QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

74 
 
istehlakı  az  elastiklik  səviyyəsinə  malik  olan  kənd  təsərrüfatı 
malları üçün xarakterikdir. 
Bu  halda  xarici  satıcı  idxal  rüsumu  tətbiq  edildikdən 
sonra mühüm ixracat bazarını itirməmək üçün qiymətləri, aşağı 
salmağa məcbur olur. 
Gömrük  rüsumunun  real  himayəçilik  (müdafiə)  səviy-
yəsi  -  hər  hansı  bir  mala  qoyulan  gömrük  tarifi  yalnız  həmin 
malı  istehsal edən firmaları himayə  etmir. O, həmçinin  həmin 
firmada işləyən fəhlə və qulluqçuların gəlirlərini himayə edir. 
İnkişaf etmiş  sənaye ölkələrində tariflər elə qurulur ki, 
vergiyə  cəlb  olunma  səviyyəsi  malın  emal  dərəcəsi  artdıqca 
çoxalır. Məsələn, emal olunmamış xam pambıq idxalına göm-
rük  rüsumu  qoyulmadığı  halda  pambıq  parça  ipliyi  üçün  bu 
tarif 7-9%, hazır məhsul üçün isə 20% səviyyəsində ola bilir. 
Bununla  da  hər  hansı  bir  ölkənin  pambıq-parça 
məmulatı istehlakçısı rüsumsuz xarici pambıq satın alaraq real 
müdafiə  səviyyəsinə  malik  olur  ki,  bu  da  gömrük  rüsumunun 
nominal  miqdarından  xeyli  çoxdur.  Təcrübədə  bu  miqdar  rü-
sumsuz və ya rüsumla idxal olunan xammalın xüsusi çəkisi ilə 
qədər yüksəkdirsə bir o qədər çox olur. 
 
4.4. Xarici ticarət siyasətinin digər istiqamətləri 
 
Sərbəst  ticarətə  məhdudlaşdırılmasında  tarixən  gömrük 
tarifləri  mühüm  rol  oynamışdır.  Beynəlxalq  ticarətin  sürətlə 
inkişaf etdiyi XX əsrin ikinci yarısında qeyri-tarif tənzimləmə-
lərinin (məhdudlaşdırmalarının) rolu xeyli artmışdır. 
Beynəlxalq ticarətin məhdudlaşdırılmasının 50-dən çox 
üsulu  vardır.  Sənaye  ölkələri,  istərsə  də  inkişaf  etməkdə  olan 
ölkələr bu üsulların çoxundan istifadə edirlər. İdxalı arzuolun-
maz  əmtəə  müxtəlif  standartlaşma  tələbləri  qoyulması  və  s. 
kimi  çoxsaylı  məhdudlaşdırma  üsullarının  əsas  növlərinə 
aşağıdakılar  aiddir:  xarici  ticarət  üzərində  dövlət  inhisarı, 


75 
 
dövlət  istehlakının  yalnız  yerli  mallar  ilə  ödənilməsi,  bürok-
ratik  inzibati  əngəllər  (bu  bəzən  süni  olaraq  sərbəstləşdirilir), 
mürəkkəb valyuta nəzarəti və s. 
Bu əngəllərdən çoxu ölkənin həqiqi ehtiyaclarına cavab 
verərək  təbii  xarakter  daşıdığı  halda,  bəziləri  açıq-aşkar  xarici 
ticarətdə ayrı-seçkilik siyasətinə xidmət edir. 
Qeyri-tarif məhdudlaşdırmaları iki qrupa bölünür: 
a)  miqdar  məhdudlaşdırmaları  və  b)  digər  qeyri-tarif 
məhdudlaşdırmaları. 
a)  Miqdar  məhdudlaşdırmaları:  kvotalar  sərbəst  ticarə-
tin  qeyri-tarif  məhdudlaşdırılmasında  istifadə  olunan  ən  mü-
hüm  vasitə  kvotalardır.  Xarici  ticarəti  dolayı  yolla  məhdud-
laşdıran  gömrük  tariflərindən  asılı  olaraq  kvotalar  vasitəsilə 
idxal həcmi və ya dəyəri bilavasitə məhdudlaşdırılır. 
Kvota  sistemi,  bir  qayda  olaraq  ixraca  nisbətən  idxal 
çox  olduğu  hallarda  müvazinət  yaratmaq  məqsədilə  həyata 
keçirilir və idxal üzərində nəzarəti təmin edir. Təcrübədə kvo-
talar müxtəlif şəkillərdə tətbiq edilir. Məsələn, Azərbaycan qar-
şıdakı  ildə  1000  ədəd  velosiped  idxal  etməyi  qərara  almışdır. 
Buna  "idxal  kvotası"  deyilir.  Tutaq  ki,  Azər-baycan  daxili 
ehtiyacları  nəzərə  alaraq  qarşıdakı  ildə  100  min  ton  dizel 
yanacağı  ixrac  etməyə  icazə  vermişdir.  Bu  isə  "ixrac 
kvotasıdır". Belə kvotalara "qlobal", yaxud ayrı-seçkilik salma-
yan  (pop-discriminatoru)  kvotalar  deyilir.  Çünki,  qoyulmuş 
miqdar məhdudiyyəti daxilində idxal və ixrac istənilən ölkə ilə 
aparıla bilər. 
Təcrübədə  seçici  (selective),  ayrı-seçkilik  salan 
(discriminatory) kvotalar da mövcuddur. Məsələn, Azərbaycan 
Macarıstandan  1000  ədəd  avtobus  alınmasını  planlaşdırsa  bu 
"seçici"  kvotadır.  Belə  kvotalar-ölkələr  arasında  bağlanan 
ticarət müqavilələri ilə müəyyən edilir. Bəzən "Tarif kvotaları" 
da  tətbiq  olunur.  Bu  zaman  idxal  olunan  əmtəənin  miqdarı  və 


76 
 
ya dəyəri üzərində limit qoyulur və idxal limitdən çox olduqda 
yüksək tarif dərəcəsi tətbiq edilir. 
İdxalı  məhdudlaşdırmaq  üçün  hansı  hallarda  tarifdən 
deyil, kvotalardan istifadə olunur? 
Dünyada  kvotalar  ilk  dəfə  1929-30-cu  illərin  "böyük 
iqtisadi  böhranı"  vaxtı  tətbiq  olunmağa  başlamışdır.  Tariflər 
dövlətə  gəlir  mənbəyi  təşkil  etdiyi  üçün  qədim  zamanlardan 
tətbiq  olunur.  Kvotalar  isə  dövlətə  bilavasitə  gəlir  gətirmir. 
Kvotanı  1930-cu  ildə  ilk  dəfə  Fransa  dövləti  tətbiq  etmiş  və 
bununla  ölkədə  tələbatı  elastik  olmayan  buğda  istehsalçılarını 
qorumağa  çalışmışdır.  Bu  zaman,  əgər  Fransa  ölkəyə  ucuz 
buğda  idxalını  kvotalar  ilə  deyil,  tariflərlə  məhdudlaşdırsaydı, 
tələbat səviyyəsi az-çox sabit olan buğda üzrə daxili istehsalın 
həcmini artırmaq və ya idxalı azaltmaq mümkün olmayacaqdı. 
30-cu  illərdən  sonra  kvotalar  müxtəlif  məqsədlərlə  həyata 
keçirilir və inkişaf etmiş ölkələrdə daha geniş istifadə edilir. 
Dövlət tariflərə nisbətən kvotalara bir neçə səbəbə görə 
üstünlük  verir.  Hər  şeydən  əvvəl,  xarici  rəqabət  getdikcə 
sərtləşdiyi  halda,  idxal  kvotaları  tariflərə  nisbətən  məqsədə 
daha etibarlı çatmağa imkan verir. Çünki, valyuta məzənnəsi və 
idxal  malına  daxili  tələbat  dəyişməz  qaldığı  şəraitdə  sərt 
rəqabət  qiymətlərin  düşməsinə  əsas  səbəb  olarsa,  yüksək  tarif 
qoyulmasına  başlayaraq  idxalın  həcmi  azalmaq  əvəzinə  arta 
bilər. Bu halda idxala limit - yəni idxal kvotası etibarlı müsbət 
nəticə verir. 
Tarif  dərəcələrinin  artırılması  beynəlxalq  ticarət 
sazişləri ilə nizamlandığı üçün kvotalar dövlətə manevr etmək 
üçün  daha  geniş  imkan  verir.  Əgər  idxal  ilə  rəqabət 
vəziyyətində  olan  sahə  təxirə  salınmadan  himayə  olunmalı-
dırsa,  çox  vaxt  dövlət  birtərəfli  qaydada  tarifləri  artıra  bilmir. 
Ona görə də sərt idxal kvotalarının tətbiqi çox vaxt daha asan 
olur.  Dövlət  orqanları  həmçinin  hesab  edirlər  ki,  onlar  xarici 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə