QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

50 
 
mütləq  üstünlüyə  malikdirlər.  Ona  görə  də,  Azərbaycan  A, 
Türkiyə  isə  B  malımın  istehsalı  üzrə  ixtisaslaşmalıdır.  Bu 
zaman hər iki ölkə bu mallar ilə ticarətdən qarşılıqlı fayda əldə 
edəcəklər.  Çünki  Azərbaycan  özünə  10  əmək  gününə  başa 
gələn A malını verərək Türkiyədən B malını alır. Halbuki, əgər 
B malını Azərbaycan özü istehsal edərdisə, ona 20 əmək günü 
sərf  etməli  olardı,  Türkiyə  də  B  malının  istehsalını  təşkil 
etməklə  Azərbaycanla  ticarətdən  eyni  dərəcədə  fayda  əldə 
edəcəkdir. Əks təqdirdə, qiymət fərqi nəticəsində Azərbaycan-
da istehlakçılar bir ton  A məhsulu satmaqla, cəmisi  yarım ton 
B məhsulu əldə edə bilərlər. Halbuki, onu Türkiyədən daha çox 
miqdarda  almaq  mümkündür.  Türkiyəyə  də  eyni  vəziyyət 
mövcuddur. 
A.Smit  nəzəriyyəsinə  görə  sərbəst  ticarətdən  ticarət 
aparan  hər iki ölkə  iqtisadi  səmərə  əldə  edir. Eyni  zamanda,  o 
hesab  edirdi  ki,  dövlətlər  xarici  ticarətə  imkan  daxilində  az 
müdaxilə etməlidirlər. Lakin, həyat göstərdi ki, A.Smitin müt-
ləq üstünlüklər nəzəriyyəsi məntiqli olmaqla yanaşı, kamil de-
yildir. Belə ki, əgər hər hansı bir ölkə heç bir istehsal sahəsində 
mütləq  üstünlüyə  malik  deyildirsə,  o  zaman  necə  olacaqdır? 
Digər  ölkələr  bu  ölkə  ilə  ticarət  edəcəkmi?  Belə  bir  sual  da 
cavabsız  qalır:  istehsal  xərcləri  baxımından  mütləq  üstünlüyə 
malik olmayan hər hansı bir ölkə, məgər beynəlxalq ticarətdən 
iqtisadi səmərə əldə edə bilməzmi? 
Mütləq üstünlüklər nəzəriyyəsinin cavab verə bilmədiyi 
bu  sualları  D.Rikardonun  müqayisəli  üstünlüklər  nəzəriyyəsi 
cavablandırmışdır. 
Müqayisəli  üstünlüklər  nəzəriyyəsi  -  D.Rikardo 
müqayisəli  üstünlüklər  nəzəriyyəsi  ilə  sübut  etmişdir  ki,  hər 
hansı  bir  ölkə  bu  və  ya  digər  əmtəənin  istehsalında  istehsal 
xərcləri baxımından mütləq üstünlüyə malik olmadığı halda da 
ölkələr arasında xarici ticarət aparıla bilər və bu ticarətdən hər 
iki  ölkə  mənfəət  əldə  edə  bilər.  Rikardoya  görə  nə  qədər  ki, 


51 
 
ölkələr arasındakı qiymətlərdə az da olsa fərq qalmaqda davam 
edir, hər bir ölkə nisbi üstünlüyə malikdir. 
 
3.3. Hekşer-Ohlinin istehsal amillərinin nisbəti 
vəziyyəti və Leontyev təzadı 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  klassik  müqayisəli 
üstünlüklər  nəzəriyyəsi  ölkələr  arasında  müqayisəli  üstünlüyü 
izah edərkən əmtəələrin istehsalında olan yalnız əmək amilinin 
iştirakını  nəzərə  alırdı.  Başqa  sözlə  onlar  bu  üstünlüyü  məh-
sulun  istehsal  funksiyalarında  (istehsal  amillərinin  miqdarı  və 
alman məhsulun həcmi arasında olan nisbət) olan fərqdə görür-
dülər.  Əgər  istehsal  funksiyaları  ölkələr  arasında  eyni  olarsa, 
bu halda əmtəələrin istehsal xərcləri də eyni olacaq və nəticədə 
müqayisəli  üstünlüyə  görə  ixtisaslaşma  və  xarici  ticarət  də 
olmayacaqdır.  Klassik  iqtisadçilar  ölkələr  arasında  istehsal 
funksiyaları və istehsal xərclərinin nə üçün fərqli olduğu səbəb-
lərini izah etməmişlər. 
İsveç iqtisadçıları F.Hekşer və B.Ohlin XX əsrin 30-cu 
illərində  həmin  suallara  cavab  verməklə  beynəlxalq  ticarət 
axınlarının istiqamətləri və strukturunun hansı amillərlə müəy-
yən edilməsi haqqında müasir anlayışların əsasını qoydular. 
Hekşer  və  Ohlin  nəzəriyyəsinə  görə,  ölkələr  arasında 
istehsal  xərclərindəki  nisbi  fərqin  əsasını  istehsal  amillərinin 
dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin 
mahiyyəti  Ohlinin  öz  sözlərinə  görə  aşağıdakından  ibarətdir: 
"Hər  hansı  bir  ölkə  malik  olduğu  bol  istehsal  amillərindən 
intensiv  surətdə  istifadə  olunan  əmtəələrin  istehsalını  təşkil 
etməklə üstünlük qazanır. Digər tərəfdən, nisbətən az və ya heç 
olmayan  istehsal  amilləri  intensiv  istifadə  edilən  əmtəələrin 
istehsalında isə üstünlüyə malik deyildir". 
Başqa sözlə ölkələr bol amillərin intensiv istifadə olun-
ması  ilə  istehsal  edilən  əmtəələri  ixrac  və  onlar  üçün  kəsirli 


52 
 
istehsal amillərinin intensiv istifadəsilə hazırlanan əmtəələri isə 
idxal  edirlər.  Burada  hər  şeydən  əvvəl  bol  istehsal  amilləri  və 
ondan  intensiv  istifadə  olunma  anlayışmı  aydınlaşdırmaq 
lazımdır.  Yuxarıda  adları  çəkilən  alimlərin  fikrincə  məsələn, 
ölkənin malik olduğu işçi qüvvəsi o zaman izafi hesab edilir ki, 
onun  miqdarı  ilə  digər  istehsal  amilləri  arasında  nisbət  bütün 
başqa  ölkələrdən  yüksəkdir.  Məhsul  o  zaman  əməktutumlu 
hesab edilir ki, onun dəyərində işçi qüvvəsinə çəkilən xərclərin 
payı digər məhsul-ların dəyərində olduğundan çoxdur. 
Məlum  olduğu  kimi,  hər  hansı  iki  ölkədə,  qarşılıqlı 
ticarət  başlanana  qədər  bu  və  ya  digər  əmtəənin  qiymətindəki 
fərqlilik  çox  müxtəlif  səbəblərilə:  həmin  əmtəənin  istehsal 
texnologiyasındakı  fərqlə,  ona  olan  tələbatın  xarakteri,  iqlim 
fərqi  və  s.  ilə  izah  edilə  bilər.  Lakin,  Hekşer  və  Ohlin  hesab 
edirdilər  ki,  tələb  və  texnologiyada  olan  fərqlər  beynəlxalq 
aləmdə  qiymətlərdəki  bütün  fərqin  hamısını  real  həyatda  izah 
edə bilməz. Onlar göstərirdilər ki, müqayisəli xərclərin fərqinin 
mənbəyi istehsal amillərinin fərqidir. Əgər A ölkəsində 1 vahid 
mahud  istehsalı  2  vahid  buğdaya,  eləcə  də  başqa  ölkələrdə  1 
vahid  buğdadan  da  az  xərcə  başa  gəlirsə  bunun  səbəbi 
aşağıdakıdır: 
-  A  ölkəsində  başqa  ölkələrə  nisbətən  buğda  istehsa-
lında  intensiv  istifadə  olunan  amillər  çox,  mahud  istehsalında 
istifadə  olunan  amillər  isə  azdır.  Fərz  edək  ki,  buğda  istehsa-
lında intensiv istifadə olunan amil "torpaq", mahud istehsalında 
isə  -  "əməkdir".  Həmçinin  fərz  edək  ki

buğda  və  mahudun 
istehsal  xərcləri  yalnız  "kapital"  və  "əmək"  xərclərin-dən  iba-
rətdir.  Bu  halda  əgər  A  ölkəsi  buğdanı  ixrac  və  mahudu  idxal 
edirsə,  bu  Hekşer-Ohlin  nəzəriyyəsinə  görə  mahudun  əmək 
tutumlu, buğdanın isə "torpaq tutumlu" olmasının nəticəsidir. 
Belə  vəziyyət  (bütün  digər  eyni  şərtlər  daxilində)  onu 
göstərir  ki,  torpağın  icarəsi  başqa  ölkələrə  nisbətən  ucuz  başa 
gəlir,  bu  isə  işçilərə  başqa  ölkələrə  nisbətən  çox  əmək  haqqı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə