QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

62 
 
rəqabətqabiliyyəti  dünya  bazarlarında  müvəffəqiyyətli  fəaliy-
yətin əhalinin rifah səviyyəsinin yüksəldilməsi ilə əlaqələndiril-
məsi kimi başa düşülür. Onun fikrinə görə hər hansı bir ölkədə 
əhalinin  rifah  səviyyəsinin  yüksəldilməsi  strategiyası  rəqabət 
qabiliyyətinin  aşağıdakı  tərkib  hissələrinin  əlaqələndirilməsini 
tələb  edir:  məhsuldarlıq  -  onun  yüksəldilməsi  əhalinin 
gəlirlərinin  davamlı  olaraq artmasının  vacib  şərtləridir; qiymət 
üzrə rəqabət qabiliyyəti (real mübadilə məzənnəsi ilə) ölkənin 
dünya  bazarında  rəqabət  mübarizəsi  aparma  qabiliyyəti  və 
ölkədə  yeni  iş  yerləri  açılmasına  təsir  göstərən  amillərdən 
biridir;  innovasiya  fəaliyyəti  və  texnoloji  ixtisaslaşma  -  dünya 
miqyasında  ixtisaslaşmaya  və  əhali  rifahının  yüksəldilməsinə 
təsir  göstərən  yeni  ideya  və  texnologiyanı  formalaşdırır; 
investisiya cazibədarlığı, onun əsası -məhsuldarlığa və innova-
siya  fəaliyyətinə  həlledici  təsir  göstərən  əlverişli  investisiya 
mühitidir. 
Rəqabət qabiliyyəti - ölkənin hökumət və sənaye dairə-
lərini  narahat  edən  ən  mühüm  məsələdir.  Firmalar  rəqabətdə 
müvəffəqiyyət əldə etmək üçün ya aşağı istehsal məsrəflərinə, 
yaxud  yüksək  keyfiyyətlə  baha  qiymətə  məhsul  satmaq  imka-
nına malik olmalıdırlar. Həmin üstünlüyü  əldə saxlaya bilmək 
üçün  firmalar  başqa  istiqamətlərdə  məhsulun  keyfiyyətinin  və 
əmək məhsuldarlığının daha da yüksəldilməsi sahəsində qaba-
ğa çıxmalıdırlar. 
Tanınmış  alman  iqtisadçısı  Y.Şumpeterin  göstərdiyi 
kimi  '"rəqabət  qabiliyyəti" anlayışı həddən artıq  dinamik  kate-
qoriyadır və onun dinamikası, hər şeydən əvvəl, xarici amillər-
lə əlaqədardır. Rəqabət tarazlıq deyil, daim dəyişəndir. Sahənin 
təkmilləşməsi  və  yeniləşməsi  birdəfəlik  hadisə  deyil,  fasiləsiz 
prosesdir  və  onun  arxasında  uzunmüddətli  sabitlik  dayanır. 
Bugünkü  üstünlük,  sabah  əldən  alına  bilər  və  yaxud  heçə 
endirilər. Bitmiş  davranış  vahidi olan firmalar  rəqiblərə nisbə-
tən  yaxın  və  uzaq  perspektivdə  üstünlük  əldə  etmək  üçün 


63 
 
istifadə  olunan  texnologiyaya  daim  alternativ  axtarırlar.  Bu 
baxımdan  rəqabət  qabiliyyəti  rəqabət  üstünlüyünə  nail  olun-
ması  üçün  həyata  keçirilən  məqsədyönlü  dinamik  prosesdir. 
Firmalar  bazarın  siqnallarına  müxtəlif  şəkildə  reaksiya  ver-
dikləri  üçün  real  şəraitdə  firmaların  müxtəlif  davranış  tərzinə 
rast  gəlmək  mümkündür.  Bu  davranış  tərzi  uzunmüddətli 
perspektivdə  düzgün  seçim  edən  firmaların  çiçəklənməsinə, 
müntəzəm səhv buraxan firmaların isə iflasa uğramasına səbəb 
olur.  Beləliklə,  bazar  sistemi  təşkilatların  iqtisadi  davranışları 
üzrə  eksperimentlər  və  onların  nəticələrinin  dəyərləndirilməsi 
üçün  bir  növ  sınaq  meydanıdır.  Firmaların  edə  biləcəkləri 
seçim gələcəkdə baş verə biləcək dəyişiklikləri və hansı varian-
tın daha yaxşı ola biləcəyini görə bilməyin qeyri-mümkünlüyü 
rəqabət  üstünlüyünün  yaranması  prosesini  ehtimal  olunan  və 
riskli  edir.  Həmin  prosesin  əsas  məzmununu  yeni  kombinasi-
yalar  və  ya  yeniliklər  tətbiq  edilməsi  nəticəsində  yeni  maddi 
nemət  hazırlanması,  yeni  istehsal  üsulu  tətbiq  edilməsi,  yeni 
satış bazarlarının mənimsənilməsi, yeni xammal mənbəyi və ya 
yarımfabrikat alınması və s. təşkil edir. 
Beləliklə, rəqabət  qabiliyyəti -  məhsul istehsalı  və  böl-
güsü  prosesində  inhisar  mövqeyi  ilə  əlaqədar  yaranan  və 
müvafiq mənfəətin əldə edilməsinə imkan verən, hər hansı bir 
istehsalçının  başqa  istehsalçılar  üzərində  hökmranlığını  əks 
etdirən bazar münasibətləridir. 
 
IV FƏSİL.Beynəlxalq ticarət siyasəti. 
4.1. Beynəlxalq iqtisadi siyasət haqqında ümumi 
anlayış 
 
"Beynəlxalq və  ya xarici iqtisadi siyasət" dedikdə döv-
lətin  beynəlxalq  iqtisadi  əlaqələr  sahəsində  qarşıya  qoyduğu 
məqsədlərin  həyata  keçirilməsinə  yönəldilmiş  hökumət  fəaliy-
yətinin məcmusu nəzərdə tutulur. 


64 
 
Geniş  mənada  beynəlxalq  iqtisadi  siyasət  xarici  ticarət 
və istehsal amilləri axınının istiqaməti, tərkibi və həcminə təsir 
göstərmək üçün hökumətin hər növ fəaliyyətinin məcmusundan 
ibarətdir. Eyni zamanda, xarici iqtisadi siyasət həyata keçirilən 
ümumi  iqtisadi  siyasətin  tərkib  hissəsidir  və  ölkədəki  bütün 
iqtisadi  fəaliyyətlə  sıx  bağlıdır.  Xarici  iqtisadi  fəaliyyət 
sahəsində  qəbul  edilən  qərarlar  gündəlik  həyatın  bütün  sahə-
lərinə  öz  təsirini  göstərir.  Məsələn,  beynəlxalq  ticarəti  məh-
dudlaşdıran  hər  hansı  bir  hökumət  siyasəti,  qiymətlər  vasitəsi 
ilə  dərhal  istehlakçıların  vəziyyətinə  təsir  edir.  Müasir  mərhə-
lədə  dövlətin  iqtisadi  siyasətində  daxili  və  xarici  iqtisadi  siya-
səti  biri-birindən  hər  hansı  bir  xətt  üzrə  ayırmaq  mümkün 
deyildir.  Çünki,  ümumi  iqtisadi  siyasətin  göstərilən  iki  istiqa-
məti  bir-biri  ilə  sıx  surətdə  bağlıdır.  Məsələn,  xarici  iqtisadi 
siyasətin mühüm həyata keçirilmə vasitəsi milli pul və maliyyə 
siyasətidir.  Belə  ki,  milli  pul  və  maliyyə  siyasəti  beynəlxalq 
ticarətə  və  kapital  qoyuluşlarına  ciddi  təsir  göstərir  və  buna 
görə  də  ölkənin  xarici  iqtisadi  siyasəti  ilə  bilavasitə  əlaqədar-
dır. Yaxud məşğuliyyət sahəsində görülən tədbirlər də ölkənin 
xarici  iqtisadi  əlaqələrində  öz  əksini  tapır.  Və  əksinə:  bey-
nəlxalq  ticarət,  xarici  yardım,  xarici  kapital  qoyuluşları  və 
ödəniş  balansı  sahəsində  qəbul  edilən  qərarlar  milli  gəlirin 
artımı və bölgüsündə, məşğuliyyət və qiymətlərin səviyyəsində 
öz əksini tapır. 
Beynəlxalq  iqtisadi  siyasət  aşağıdakı  əsas  istiqamət-
lərdə həyata keçirilir: 
a) xarici ticarət siyasəti
b) tədiyyə balansı siyasəti
v) xarici investisiya siyasəti
q) xarici yardım siyasəti. 
Xarici  ticarət  siyasəti  ölkələrdə  xarici  ticarətin  nizam-
lanmasına  yönəldilmiş  tədbirlər  sisteminin  məcmusu,  xarici 
iqtisadi  siyasətin  aparıcı  sahələrindən  biridir.  Xarici  ticarət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə