QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

56 
 
arasında hərəkəti də xarici iqtisadi əlaqələrdə özünə məxsus rol 
oynamağa  başladı.  ABŞ  iqtisadçısı  Maykl  Poznerin  «texnoloji 
uyğunsuzluq modeli»nə əsasən yeni texnologiyanın yaradılması 
ölkəyə  bu  texnologiyaya  əsaslanan  məhsulun  istehsalında  və 
ixracında  müvəqqəti  üstünlük  verir.  Bunun  əsasında  ölkə 
texnologiya (yaxud, biliklər) kimi istehsal faktorunda müqayisəli 
üstünlüyə  malik  olur.  Bu  fikir  həm  də  Vernon  tərəfindən 
yaradılan  «məhsulun  həyat  dövrü  modeli»nin  ana  xəttini  təşkil 
edir. 
Vernonun  fikrincə,  hər  hansı  bir  məhsulun  istehsalında 
istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü 
ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu  səbəbdən  məhsulun  həyatı 
boyunca ona sərf edilən istehsal xərclərinin dəyişməsinə paralel 
surətdə  onun  müqayisəli  üstünlüyü  də  dəyişir.  Belə  ki,  hər  bir 
əmtəənin  həyatı  3  mərhələdən  ibarətdir:  yeni  məhsul,  yetkin 
məhsul və standart məhsul. 
Xarici iqtisadi  əlaqələrin, beynəlxalq ticarətin mahiyyəti 
və strukturunun daha aydın başa düşülməsində «məhsulun həyat 
dövrü  nəzəriyyəsi»nin  gətirdiyi  yenilik  ondan  ibarətdir  ki,  bu 
nəzəriyyə  ilə  artıq  təhlil  obyekti  kimi  ayrı-ayrı  ölkələr  deyil, 
transmilli korporasiyalar ön plana çəkilmişdir. 
 
3.4. Klassik beynəlxalq ticarət nəzəriyyələrinin  
inkişafı 
 
Klassik iqtisadi məktəb bir sıra fərziyyələr qəbul edərək 
ölkələrin  beynəlxalq  ticarətlə  məşğul  olma  səbəblərini  izah 
etməyə  çalışmış  və  məsələni  yalnız  təklif  baxımından  araşdır-
mışlar. Hansı əmtəə hansı miqdarda və hansı xərclərlə istehsal 
edilməli və bu əmtəələr bir-biri ilə necə mübadilə olun-malıdır? 
Klassik  iqtisadçıların  cavab  axtardıqları  bu  suala 
neoklassiklər və onlardan sonra gələn iqtisadçılar daha geniş və 
real həyata daha uyğun şəkildə aydınlaşdırmağa çalışmışlar. 


57 
 
Alternativ istehsal xərcləri - Qeyd edildiyi kimi, klassik 
iqtisadçılar  müqayisəli  üstünlüklər  nəzəriyyəsini  izah  edərkən 
məhsul  istehsalında  istehsal  amili  kimi  yalnız  əməyi  əsas 
götürmüşdülər.  Sonralar  neoklassik  iqtisadçılardan,  məsələn, 
Dj.Vayner  məhsulun  hazırlanmasında  əməkdən  başqa  digər 
istehsal amillərinin də iştirak etdiyini nəzərə alaraq D. Rikardo 
nəzəriyyəsini araşdırmış və eyni nəticəyə gəlmişdir. Q.Xaberler 
isə  alternativ  istehsal  xərcləri  anlayışını  irəli  sürərək  xarici 
ticarət  məsələlərini  daha  geniş  əsaslara  bağlamışdır.  Onun 
görüşünə  görə  xarici  ticarətə daxil olan  əmtəələrin  müqayisəli 
qiymətləri  istehsal  xərclərində  olan  fərqlərlə  müəyyən  edilir. 
Lakin,  bu  istehsal  xərcləri  D.Rikardoda  olduğu  kimi  yalnız 
əmək  sərfindən  ibarət  deyildir.  Bu  zaman  istehsal  xərclərini 
həmin əmtəəni istehsal etmək üçün idxal nəticəsində istehsalın-
dan  imtina  olunan  əmtəənin  istehsal  xərcləri  müəyyən  edir. 
Başqa  sözlə,  bu  nəzəriyyəyə  görə  alternativ  istehsal  xərcləri 
(bu bəzən yaradılmış yeni imkan da adlandırılır) xaricdə müqa-
yisəli  üstünlüyə  malik  olan  və  idxal  olunan  əmtəənin  ölkədə 
istehsalından imtina olunması nəticəsində qənaət edilmiş bütün 
istehsal  amillərinin  ümumi  istehsal  xərcləri  deməkdir.  Burada 
əmtəə  istehsalında  istifadə  olunan  istehsal  amillərinin  miqdarı 
artıq  arxa  plana  keçir.  Yəni  artıq  bizim  üçün  hər  hansı  bir 
əmtəənin  istehsalında  istifadə  olunan  amillərin  miqdarı  deyil, 
bu  amillərlə  başqa  hansı  əmtəələri  nə  qədər  istehsal  etmək 
məsələsi əhəmiyyətlidir. 
İstehsal  imkanları  əyrisi  -  Xarici  ticarət  vasitəsi  ilə 
yaradılan yeni imkanlar istehsal imkanları əyrisi ilə daha əyani 
təsvir edilir. Bu əyri vasitəsilə hər bir ölkə üçün onun ehtiyatla-
rından tam və səmərəli istifadə olunduğu hallarda müxtəlif əm-
təə  buraxılışı  həcminin  çoxsaylı  kombinasiyalarını  əks  etdir-
mək mümkündür. Başqa sözlə  istehsal imkanları  əyrisi hər bir 
ölkənin  məlum texnologiya və mövcud istehsal  amilləri isteh-
sal  edə  biləcəyi  əmtəə  və  xidmətlərin  maksimum  miqdarını 


58 
 
göstərir.  Bu  əyri  müəyyən  mənada  hər  bir  ölkədə  istehsalın 
sərhədlərini də əks etdirir. 
Texnoloji  üstünlük  və  beynəlxalq  ticarət  -  zaman 
keçdikcə iqtisadçı alimlər xarici ticarət nəzəriyyələrini daha da 
zənginləşdirilərək  müasir  dünyanın  reallıqlarına  uyğunlaşdır-
mağa  çalışmışlar.  Aydındır  ki,  hal-hazırda  dünyanın  210-dan 
çox müstəqil dövləti arasında gedən milyonlarla mal və xidmət 
ticarəti  sadələşdirilmiş  şəkildə  müqayisəli  üstünlüklər  nəzəriy-
yəsi ilə bir-iki dövlət və bir-iki mal və xidmət mübadiləsi əsas 
götürülməklə  izah  edilə  bilməz.  Beynəlxalq  ticarət  inkişaf 
etdikcə  qarşıya  yeni-yeni  suallar çıxır. Məsələn,  ABŞ nə  üçün 
böyük  miqdarda  avtomobil  videokamera  və  s.  ixrac  edir  və 
eyni  zamanda  nə  üçün  eyni  növ  əmtəəni  idxal  edir?  Bütün 
bunlar iqtisadçıların beynəlxalq ticarətin öyrənilməsi sahəsində 
araşdırmalarının  davam  etdirilməsini  zəruriləşdirir.  Bu  zaman 
nəzərə  almaq  lazımdır  ki,  istehsal  amilləri  anlayışı  həyatın 
reallıqlarına  uyğun  olaraq  "elmi-tədqiqat  işləri",  "işçi  qüvvə-
sinin  keyfiyyəti"  və  "istehsalın  fiziki  imkanları"  anlayışları  ilə 
genişləndirilmişdir. 
Müasir  dünyada  durmadan  artan  elmi-texniki  tərəqqi 
beynəlxalq ticarətdə aparıcı amilə çevrilmişdir. Dünya ölkələri, 
hər  şeydən  əvvəl  sənayecə  inkişaf  etmiş  ölkələr  beynəlxalq 
ticarət  kanallarına  getdikcə  daha  çox  yeni  və  mürəkkəb 
məhsullar  daxil  edirlər.  Hal-hazırda  dünya  ticarətinin  yarısın-
dan çoxunu kənd təsərrüfatı məhsulları və xammal deyil, məhz 
sənaye  məhsulları  təşkil  edir.  Hər  hansı  bir  ölkədə  sənaye 
məhsullarına  əsaslanan  ixracatın  sürətli  inkişafı  bu  sahədə 
qabaqcıl texnologiyanın intensiv tətbiq edilməsinin nəticəsidir. 
Yeni texnologiyanın xarici ticarətdə tətbiqi ilə əlaqədar 
nəzəriyyə Pozner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür. Bu 
nəzəriyyə  idarəçilik  texnikasında,  istehsal  prosesində  və  ya 
əmtəələrdə  ayrı-ayrı  ölkələrdə  müxtəlif  dərəcələrdə  meydana 
gələn  texnoloji  yeniliklərin  beynəlxalq  ticarətdə  doğurduğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə