  edilməsi  ilə  ölkəmizin 
tarixində  yeni  dövr  -  siyasi  və  iqtisadi  cəhətdən  müstəqil 
inkişaf dövrü başlamışdır. 
Tarixən  qısa  bir  dövr  ərzində  isə  Azərbaycanda 
demokratik,  hüquqi,  dünyəvi  dövlət  qurulmuş,  onun  dövlət 
atributları  yaradılmışdır.  Respublikamız  bazar  iqtisadiyyatı 
yolu ilə inamla irəliləyir, yeni inkişaf dövrünü yaşayır. 
Azərbaycan Respublikası Prezidenti H.Əliyev Azərbay-
can  Respublikasının  dövlət  müstəqilliyinin  10-cu  ildönümünə 
həsr  olunmuş  təntənəli  mərasimdə  demişdir:  «On  il  ərzində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə