QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

59 
 
nəticələrin izahına yönəlmişdir. Məlumdur ki, texnoloji yenilik 
istehsalda müxtəlif ölkələr arasında fərqlilik  yaradır və  yenili-
yin  tətbiq  edildiyi  əmtəə  üzrə  həmin  ölkə  mühüm  müqayisəli 
üstünlük əldə edir. Həmin yenilik digər ölkələrə yayılana qədər 
istehsal  olunan  əmtəələr  bu  yeniliyə  malik  olmayan  digər 
ölkələrə ixrac edilir. Onu ixrac edən ölkə isə bu sahədə inhisar 
vəziyyətində  olacaqdır.  Bu  inhisar  vəziyyətinin  ömrü  həmin 
yeniliyi  başqa  ölkələr  mənimsəyənə  qədər  davam  edəcəkdir. 
Texniki tərəqqi durmadan davam etdiyi və bazarlara daim yeni-
yeni  mallar  daxil  olduğu  üçün  texnoloji  üstünlük  bir  maldan 
başqa  mala,  bir  ölkədən  başqa  ölkəyə  keçir  və  həmişə  davam 
edir. 
Texnoloji inkişaf və elmi tədqiqatlara sərf edilən xərc-
lər arasında sıx  əlaqə  vardır. Bir qayda olaraq, texnoloji  sıçra-
yışlar elmi tədqiqat işlərinə əhəmiyyət verən və çox vəsait sərf 
edən  ölkələrdə  özünü  göstərir.  M.Poznerin  texnoloji  üstünlük 
modelinə  görə  hər  hansı  bir  ölkədə  kəşf  edilmiş  texnoloji 
yenilikdən  ticarət  edən  hər  iki  ölkə  iqtisadi  fayda  əldə  edir. 
Onun  görüşünə  görə  hətta  yeni  texnika  digər  ölkələrdə  də 
yayıldıqca  az  inkişaf  etmiş  ölkə  daha  çox  fayda  əldə  edir, 
yenilikçi vəziyyətində olan ölkə isə getdikcə bu yenilik üzrə öz 
üstünlüyünü itirir. Lakin, elmi-texniki tərəqqinin lideri yenilik-
lər  hazırlanması  işini  daim  davam  etdirməklə  digər  ölkələri 
həmişə qabaqlaya bilər. 
Məhsulun həyat dövrü nəzəriyyəsi - Elmi-texniki tərəq-
qinin  mühüm  istehsal  amilinə  çevrilməsi  dinamik  xarakter 
daşıyan beynəlxalq ticarətin bir sıra qanunauyğunluğunu aşkar 
etməyə imkan verir. 
Raymond  Vernon  texnoloji  üstünlük  nəzəriyyəsinə 
bənzər məhsulun həyat dövrü nəzəriyyəsini ortaya atmışdır. O, 
göstərirdi ki, hər hansı bir məhsulun istehsalında istifadə edilən 
muxtəlif  istehsal  amillərinin  müqayisəli  üstünlüyü  ayrı-ayrı 
ölkələrdə  müxtəlifdir.  Bunun  nəticəsində  məhsulun  həyatı 


60 
 
boyunca  onun  hazırlanmasında  istifadə  edilən  istehsal 
xərclərinin dəyişməsinə paralel surətdə onun müqayisəli üstün-
lüyü də dəyişir. Məlum olduğu kimi hər malın həyatı üç mərhə-
lədən ibarətdir: yeni məhsul, yetkin məhsul və standart məhsul. 
Hər  bir  məhsul  yeni  yaradıldıqda  müxtəlif  firmalar  tərəfindən 
əvvəlcə  az  miqdarda  istehsal  edilir.  Bu  mərhələdə  əmtəənin 
keyfiyyəti  və  mahiyyəti  müxtəlif  olur.  Lakin,  sonrakı  mərhə-
lədə  məhsul  kütləvi  istehsal  edildikcə  əmtəənin  keyfiyyətində 
standartlaşdırma  özünü  göstərir.  Bu  halda  məhsul  çox  ölkələr 
tərəfindən  istehsal  edilməyə  başlayır.  Başqa  sözlə,  qabaqcıl 
texnologiyaya  əsaslanan  məhsul  əvvəlcə  sənaye  cəhətdən 
inkişaf etmiş ölkələrdə kəşf edilir. 
 
3.5. Beynəlxalq rəqabət qabiliyyəti haqqında 
nəzəriyyələr 
 
Beynəlxalq  rəqabət  qabiliyyəti  anlayışı  -  XX  əsrin  son 
onilliyi  XXI-ci  əsrin  əvvəli  beynəlmiləlləşmə,  qloballaşma  və 
inteqrasiya proseslərinin aktivləşməsi  ilə  səciyyələnir. Beynəl-
xalq ticarətlə əlaqədar olan beynəlmiləlləşmə, şəbəkə struktur-
larının  inkişafı  və  kommersiyası  nəticəsində  daha  dinamik 
xarakter  almışdır.  Qloballaşma  isə  əlavə  dəyərin  yaradıl-
masının transmilli həlqələrinin təşkili ilə əlaqədar olaraq beyn-
əlmiləlləşmənin  istehsal  sferasında  da  genişlənməsinə  səbəb 
olur. Qloballaşmanın təməlini şəbəkə loqistikasını və real vaxt 
miqyasında  keyfiyyətin  standartlaşdırılmasını  təmin  edən 
ümumdünya kommunikativ sistemlərin yaradılması təşkil edir. 
Qloballaşma - əslində İnternetlə həmyaşlıdır və iqtisadi 
sahədə  onu  şəbəkə  iqtisadiyyatı  ilə  eyniləşdirmək  olar.  Onun 
yaranması ümumdünya (qlobal) rəqabətinin meydana gəlməsi-
nə  yol  açır.  Bu  isə  "qızıl  milyard"
 
ölkələri  üçün  əvvəlkindən 
daha böyük üstünlüyü təmin edir. 


61 
 
Qloballaşma prosesləri milli iqtisadiyyatın, o cümlədən 
milli  sənayenin,  onları  formalaşdıran  təsərrüfat  subyektlərinin 
beynəlxalq rəqabət qabiliyyətini aktuallaşdırmışdır. 
Beynəlxalq  rəqabət  -  dünya  bazarında  ən  əlverişli 
istehsal  və  məhsul  satışı,  habelə  bazarda  daha  yaxşı  mövqe 
tutmaq uğrunda təsərrüfat subyektləri arasında qarşılıqlı əlaqə, 
təsir və mübarizədir. 
Milli  iqtisadiyyatın  rəqabətqabiliyyəti  müasir  dövrdə 
sənaye  istehsalının  demək  olar  ki,  yeniliklər  tətbiq  etmək  və 
modernləşmək  qabiliyyəti  ilə  müəyyən  edilir.  Elmi-texniki 
tərəqqinin  sürəti,  digər  sahələrdə  əmək  məhsuldarlığının  art-
ması,  əhalinin  rifah  səviyyəsi  və  s.  milli  sənayenin  inkişaf 
səviyyəsindən asılıdır. 
Rəqabət qabiliyyəti təsərrüfatın idarə olunmasının baza 
sisteminə  xas  olan  mürəkkəb,  çoxtərəfli  və  çoxsəviyyəli  kate-
qoriyadır.  Rəqabət  qabiliyyəti  fenomeninin  öyrənilməsi  ilə 
uzun  müddətdir  müxtəlif  ölkələrin  tanınmış  alimləri  və  ayrı-
ayrı  qruplar,  elmi-tədqiqat  institutları,  dövlət  hakimiyyəti 
orqanları, işgüzar dairələr və s. məşğul olurlar. 
Rəqabət  qabiliyyəti  probleminin  öyrənilməsində  tanın-
mış alim M.Porter hələ 1990-cı ildə özünün "Beynəlxalq rəqa-
bət  qabiliyyəti"  adlı  əsərində  göstərmişdir  ki,  rəqabət  qabiliy-
yəti  anlayışının  ümumi  qəbul  olunmuş  tərifi  yoxdur.  Firmalar 
üçün  o,  qlobal  strategiya  olduqda  dünya  bazarında  rəqabət 
etmək imkanıdır; bir çox konqresmenlər üçün - müsbət saldoya 
malik  olan  xarici  ticarət  balansı,  bir  sıra  iqtisadçılar  üçün  isə 
mübadilə məzənnəsinə çevrilmiş məhsul vahidinə ən az isteh-
sal məsrəfləridir. Rəqiblərlə mübarizədə rəqiblərin müvəffəqiy-
yəti, hər şeydən əvvəl, ölkədəki vəziyyətdən asılıdır. 
Rusiya-Avropa  iqtisadi  siyasət  mərkəzinin  eksperti 
Fransua  Benoyza  M.Porterin  kitabından  25  il  sonra  2006-cı 
ildə  çap  olunmuş  məqaləsində  rəqabət  qabiliyyəti  anlayışını 
özünəməxsus  şəkildə  izah  etmişdir.  O  göstərir  ki,  adətən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə